Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2176/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Elmira Eyvaz qızı Nağıyeva və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştiraklarıı ilə, İddiaçı AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki 3 il üçün müavinətin hesablanaraq ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2462/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müharibə veteranı üçün təyin edilmiş təqaüdün xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2462/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. İddiaçıya göndərilmiş məhkəmə bildirişində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək iddiaçıya apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən buraxılması barədə məhkəməyə ərizə təqdim etmədi və apellyasiya şikayətinin icraata qəbul edilərək baxılmasını və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2462/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarı iddiaçı tərəfindən 30 mart 2021-ci il tarixində təhvil alınmışdır. Daha sonra iddiaçı 03 mart 2022-ci il tarixli ərizə ilə müraciət edərək 2-1(112)-2462/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarın surətinin ona təqdim olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli bildiriş məktubundan görünür ki, həmin qərarın surəti təkrarən iddiaçıya göndərilmişdir. Həmin qərardan İddiaçı tərəfindən imzalanmış apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə (səhifə 42) daxil olmuş və bununla da qanunla apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət buraxılmışdır. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı bir sənəd və ya digər sübut növü məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə də təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü barədə kollegiya iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmadığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək cavabdehə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilməsini təklif etməsinə baxmayaraq, məhkəməyə heç bir ərizə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarlarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-87.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddəti üzrsüz səbəbdən ötürməklə verildiyindən və apellyasiya şikayətini imzalayan şəxsin şəxsiyyətini və səlahiyyətini müəyyən edən sənədlər təqdim olunmadıgı üçün apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2462/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2176/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2176/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver