Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2163/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğunun Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı oğunun iştirakı ilə, İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3129/2023 saylı 14 fevral 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı xx.xx.1985-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı 1985 – 1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə cağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin 151 saylı xx.xx.2019--cu il tarixli arayışından görünür ki, İddiaçı hərbi xidmət dövründə xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Çernobıl X3 (AES) baş vermiş qəzanın aradan qaldırılmasında 30 kilometrlik zonada iştirak etmişdir. N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli vəsiqədən görünür ki, Bağırov X5 X3 (AES) baş vermiş qəzanın nəticələrinin ləğvində iştirak etmişdir. Müdafiə Nazirliyinin Şəxsi heyət baş İdarəsi tərəfindən verilmiş 055379 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranı üçün müəyyən edilmiş imtiyaz və güzəştlərdən istifadə etmək hüququna malikdir. Cavabdehin dekabr 2020-ci il tarixli protokoluna əsasən Komissiyanın sədri M.Məmmədova xx.xx.2020-ci il tarixli iclası açıq elan edərək, Əlilliyin müəyyən olunması məqsədilə aparılmış qiymətləndirmə üzrə Agentlikdə mütəxəssislərin iştirakı ilə 14 nəfər şəxsin təqdim etdikləri tibbi sənədlər, eləcə də, sağlamlıqlarının mövcud vəziyyətinə əsasən onların əlillik vəziyyətinə yenidən baxılması zəruri hesab edilmişdir. Protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 9 nəfərin əlillik dərəcəsi öz təsdiqini tapmamış, 4 nəfər hissəvi və 1 nəfərin tam reabilitasiya edilməsi qərara alınmışdır. İddiaçı əlillik dərəcəsi təsdiq edilmişdir. İddiaçı əlilliyinin ona xx.xx.2018-ci ildə təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik göstərilmişdir. Bundan sonra İddiaçı oğu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “əlillik dərəcəsinin səbəb əlaqəsinin xx.xx.2020-ci il tarixdən, yəni DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətində Hərbi-Həkim Komissiyasının qərarı qəbul edilən tarixdən “Çernobıl AES-də hərbi xidmətlə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar alınmışdır” kimi qeyd olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1985-1987-ci illərdə keçmiş X8 Qoşunları tərkibində Çernobıl X3 (AES) baş vermiş qəzanın nəticələrinin ləğvinə cəlb olunaraq qəza mərkəzinin 30 kilometrlik radiusunda olan ərazidə, bilavasitə stansiyanın mühafizəsini təmin edən birləşmə daxilində baş serjant (baş çavuş) rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. Həmin ərazidə hərbi xidmətdə olarkən şüa xəstəliyi və digər xəstəliklərə tutulmuşdur. Xəstəliyi ilə bağlı Çernobıl iştirakçısı kimi “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ona müddətsiz 3cü dərəcəli əlillik qrupu təyin edilmişdir. Bu fakt ona məxsus bütün rəsmi sənədlərlə bərabər hərbi bileti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsinin arayışları, həmçinin DİN Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətində Hərbi-Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə tam təsdiq olunur. Bununla əlaqədar olaraq, 20 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Müraciətində qeyd etmişdir ki, o, 1985-1987-ci illərdə keçmiş X8 Qoşunları tərkibində Çernobıl X3 (AES) baş vermiş qəzanın nəticələrinin ləğvinə cəlb olunaraq qəza mərkəzinin 30 kilometrlik radiusunda olan ərazidə, bilavasitə stansiyanın mühafizəsini təmin edən birləşmə daxilində baş serjant (baş çavuş) rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. Həmin ərazidə hərbi xidmətdə olarkən şüa xəstəliyi və digər xəstəliklərə tutulmuşdur. Xəstəliyi ilə bağlı, Çernobıl iştirakçısı kimi (30 km radiusda olan ərazidə) “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ona xx.xx.2008-ci il tarixdə müddətsiz 3-cü dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Bu inkarolunmaz fakt ona məxsus bütün rəsmi sənədlərlə bərabər hərbi bileti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin arayışları, həmçinin DİN Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətində Hərbi-Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə tam təsdiq olunur. Yekunda, əlilliyinin Çernobıl AES-də hərbi xidmətlə və hərbi xidmət vəziflərini yerinə yetirməkə əlaqədar olduğunu nəzərə alaraq, ona xx.xx.2008-ci il tarixdə təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin, bugünə kimi Agentlik tərəfindən ona hər hansı bir cavab verilməmişdir. Məhkəməyə təqdim etdiyi DİN Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətində Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, keçmiş SSRİ-nin Daxili Qoşunlarda hərbi xidmət keçərkən xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən İddiaçı həbri xidmət dövründə aldığı şüalanmadan sonrakı xəstəlik-diaqnoz: “Postradiasion toksiki ensefalopatiya, asteno-nevrotik vəziyyət. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. Kalkulyoz pielonefıt”. (DİN DQ komandanının R/10253 nömrəli xx.xx.2019-cu il tarixli 1597 nömrəli məktubu, göndərişi və 299 nömrəli arayışı, hərbi biletin surəti, Akademik Mirqasımov adma Respublika Klinik Xəstəxanasından 10288 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi, Xəstəliklərin səbəbini və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 009 nömrəli xx.xx.2008-ci il tarixli ekspert rəyi ilə təstiq edilir). “Xəstəlik, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti 33 saylı Şəhər Poliklinikasının xx.xx.2001 -ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Postradiosion toksıki ensefalopatiya .Asteno nevratik vəzziyyət.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR Postradiosion toksiki ensefalopatiya .Asteno nevratik vəzziyyət.” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020- ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi- sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat ‘Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3129/2023 saylı 14 fevral 2023-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı əlillik dərəcəsinin səbəb əlaqəsinin xx.xx.2020-ci il tarixdən “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə əlaqədar” qeyd edilməsi öhdəliyinin həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının müvafiq bəndlərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, hazırki iddia mübahisələndirmə haqında iddialara aid olmuş, iddiaçı isə bu növ iddiadan qanunla nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: İddiaçı oğu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulu ilə bağlı deyil, mövcud inzibati aktın bərpa edilməsi istiqamətində hərəkətin edilməsi ilə bağlıdır, yəni öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyətinə gəldikdə isə hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixdə müayinə olunmuş, ona “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbli əlaqəsi ilə xx.xx.2001-ci il tarixdən üçüncü dərəcə, müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi-Həkim Komissiyasının 1 nömrəli, xx.xx.2020-ci il tarixli “Daxişi İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətində Hərbi-Həkim Komissiyasının” Qərarına əsasən, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinin “d” bəndinə əsasən “Xəstəlikdir, Çernobıl AESdə qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” qərarı qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciəti ümumiyyətlə cavablandırılmamışdır. Hazırki mübahisə iddiaçının əlilliyinin səbəbinin dəyişdirilməsi ilə bağlıdır. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyinin səbəb əlaqəsi ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik göstərilmiş, bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin ştatlı HHK tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdehin iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmasına, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hərbi xidmət dövründə xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Çernobıl X3 (AES) baş vermiş qəzanın aradan qaldırılmasında 30 kilometrlik zonada iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Naziri tərəfindən verilmiş “Xəstəliklərin səbəbini və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası”nın 009 saylı xx.xx.2008-ci il tarixli iclasında qəbul edilmiş ekspert rəyinə əsasən, “Xəstəlik Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işlərində radioaktiv şüalanma ilə əlaqədardır.” qeyd olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi-Həkim Komissiyasının 1 nömrəli, xx.xx.2020-ci il tarixli “Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətində Hərbi-Həkim Komissiyasının” Qərarına əsasən, keçmiş SSRİ-nin Daxili Qoşunlarında hərbi xidmət keçərkən xx.xx.1987ci il tarixdən xx.xx.1987-ci il tarixədək Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı şüalanmadan sonrakı xəstəlik-diaqnoz: “Postradiasion toksiki ensefalopatiya, asteno-nevrotik vəziyyət. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. Kalkulyoz pielonefrit”. (DİN DQ komandanının R/10253 nömrəli xx.xx.2019-cu il tarixli göndərişi, SHXÇDX-nın Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 1597 nömrəli məktubu, göndərişi və 299 nömrəli arayışı, hərbi biletin surəti, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından 10288 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi, Xəstəliklərin səbəbini və əlilliyin peşə xarakterinin Çernobıl AESdə baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 009 nömrəli xx.xx.2008-ci il tarixli ekspert rəyi ilə təsdiq edilir). “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. maddəsinin d) bəndi. DİN DQ HHK-nın 1 nömrəli, xx.xx.2020-ci il tarixli protokolu. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********7 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinə əsasən, iddiaçı xx.xx.2001-ci il tarixdə müayinə olunmuş, ona “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbli əlaqəsi ilə xx.xx.2001-ci il tarixdən üçüncü dərəcə, müddətsiz əlillik təyin edilmişdir. İddiaçının ilkin əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi sosial ekspertiza xidməti tibbi sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Milli Məclisinin qərarlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmr, qərar və sərəncamlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tuturlar. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Tibbi sosial ekspert komissiyaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılır və şəxslərin həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında onların sosial yardıma və sosial müdafiəyə olan ehtiyaclarını müəyyən edirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən Tibbi sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. Əlillik səbəbləri: ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı əlillik, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik, 1990-cı ilin yanvar haisələri ilə əlaqədar əlillik, hərbi xidmət dövrü ilə əlaqədar əlillik, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik, müharibə əlilliyi, Azərbaycan Respublikasıın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən şəxsləri tibbi sosial ekspert komissiyalarda müayinəsi səhiyyə idarələrinin göndərişi əsasında icra edilir. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, kliniki proqnoz göstərilmələ, onun əmək fəaliyyətinin məhdudlaşması və ya itirilməsi əsaslandırılır. Göndəriş səhiyyə idarəsinin nəzdində olan həkim məsləhət komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və dairəvi möhürlə təsdiq olunur. Göndəriş tibbi-sosial ekspert komissiyasına həkim məsləhət komissiyası tərəfindən göndərilir və ya təqdim olunur. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən TSEK-ə təkrar müayinəyə göndərilən əlillər və sağlamlıq imkanları məhdud uşaqlar müalicə-profilaktika idarələrində növbədənkənar müayinə edilirlər. Həmin Əsasnamənin 4.5-ci bəndinə əsasən müvafiq müalicə-profilaktika müəssisələrindən göndəriş daxil olduğu halda şəxs (pasport və ya onu əvəz edən digər sənəd təqdim etməklə) pasport qeydiyyatında olduğu (yaxud faktiki yaşadığı) rayona (şəhərə) xidmət edən TSEK tərəfindən müayinə olunur. İstehsalat zədəsi və ya peşə xəstəliklərinə görə ilkin müayinə olunan şəxslər peşə qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün hadisə baş vermiş təşkilatın yazılı sorğusunu bədbəxt hadisənin baş verməsini təsdiq edən akt, yaxud məhkəmənin qərarı, sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənəd təqdim edirlər. Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələri təyin etmək üçün 18 yaşa çatmış və ya ondan yuxarı yaşlı şəxsləri qəbul edirlər. Bununla yanaşı komissiyalar müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara pensiya və ya sosial müavinət almaq hüququ verən tibbi göstərişləri və onların digər sosial yardıma olan ehtiyaclarını müəyyənləşdirmək məqsədi ilə onları da müayinədən keçirirlər. Həmin Əsasnamənin 4.11-ci bəndinə əsasən müayinə və kollegial müzakirədən sonra komissiya qərar qəbul edir. Qərar protokollaşdırıldıqdan və tibbi-sosial ekspert komissiyasının arayışı yazıldıqdan sonra komissiyanın qərarı müayinə olunan şəxsə (yaxud onun qəyyumuna) sədr tərəfindən elan edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-); 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; (-); 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 3-cü bəndinə əsasən hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları. Həmin Təlimatın 3.1-ci bəndinə əsasən şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Həmin Təlimatın 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Həmin Təlimatın 3.3-cü bəndinə əsasən hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. Həmin Təlimatın 3.4-cü bəndinə əsasən xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHKna göndərilir. Həmin Təlimatın 3.5-ci b\ndinə əsasən hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Həmin Təlimatın 3.5.2-ci bəndinə əsasən Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. Göründüyü kimi, iş matriallarında olan bütün sənədlərdə iddiaçıya məxsus onun əlilliyinin məhz hərbi xidmət dövründə X3 (AES) baş vermiş qəzanın aradan qaldırılması zamanı alınması qeyd edilsə də, bu hal cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Kollegiya onu da qeyd edir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qərarlarında belə sərgilənmişdir (2-1(102)-222/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin 2-1(112)-3129/2023 saylı 14 fevral 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3129/2023 saylı 14 fevral 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2163/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2163/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver