Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2166/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); İbrahimli İbrahim Adil oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs 18 saylı şəhər poliklinikası) “müddətsiz 3-cü dərəcə əlilliyin təyin olunması ” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2383/2022 saylı, 29 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi barədə və qoşmaya əlavə etdiyi sənəddə qeyd olunan yığılmış pul məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı əlilliyin təyin olunması üçün tələb olunan bütün tibbi sənədlərinin olmasına baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əlilliyin təyin edilməsi ilə bağlı müxtəlif tarixlərdə əsassız olaraq rədd cavabı vermişdir. Sonuncu dəfə isə həmin Fonda etdiyi müraciətinin tarixindən təxminən 2 ay müddətdən artıq vaxt keçməsinə baxmayaraq heç bir cavab almamışdır. xx.xx.2021-ci il tarixdə əlilliyin müyəyən edilməsi ilə bağlı ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna rəsmi qaydada müraciət etmişdir. Müraciətinin qəbulu zamanı cavabın 15 iş günü ərzində, əlavə öyrənilmə yoxlama tələb edən müraciətlərin müddətinə isə 30 iş günü ərzində baxılacağı barədə məlumat verildi. “Vətəndaşların müraciətlərinə dair Qanunvericili”yin 10.1-ci maddəsində göstərilir ki, bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Ərizədən də göründüyü kimi həmin Qanunun 9.2, 9.6-ci maddələrində göstərilən hallar aşkar deyildir. Qanunun 10.2 və 10.4-cü maddəsində göstərilən hallar isə ümumiyyətlə tələb edilməməlidir. Çünki, əvvəlki müraciətlərində və ona aid olan bütün sənədlərdə tələb olunan bütün lazımı sənədlər təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı müddətsiz İİİ qrup əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli 0074003AAB6K saylı göndərişi əsasında baxılmış “X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H34 - Tor qişanın damarlarının okklyüziyası => H34.8 - Digər retinal damar okklyu...; Diaqnozun mətni: H04.8 Digər retinal damar okkiyüziyaları, OD-Tor qişanın mərkəzi venasının okkluziyası.Vis OD=0.01 k/e.Vis OS=0,8 k/e.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin Səhiyyə Nazirliyinin Göz xəstəlikləri reystrində məlumatı tapılmadi” səbəbi ilə imtina verilmişdir. Bakı 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli 0074003AAB7C saylı şöndərişi əsasında baxılmış və “X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın »stəlikləri => H34 - Tor qişanın damarlarının okklyüziyası => H34.8 - Digər retinal damar akklyu...; Diaqnozun mətni: ODTor qişanın mərkəzi venasının okkluziyast. insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet 2 tip. Diabetik oolinevropatiya. Aşağı ətrafların diabetik angiopatiyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əmək müqaviləsi dmasına baxmayaraq xəstəlik vərəqəsi qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir. Bakı 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli 0074003AAB7Q saylı göndərişi əsasında baxılmış və “X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H34 - Tor qişanın damarlarının okklyüziyası => H34.8 - Digər retinal damar okklyu...; Diaqnozun mətni: Digər retinal damar okklyüziyaları, OD-Tor qişanın mərkəzi venasının okkluziyası. Şəkərli diabet tip 2, insulin tələbli; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əmək müqaviləsi almasına baxmayaraq xəstəlik vərəqəsi qeyd olunmamışdır” səbəbi ilə imtina verilmişdir. Bakı 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0074003AACB4 saylı göndərişi əsasında baxılmış və “X2: Vİİ Sinif - Gözün H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H34 - Tor qişanın damarlarının okklyüziyası => H34.8 - Digər retinal damar okklyu...; Diaqnozun mətni: H34.8 Digər retinal damar okklyüziyaları, OD-Tor qişanın mərkəzi venasının okkluziyası.Vis OD=0.01 k/e.Vis OS=0,8 k/e. Ağırlaşma H54.4 Wonokulyar korluq, OD-Monokulyar korluq.Vis OD=0.01 k/e.Vis OS=0,8 k/e. Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, OS-Sadə hipermetropik astiqmatizm, Em və Hm 1.0 D. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyyi İİİ mərhələ. Yanaşı xəstəliklər E11.7 insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 2, insulin tələbli. Yanaşı xəstəliklər İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların diabetik angiopatiyası. Yanaşı xəstəliklər H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU-Diabetik retinopatiya. Yanaşı xəstəliklər G63.2* Diabetik oolinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polinevropatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əmək müqaviləsi olmasına baxmayaraq qeyd edilmiş xəstəlik vərəqələri ödənişə təqdim olunmamışdır” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin dması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin tirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət iaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem srəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə Tiüəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə iə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə sdbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron mza ilə imzalanır. Bununla əlaqədar iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən nüraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2383/2022 saylı, 29 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müddətsiz İİİ qrup əlilliyinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun tərtib edilmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2383/2022 saylı, 29 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Gürcüstan, Bolnisi rayonunda anadan olmuşdur. - xəstənin müayinə kartından çıxarışdan və tibbi rəylərdən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xəstəliyi xx.xx.2019-cu il tarixdə başlamış, iddiaçı həmin tarixdən X5 adına Milli Oftalmologiya Mərkəzində və AR "xxxx" MMC Avrasiya Hospitalında müalicələr almışdır. - İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 18 nömrəli Şəhər Poliklinikası tərəfindən onun barəsində xx.xx.2020-ci il tarixli 0774003AAB6K nömrəli, xx.xx.2020- ci il tarixli 0074003AAB7C nömrəli, xx.xx.2020-ci il tarixli 0774003AAB7Q nömrəli və xx.xx.2021-ci il tarixli 0774003AACB4 nömrəli Göndərişlər (Forma 088) göndərilsə də, tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina səbəbi kimi göstərilmişdir ki, Göndərişin natamam doldurulması – Səbəb:Əmək müqaviləsi olmasına baxmayaraq qeyd edilmiş xəstəlik vərəqələri ödənişə təqdim olunmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC (SUN: **********8; VÖEN: **********) tərəfindən iddiçıya aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş və ödənişə göndərilmişdir Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd edilmişdir ki, iddiaçının xəstəliyinin uzun müddət davam etməsi, iddiaçının müxtəlif dövrlərdə əməliyyat olunması, müayinə və müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının xəstəlik diaqnozunun müvafiq “Qaydalar”ın 2-ci bəndinə (üçüncü dərəcə əlillik müddətsiz) uyğun olduğundan iddiaçıya 3-cü dərəcə əlillik təyin edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması Göndəriş verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Həmin Əsasnamənin 2.5-ci bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4) Həmin Əsasnamənin 2.3-cü bəndinə əsasən, üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2); 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); 2.3.5. astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya (F20-F20.9); 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9);2.3.7. İİ mərhələ bədxassəli şişlər (C00-C97);2.3.8. İİV-infeksiyasının İ-İİ mərhələləri (B20-B24);2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Əlilliyin təyin edilməsini tənzimləyən qüvvədə olan normativ hüquqi aktdan görünür ki, şəxsə əlillik yalnız o halda təyin oluna bilər ki, onda olan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə aid olsun. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmənin 2-1(112)-10262/2021 saylı xx.xx.2021- ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tibbi-eksperizası təyin edilmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin T 336/2021 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, İddiaçı adına iş materiallaırnda olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 18 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2020-ci il tarixli 0774003AAB6K saylı, xx.xx.2020-ci il tarixli 0074003AAB7C saylı, xx.xx.2020-ci il tarixli 0774003AAB7Q saylı və xx.xx.2021-ci il tarixli 0774003AACB4 saylı göndərişlərlə göndərilmiş 88 saylı arayışlarda qeyd olunan və iddiaçıda olan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürməklə yanaşı müddətsiz İİİ dərəcəli əlillik verilməsinə uyğun gəlir. Tibbi sənədlərə əsasən İddiaçı adına 18 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş göndərişlərdə (Forma № 88-də) qeyd olunmuş, yəni onun əziyyət çəkdiyi xəstəliklər xx.xx.2019-cu il tarixdən başlanılmışdır, xroniki olduğundan müalicəsi yoxdur, kəskinləşdikdə göz həkiminin nəzarəti altında müvafiq müalicə təyin olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və müvafiq ekspert rəyindən göründüyü kimi iddiaçı uzun müddət və davamlı olaraq xəstəlikdən əziyyət çəkmiş və müalicə almışdır. İddiaçının xəstəlik diaqnozu müvafiq “Qaydalar”ın 2-ci bəndinə (üçüncü dərəcə əlillik müddətsiz) uyğun olduğundan və ona qanunauyğun olaraq üçüncü dərəcə əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2383/2022 saylı, 29 mart 2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2383/2022 saylı, 29 mart 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2166/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2166/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver