Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2159/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-690/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2022-ci il 06 avqust tarixdən güzəştli şərtlərlə pensiya hüququnun təmin edilməsinin vəzifə kimi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiləşdirilməsinə dair ərizə təqdim edərək ona xx.xx.2022-ci il tarixdən - 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı xx.xx.1962-ci ildə anadan olmuş, xx.xx.1979-cu il tarixdən 195 №li əmrlə əmək fəaliyyətinə başlamışdır. xx.xx.1980-cı ildə 6-K saylı əmrlə mexaniki yığma sexinə çilingər peşəsinə təyin edilmiş, xx.xx.1980-cı ildə Sovet silahlı qüvvələrinə xidmətə çağırılmışdır. xx.xx.1983-cü ildə ordudan tərxis olunub 160 №li əmrlə “Əlvan metallurgiya” idarəsinin ovuntu metallurgiya təcrübəvi zavodunda əmək şəraiti xüsusilə zərərli metal doğrayıcı işinə təyin olunmuş, 1992-ci ilin 21 oktyabr tarixinədək işləmişdir. Həmin tarixdən SSRİ dövləti dağıldığından işlədiyi müəssisə bağlandığı üçün iddiaçı xx.xx.1992-ci ildə öz ixtisasına uyğun olaraq (Ç.İldırım adına politexnik institunun avtonəqliyyat 1979-1989 illər) mühəndis vəzifəsinə təyin olunmuş, hal-hazıra kimi işləyir. Məlum Qarabağ hadisələri ilə əlaqədar 1993-cü il yanvar ayında zabit kimi hərbi xidmətə çağırılmış, 1997-ci il oktyabr ayında ordudan ehtiyata buraxılmışdır. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçının Filiala təqdim etdiyi sənədlərdə güzəştli iş stajı 6 il 1 ay 6 gün təşkil edir. İddiaçı qeyd edir ki, əmək kitabçasında isə bu dövr xx.xx.1983-cü ildən xx.xx.1992-ci ilədək olan dövrü əhatə edir. Qeyd olunanlara əsasən iddiaçı imtinanı əsassız hesab edir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın güzəştli stajının tələb olunan güzəştli stajdan az olması səbəbindən ona pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 1 ay 6 gün (xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyi üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı iddia ərizəsində iddia edir ki, onun xx.xx.1983-cü ildən xx.xx.1992-ci ilədək olan əmək fəaliyyəti dövrü güzəştli staj kimi nəzərə alınmalı olduğu halda cavabdeh inzibati orqan tərəfindən güzəştli staj kimi nəzərə alınmamışdır. Bu məsələyə dair bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən iddiaçı işəgötürən tərəfindən tərtib edilmiş arayışla iddiaçının güzəştli stajı müəyyənləşdirilir. İş materiallarına əsasən iddiaçı həmin illərin güzəştli staj olmasına dair heç bir arayış təqdim etməmişdir. Bu səbəbdən də həmin dövrlər iddiaçının stajına daxil edilmişdir. İşin xüsusatlarından da aşkardır ki, iddiaçının güzəştli iş stajı tələb olunan güzəştli iş stjından az olduğu üçün iddiaçının müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-690/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində iddia edir ki, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1992-ci ilədək olan əmək fəaliyyəti dövrü güzəştli staj kimi nəzərə alınmalı olduğu halda cavabdeh inzibati orqan tərəfindən güzəştli staj kimi nəzərə alınmamışdır. Bu məsələyə dair bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən güzəştli iş stajı işəgötürən tərəfindən tərtib edilmiş arayışla müəyyənləşdirilir. İş materiallarına əsasən, iddiaçı həmin dövrlərin güzəştli staj olmasına dair arayış təqdim etməmişdir. Bu səbəbdən də həmin dövrlər iddiaçının stajına daxil edilmişdir. İşin xüsusatlarından da aşkardır ki, iddiaçının güzəştli iş stajı tələb olunan güzəştli iş stajından az olduğu üçün iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Hazırda qüvvədə olan sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə 60 yaşdan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - tələb olunan yaş həddinə çatmalı, - azı 25 il sığorta stajı olmalı - stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir.-fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması, ümumi iş stajının və tələb olunan pensiya kapitalının mövcud olması işin mübahisələndirilməyən halıdır. İş materiallarından məlum olur ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. 29 sentyabr 1980-cı il tarixdən doldurulmağa başlanan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-cı il tarixədək “Bakı yüngül metalların emalı” Zavodunda çilingər şagirdi, çilingər, xx.xx.1983-cü ildən xx.xx.1992-ci il tarixədək “Aзцветмет” İdarəsi Toz Metallurgiya Təcrübə zavodunda xüsusi ilə zərərli əmək şəraiti ilə 2-ci dərəcəli qırıcı (doğrayıcı), maddi təchizat şöbəsində daşıyıcı, 2-ci dərəcə üzrə bülövçü, polüztü mexanizmlərin 3-cü dərəcə üzrə maşınistqırıcı, xx.xx.1992-ci ildən xx.xx.1998-ci il tarixədək “Бакпромстройтранс” Глaвное производственно-техническое предприятие TB və BD-də mühəndis, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci ilədək “Azəriqaz” İB X1 avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Dövlət Neft Şirkətinin “Azneft” İB –nin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi İstismar Avadanlıqları Sahəsində təmirçi-çilingər, qazmaçı köməkçisi işləmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 1962-ci il təvəllüdlü baş leytenant İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası SQ-də zabit qismində xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmək kitabçasına əsasən iddiaçının Qanunla tələb olunan 25 ildən artıq ümumi iş stajı mövcuddur. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2016-xx.xx.2022-ci il tarixinədək 6 il 01 ay 06 gün güzəştli iş stajının olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. İddiaçının güzəştli iş stajına daxil edilməyən dövrlər onun Əlvan Metallurgiya İdarəsinin Toz Metallurgiyası təcrübə zavodunda xx.xx.1983-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlərdir. Cavabdehin həmin dövlərlə bağlı dəlili ondan ibarətdir ki, iddiaçı həmin dövrlərin güzəştli staj olmasına dair arayış təqdim etməmişdir. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan: -X4 tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı “X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin Quyuların əsaslı və yeraltı təmiri sahəsində xx.xx.2022ci il tarixdən hal-hazıradək «quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi» peşəsində işləyir və bu peşədə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölməsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. -Azərbaycan Respublikasının Dövlət Neft Şikəti (SOCAR) tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı iş stajı aşağıda göstərilən kimidir: xx.xx.2016-cı ildə (əmr № 100-k, xx.xx.2016-cı il) H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) İstismar avadanlıqları sahəsinin İstismar avadanlıqları xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci ildə (əmr № SOCAR**********00070020B00024, xx.xx.2020- ci il) Quyuların əsaslı və yeraltı təmir sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsinə quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. xx.xx.2022-ci ildə (əmr № SOCAR**********00070020B00242, xx.xx.2022-ci il). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. -SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş 24 oktyabr 2022-ci il tarixli müraciətə cavab məktubu aşağıdakı məzmundadır: “SOCAR**********80020123X00327 nömrəli arxiv arayışından müəyyən olunur ki, siz H.Z Tağıyev adına Neft və Qazçıxarma idarəsinin İstismar avadanlıqları sahəsinin İstismar avadanlıqları xidmət sahəsində xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək, təmirçi-çilingər, Quyuların əsaslı və yeraltı təmir sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsində xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsində işləmisiniz. Sizin H.Z Tağıyev adına Neft və Qazçıxarma idarəsinin İstismar avadanlıqları sahəsinin İstismar avadanlıqları xidmət sahəsində xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək (3 il 6 ay 8 gün) işlədiyiniz təmirçi-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölməsində nəzərdə tutulan “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingərlər”, Quyuların əsaslı və yeraltı təmir sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsində xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (2 il 3 ay 28 gün) işlədiyiniz quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsi isə həmin yarımbölmədə nəzərdə tutulan “quyuların əsaslı təmirini qazmaçıları” peşəsini təşkil edir. -Azərbaycan Respublikasının Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məktublrından görünür ki, Əlvan Metallurgiya İdarəsinin («Азцветмет») “Toz metallurgiya təcrübə zavodu”nun sənədləri arxivə dövlət mühafizəsinə təhvil verilməyib. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əlvan Metallurgiya İdarəsinin X2 Zavodu adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. -"xxxx" MMC-nin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, əmək kitabçasının surətindəki məlumatlara əsasən İddiaçı Əlvan Metallurgiya İdarəsinin (Aзцветмет) “Toz Metallurgiya təcrübə zavodunda” işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmasının müəyyən olunması ilə bağlı Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 N-li siyahısı’’nda nəzərdə tutulan peşələrdən onun işlədiyi müddət ərzində a) xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə işlədiyi “doğrayıcı” vəzifəsi Siyahının 2040500a—11908 koduna müvafiq olaraq “doğrayıcılar”; b) xx.xx.1985- xx.xx.1992-ci il tarixlərdə işlədiyi “doğrayıcı üyüdücü mexanizmlərin maşinisti” vəzifəsi Siyahının 2040500a—13711 koduna müvafiq olaraq “doğrama-üyütmə-çeşidləmə mexanizmlərinin maşinistləri” vəzifəsinə uyğun gəldiyi qənaətindədirlər. Məktubda həmçinin qeyd edilmişdir ki, bu qənaət "xxxx" MMC-nin fəaliyyət istiqamətləri nəzərə alınmaqla formalaşmışdır. -Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, uçot məlumatlarına əsasən "xxxx" ASC-nin (VÖEN **********) əsas fəaliyyət növü “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi”, əlavə fəaliyyət növləri isə “Sair hazır metal məmulatlarının istehsalı” (25990), “Çeşidləşdirilmiş materiallardan başqa məqsədlə istifadə edilməsi (təkrar xammalın alınması)” (38320) və “Sair əlvan metalların istehsalı” (24450) kimi qeyd olunmuşdur. -Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 05 №li arayışdan görünür ki, İddiaçı müəssisədə saxlanılan şəxsi kartına əsasən xx.xx.1983- cü ildə xüsusilə zərərli əmək şəraiti ilə 2-ci dərəcəli qırıcı qəbul olunmuş, xx.xx.1984-cü ildə maddi təchizat şöbəsinə daşıyıcı keçirilmiş, xx.xx.1984-cu il də 2-ci dərəcə üzrə bülövçü keçirilmiş, xx.xx.1985-ci il də yenidən tarifikasiya-polüstü mexanizimlərin 3-cü dərəcə üzrə maşınıst-qırıcı keçirilmiş, “Puroklavskoye soyedeneniye”. Qeyd edilmiş peşələr də "xxxx" ASC-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar peşəsinə uyğundur Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1983-1992-ci illərdə əmək fəaliyyəti ilə məşğul olduğu Əlvan Metallurgiya İdarəsinin Toz Metallurgiyası təcrübə zavodu artıq mövcud olmadığından iddiaçı tərəfindən həmin müəssisədən güzəştli arayışın təqdim edilə bilməməsi işin obyektiv hallarından irəli gəldiyindən mübahisəli dövrün iddiaçının güzəştli iş stajı kimi nəzərə alınmasına maneə təşkil etməməlidir. Belə ki, hazırkı işin hallarına görə işdə mövcud olan digər sübutların məcmusu əsasında iddiaçının məhz işlədiyi yerdən güzəştli iş stajına dair arayış olmadan da, iddiaçının 1983-1992-ci illərdə işlədiyi və əmək kitabçasında müvafiq qeydiyyat aparılmış əmək fəaliyyəti dövrünü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyə imkan verən vəzifələrə aid etmək olar. Belə ki, müxtəlif detalların, tökmə rulonlarların, külçələrin, soyuqyayma məhsullarının ilkin alüminium və əlavə məhsulların istehsalı sahəsində ixtisaslaşmış analoji müəssisə olan "xxxx" MMC-dən əldə edilmiş məlumatlardan iddiaçının Əlvan Metallurgiya İdarəsinin Toz Metallurgiyası təcrübə zavodunda 1983-1992-ci illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 2040500a—11908 koduna müvafiq olaraq “doğrayıcılar”, 2040500a—13711 koduna müvafiq olaraq “doğrama-üyütməçeşidləmə mexanizmlərinin maşinistləri” vəzifəsinə, müvafiq sahə üzrə digər analoji müəssisə olan "xxxx" ASC-dən əldə edilmiş məlumatlardan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə də 3-cü – “Metallurgiya İstehsalatı” bölməsinin “Polad və ferroərintilər istehsalatı”adlı bəndinin 3.2(b) yarımbəndində qeyd olunan “Mütəxəssislər: isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar” vəzifəsinə uyğun olduğu müəyyən edilmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən güzəştli sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı saymır və belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında mübahisəli dövr üzrə aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan, habelə analoji müəssisələrdən alınmış məlumatların həqiqətə uyğun olmaması ilə bağlı tutarlı dəlil təqdim edilmədiyindən həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda, aparılmış araşdırmanın nəticəsi olaraq iddiaçının Əlvan Metallurgiya İdarəsinin Toz Metallurgiyası təcrübə zavodunda xx.xx.1983-xx.xx.1992-ci il tarixləri arasındakı işlədiyi illər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq xüsusi iş stajı yaranmış olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-690/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2159/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2159/2024
05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver