Məhkəmə qərarları › İş №2-1(103)-2167/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2167/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2167/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X10, üçüncü şəxsin nümayəndəsi X8 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ("xxxx" MMC) “qərarın ləğv edilməsi, əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı, cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək onun barəsində Agentliyin xx.xx.2023-cü il tarixli 3-cü qrup əlillik, 50 faiz peşə əmək qabliyyətinin itrilməsi barədə və xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik 65 faiz peşə əmək qabiliyyətinin itirilməsi barədə qərarlarının ləğv edilməsi və onun xx.xx.2021-ci il tarixli peşə xəstəliyi səbəbi ilə 2-ci dərəcə əlilliyin, peşə əmək qabiliyyətinin itirilmə faizinin 80 faiz olmaqla təyin edilməsi haqqında qərarının müddətsiz olaraq xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «… 2003-cü ildən “X12” MMC ilə əmək müqaviləsi əsasında qazma qurğusunda yüksəklikdə işləyən fəhlə vəzifəsində işləmiş, 2009-cu ilin iyul ayında yüksək vibrasiyalı “Needl gun” aparatı ilə işləyərkən əmək xəsarəti almışdır. Həmin tarixdən işdən azad olunmuş və stasionar müalicə almışdır. Aldığı xəsarətlə əlaqədar əmək qabliyyətini itirmiş və 18 avqust 2009-cu il tarixdən 13 may 2010-cu il tarixə qədər əmək qabliyyətini müvəqqəti itirməklə müalicə olunmuşdur. 2009-cu ilin dekabr ayında X5 (V.Axundov adına X4 İnstitutu) apardığı araşdırmalar nəticəsində əmək xəsarətinin peşə fəaliyyəti ilə əlaqədar olduğu təsdiq edilmişdir. xx.xx.2010-cu il tarixdə 1 saylı Zona Tibbi Sosial Ekspert Komissisyasının qərarı ilə ona əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsitəqsirkar müəssisənin sorğusu əsasında əmək qabliyyətinin 70 faiz itirilməsi təsdiq edilmişdir. xx.xx.2011-ci il tarixdə 1 saylı Zona Tibbi Sosial Ekspert Komissisyasının qərarı ilə ona 2012-ci ilin may ayına qədər əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi əmək qabliyyətinin 80 faiz itirilməsi təsdiq edilmişdir. xx.xx.2012-ci il tarixdə 10 saylı Tibbi Sosial-Ekspert Komissiyası tərərfindən əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi təsdiq edilmiş, lakin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissisyasında şəxsi işinin içərisində saxlanılan müəssisə tərəfindən ilkin müayinə zamanı göndərilmiş əmək qabiliyyətinin itirilməsi faizinin hesablanması sorğusunun müəmmalı şəkildə yoxa çıxması və həmin sorğunun müəssisə tərəfindən təkrarən verilməsindən imtina edilməsi ilə əlaqədar əmək qabiliyyətinin itirilməsi faizi təsdiq edilməmişdir. 2013, 2014, 2015-ci illərdə də hər il bir il müddətinə 10 saylı Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik təsdiq edilmiş, lakin əmək qabiliyyətinin itirilməsi faizi təsdiq edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2015-ci il tarixli qətnaməsi ilə 2012-ci ilin may ayından növbəti 80 faizdən fərqli faiz təsdiq edilənədək xəsarətə görə ödəncin əmək qabliyyətinin 80 faiz itirilməsinə müvafiq ödənilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən əmək zədəsi səbəbi ilə 2-ci dərəcəli əlillik əmək qabiliyyətinin 65 faiz itirilməsi ilə 5 il müddətinə təsdiq edilmişdir. Növbəti sonuncu əmək qabliyyətinin itirilmə faizi və əlillik dərəcəsi təyin edilməsi isə xx.xx.2021-ci il tarixində həyata keçirilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli Müayinə Aktının nəticəsinə görə ona peşə xəstəliyi səbəbi ilə əmək qabliyyətinin itirilməsi faizi 80% olmaqla 2026-cı ilədək müddətli 2-ci qrup əlillik təyin olunması barədə qərar qəbul edilmişdir. Həmin qərar ona xx.xx.2021-ci il tarixində verilmişdir. Tibbi Sosial-Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabliyyətinin 65 faiz itirilməsi barədə 2-ci Müayinə Aktı da qəbul olunmuşdur. 6 ay sonra şirkət aylıq ödəncini 15% azaldaraq ödədiyində üzə çıxmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixdə ona təqdim edilmiş xx.xx.2021-ci il tarixli “2-ci qrup əlillik, əmək qabiliyyətinin itirilmə faizi 80% 5 il müddətinə" dair Müayinə aktı xx.xx.2021-ci il tarixində elektron portalda dəyişdirilərək “2-ci qrup əlillik, əmək qabiliyyətinin itirilmə faizi 65% müddətsiz” redaksiyasında verilmişdir. Lakin sonradan cavabdeh Agentliyin xx.xx.2023-cü il tarixli qanunsuz olaraq ona 3-cü qrup əlillik və 50 faiz peşə əmək qabliyyətinin itrilməsi barədə qərar qəbul olunuşdur...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “…Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası dfsklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu; Meyar: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son beş ildə aldığı stasionar müalicəsi yetərli deyil.İxtisaslaşdırılmış müayinə və müalicəsi davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “Səbəbi : Peşə xəstəliyi; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9,G80-G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında -təkrarən baxılmış və “Səbəbi : Peşə xəstəliyi; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54- Digər dorsopatiyalar => M50- Boyun şöbəsinin fəqərəarası cisklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu .Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu fonunda xr.radiklopatiya, davamlı ağrı sindromu ilə və tez-tez fəsadlaşmalarla.C4-C5,C5-C6,C6-C7,L4-L5 f.a.diskin arxa mərkəzi protruziyaları, davamlı kökcük ağrıları ilə,sol yuxarı ətrafın atoniyası, vertebro vaelyar qan dövranı çatmamazlığı, dissurkulyator ensegalopatiya, bel-oma fəq-nin osteoxandrozu,L4- L5 f.a.diskin protruziyaları, ağrı sindromu ilə. Asteno nevrotik sindrom. Yuxarı ətraf əzələlərinin atoniyası. Dissurkulyator ensefalopatiya.; Əmək qabiliyyətinin itirilməsi(%- lə): 65; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9.G80-G80.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir... İddiaçı **********3 nömrəli məktuba əsasən əyani müayinədə olmuş və onun əmək qabiliyyətinin 65% itirilməsi müəyyən olunmuşdur...” Üçüncü şəxs də həmçnin iddia ərizəsinə dair yazılı mülahizəsində iddiaının əsassız olduğunu qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə aşağıdakılar qərara alınmışdır: “...İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sərvər Kərim oğlu barəsində müddətsiz 3-cü dərəcə və peşə əmək qabiliyyətinin 50% itirilməsinin təyini barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı barədə xx.xx.2021-ci il tarixdən peşə əmək qabiliyyətinin itirilmə faizinin 80% olmaqla 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyini barədə məlumatların əlillik alt sistemində bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin…” Həmin qərardan həm tərəflər, həm də üçüncü şəxs apellyasiya şikayəti vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının, “ona 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilməsi hisəsində” dəyişdirilərək həmin hissədəona müddətsiz təyin edilməsi barədə, cavabdeh qərarın ləğv edilərək iddianın rədd olunması barədə, üçüncü şəxs isə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər Apellyasiya şikayətləri Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...İddia tələbi təmin olunmamış hissəsində (əmək qabiliyyətinin itirilmə faizinin müddətsiz təyin edilməsi) gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, işin hallarından görünür ki, işdə AR ƏƏSMN X1 Sistemi Əlillik haqqında xx.xx.2021-ci il tarixli arayışı (əlilliyin müddəti: müddətsiz), cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli məktubu (peşə xəstəliyi səbəbindən:müddətsiz) və cavabdehin xx.xx.2023-cü il tarixli qərarı (peşə xəstəliyi səbəbi ilə: MÜDDƏTSİZ) var. Qeyd edilən sənədlər onunla cavabdehin müddətlə əlaqədar məsələdə ortaq qarşılıqlı münasibətlərimizi ifadə edir. Hər iki tərəf müddət məsələsində eyni fikirdədir: əlillik müddətsiz təyin edilməlidir. Həm də belə bir vahid yanaşma iş məhkəmə müstəvisinə keçməmişdən əvvəl, məhkəməyə müraciətdən xeyli əvvəl (İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilib) - 2021-ci ilin noyabr - dekabr aylarında, mənə qanunsuz olaraq əmək qabiliyyətinin itirilmə faizi 65 faiz müəyyən edilərkən yaranmış və məhkəmə icraatı zamanı da davam etmişdir (cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə). Məhkəməyə müraciət etməmişdən xeyli əvvəl mənimlə cavabdeh arasında əmək qabiliyyətinin itirilmə faizinin müddəti ilə bağlı yaranmış eynifikirlilik onun cavabdehə pretenziya ilə müraciət etməyini birmənalı şəkildə istisna edir. Bu mənada, fikrimcə, məhkəmə, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bununla da onun pozulmuş hüquqlarımın tam şəkildə bərpası mümkün olmamışdır...” Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: ”...Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...” Üçüncü şəxs apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: Qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 təcrübəli həkim- ekspertlərinin məhkəməyə təqdim etdiyi 782 saylı 19 sentyabr 2022-ci il tarixli Rəyində gəldiyi nəticə ilə hansı qanuni əsaslara müvafiq olaraq razılaşmadığını birbaşa izah etmir. Agentliyinin təcrübəli ekspert və həkimləri tərəfindən aparılmış hər iki tibbi müayinələrinin qərarlarını, qəbul etdiyi qərarında əsassız” və “qanunsuz” hesab edir. Məhkəməyə dəvət olunan Agentliyin həkim və ekspertlərinin məhkəməyə verdiyi sübut, fakt və izahatlarını və Tibbi sosial-ekspert komissiyasının müayinə Protokolunda İddiaçının heç vaxt peşə əmək qabiliyyətinin itirilməsinin 80% müəyyən olunması barədə qeydin olmamasını faktını əsla nəzərə almaq istəmir. Ən başlıcası isə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və qəbul etdiyi Qərar sırf Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının qərarının mexaniki səhv olaraq peşə əmək qabiliyyətinin itirilməsinin 80%lə əlillik alt sisteminə daxil edilməsi faktı əsasında qurulub ki, bu da əyani tibbi müayinə əsasında Tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın ləğvi üçün qanunin əsas hesab edilə bilməz. Halbuki, inzibati orqan apardığı əyani tibbi müayinənin nəticəsində iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizini 50% olaraq, həm də əlillik dərəcəsi təyinatı qüvvədə olanqanunvericilik aktlarımın tələbləri əsasında (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş ’'Əlilliyin müəyyən olunması meyarları" baxımından) yoxlayaraq və əyani müayinə apararaq 3-cü dərəcə (35- 60% aralığı) əlillik təyinatı müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilinəsi Qaydasf'na (və həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"-na) uyğun olaraq qiymətləndirilir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən tərəflərin və üçüncü şəxsin nümayəndələri apellyasiya şikayətlərinə uyğun izahat verərək şikayətlərinin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materialları ilə müəyyən olunan hallar aşağıdkılardan ibarətdir. 34 saylı Şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2010-cu il tarixdə baxılaraq Peşə xəstəliyi, X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: C5-C6 fəqərəarası diskin sağ tərəfli paramedian yırtığı kokcuk ağrı sindromu boyun və bel fəqərələrinin osteoxondrozu; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Növbəti müayinə tarixi xx.xx.2011-ci il müəyyən edilmişdir. Daha sonra, xx.xx.2014- cü il tarixli və xx.xx.2015- ci il tarixli göndərişləri əsasında eyni diaqnoz göstriciləri iilə hər dəfə bir il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, Poliklinakının bundan sonrakı xx.xx.2016-cı il tarixli göndərişi əsasında isə həmin diaqnozla ona daha beş il müddətinə 2-ci dərəcə əllik təyin olunmuşdur. Daha sonra, həmin Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılaraq son beş ildə aldığı stasionar müalicəsi yetərli olmaması və ixtisaslaşdırılmış müayinəvə müalicəyə ehtiyacı olması” səbəbi ilə imtina verilsə də onun əlillik vəziyyəti Poliklinikanın eyni tarixli göndərişi əsasında təkrarən qiymətləndirilmiş və ona Peşə xəstəliyi; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9,G80- G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra da, həmin Poliklinikanın xx.xx.2021-ci il tarixli göndərişi əsasında ona “Peşə xəstəliyi; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu. Boyun şöbəsinin fəqərəarası disklərininradikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu fonuinda xr.radiklopatiya, davamlı ağrı sindromu ilə və tez-tez fəsadlaşmalarla. C4-C5, C5-C6, C6- C7, L4-L5 f.a.diskin arxa mərkəzi protruziyaları, davamlı kökcük ağrıları ilə, sol yuxarı ətrafın atoniyası, vertebro vaelyar qan dövranı çatmamazlığı, dissurkulyator ensegalopatiya, bel-oma fəq-nin osteoxandrozu, L4-L5 f.a.diskin protruziyaları, ağrı sindromu ilə. Asteno nevrotik sindrom. Yuxarı ətraf əzələlərinin atoniyası. Dissurkulyator ensefalopatiya. Ağırlaşma R52.0 Kəskin ağrı. Ağırlaşma İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Dissurkulyator ensefalopatiya. Ağırlaşma M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası. Ağırlaşma G54.4 Oma-bel köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi. Ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu; Əmək qabiliyyətinin itirilməsi (%-lə): 65; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. xx.xx.2021-ci il çap tarixli tarixli müayinə aktına dair məlumatlara əsasən iddiaçının əlillik vəziyyətinə 2784003AACFP nömrəli Forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu” diaqnozu ilə əmək qabiliyyətinin itirilməsi 80 faizi ilə ” peşə xəstəliyi səbəbi ilə əlillik müddəti xx.xx.2026-cı il tarixi göstərilməklə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh Agentliyin sistemə daxil edilmə tarixi xx.xx.2021-ci il olan Tibbi-Sosial Ekspert Komissiyasinın xx.xx.2021-cu il tarixli, xxxxxxx0008 nömrəli Qərarına əsasən iddiaçıya təkrar Peşə xəstəliyi; “... Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu. Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu fonunda xr.radiklopatiya, davamlı ağrı sindromu ilə və tez-tez fəsadlaşmalarla.C4-C5,C5-C6,C6- C7,L4-L5 f.a.diskin arxa mərkəzi protruziyaları, davamlı kökcük ağrıları ilə,sol yuxarı ətrafın atoniyası, vertebro vaelyar qan dövranı çatmamazlığı, dissurkulyator ensegalopatiya, bel-oma fəq-nin osteoxandrozu, L4-L5 f.a.diskin protruziyaları, ağrı sindromu ilə.Asteno nevrotik sindrom.Yuxarı ətraf əzələlərinin atoniyası. Dissurkulyator ensefalopatiya. Əlilliyin müəyyən olunması meyarı: 2.2 İkinci dərəcə əlillik = > 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9)” - səbəbi ilə əlillik müddəti “müddətsiz” ikinci dərəcə əlillik təyin edilmişdir (Təyinat tarixi: xx.xx.2021, əmək qabiliyyətinin itirilməsi: 65%). xx.xx.2021-ci il Çap tarixli müayinə aktına dair məlumatlardan da görünür ki, iddiaçının əlillik vəziyyətinə 2784003AACFP nömrəli Forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “Səbəbi: Peşə xəstəliyi; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-beloma fəq-nin osteoxandrozu; Əmək qabiliyyətinin itirilməsi 65”faiz peşə xəstəliyi səbəbi ilə, əlillik müddəti “müddətsiz” göstərilməklə ikinci dərəcə əlillik təyin edilmişdir Cavabdeh Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasinın məhkəmə icraatında təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********2 saylı əmri ilə yaradılmış komissiyanın 06 avqust 2021-ci il tarixli protokol qərarına əsasən s vətəndaşlara “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq iyahıda adları qeyd edilmiş o cümlədən 3-cü sırada adı qeyd edilmiş iddiaçının (xx.xx.2021) peşə xəstəliyi ikinci dərəcə (65%) müddəti 5 il olaraq əlillik təyin edildiyi göstərilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə Məhkəmə Tibbi-Ekspertiza və X7 məhkəmə-tibbi ekspertizası təyin edilmiş məhkəmə ekspertizası üzrə onuncu tərəfindən məhkəməyə təqdim olunmuş 782 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyində 1963-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmətibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir. “..Vətəndaş İddiaçı əyani müayinə olunaraq 2.2.8 meyarı 2-ci dərəcə əlillik təyin edilmişdir. Peşə xəstəliyi ilə əlaqədar əlavə olaraq əmək qabiliyyətinin 65% itirilməsi müəyyən edilmişdir. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin yenidən qiymətləndiriləməsinə ehtiyac olduğu təqdirdə vətəndaş DTSERA-ya müraciət etməklə müvafiq komissiyaya təqdim oluna bilər...” Birinci instansiya məhkəməsinin iddiaçının müoaciətinə yenidən öaxılması ilə bağlı xx.xx.2022-ci il tarixli aralıq qərardadı icrası ilə bağlı cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2023-ci il tarixli, 3-17-4/2-11955/2023 nömrəli məktubunda aşağıdakıları bildirilmişdir: -İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi, həmçinin əmək qabiliyyətinin itirilmə faizinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlərin araşdırılması və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmuşdur. Bundan irəli gələrək, vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq xx.xx.2023-cü il tarixindən peşə xəstəliyi (əmək qabiliyyətinin 50% itirilməsi ilə) səbəbilə müddətsiz üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. xx.xx.2023-cü il çap tarixli sonuncu müayinəyə dair məlumat vərəqəsindən isə görünür ki, burada artıq iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə yenidən dəyişdirilərək ona “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Boyun-bel-oma fəq-nin osteoxandrozu .Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Boyun-bel-oma fəq-nin osteoxandrozu fonuinda xr.radiklopatiya, davamlı ağrı sindromu ilə və tez-tez fəsadlaşmalarla.C4-CS,CS-C6,C6-C7,L4-LS f.a. diskin arxa mərkəzi protruziyaları, davamlı kökcük ağrıları ilə.sol yuxarı ətrafın atoniyası, vertebro vaelyar qan dövranı çatmamazlığı, dissurkulyator ensegalopatiya, bel-oma fəq-nin osteoxandrozu,L4- L5 f.a.diskin protruziyaları, ağrı sindromu ilə.Asteno nevrotik sindrom. Yuxarı ətraf əzələlərinin atoniyası. Dissurkulyator ensefalopatiya”-diaqnozu ilə əlillik müddəti “müddətsiz” göstərilməklə üçüncü dərəcə əlillik təyin edilmişdir (Təyinat tarixi: xx.xx.2023, əmək qabiliyyətinin itirilməsi: 50%.) İşin tədiq oluan sübutlarla müəyyən olunan hallarından göründüyü kimi, 2021-ci il tarixdə iddiaçı ilkin olaraq əyani müayinə olunmuş və ona xx.xx.2021-ci il tarixdən etibarən 80% peşə əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmiş, sonradan birinci instansiya məhkəməsinin aralıq qərardadından sonra təyinat iddiaçınınəllillik vəziyyətinin pisləşdirilməsi ilə dəyişdirilmişdir. İddiaçı tərəfindən konkret halda iddia olunur ki, həmin məlumat ona ekspert komissiyası tərəfindən şifahi elan edilmiş, həm də bu barədə ona çap tarixi xx.xx.2021-ci il tarixli müayinə aktında qeyd edilməklə verilmiş, həmin müayinə aktının surətinin həm sosial müdafiə orqanına, həm də işəgötürən müəssisəyə təqdim etmiş və 80%-ə uyğun olaraq noyabr 2021-ci il tarixədək ödənclər almış, lakin cavabdeh onun barəsindəki həmin qərarı onu inzibati icraata cəlb etmədən dəyişdirmiş, peşə əmək qabiliyyətinin itirilməsini 80%dən 65%-ə endirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, barəsində olan xx.xx.2021-ci il tarixli əlverişli inzibati akta etimad göstərildiyi halda, cavabdeh tərəfindən texniki səhv adı altında, iddiaçının əlillik vəziyyətinin dəyişməsinə gətirib çıxaran hərəkətləri qanunsuzdur. Çünki, cavabdeh inzibati orqan əvvəlki əlillik təyinatı barədə xx.xx.2021-ci il tarixli qərarının 0dəyişdirilməsinə və ya ləğvinə dair inzibati akt qəbul etmədiyi halda ona təyin olunmuş 80 faiz peşə əmək qabiliyyəti itirilməsi barədə sözügedən qərar qüvvədə olmuş, ləğv edilməmiş, yalnız onun barəsində peşə əmək qabiliyyətini itirilməsinin 65%-lə olan əlillik dərəcəsi məlumatları əlillik alt sisteminə daxil edilmişdir. Ən azından, “İnzibati icraat zaqqında” Qanunun 64-cü maddəsinin tələblərinə əsasən: “64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur...” Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 2.1 şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7. əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. 4.9.Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Cavabdeh iddiaçı barəsində əlillik təyinatı alt sistemində peşə əmək qabiliyyətinin itirilmə faizi, əlillik dərəcəsinin müddəti ilə bağlı məlumatları xx.xx.2021-ci il tarixdə sistemə daxil edərkən, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, xüsusən də, iddiaçı barəsində ilkin olaaq sistemə işlənilmiş xx.xx.2021-ci il tarixli peşə əmək qabiliyyətinin 80% itirilməsi barədə qərarı qüvvədə ola-ola, yəni ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hər hansı inzibati akt qəbul edilmədən yeni bir qərarla iddiaçının hqüqdlarının pozulmasına gətrrib çıxaran xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur (xx.xx.2023-cü il tarixli əyani müayinə protokolunda iddiaçının yalnız əlillik təyinatı tarixçəsi sadalanmış, onun 2021-ci ildəki əyani müayinə zamanı aşkar olunan əlillik vəziyyəti ilə 2023-cü ildəki əziyyəti arasında nə kimi dəyişikliyin olduğu, 2021- ci ildə 80%, daha sonra 65% əmək qabiliyyətinin itirilmə faizi müəyyən edildiyi halda 2023-cü ildə sağlamlıq vəziyyətindəki hansı dəyişikliyə əsasən 50% olması əsaslandırılmamışdır.) Sözügedən “Qayda”nın 3.7-ci bəndindən də göründüyü kimi, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bu baxımdan, əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsi ilə bağlı təyinatın dəyişdirilməsi imkanı iki şərt daxilində verilmişdir: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi, şəxs əyani müayinəyə cəlb olunmalıdır. Konkret halda isə cavabdeh orqan tərəfindən həmin şərtlərə riayət olunmamışdır. Belə ki, cavabdeh əvvəlki qərarının düzgünlüyünə şübhə olması əsaslarını müəyyən etməmiş, bununla bağlı yeni inzibati icraat başlamamış, mexaniki səhvin düzəldilməsi əsası ilə iddiaçının əlillik təyinatının məlumatlarını dəyişdirmişdir. Daha konrkret hazırkı məhkəmə icraatı gedişində məhkəmənin aralıq qərardadı ilə iddiaçını əyani müayinə edərək onun həm peşə əmək qabiliyyətinin itirilmə faizini, həm də əlillik dərəcəsinin dəyişməsi barədə qərar qəbul edərək əlillik təyinatı alt sisteminə daxil etmişdir. Yəni adəçəkilən qərardadla iddiaçının yalnız peşə əmək qabiliyyətinin itirilmə faizinin müəyyən edilməsi ilə bağlı komissiya qarşısında sual qoyduğu halda, sonuncu tərəfindən iddiaçının nəinki peşə əmək qabiliyyətinin itirilmə faizini 50% ə endirilmiş, həm də əlillik dərəcəsi təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na istinadən 3-cü dərəcə (35-60% aralığı) müəyyən olunmuşdur. Qeyd olunanlar baxımından cavabdehin xx.xx.2023-cü il tarixli iddiaçı barəsində əlillik təyinatı ilə bağlı qərarı əsaslı və qanuni hesab edilməsi istisna olunur. Ən azından, cavabdeh sistem üzərindən düzəliş adı altında iddiaçının etimad göstərdiyi xx.xx.2021-ci il tarixli qərarı mahiyyətcə dəyişərək iddiaçının vəziyyətini pisləşdirməsi yolverilməzdir. Beləliklə də, iddiaçı barəsində müddətsiz 3-cü dərəcə və peşə əmək qabiliyyətinin 50% itirilməsinin təyini barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddiaçı barəsində əvvəlki əlillik təyinatı məlumatarı xx.xx.2021-ci il tarixdən əlillik alt sistemində bərpa edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. İnzibati icraat haqqında Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən maddi və inzibati hüquq normalarının tələblərinə yerinə yetirilməsində dürüstülük nümayiş etdirməmiş, onları pozmuş, bütün bunlar isə son nəticədə iddiaçının əsaslı mənafeyinin pozulmasına gətirib çıxarımışdır. İddiaçının 2010-cu ildən fasiləsiz ikinci dərəcə əlil olduğundan barəsində hazırda ikinci dərəcə peşə əmək qabiliyyətinin 80%, əlillik dərəcəsinin müddətsiz təyin edilməsini mübahisələndirməsinə gəldikdə isə ikin olaraq onun barəsində xx.xx.2021-ci il tarixli qərarla 80%, ikinci dərəcə 5 il müddətinə əlillik dərəcəsi təyin edilməsi qərara alınmış, həmin qərara uyğun olaraq məlumatlar əlillik alt sisteminə yerləşdirilmiş, iddiaçı tərəfindən isə nə xx.xx.2021-ci il tarixdə olan əlillik barədə müayinə protokolunu əldə edərkən, nə də xx.xx.2021-ci ildə onun barəsində peşə əmək qabiliyyəti itirilmə faizinin aşağı salınması aşkar edildiyi halda, əlilliyinin müddətinin müddətiz olması ilə bağlı cavabdehə hər hansı pretenziya irəli sürməmiş və ya qərarı həmin hissədə mübahisələndirməmiş, qərar qüvvəyə minmiş və həmin qərardan şikayət etmə müddəti də keçmişdir. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılıb, işdə olan sübutlara maddi və prosessual hüquq normaları baxımından düzgün hüquqi qiymət verilmiş və iddianın təmin olunması barədə işin hallarına uyğun olan nəticəyə gəlinmişdir. İPM-in 70.1-ci maddəsi də məhz nəzərədə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq, mübahisələndirən hissələrdə qərarın qanunsuz və əsassız olduğunu vurğulayan dəlillərini əsassız sayır və bu baxımdan yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar