Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2172/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), İddiaçı1 Hüseyn oğlu və X3 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7582/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə vərəsəsi olduğu mərhum X8 adına Bakı Soveti İcraiyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli Qərarına əsasən Bakı şəhər Əzizbəyov rayon İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 03 saylı qərarı ilə təsdiqlənmiş Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Türkan bağ massivində (keçmiş üzümçülük sovxozunun ərazisi) ayrılmış, sahəsi 0,5 ha olan 18 saylı bağ sahəsinə dair arayışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar xx.xx.2016-ci ildə vəfat emiş mərhum X8 vərəsəsləridir (qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında). X11 Bakı Soveti İcrayə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli Qərarına əsasən Bakı şəhəri Əzizbəyov rayonu ( hazırki Xəzər rayonu) Türkan qəsəbəsində 0,05 ha (5 sot) bağ yeri ayrılmışdır. (18 saylı bağ sahəsi). Ayrılmış bağ sahəsi Əzizbəyov rayon İcrayə Komitəsinin xx.xx.1988-ci il tarixli 03 saylı qərarı ilə qeydiyyatdan keçmişdir. Ayrılmış torpaq sahəsi Bakı şəhəri Xətai rayon Yeyinti Ticarəti İdarəsində çalışmış mərhum X12 1988-ci il yanvar ayının 7-də Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən Xətai rayon Yeyinti Ticarət İdarəsinə ayrılmışdır. Bağçılıq Yoldaşlığın bağ sahələri daxilindədir və Türkan bağ massivində yerləşir. X11 Bağçılıq Cəmiyyəti Üzvlərinin 22 aprel 1988-ci il tarixli 1 nömrəli protokoluna əsasən Türkan qəsəbəsində yerləşən 500 kv.m sahəsi olan 18 saylı bağ sahəsinin ayrılması barədə bağçının üzvlük kitabçası verilmişdir. Xətai rayon YTİ-nin HİK-nin xx.xx.1992-ci il tarixli arayışında da, qeyd olunur ki, həqiqətən 1988-ci il yanvarın 7 tarixində Bakı şəhər İcrayə Komitəsi tərəfindən Xətai rayon yeyinti ticarət idarəsinə ayrılmış bağçılıq yoldaşlığın X15 üzvüdür. Həmin BY Türkan qəsəbəsində Milli Arxiv idarəsinə edilmiş sorğuya cavabdan (Bakı şəhər XDS-nin İK-nin xx.xx.1987-ci il tarixli Qərarının surəti təqdim olunmaqla) görünür ki, həqiqətən 49 üzvdən ibarət bağçılıq yoldaşlıq 49 nəfər üzvlərinə Əzizbəov rayon Türkan qəsəbəsindəki üzümçülük sovxozunun ərazisindən bağ sahələri ayrılmışdır. Bağ sahəsi 1988-ci ildən ailələrinin istifadəsindədir, bağ sahəsində abadlıq işləri aparmışlar, hasar tikilmiş, giriş qapısı qoyulmuş, bağda ağaclar əkilib, yaşayış üçün X15 tərəfindən ev inşa olunmuşdur və yay mövsümündə uzun illərdir həmin mübahisəli bağda yaşamışlar. Hazırda həmin mübahisəli bağ sahəsinin qonşuluğunda yerləşən Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən Xətai rayon Yeyinti Ticarət İdarəsinə ayrılmış, Bağçılıq Yoldaşlığın bağ sahələri daxilində olan və Türkan bağ massivində yerləşən əksər bağ sahələrinə dair cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarışlar verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi xx.xx.2022-ci il tarixli məktubu ilə onlara Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Türkan bağ massivində yerləşən, sahəsi 0.5 ha olan bağ sahəsinə dair mərhum X9 adına arayışın və texniki pasportun verilməsindən imtina etmişdir. Əsas kimi cavabdeh onu qeyd etmişdir ki, guya arxivdə ərizəsinə əlavə edilmiş üzvçülük kitabçası aşkar edilməmişdir və s. Hesab edir ki, cavabdehin imtina məktubu tam qanunsuz və əsasızdır. Məhkəmə qaydasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vərəsələri olduqları mərhum X9 adına Bakı Soveti İcraiyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli Qərarına əsasən, Bakı şəhər Əzizbəyov rayon İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 03 saylı Qərarı ilə tədiqlənmiş Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Türkan bağ massivində (keçmiş üzümçülük sovxozunun ərazisindən ayrılmış, sahəsi 0.5 ha olan 18 saylı bağ sahəsinə dair arayışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7582/2022 saylı, 20 iyul 2022-ci il tarixli qərardadı ilə X13 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Türkan bağ massivində (keçmiş üzümçülük sovxozunun ərazisi) ayrılmış, sahəsi 0,5 ha olan 18 saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X11) məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7582/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “18” saylı 500 kv.m bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X11) məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Türkan-İİ” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında X8 adı aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinin bir hissəsi (19kv.m) dövlət reyestrində 00301302 reyestr nömrəsi ilə X6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xətai rayon, Tİİİ-nin b/y–nın 19 saylı bağ sahəsi ilə üst-üstə düşür. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya İnstansiya Məhkəməsinin Mövqeyi (Əsaslandırıcı hissə) Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: Bakı şəhəri X14 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarından görünür ki, 49 nəfər qida satıcılarına bağ sahəsinin ayrılması qərara alınmışdır. xx.xx.1988-ci il tarixdə verilmiş X4 surətindən görünür ki, Bağçılıq Cəmiyyətinin Üzvlərinin 22 aprel 1988-ci il tarixli, 01 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Türkan qəsəbəsi bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan 18 saylı bağ sahəsini Bakı şəhəri X14 İcraiyyə Komitəsinin 20/396 nömrəli qərarına əsasən X12 ayırmışdır. Xətai rayon Yeyinti Təsərrüfatı İdarəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X15 həqiqətən 1988-ci il yanvar ayının 7-də Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən Xətai rayon Yeyinti Ticarət İdarəsinə ayrılmış bağçılıq yoldaşlığın üzvüdür və həmin X10 qəsəbəsində yerləşir. Ona Bakı şəhər Soveti İcra Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarına əsasən Əzizbəyov rayonunun Türkan qəsəbəsində beş sot müddətsiz istifadə üçün bağ yeri ayrılmışdır. Ayrılmış bağ yeri Əzizbəyov rayon İcra Komitəsində xx.xx.1988-ci il 03 nömrəli qərarla qeydiyyatdan keçmişdir. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 27 may 2021-ci il tarixli, 468 nömrəli məktubdan görünür ki, X7 miras qalmış əmlaka dair vərəslik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X8 xx.xx.2016-cı il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin nəvəsi İddiaçı1, nəvəsi İddiaçı2 və gəlini İddiaçı3 olması barədə məlumat verilmiş, ünvan ünvanında 500 kv.m torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. 5 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 820811 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 08 ayının 16-sı günündə 339 nömrə ilə qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********02 nömrəli, 18.06.021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Türkan-İİ” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Həmçinin bir hissəsi dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Bu səbəblərdən ərizəsinin icrası mümkün olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubun surətindən görünür ki, X8 adına Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində ayrılmış, 0.05 ha torpaq shaəsi olan bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi ilə bağlı müraciətinə 1 saylı Bakı Ərazi İdarəsində baxılaraq bildirilmişdir ki, Bakı şəhəri Xətai rayon Yeyinti Ticarət İdarəsinin bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında X8 adı göstərilməmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktubla “Türkan-Tİİİ” X5 dair arxiv qovluğu məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, arxiv qovluğunda olan bağçılıq üzvlərinin siyahılarında X8 adı qeyd olunmuşdur. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********34 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xətai rayon Tİİİ-nin b/y-nın 19 saylı bağ sahəsinə dair müvafiq sənədlərin surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Xətai rayon Tİİİ-nin b/y-nın 19 saylı, ümumi sahəsi 0.05 ha olan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixdə X2, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında isə xx.xx.2014-cü il tarixdə X6 adına qeydiyyatdan keçmişdir Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, X11 Bakı Soveti İcrayə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli Qərarına əsasən Bakı şəhəri Əzizbəyov rayonu ( hazırki Xəzər rayonu) Türkan qəsəbəsində 0,05 ha (5 sot) bağ yeri ayrılmışdır. Hazıkı iş üzrə iddiaçılar xx.xx.2016-ci ildə vəfat emiş mərhum X8 vərəsəsləridir (qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında). İddiaçılar cavabdehə müvafiq tələblə müraciət etsələr də, cavabdeh tərəfindən imtina verilmişdir. İmtina əsası 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Türkan-İİ” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında X8 adı aşkar olunmamsı və göstərilən torpaq sahəsinin bir hissəsinin (19 kv.m) dövlət reyestrində **********68 reyestr nömrəsi ilə X6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xətai rayon Tİİİ-nin b\Y-nın 19 saylı bağ sahəsi ilə üst-üstə düşməsi olmuşdur. İlk növbədə Kollegiya qeyd edir ki, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcuddur. Yəni, iddiaçılar hüquqların X11 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə ki, Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən : Maddə 1.2. Bu təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 7.1. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Maddə 7.2. Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. İddianın mahiyyətinə gəldikdə isə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mərhum X8 mübahisəli bağ sahəsi üzərində qanuni əsaslarla mülkiyyət hüququnun yaranması nəticəsinə gəlmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Cavabdeh apellyasiya şikayətində “Türkan-İİ” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında X9 adının aşkar edilmədiyini bildirsə də, iş materiallarından görünür ki, arxiv qovluğunda olan bağçılıq üzvlərinin siyahılarında X8 adı qeyd olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin digər dəlili torpaq sahəsinin bir hissəsinin (19kv.m) dövlət reyestrində 00301302 reyestr nömrəsi ilə X6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xətai rayon, Tİİİ-nin b/y–nın 19 saylı bağ sahəsi ilə üst-üstə düşməsi ilə bağlıdır. Sonuncu məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “18” saylı 481 kv.m bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X11) məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi, işin hazırkı mərhələsində cavabdehin imtina əsasları aradan qalxmış, apellyasiya şikayətinin dəlilləri öz əhəmiyyətini itirmiş və nəticədə iddia tələbinin təmin olunmasına hər hansı maneə qalmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Eyni zamanda qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur.( “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilməklə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7582/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilsin. “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “18” saylı 481 kv.m bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X11) məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2172/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2172/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver