Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2175/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1, cavabdehin nümayəndəsin X3, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Cəbrayıl rayon Filialı) “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqilədirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı 0338003AAESX nömrəli göndəriş əsasında 07 dekabr 2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir (İPM m.34.1). İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2017-ci il tarixində (xəstəlik-bronxial astma) xəstəliyi səbəbindən İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Xəstəliyilə əlaqədar müalicə səhiyyə orqanları tərəfindən müəyyən olunmuş vaxtlarda aparmış, lakin sonradan (məhkəmədə) ona məlum olmuşdur ki, ona təyin edilmiş əlillik pensiyası dayandırılmış və bununla yanaşı 32.437,37 manat pul vəsaitini dövlət büdcəsinə geri ödəməsi ondan tələb olunmuşdur. Bundan sonra məsələ ilə bağlı DSMF-nin Publik Hüquqi şəxsinin Cəbrayıl rayon filialına müraciət etmiş, ona ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 208 nəfərin əlillik müayinələrinin əlillik alt sistemində etibarsız edilməsi ilə bağlı həmin şəxslərin pensiya, müavinət və ya başqa təqaüd ödənişləinin dayandırılması barədə DSMF-na tapşırıq verilməsi üçün ƏƏSMN-nə 17 iyul 2020-ci il tarixli **********65 saylı məktub ünvnlamış və nazirliyin tapşırığına əsasən Fond tərəfindən yerli orqanlara 07 avqut 2020-ci il tarixli **********9 nömrəli məktubla sözügedən şəxslərin pensiya, müavinət və ya təqaüd ödənişlərinin dayandırılması və artıq ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpa edilməsi üçün tapşırıq verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını birinci instansiya məhkəməsindən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli 0338003AAE9X saylı göndərişi əsasında qiymətləndirilmişdir. Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma infeksion allergik forma, nəzarət olunmayan tənginəfslik, kəskinləşmə mərhələsi, hormondan asıllıq. Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ- dərəcə. Ağciyərlərin emfizeması Xroniki xolesistit, xroniki qastroduodenit; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1 J41)” səbəbi ilə ona beş il müddətinə əlillik dərəcəsi verilmişdir. "Əlillik" siyasəti şöbəsi tərəfindən 2017-2020-ci il illər ərzində əlillik təyinatı aparılmış şəxslər üçün rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunmuş stasionar və ambulator müalicə müddətinə dair məlumatların araşdırılması aparılmış, həmin şəxslərə dair məlumatlar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Sığorta edənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərin emalı" və "Sığorta" altsistemlərində olan məlumatlarla qarşılaşdırılmış və müəyyən olunmuşdur ki, həmin şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətinə dair məlumatlarla Fond tərəfindən ödənişi aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar mövcuddur. Buna görə də, iddiaçının əlillik dərəcəsi xx.xx.2020-ci il tarixdən etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 0338003AAE9X nömrəli göndəriş əsasında xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda, qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli 0338003AAE9X saylı göndərişi əsasında qiymətləndirilərər ona beş il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir.Həmin göndərişdə olan məlumatlar Mərkəzləşdirilmiş elektron sistemin (MEİS) “Sığorta edənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəlinlərin emalı” altsistemində olan məlumatlarla qarşılaşdırılmış və müəyən olunmuşdur ki, iddiaçının da daxil olduğu 208 nəfrə dair əlillik təyinatı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar öz təsdiqini tapmamışdır.Ona görə də xx.xx.2020-ci il tarixdən onlara aparılmış əlillik təyinatı etibarsız hesab edilmişdir. Vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK tərəfindən, şəxsin iştirakı olmadan və adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçıya 2-ci dərəcə əllilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhduduluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Günay Məmmədova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi Ü.Hüseynova apellyasiya şikayəti ilə razılaşdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, sonuncu tərəfindən iddiaçının əlilliyinin etibarsız hesab edilməsinin inzibati icraat haqqında hüquq normalarına zidd olduğunu bildirərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Konkret halda, iddiaçı öhdəliyin icrası haqında iddia vasitəsilə səhiyyə müəssisəsinin göndərişi əsasında ona təyin olunmuş ikinci dərəcəli əlilliyinin dayandırıldığı tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı məhkəmədən tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçının əlillik vəziyyəti Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli 0338003AAE9X saylı göndərişi əsasında qiymətləndirilmiş və ona 5 illik müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçının əlilliyi Agentlik tərəfindən xidməti məruzə əsasında 208 nəfərin göndərişinin (o cümlədən, iddiaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişin) etibarsız edilməsi barədə məlumata əsaslanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində xx.xx.2020-ci il tarixdən etibarsız edilmiş, lakin əlilliyin altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələyə dair hər hansı bir rəsmi qərar qəbul edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Daha sonra məhkəmə, sözügedən Əsasnamə ilə müəyyən olunan qaydalara və inzibati icraat haqqında hüquq normalarına istinadən qeyd etmişdir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsinin Agentliyi tərəfindən Tibbi Sosial Ekspertiza və X4 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh inzibati orqan olaraq, iddiaçının iştirakı ilə iddiaçının əlillik müayinəsi ilə bağlı əvvəllər aparmış olduğu ilkin inzibati araşdırmanın nəticələri nəzərə alınmaqla, ona əlllik dərəcəsi təyin etdiyi təqdirdə, konkret halda, əvvəlki praktikasına zidd olaraq, təyin etdiyi həmin əlillik dərəcəsini ona heç bir məlumat vermədən, iştirakını təmin etmədən və ondan xəbərsiz, həm də müvafiq qərar qəbul etmədən, xidməti məruzə əsasında faktiki hərəkətləri ilə “Əlillik” altsistemində etibarsız hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X7 (bundan sonra - TSERAS) ötürülür; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbindən isə görünür ki, qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. İşdən isə görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin sözügedən tələblərinə riayət olunmamış, qanuni mənafelərinə toxunduğu halda, iddiaçını da cəlb eməklə onun iştirakı ilə barəsində inzibati icraat başlamağa borclu olduğu halda, qanunla üzərinə düşən bu öhdəlyini yerinə yetirməmiş, əlillik təyinatından xeyli müddət keçdikdən sonra, iddiaçının etimad etdiyi əlillik təyinatı barədə qəbul etdiyi qərarını faktiki hərəkətləri ilə etibarsız hesab etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının qanunla qorunan hüquqları əsaslı şəkildə pozulmuşdur. Ümumiyyətlə, qeyd edilməlidir ki, sözügedən Əsasnamənin və “Qayda”nın müddəallarında əlilliyin qiymətləndirilməsi ilə şəxslərə təyin edilmiş əlilliyin etibarız hesab edilməsi nəzərdə tutulmur. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının iddia tələbinin təmin olunmasını işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası,cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-517/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-2175/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2175/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver