Məhkəmə qərarları › İş №2-1(103)-216/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-216/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-216/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1611/2023 saylı, 30 may 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş 0262003AARYK N-li göndərişə əlillik altsistemində faktiki olaraq xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, lakin imtina tarixi kimi xx.xx.2022-ci il tarixi göstərilmiş imtina qərarının əsassız hesab edilərək ləğv edilməsi və ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (61-89 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin Agentliyin üzərinə vəzifə kimi qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 17 ildən artıq hərbi qulluqçu kimi xidmət göstərmiş və Hərbi Həkim Kommisiyasının (HHK) 29 yanvar 2019-ci il tarixli qərarı ilə xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. HHK-nın və digər tibb müəssəsələri tibbi müayinələrinin nəticələrinə əsasən, ona “Onurğanın osteoxondrozu, bel-oma fəqərələrin osteoxondrozu fonunda xroniki radiokulopatiyası L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə” diaqnozu qoyulmuşdur və həmin xəstəlikdən əziyyət çəkir. Bununla bağlı olaraq uzun müddət müxtəlif tibb müəssisələrində ambulator və stasionar müalicələr almışdır. Lakin, aparılan ambulator və ya stasionar müalicələr nəticəsində orqanizmin pozulmuş funksiyaları bərpa olunmamış, onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntu olduğu kimi qalmışdır. Ona ilk dəfə əlillik statusunun verilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (forma 88) xx.xx.2019-cu il tarixində, ikinci dəfə xx.xx.2019-cu il tarixdə, üçüncü dəfə isə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilmişdir. Göndərilən hər üç göndərişə “əlavə stasionar müalicə almağa ehtiyac var” səbəbi göstərilərək, ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Lakin həmin imtina cavablarından sonra iddiaçı ayrıayrı xəstəxanalarda stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"-nın tələblərinə uyğun olaraq İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən onun əlilliyinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə (sayca dördüncü) tibbi-sosial ekspertiza müayinəsinə 0262003AARYK-N-İi göndəriş 27 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilmişdir. Həmin vaxtdan 2022-ci ilin 14 iyun tarixinədək sistemdə ona əlilliyin təyin olunması ilə bağlı heç bir məlumat yerləşdirilməmişdir. Hər dəfə sistemdən əlillik dərəcəsinin verilibverilməməsini yoxlamaq istədikdə sistemdə “əlavə yoxlama aparılır” yazısını görmüşdür. xx.xx.2022-ci il tarixdə əyani müayinə olunmaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının yoxlanışına getmişdir. Həmin gün faktiki olaraq heç bir əyani müayinəyə məruz qalmamışdır. Bundan sonra 14 iyun 2022-ci il tarixdə yenidən sistemdən əllilik statusunu yoxlamaq istədikdə güya ona xx.xx.2021-ci il tarixdə, yəni 0262003AARYK-N-İi göndəriş göndərildiyi vaxtdan 10 gün ərzində cavab verilərək imtina edildiyi gördü. Əslində isə qeyd etdiyi kimi 2022-ci ilin iyun ayının 14-dək sistemdə 0262003AARYK-N-li göndərişə dair heç bir imtina cavabı yerləşdirilməmiş, "əlavə yoxlama aparılır" yazıları qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik dərəcəsinin verilməsinə dair verilmiş 0262003AARYK N-İi göndərişə xx.xx.2022-ci il tarixdə imtina verilmişdir. İmtina səbəbləri kimi göstərilmişdir ki, “Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir”. 19 iyun 2022-ci il tarixdə isə ona aşağıdakı məzmunda SMS göndərilmişdir: “İddiaçı üçün verilmiş xx.xx.2021-ci il tarixli göndərişə Səbəb: Diaqnoz əllilik əlaməti təyin etməməsi səbəbindən imtina edilmişdir”. Daha sonra iddiaçının “İddiaçı xx.xx.2022-ci il tarixdən əliliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel oma fəq-nin osteoxandrozu fonunda xr.radikulopatiya ,L.-L4,L4-L5,L5-S1 fəqərəarası disklərin sekvestraolunmuş protuziyası .davamlı kökcük ağrılar ilə,Çanaq orqanlarının funksiya pozğunluğu ,sol pəncənin parezi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə stasionar müalicə təyin edilir.” səbəbi ilə imtina verilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Bel oma fəq-nin osteoxandrozu fonunda xr.radikulopatiya ,L4-L5 fəqərəarası disklərin sekvestraolunmuş yırtığı (12 mm) L1.L4 ,L5-S1 fəqərəarası disklərin protuziyası ,Çanaq orqanlarının funksiya pozğunluğu ,sol pəncənin parezi,hərəki funksiyaların mötədil pozulması ilə .kəskin və davamlı kökcük ağrılar ilə,yerişin çətinləşməsi ilə.Digər daimi ağrı. Hərəkətin və yerişin pozulmaları. At quyruğu sindromu, Çanaq orqanlarının funksiya pozğunluğu.Aşağı ətrafın mononevropatiyaları, Aşağı incik sinirinin neyropatiyası.sol pəncənin parezi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əlavə reabilitasiya müalicəsi məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxananın 27.11,2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Beloma fəqərələrin osteoxondrozu fonunda xroniki radikulopatiyası L3-L4.L4-L5 ,15-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə çanaq üzvlərinin funksiya pozğunluğu. Hər iki aşağı ətrafın paraparezi.Aşağı incik sinirinin neyropatiyası.hər iki pəncənin parezi Spastik paraplegiya Hər iki aşağı ətrafın paraparezi.Çanaq üzvlərinin funksiya pozğunluğu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Bərpa müalicəsi yetərli deyil.Əlavə stasionar müalicəyə ehtiyacı vardır.” səbəbi ilə imtina verilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlı İ...; Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Bel-oma fəqərələrin osteoxondrozu fonunda xroniki radikulopatiyası L3- L4.L4-L5 J5-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1611/2023 saylı, 30 may 2023-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4”nin T 598/2022 nömrəli Ekspert Rəyinə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişində qeyd edilən diaqnozda göstərilən xəstəlik və ağırlaşmaları hazırda onda aşkar edilsə də, əyani müayinədə müəyyən edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsi təyininə əsas vermir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktub təqdim edilmişdir. Həmin məktubdan görünür ki, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspet komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir: “Bakı şəhər sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0262003AAH9T nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0262003AARYK nömrəli göndərişi əsasmda xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müäyİhənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 471 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Bel-oma fəqərələrinin osteoxondrozu. L4.L5 fəaərəarası diskin sekvestrolunmus yırtığı (12mm), L3-L4, L5-S1, fəqərəarası disk protruzivaları, onurğanın və sol aşağı ətrafın hissi, hərəki funksiyalarının mülayim dərəcədə pozulması, davamlı kökcük aqrı sindromu ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısından, sidiyi saxlaya bilməməkdən, bel ağrısından şikayətlənmişdir. Müayinə otağına əsas ilə daxil olmuşdur. Anamnezində şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Nevroloji müayinə zamanı vətər və sümüküstü refleksləri normal alınmış, əzələ gücü və tonusu normal olmuş, atrofiya, hipotrofiya/parez, iflic qeyd edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7”nin xx.xx.2022xx.xx.2022-ci il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Bel oma fəqərələrinin osteoxondrozu. L4-L5 (6, 7 mm), L5- S1 (4, 5 mm) disklərinin yırtığı. Diskoqen mənşəli mieloradikulopatiya. Davamlı radikulyoz aqrı sindromu. Sol ayağın parezi. Çanaq üzvləri funksiyasının pozulması. Şəkərli diabet” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xocasən Sağlamlıq Mərkəzinin xx.xx.2023- cü il tarixli Tibbi rəydə diaqnoz “Bel-oma fəqərələrinin osteoxondrozu. L4-L5 (6, 7 mm). L5- S1 (4. 5 mm) disklərinin yırtığı. Diskoqen mənşəli mieloradikulopatiya. Davamlı ?? aqrı sindromu. Sol ayağın parezi. Çanaq üzvləri funksiyasının pozulması. Səkətli diabet kimi müəyyənləşdirilmişdir.Hərbi şəhadətnamədə qeyd edilmiş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Nəticədə Azərbayöan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may-2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, iddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel oma fəq-nin osteoxandrozu fonunda xr.radikulopatiya ,L.-L4,L4- L5,L5-S1 fəqərəarası disklərin sekvestraolunmuş protuziyası .davamlı kökcük ağrılar ilə,Çanaq orqanlarının funksiya pozğunluğu ,sol pəncənin parezi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə stasionar müalicə təyin edilir.” səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Bel oma fəq-nin osteoxandrozu fonunda xr.radikulopatiya ,L4-L5 fəqərəarası disklərin sekvestraolunmuş yırtığı (12 mm) L1.L4 ,L5-S1 fəqərəarası disklərin protuziyası ,Çanaq orqanlarının funksiya pozğunluğu ,sol pəncənin parezi,hərəki funksiyaların mötədil pozulması ilə .kəskin və davamlı kökcük ağrılar ilə,yerişin çətinləşməsi ilə.Digər daimi ağrı. Hərəkətin və yerişin pozulmaları. At quyruğu sindromu, Çanaq orqanlarının funksiya pozğunluğu.Aşağı ətrafın mononevropatiyaları, Aşağı incik sinirinin neyropatiyası.sol pəncənin parezi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əlavə reabilitasiya müalicəsi məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. İiddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Beloma fəqərələrin osteoxondrozu fonunda xroniki radikulopatiyası L3-L4.L4-L5 ,15-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə çanaq üzvlərinin funksiya pozğunluğu. Hər iki aşağı ətrafın paraparezi.Aşağı incik sinirinin neyropatiyası.hər iki pəncənin parezi Spastik paraplegiya Hər iki aşağı ətrafın paraparezi.Çanaq üzvlərinin funksiya pozğunluğu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Bərpa müalicəsi yetərli deyil.Əlavə stasionar müalicəyə ehtiyacı vardır.” səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlı İ...; Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Bel-oma fəqərələrin osteoxondrozu fonunda xroniki radikulopatiyası L3- L4.L4-L5 J5-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspet komissiyasının xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir: “Bakı şəhər sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir (xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci il tarixlərində imtina verilib, sonuncu dəfə xx.xx.2021- ci il tarixində f-88 göndərilib), qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 471 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Bel-oma fəqərələrinin osdteoxondrozu. Lıv-Lv fəqərəarası diskin sekvestrəolunmuş yırtığıl (12mm), Lm-Lv, Lv-S, fəqərəarası disk protuziyaları, onurğanın və sol aşağı ətrafın hissi, hərəki funksiyalarının mülayim dərəcədə pozulması, davamlı kökcük aqrı sindromu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alımışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri hər iki aşağı ətraflarında ağrıdan və keyimə hissindən ibarət olmuşdur. Obyektiv müayinə zamanı dərisi və görünən selikli qişaları təmizdir. Tənəffüsü sərbəstdir. Ürək tonları aydındır. Hər iki aşağı ətrafda diz və axill refleksləri normal aktivlikdə olmuş, əzələ tonusu normal qiymətləndirilmişdir. Əzələlərdə hipotrofiya və atrofiya qeyd olunmamış, iflic və parez əlamətləri aşkarlanmamışdır. Anamnestik məlumatlara, obyektiv müayinələrin nəticələrinə əsaslanıb, xəstəlik haqqında şəhadənamədə göstərilən “Bel-oma fəqərələrinin osdteoxondrozu. L,vLv fəqərəarası diskin sekvestrə olunmuş yırtıqıl (12mm), Lm-Lv, U-S, fəqərəarası disk proturiyaları, onurğanın və sol aşaqı ətrafın hissi, hərəki funksiyalarının mülayim dərəcədə pozulması, davamlı kökcük aqrı sindromu” ağırlaşmaları əlillik təyinatına əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4”nin T 598/2022 nömrəli Ekspert Rəyinə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişində qeyd edilən diaqnozda göstərilən xəstəlik və ağırlaşmaları hazırda onda aşkar edilsə də, əyani müayinədə müəyyən edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsi təyininə əsas vermir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktub təqdim edilmişdir. Həmin məktubdan görünür ki, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir: “Bakı şəhər sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0262003AAH9T nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0262003AARYK nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 471 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Bel-oma fəqərələrinin osteoxondrozu. L4-L5 fəaərəarası diskin sekvestrolunmus yırtığı (12mm), L3- L4, L5-S1, fəqərəarası disk protruzivaları, onurğanın və sol aşağı ətrafın hissi, hərəki funksiyalarının mülayim dərəcədə pozulması, davamlı kökcük aqrı sindromu ilə’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısından, sidiyi saxlaya bilməməkdən, bel ağrısından şikayətlənmişdir. Müayinə otağına əsas ilə daxil olmuşdur. Anamnezində şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Nevroloji müayinə zamanı vətər və sümüküstü refleksləri normal alınmış, əzələ gücü və tonusu normal olmuş, atrofiya, hipotrofiya, parez, iflic qeyd edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7”nin xx.xx.2022- xx.xx.2022-ci il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Beloma fəqərələrinin osteoxondrozu. L4-L5 (6, 7 mm), L5-S1 (4, 5 mm) disklərinin yırtığı. Diskoqen mənşəli mieloradikulopatiya. Davamlı radikulyoz aqrı sindromu. Sol ayağın parez i. Çanaq üzvləri funksiyasının pozulması. Şəkərli diabet” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xocasən Sağlamlıq Mərkəzininxx.xx.2023- cü il tarixli Tibbi rəydə diaqnoz “Bel-oma fəqərələrinin osteoxondrozu. L4-L5 (6, 7 mm). L5- S1 (4. 5 mm) disklərinin yırtığı. Diskoqen mənşəli mieloradikulopatiya. Davamlı ?? aqrı sindromu. Sol ayağın parezi. Çanaq üzvləri funksiyasının pozulması. Səkətli diabet kimi müəyyənləşdirilmişdir.Hərbi şəhadətnamədə qeyd edilmiş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli 0262003AARYK nömrəli göndəriş (forma 88) tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur. Həmçinin kollegiya qeyd edir ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarına uyğun olaraq aidiyyəti üzrə təqdim edilmiş “Göndəriş”də göstərilmiş diaqnoz nəzərə alınaraq onun xəstəliyinin sonradan qəbul edilmiş və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun yenidən qiymətləndirilməsi üçün qərardad qəbul edilmişdir. Kollegiya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli Qərarında iddiaçıya qoyulmuş diaqnozun həm Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik əlaməti təyin etməməsi ilə bağlı qeyd edir ki, xx.xx.2021-ci il tarixli 0262003AARYK nömrəli (forma 88) göndərişində göstərilmiş əsas diaqnoz və digər xəstəliklər Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyin təyininə əsas verir. Belə ki, İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2021-ci il tarixli 0262003AARYK nömrəli göndərişində əsas diaqnoz: (M42) Onurğanın osteoxondrozu, Bel-oma fəqərələrin osteoxondrozu fonunda xroniki radikulopatiyası L3- L4,L4-L5 ,İ5-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə çanaq üzvlərinin funksiya pozğunluğu. Hər iki aşağı ətrafın paraparezi. Ağırlaşmalar: (G82.1) Spastik paraplegiya, Hər iki aşağı ətrafın paraparezi; (G83.4) At quyruğu sindromu, çanaq üzvlərinin funksiya pozğunluğu; (R52.2) Digər daimi ağrı, ağrı sindrormu ilə; (R26) Hərəkətin və yerişin pozulmaları, yerişin cətinləşməsi hərəkət məhdudluğu ilə; (M51.1) Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel-oma fəqərələrin osteoxondrozu fonunda xroniki radikuiopatiyası L3-L4,L4-L5 ,İ5-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə çanaq üzvlərinin funksiya pozğunluğu. Hər iki aşağı ətrafın paraparezi qeyd edilmişdir. Həmin xəstəliklər Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda müvafiq əlilliyin təyininə əsas verir. 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 13.5.1-ci bəndinə əsasən osteoxondroz (М42) və digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri (M51); 13.5.1.1-ci bəndinə əsasən - aşağı ətraf hərəkətliliyinin mülayim pozuntusu: mülayim paraparez, təzahür edən distal və ya mülayim proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən proksimal monoparez, proksimal monoplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, aşağı ətraf monoplegiyası sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinə; 6.5.1-ci bəndinə əsasən serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) (G81-G83) sinir sistemi xəstəliklərinə aid edilmişdir. İşin məhkəmə araşdırılması zamanı iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0262003AARYK nömrəli göndərişdə sonuncunun kifayət qədər müayinə və müalicələrdə olmasının qeyd edilməsi, həmçinin iddiaçıya təyin edilmiş diaqnozun ona müvafiq əlillik təyin edilməsi üçün meyarlara uyğun olması müəyyən edilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2938/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının hal-hazırda mövcud olan xəstəliklər və qüsurlarının müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin T 858/2023 nömrəli Ekspert Rəyinə əsasən komissiya aşağıdakı nəticələrə gəlmişdir: -Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibb-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş 0262003AARYK nömrəli göndərişlə göndərilmiş № 88 saylı arayışda göndərişdə (088 №-li Formada) qeyd edilən “Onurğanın osteoxondrozu. Bel-oma fəqərələrinin osteoxondrozu fonunda xroniki radikulopatiyasi L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərin sekvesdə edilmiş protruziyası davamlı kökcük ağrıları ilə.” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, sosial tibbi ekspertləri tərəfindən müvəqqəti əmək qabiliyyəti itirilməmiş hesab edilmişdir. -İddiaçı xx.xx.2023-cü il tarixdə KTM- də bel fəqərələrinin KT müayinəsi zamanı fəqərələrdə “Bel lordozu artmış, fəqərə cisimlərinin künclərində osteofit çıxıntılar, L2 fəqərə cismində sağda sklerotik düyün, L4-L5, L5- Sİ fəqərəarası disk məsafəsi daralmış, L4-L5 fəqərəarası diskdə vakuum fenomeni, qonşu tamamlayıcı lövhələrdə degenerasiya, L3-L4 fəqərəarası diskdə anterior epidural sahəni və sağ lateral forameni daraldan 5mm ölçülü geniş əsaslı sağ paramedian protruziya, L4-L5 fəqərəarsı diskdə anterior epidural sahəni və hər iki lateral forameni daraldan diffuz qabarma fonunda, əsasən sol sinir kökcüyünü kompressiya edən geniş paramedian protruziya, L5-S1 fəqərəarası diskdə anterior epidural sahəni daraldan, kənaları kalsifik, geniş əsaslı mərkəzi protruziyaı” kimi patoloji dəyişikliklər aşkar edildi. Qeyd edilənlər Forma №88 saylı arayışda qeyd edilən diaqnozla ümumən eynidir. -İş materiallarında olan tibbi sənədlərə əsasən İddiaçı düçar olduğu həmin xəstəlik tarixlərinin çıxarışına əsasən 2008-ci ildən (öz sözlərinə görə) başlaması qeyd edilsə də, 088 saylı Formada xəstəliyin başlanması xx.xx.2012-ci il tarixi göstərilmişdir. Forma 088də xəstəliyin ağırlaşmaları “Ağırlaşma: G82.1-Spastik paraplegiya. Hər iki aşağı ətrafın parararezi. G83.4- At quyruğu sindromu, çanaq üzvlərinin funksiya pozğunluğu. R52.2- Digər daimi ağrı, ağrı sindromu ilə. R26- Hərəkətin və yerişin pozulmaları, yerişin çətinləşməsi hərəkət məhdudluğu ilə. M51.1- Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel-oma fəqərələrinin osteoxondrozu fonunda xroniki radikulopatiyasi L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərin sekvesdə edilmiş protruziyası davamlı kökcük ağrıları ilə. Çanaq üzvlərinin funksiya pozğunluğu. Hər iki aşağı ətrafın parararezi.” belə göstərilmişdir. Xəstəlik “yırtıq” əməliyyat yolu ilə aradan qaldırılsa da, son proqnozu barədə əvvəlcədən fikir söyləmək mümkün deyildir. Əməliyyat aparılmadıqda isə mütəmadi bərpa müalicəsi (müalicə bədən tərbiyəsi) aparılır. Məhkəmə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəylər ilə də inkar edilməmişdir. Digər tərəfdən, iddiaçı İmişli Rayon Mərkəzi Xəstəxası, həmçinin digər səhiyyə müəssisələri tərəfindən müayinə olunmuş və onda xəstəlik təkrarlanmış, ağırlaşma və yanaşı xəstəlikləri nəinki azalmış, əksinə artmışdır. Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasla birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1611/2023 saylı, 30 may 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1611/2023 saylı, 30 may 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar