Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2172/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfat İdarəsinə qarşı “pul vəsaitinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3641/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfat İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kooperativ İdarəsi tərəfindən öz üzərinə götürülmüş öhdəlik icra edilmədiyindən (mənzil təhvil verilmədiyindən) 100000(yüz min) rubl yəni 10000 (on min) manat məbləğində pul vəsaitinin məhkəmə yekun akt qəbul etdiyi günün dəyərinə uyğun olaraq hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək cavabdehin və həmin cavabdehə qarşı yönəldilən iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin dəqiqləşdirilmiş iddia tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin (poçt qəbzi və s.) olmasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Cavabdeh inzibati orqanın iddiaya münasibətində məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli etiraz-vəsatət məktubunda qeyd edilir ki, İddiaçı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.1993-cü il tarixdə mənzil növbəsinə dair 3 otaqlı mənzilin 40% dəyəri olmaqla 100 000 rublu “Sənaye Tikinti” Bankına ödədiyi vəsaiti geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmiş, BŞİH-nin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubu ilə cavablandırılmış, lakin ərizədə göstərilən ünvan düzgün olmadığı qeydi ilə poçt məktubu geri qayıtmışdır. İddiaçı ərizəyə əlavə etdiyi kserosurətlərdən də göründüyü kimi 197 saylı mənzil-tikinti kooperativinin hesablaşma hesabına 100 000 rubl ödəmişdir. Göründüyü kimi iddiaçı pulu 197 saylı mənzil-tikinti kooperativinin hesablaşma hesabına ödəmişdir Qalan hissəsinin isə (60 faizi) ödənilib- ödənilmədiyi məlum deyil. Sadalananlardan da göründüyü kimi iddiaçı cavabdeh olaraq 197 saylı mənzil-tikinti kooperativinə qarşı iddia qaldırmalı olduğu halda (çünki ödənişi həmin MTK-nın hesabına ödəmişdir) heç bir əsas olmadan BŞİH-nın Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. AR MPM-nin 54-cü maddəsinə əsasən İddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Mənzil-Tikinti Kooperativlərində birləşən payçıların fəaliyyəti Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 252 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də Mənzil Tikinti Kooperativinin” nümunəvi nizamnaməsinə əsasan həyata keçirilmişdir. Həmin vaxtlarda və hal-hazırda kooperativ mənzil üçün ödənilən pay haqqları mənzil-tikinti kooperativinin hesablaşma hesabına ödənilirdi. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kooperativ Təsərrüfatı idarəsi Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölməsi kimi fəaliyyət göstərir. BŞİH-nın Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi bina inşa etmir. Yalnız xx.xx.2009-cu il tarixə kimi Bakı şəhərində yerləşən və pay haqqını tam ödəmiş kooperativ üzvlərinin mənzillərinə order verilməsi səlahiyyətlərinə malik olmuşdur. Nə əvvələr, nə də hal-hazırda kooperativ mənzil üçün ödənişlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin hesablaşma hesabına ödənilmir. Halhazırda dövlət tərəfindən kooperativ mənzil tikintisi üçün kredit ayrılmadığından Bakı şəhərində tikintilər vətəndaşların öz vəsaitləri hesabına aparılır. İddia tələbi AR Mülki Məcəlləsinin 18-ci maddəsinin tələblərinə ziddir. Beləki, qanunvericiliyin tələbinə görə «mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir Göründüyü kimi iddiaçı iddia müddətini də buraxmışdır. Sadalanan normaların tələbinə əsasən hesab edirlər ki, BŞİHnın Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi hazırkı iş üzrə cavabdeh ola bilməz və əsl cavabdeh olaraq 197 saylı mənzil-tikinti kooperativi cəlb edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3641/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərardadı (hakim E.Əliyev) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kooperativ İdarəsi əsl cavabdehdir. İddiaçı bütün ödənişləri həmin idarəyə etmişdir. Hətta 2002-ci ildə cavabdeh etiraz ərizəsində qeyd etdiyi məsələlərdən tamam fərqli cavab ona göndərmişdir. Belə olduğu təqdirdə Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kooperativ İdarəsi cavabdeh hesab edilməklə inzibati iş üzrə icraata yenidən baxılması, Bakı Apellyasiya Məhkəməsi tərəfindən məsələnin tam, obyektiv araşdırılmasına qanunauyğun hesab edir. Məhkəmənin əsassız olaraq Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kooperativ İdarəsinin məsələ ilə bağlılığı olmaması qənaətinə gəlinməsi qanunla yol verilməz olub, onun hüquqlarına toxunur. Tərəflərin izahatları: xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdırıb hesab edir ki, iddianın mümkün sayılmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarında göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Mübahisə üzrə aydınlaşdırılmalı olan məsələ iddia tələbinin xarakteri və yönəlməli olduğu cavabdehlə bağlı məsələdir. İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçı xx.xx.1993-cü ildə mənzilin dəyərinin bir hissəsi olan 100000 rubl məbləğində pul vəsaitini 197 №li MTK-nin Sənaye Tikinti Bankındakı hesabına ödəmişdir. Hazırki iddia ilə iddiaçı iddia edir ki, o, xx.xx.1991-ci il tarixində Bakı Şəhəri İcra Hakimiyyəti Kooperativ İdarəsində 3 otaqlı mənzilin verilməsi üçün mənzil növbəsinə dayanmışdır. Həmin qeyd edilən ödənilmiş məbləğin geri qaytarılmasına görə də Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kooperativ Təsərrüfat İdarəsi cavabdehlik daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kooperativ Təsərrüfat İdarəsinin cavabdehlik daşımaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, İdarə aşağıdakı funksiyaları həyata keçirir. Bakı şəhəri ərazisində yeni yaradılmış mənzil-tikinti kooperativləri haqqında məlumatların toplanılması; İstismarda olan mənzil-tikinti kooperativlər tərəfindən təqdim edilmiş sənədlərə əsasən mənzillərin və pay haqlarının addan-ada keçirilməsinə dair sərəncamların verilməsi; MTK idarə heyyəti sədrlərinin, kooperativ binalarda yaşayan sakinlərin idarə rəhbərliyi və əməkdaşları tərəfindən qəbulun həyata keçirilməsi; qeydiyyata alınması; MTK üzvlərinin ümumi yığıncağında idarə nümayəndələrinin iştirakı, eləcədə MTKların təşkilatı və digər məsələlərlə bağlı yeni seçilmiş idarə heyəti sədrlərinin təlimatlandırılması; MTK- lardan daxil olan ərizə və şikayətlərin araşsdırılması və tədbirlərin görülməsi; Hüquq mühafizə orqanlarından və digər təşkilatlardan daxil olan şifahi və yazılı sorğuların cavablandırılması; BŞİH-nə və digər yuxarı təşkilatlara MTK-lara məxsus binaların istismar məsələləri ilə bağlı tələb edilən məlumatların və arayışların verilməsi; MTK binaları payçılardan toplanan istismar və communal haqqlarının hesablanması qaydaları baədə müraciət olduqda onlara müvafiq qaydada izahatların verilməsi.lardan daxil olan ərizə və şikayətlərin araşdırılması və tədbir görülməsi. İş materiallarından görünür ki, iddiaçıya birinci instansiya məhkəməsi tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, cavabdehin dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina etmiş, hazırda apellyasiya baxışı zamanı da iş üzrə əsl cavabdehin Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kooperativ Təsərrüfat İdarəsi olduğunu bildirmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, mövcud iddianın xarakterinin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid olmaması nəticəsinə gəlməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, mübahisənin inzibati xarakterli olması üçün bütün hallarda tərəflərdən biri bir qayda olaraq inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Azərbaycan Rəspublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə “inzibati orqanların Təsnifatı” təsdiq edilmişdir ki, həmin təsnifatda əsl cavabdeh qismində çıxış etməli olan 197 saylı mənzil-tikinti kooperativi inzibati orqan kimi müəyyən olunmamışdır. Eyni zamanda 197 saylı mənzil-tikinti kooperativi ilə iddiaçı arasında yaranmış mübahisə publik hüquq münasibətlərinə aid deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3641/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fuad Babayev Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2172/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2172/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver