Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2168/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlunan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-501/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyinin etibarsız hesab edildiyi tarixdən əlilliyinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki iddiaçı 2001-ci ilin oktyabr ayının 10-dan 2003-cü ilin aprel ayının 02-dək Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olmuş,sonradan da Daxili Qoşunlarda müddətdən artıq hərbi xidmət keçmiş(xx.xx.2003-cü ildən xx.xx.2016-cı ilədək), Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 2664 nömrəli qərarına əsasən (“C”- sülh dövründə hərbi xidmədə yararsız, müharibə dövründə məhdud yararlı) Daxili işlər Nazirliyinin müavini-Daxili Qoşunların komandanının xx.xx.2016-cı il tarixli, 112 saylı “Şəxsi heyət üzrə” əmri ilə ehtiyata burxılmışdır. Ona “Astma bronxial astma qarışıq forma, nəzarət olunmayan, hormonal asılıqlı, tənəfiis çatışmamazlığı İİ dərəcəli, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə” diaqnozu ilə Tibbi-Sosial Ekspert Komissiyasının 18 may 2017-ci il tarixli qərarı ilə beş il müddətinə 18 may 2022-ci ilə qədər İİ dərəcəli əlillik təyin edilmiş, 2017-ci ilin may ayından 2020-ci ilin yanvar ayınadək pensiya almış, lakin, cari ilin fevral ayından etibarən pensiya ödənişi dayandırılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AABCG saylı göndərişi əsasında bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra həmin İdarənin xx.xx.2017-ci il tarixli 4110003AABEF saylı göndərişi əsasında “...Astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan,hormonal asılıqlı. Tənəffüs çatışmamazlıgı İİ dərəcəli. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31 -J32.9,J35- J37.1J41...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Lakin həmin qərar sözügedən Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029-3854-1219/5 nömrəli ünvanlanmış məktubuna əsasən iddiaçının Daxili İşlər Nazirliyinə aidiyyəti olmaması, ona verilmiş göndərişin əsassız olması səbəbilə xx.xx.2019-cu il tarixdən “Alllik” altsitemində etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-501/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinin xx.xx.2019-cu il 0293854-1219/5 saylı məktubu əsasında iddiaçının da daxil olduğu 843 nəfərin əsasında əlillik təyinatının aparıldığı göndəriş etibarsız hesab olunmuşdur.İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (486-cı sıra) “Əliillik” altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Məhkəmə bildirmişdir ki, iddiaçının əlilliyinin “Əliillik” altsistemndə etibarsız hesab edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Nəzərə çatdırılır ki, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Tibb İdarəsi tərəfindən göndərişin əsassız rəsmiləşdirildiyi bildirildiynə görə əsaslı olaraq “Əliillik” altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız hesab edilmişdir.Bundan əlavə İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. İddiaçıya 2-ci dərəcə əllilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına , AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhduduluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə işirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Konkret halda,iddiaçı öhdəliyin icrası haqında iddia vasitəsilə Tibbi-Sosial Ekspert Komissiyasının 18 may 2017-ci il tarixli qərarı ilə onnun 18 may 2022-ci ilə qədər təyin edilmiş ikinci dərəcəli əlilliyinin cavabdeh tərəfindən etibarsız hesab edildiyi tarixdən bərpa olunmasını tələb etmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçının İİ dərəcəli əlilliyi TSEK tərəfindən - Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AABEF saylı göndərişi əsasında qiymətləndirilmiş, lakin sonradan həmin Tibb İdarəsinin cavabdehə ünvanlanmış xx.xx.2019-cu il 0293854-1219/5 saylı məktubuna əsasən İdarə tərəfindən 843 nəfər barəsində, o cümlədən, iddiaçının adına rəsmiləşdirilmiş göndərişlərin etibarsız hesab olunduğu əsas götürülərək, “Əlillik” altsistemində xx.xx.2019-cu il tarixdən iddiaçının əlilliyi etibarsız hesab edilmişdir. Araşdırma nəticəsində birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, inzibati orqan olaraq cavabdeh, əvvəllər iddiaçının əlillik müayinəsi ilə bağlı, onun iştirakı ilə aparmış olduğu ilkin inzibati araşdıraraq ona əlllik dərəcəsi təyin etdiyi halda, konkret halda həmin praktikasına zidd olaraq, onv təyin etdiyi həmin əlillik dərəcəsini, heç bir məlumat vermədən və iştirakını təmin etmədən ondan xəbərsiz müvafiq müvafiq qərar qəbul etmədən, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il 0293854-1219/5 saylı təkcə bir məktubuna əsasən, faktiki hərəkətləri ilə “Əlillik” altsistemində onun əlillyini etibarsız hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbindən isə görünür ki, qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin iddiaçının da əsaslı mənafelərinə toxunan, məktubunda qeyd olunan məlumatın cavabdeh orqana daxil olması, iddiaçının iştirakı təmin olunmaqla, onun barəsində inzibati icraatın başlanması üçün əsas olduğu halda, cavabdeh, qanunvericiliyin qeyd olunan tələblərinə riayət etməmiş, əlillik təyinatından 2 il keçdikdçn sonra, həmin məktub əsasında xx.xx.2019-cu il tarixdə iddiaçının etimad etdiyi xx.xx.2017-ci il tarixli əlillik təyinatı barədə əvvəlki qərarını “Əlillik” altsitemində etibarsız hesab etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh inziabati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunması mahiyyət etibarı ilə işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Qeyd edilməlidir ki, bu qəbildən olan, oxşar işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2019cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə həmin İdarə tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişin etibarsız hesab olunması barədə məlumat əsasında, cavabdeh tərəfindən həmin şəxslərə təyin olunmuş əlillik təyinatının “Əlillik” altsistemində etibarsız hesab edilməsi qanunsuz hesab edilməsinə dair çoxsaylı qanuni qüvvəsini almış məhkəmə qərarları da mövcuddur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-501/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-501/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-2168/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2168/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver