Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-217/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “xx.xx.2013-cü il tarixli təklifin, icra məmurunun xx.xx.2013-cü il tarixli qərarının və ondan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi" barədə iddiası və Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “xx.xx.2013-cü il tarixli təklifin, Nəsimi rayon İcra Şöbəsinin keçmiş icra məmurunun xx.xx.2013-cü il tarixli qərarının və ondan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilən sənədlərin ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası və “işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0.2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qaraj üzərinə həbs qoyulması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4385/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən "qanunsuz və əsassız olaraq ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi oİan 6 saylı qarajını saxta sənədlərdən istifadə edərək X1 adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17/70 N 182/3 saylı,xx xxxxxx 2013-cü il tarixli Təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə (X2) verilməsi barədə Nəsimi rayon İcra Şöbəsinin keçmiş icra məmuru X4 tərəfindən qanunsuz qəbul edilmiş xx.xx.2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilən sənədlərin ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə mürcaiət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0.2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qaraj üzərinə həbs qoyulması” barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4385/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4385/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Hər iki qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərardadların ləğv edilməsi, iddiasının təmin edilməsi və qeyri-yaşayış sahəsinin 6 saylı qarajının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayətləri müvafiq olaraq iddia ərizəsinin və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları İddiaçı apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətlərinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadlarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasının vaxti və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşdən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “xx.xx.2013cü il tarixli təklifin etibarsız hesab edilməsi, Nəsimi rayon İcra Şöbəsinin keçmiş icra məmurunun qəbul etdiyi xx.xx.2013-cü il tarixli qərarın, ondan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilən sənədlərin ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” barədədir. Eyni zamanda İddiaçı cavabdehə qarşı “işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0.2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qaraj üzərinə həbs qoyulması barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələblərinin qeyri-mümkün sayılması qənaətinə gəlmiş və bu səbəbdən müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi ilə bağlı verilmiş ərizəni də təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hər iki məsələ ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəlcə iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından icra məmurunun icra icraatı çərçivəsində verdiyi “təklif” və qəbul etdiyi qərar inzibati akt sayıla bilməz. Belə ki, “təklif” ünvanlandığı şəxsə münasibətdə müstəqil şəkildə hüquqi nəticə yaratmamaqla yanaşı, iddiaçı bu sənədin etibarsız sayılmasını tələb etməklə birbaşa icra məmurunun hərəkətlərini mübahisələndirir ki, bu məsələyə də icra məmurunun hərəkətlərindən şikayət qismində “İcra haqqında” Qanunun 26-cı maddəsinə və “İcra məmurları haqqında” Qanunun 11-ci maddəsinə əsasən icra sənədini vermiş məhkəmə tərəfindən baxıla bilər. Digər tərəfdən, icra məmurunun qəbul etdiyi qərar da inzibati akt olmadığı üçün onun, həmçinin həmin qərardan irəli gələn hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsinə də inzibati məhkəmə icraatı qaydasında deyil, icra sənədini vermiş məhkəmədə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. O ki qaldı iddiaçının “DƏDRX-nin Bakı Ərazi İdarəsinə göndərilmiş sənədlərin ləğv edilməsi” barədə tələbinə, bu tələb də qeyri-müəyyən olmaqla yanaşı, icra məmurunun onun icraatına verilmiş icra vərəqəsi üzrə həyata keçirdiyi icra hərəkətləri ilə bağlıdır ki, buna da, o cümlədən “icra məmurunun hərəkətlərinin qanunsuz sayılması” barədə tələbə yuxarıda qeyd olunduğu kimi “İcra haqqında” Qanunun 26-cı və “İcra məmurları haqqında” Qanunun 11-ci maddəsinə əsasən icra sənədini vermiş məhkəmə tərəfindən baxılaraq qiymət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası İddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi ilə bağlı verdiyi ərizəsinə münasibətdə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdən görünür ki, iddiaçının sözügedən ərizəsinə münasibətdə işə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın mümkün sayılmadığına, iddianın uğurlu olacağı ehtimal olunmayacağına, həmçinin mövcud vəziyyətin hər hansı dərəcədə dəyişəcəyi səbəbindən ilkin tənzimlənmə zərurəti və iddiaçının inzibati məhkəmə icraatı çərçivəsində bu tələblə bağlı gələcəkdə maddi tələbinin mövcud olması ehtimalının yaranmamasına əsaslanaraq müvafiq qərardadı ilə ərizəni rədd etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər (40.1, 40.2). Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmçinin İPM-nin 43-cü maddəsində nəzərdə tutulmuşdu ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsaslar sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən ərizəçi məhkəməyə bu Məcəllənin 43.1ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Belə olan halda məhkəmə kollegiyası İddiaçı Cavabdehnə qarşı "qanunsuz və əsassız olaraq ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi oİan 6 saylı qarajını saxta sənədlərdən istifadə edərək X1 adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17/70 N 182/3 saylı,xx xxxxxx 2013-cü il tarixli Təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə (X2) verilməsi barədə Nəsimi rayon İcra Şöbəsinin keçmiş icra məmuru X4 tərəfindən qanunsuz qəbul edilmiş xx.xx.2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilən sənədlərin ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi" barədə iddia tələblərinin qeyri-mümkün sayıldığını nəzərə alaraq hesab edir ki, iddianın inzibati məhkəmə icraatında baxılmasının uğurluluq ehtimalı olmadığından iddiaçının “müvəqqəti xarakterli müdafıə tədbiri” barədə ərizəsi də təmin oluna bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hər iki- iddianın qeyrimümkün sayılması və müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərardadlardan ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadları qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə hər iki apellyasiya şikayətinin dəlilləri iddianın mahiyyəti ilə bağlı olub, belə iddianın da inzibati məhkəmə icraatında baxılmasının qeyri-mümkünlüyü hazırki qərardadda əsaslandırıldığı üçün, həmin dəlillərə görə qanuni və əsaslı olan məhkəmə qərardadlarının ləğvi üçün əsas yaranmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4385/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2-1(103)-217/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-217/2021
03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver