Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2163/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2484/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı X3 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27,6 kv.metr qeyriyaşayış sahəsi üzrə 55.200 manat məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində yalnız Bakı şəhəri Cavabdeh göstərilməsini, iddia tələbinin “Xüsusi mülkiyyətimdə və istifadəmdə olan daşınmaz əmlakların dövlət ehtiyacları üçün alınmasına görə mənə ödənilməyən əsas və əlavə kompensasiya qismində 270400 manat pulun cavabdehdən alınaraq mənə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 27 yanvar 2022-ci il tarixli qərardadı ilə, iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilərək, iddia tələbinin “Xüsusi mülkiyyətimdə və istifadəmdə olan daşınmaz əmlakların dövlət ehtiyacları üçün alınmasına görə mənə ödənilməyən əsas və əlavə kompensasiya qismində 270400 manat pulun cavabdehdən alınaraq mənə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi, əsl olmayan iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilməsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdehlər sırasından xaric edilməsi qərara alınmışdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2484/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili Nümayəndə3 şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Rzayev şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir . Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş iddianın mümkünlüyü məsələsinə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. İş materialında olan xx.xx.2016-cı il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı tam mülkiyyət üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 79,6 kv/m, yaşayış sahəsi 39,6 kv/m, yardımçı sahəsi 40 kv/m olan 2 otaqlı mənzili alıcı Bakı şəhəri Cavabdeh mülkiyyətinə vermişdir. Satıcı İddiaçı xx.xx.2016-cı il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; İş materialında olan Bakı şəhəri Cavabdeh tərəfindən Əziz Orucova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Eyni zamanda söküntü komissiyası tərəfindən araşdırmalar aparılmış və araşdırmalar zamanı məlum olmuşdur ki, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi, ev 89 ünvanında yerləşən yarımzirzəmi dövlətin balansındadır. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda vətəndaşların istifadəsində olan, lakin dövlətin balansında olan qeyri-yaşayış sahələri, zirzəmiləri və ya yarımzirzəmilər üzrə kompensasiya ödənilməsi nəzərdə tutulmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətlərində olan mənzil cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmışdır. İddiaçının xüsusi mülkiyyətində olan əmlakı qiymətləndirilmiş və həmin qiymətə uyğun olaraq tərəflər arasında notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə alqı-satqının dəyəri göstərilmişdir. Müqavilə qüvvədə olmaqla onun ləğvi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə hər hansı sübut təqdim edilməmişdir . İstinad edilən normaların tələbləri və tərəflər arasında bağlanmış müqavilə nəzərə alındıqda, iddiaçının mülkiyyət hüququ üzrə ona məxsus mənzil sahəsindən cavabdehin xeyrinə imtina etməsi ilə eyni zamanda çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı da müqavilə üzrə mənzil sahəsini əldə edənə, hazırkı halda, cavabdehə keçmişdir. Beləliklə, iddiaçının iddia etdiyi, istinad edilən müqavilənin bağlanmasınadək ona məxsus olmuş mənzil sahəsinə xidmət edən sahə və obyektlərə münasibətdə hazırkı məzmunda tələb hüququ yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi,ev 89 ünvanında yerləşən yaşayış sahəsi 39,6 kv.metr, yardımçı sahəsi 40,0 kv.metr olmaqla ümumi sahəsi 79,6 kv.metr olan daşınmaz əmlak ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmuşdur. 21 yanvar 2016-cı il tarixli AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 39,6 kv.metr, yardımçı sahəsi 40,0 kv.metr olmaqla ümumi sahəsi 79,6 kv.metr olan daşınmazəmlak Bakı şəhəri Cavabdehnə satılmışdır. Lakin binanın yarımzirzəmisində olan 27,6 kv.metr olan qeyri-yaşayış sahəsi qiymətləndirilməmişdir. AR Konstitusiyasının 29-cu maddəsinə istinad edənAzərbaycan Respublikası Mülki Məcəlləsinin 203.5-cimaddəsinə görə,fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Dövlət ehtiyacı”nın mahiyyətini və sərhədlərini isə Mülki Məcəllənin 157.9-cu maddəsi müəyyən edir: -dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması; - sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; - müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; -dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3-cü maddəsində də torpağın alınmasına əsas verən dövlət ehtiyaclarının dəqiq siyahısı göstərilmişdir. 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların)çəkilməsivə quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhəddinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiəvətəhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4.dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 64-cü maddəsinə əsasən mülkiyyətdə olan əmlakla bərabər şəxsi və ümumi istifadədə olan əmlakın da dövlət ehtiyacı üçün alınması zamanı kompensasiyanın ödənilməsi nəzərdə tutulur. Apellyasiya Baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili Nümayəndə3 izahatında bildirmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan 79,6 kv.m. əmlaka görə (yalnız yaşadığı evin) ona kompensasiya ödənilsə də, həmin əmlakın altında yerləşən və faktiki olaraq müddətsiz istifadəsində olan torpaq sahəsinə görə heç bir kompensasiya ödənilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən irəli sürülən iddia tələbləri araşdırılmamış, hüquqi qiymət verilməmiş yalnız iddianın mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. Kollegiya qeyd edir ki, irəli sürülən yarızirzəmi və torpaq sahəsinin verilməsi tələbinə yenidən baxılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2484/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-2163/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2163/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver