Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2175/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3 və vəkili X2, cavabdehin nümayəndəsi X6 və mütəxəssis-inspetoru X4 iştirakı ilə, İddiaçı Faramarzi Türkeşin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1795/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı Faramarzi Türkeş cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı mübahisələndirmə haqqınnda iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, haqqında qəbul edilən 15 iyul 2022-ci il tarixli 255 saylı qərarın ləğv edilməsini və onun Azərbaycana daxil olması üçün qoyulan məhdudiyyətin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.32.1). İddianın əsaslarına görə iddiaçı X11 İslam Respublikasının vətəndaşıdır. O, Azərbaycan Tibb universitetinin magistratura tələbəsidir. Üniversitetin birinci kursunu bitirib ikinci kursuna keçmişdir. Pandemiyadan əvvəl Azərbaycana gəlmiş, çıxış dayandırıldığı üçün müvəqqəti olma müddəti (MOM) kodu ilə yaşamışdır. 15 iyul 2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə dəvət olunmuş və nümayəndəsi ilə birlikdə Xidmətə getmiş, Xidmətin rəisi onun MOM kodunu ləğv etdirmiş və miqrantların saxlama məntəqəsinə göndərilmiş və orada ona ölkədən çıxarılma haqqında qərar əsasında birinci gün ölkəni məcburi tərk etməli olduğu bildirilmişdir. Sonda, 19 iyul 2020-ci il tarixdə ailəsi ilə sağoollaşmadan ölkədən çıxarılmışdır. İddiaçı hesab edir ki, cavabdehin onun ölkədən çıxarılması barədə qərarı AR Konstitusiyasına və Miqrasiya Məcəlləsinə ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1795/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və barəsində çıxarılmış cavabdehin "ölkədə müvəqqəti olma müddətinin uzadılması" haqqında 12 aprel 2020-ci il tarixli qərarın vaxtından əvvəl ləğv edilməsi barədə 15 iyul 2022-ci il tarixli 50 saylı qərarının ləğv edilməsi barədə qəraorr çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Azərbaycan Rnspublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 05 iyul 2022-ci il tarixli 24/2-2031 nömrəli məktubuna əsasən respublikanın milli təhlükəsizliyi baxımından arzuolunmaz şəxs hesab edilmiş və həmin məktubu əsas tutaraq cavabdezin qərarı ilə vaxtından əvvəl ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə xx.xx.2020-ci il tarixli qərar ləğv edilmiş və icbari qaydada ölkədən çıxarılmışdır. Məhkəmə içtimai marağın fərdi maraqdan üstün olması qənaətinə gəlmiş, lakin gəldiyi nəticələri işin konkret faktlarına əsasən ümumiyyətlə əsaslandırmamışdır. Bu isə X8 Konvensiyasını 6 -cı ddəsində təsbit edilmiş ədalətli məhkmə araşdırması prinsipini kobud sürətdə pozmuşdur. Belə ki, iddiaçı özünün hansı əsaslar üzrə özünün arzuolunmaz şəxs elan edilməsini ümimiyyətlə bilməmiş və bu səbəbdən də barəsində çıxarılmış qərara qarşı öz arqumentlərini təqdim edə bilməmişdir. Deməli, məhkmə tərəfindən İnsan Hüququları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyasının 7 saylı Protokolunun 1-ci maddəsi, habelə, «İnsan hüququları haqqında» Avropa Konvensiyasını 6 -cı maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmənin qərarı qannunsuz və əsassızdır. Beynalxalq qanunlarda təsbit edilmiş ailə bütövlüyü konsepsiyasını davam edərək ,qeyd edilməlidir ki, bu prinsipi bütün dövlətlər tərəfindən tanınan, beynəlxalq qanunlarda edilmiş əsas hüququları əsas prinsiplərindən biridir. Ailə Cəmiyyətin özəyidir və cəmiyətin sosial inkişafında vacib rol oynayan faktordur. Ər-arvad yaşayış yerini seçmək, birgə yaşamaq, birgə təsərüfat aparmaq, uşaqlara birgə qayğı göstərmək hüququna malikdirlər və bu hüquq həm beynalxlq qanunlarda, həm də daxili dövlətin qanunları da təsbit edilmişdir. Ailənin cəmiyyətin həyatda xüsusi rol oyanması beynəlxalq səviyyətə dövlət qayğısının göstərməsini vacibliyi bütün beynəlxalq qanunlarda xüsusi qeyd edilmişdir, ailənin və ailə üzvlərinin müdafiəsi bütün dövlətlərin üzərinə öhdəlik kimi qoyulmuşdur. Bu hal insan hüququları haqqında fundamental beynəlxalq müqavilələrdə öz əksini tapmışıdır. Beynəlxalq hüquq normalarında hamı, o cümlədən Azərbaycan dövləti tərəfindən, tanınan insanların əsas hüquq və azadlıqları təsbit edilmişdir. Beynəlxalq hüquqlar daxilində ailənin bütövlüyü prinsipi xüsusi yer alır, bütün ailə üzvlərinin (ərin, aravadın, uşaqların ) birgə yaşamaq hüququnun təmin edilməsi iştirakçı dövlətlərin vəzifəsi kimi göstərilmişdir. Avropa İnsan hüquqları məhkəməsinin əcnəbilərin ölkədən çıxarılması işlərinə baxarkən müəyyən etdiyi hüquqi mövqe ondan ibarətdir ki, demokkratik cəmiyyətdə şəxsin ölkədən çıxarıİmasının zərurəti kifayət qədər əsaslandırılmalıdır. Bu zaman əsaslandırılma yükü dövlət orqanlarının üzərinə düşür ( AİHM -nin Pexovisin Polşaya qarşı 17.04. 2012-ci il taflxli qərarı). Birinci instansiya məhkəməsi Avropa Məhkəməsinin mövqeyinə əməl etməmiş, işin faktiki hallarını Avropa Məhkəməsinin tövsiyyə etdiyi tərzdə araşdırmamış, iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş ailə həyatına müdaxilənin qanunsuz olmasına hüquqi qiymət verməmiş, ictimai marağın fərdi maraqdan üstün olması qeyd edilməklə, hansı səbəblərə görə bu nəticəyə gəlməsini əsaslandırmamışdır. Milli təhlükəsizlik məsələsinə gəldikdə, Avropa Məhkəməsinin mövqeyinə qarşı öz milli təhlükəsizliyini təmin etmək üçün dövlətin kifayət qədər başqa tədbirləri vardır, o cümlədən dövlətin milli təhlükəsizliyinə qəsd etmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmək və sair.» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Z.Akbarzadenaseri və vəkili Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi V.Əmirli Xidmətin mütəxəssisi E.Qasımov vasitəsi ilə iddiaçının şəxsi işi üzrə məxfi materialları hakimlər tərəfindən baxış keçirilməsi üçün təqdim edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ΙΙ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinəyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehin – onun barəsində çıxarılmış «müvəqqəti olma müddətinin uzadılması haqqında» 12 aprel 2020-ci il tarixli qərarın vaxtından əvvəl ləğv edilməsi barədə 15 iyul 2022-ci il tarixli 50 saylı qərarının ləğv edilməsini tələb etmişdir. İşə əlavə olunmuş həmin qərardan görünür ki, İran İslam Respublikasının vətəndaşı olan 18 iyul 1987-ci il təvəllüdlü, iddiaçı 15 fevral 2020-ci il tarixdə ölkə ərazisinə daxil olmuş ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmış, həmin müddət, cavabdehin 12 aprel 2020-ci il tarixli ******* nömrəli qərarı ilə 11 iyun 2020-ci il tarixədək (60 gün) uzadılmış, daha sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən Xidmətə ünvanlanmış 05 iyul 2022-ci il tarixli 24/2-2031 nömrəli məktubda onun Azərbaycan Respublikasının milli təhlükəsitzliyinə qarşı təhdid yaratmaqla miqrasiya qaydalarını pozduğu bildirilərək ölkə hüdudlarından kənara çıxarılması məsələsinə baxılması xahiş olunmuş və Miqrasiya Məcəlləsinin 43.1-ci maddəsinə istinadən, iddiaçının Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması qərar ləğv edilmiş, Respublika ərazisini 48 saat ərzində tərk etməsi qərara alınmışdır. Qərarda istinad olunan Miqrasiya Məcəlləsinin 43-cü maddəsi isə aşağıdakıları nəzərdə tutur: 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. Məcəllənin qeyd olunan 43.1.1-ci maddəsinin tələbindən göründüyü kimi, əcnəbilərin Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: Qeyd olunanlardan görünür ki, cavabdehin mübahisələndirilən qərarı «İnzibati icraat haqqında» Qanunun qeyd olunan tələblərinə uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir: «…Hazırkı iş üzrə də aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən cavabdehə ünvanlanmış məktubda iddiaçının milli təhlükəsizliyə təhdid yaratması barədə mövqe nümayiş etdirilmişdir ki, dövlət təhlükəsizliyinin müdafiəsi sahəsində xüsusi bilik və təcrübəyə malik aidiyyəti şəxslər tərəfindən aparılan qiymətləndirmə cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalıdır ki, cavabdeh də mübahisələndirilən qərarı qəbul etməklə həmin halı əsaslı olaraq nəzərə almışdır. Bu zaman aidiyyəti 05 iyul 2022-ci il tarixli məktubda məhkəmə iclasında tətqiq edilmiş, qərarın qəbulu zamanı həmin məktubun əsas götürülməsi barədə qərarın qəbuluna əsas olan digər hallar nəzərə alınmaqla yekun nəticəyə gəlinmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olması və ailənin bütövlüyü baxımından ölkə ərazisindən kənarlaşmasının ailə münasibətlərinə ciddi təsir törətməsini qeyd etsə də, məhkəmə hesab edir ki, həmin halda özlüyündə hazırkı qərarın ləğvinin əsası qismində çıxış edə bilməz. Belə ki, milli təhlükəsizliyə ziyan vurma ehtimalının mövcudluğu özündə Azərbaycan Respublikasında yaşayan şəxslərin, o cümlədən ailələrin təhlükəsizliyini ehtiva edir. Hazırkı qərarın ləğv edilməməsinin zəruriliyi isə ictimai marağın fərdi maraqdan üstünlüyü baxımından da əhəmiyyətlidir...» Qeyd olunmalıdır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən bir daha, iddiaçının şəxsi işi, o cümlədən, müvafiq icra hakimiyyəti orqanının (AR DTX) Xidmətə ünvanlanmış məktubu və məxfi digər sənədlər müayinə olunarkən cavabdeh orqanın mübahisələndirilən qərarında istinad olunan, iddiaçının Respublika ərazisindən çıxarılmasına əsas olan halların mövcud olduğu müəyyən olunmuşdur. İddiaçının ölkə ərazisindən çıxarılarkən ailəli olmasına gəldikdə isə, iş materiallarına əsasən mübahisələndirilən qərar qəbul olunarkən, onun nikah münasibətlərində olduğu müəyyən olunmur. Belə ki, iş materiallarından, o cümlədən «Nikah haqqında Beynəlxalq şəhadətnamədən (U01№219383) görünür ki, mübahisələndirilən qərar 15 iyul 2022-ci il tarixdə qəbul olunduğu halda, iddiaçı Faramarzi Türkeş ilə Azərbyacan Respublikasının vətəndaşı X1 arasında nikah 7 ay sonra -23 fevral 2023-cü il tarixdə bağlanmışdır. Göründüyü kimi, cavabdehin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğu sübuta yetirilir. Qanuni və əsaslı qərar isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 70.1-ci maddəsinin tələbindən də məhz görünür ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, Konstitusiyaya və beynəlxalq qanunvericiliyə zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır, yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1795/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1795/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2175/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2175/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver