Məhkəmə qərarları › İş №2-1(103)-2176/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2176/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2176/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X11 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində 60.000 (altmış min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinə dair cavabdehin xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərarının ləğv edilməsi və vergi məsuliyyətinə cəlb etmənin xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən İddiaçı (VÖEN:**********) barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi nəticəsində xx.xx.2021-ci il tarixli, 002494 nömrəli akt qəbul edilmiş, sözügedən akt əsasında isə xx.xx.2021-ci il tarixli, **********9613 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair ” qərar qəbul edilmişdir. **********9613 saylı qərarın hüquqi əsasını təşkil edən xx.xx.2021-ci il tarixli, 002494 nömrəli akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, sözügedən qərarın hüquqi əsası olaraq göstərilmiş xx.xx.2021-ci tarixli aktda vergi ödəyicisi İddiaçı tərəfindən 30 nəfər şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi qeyd edilmişdir. Halbuki həmin akt tərtib edilən zaman iddia edilən 30 nəfər şəxsin yalnız 22 nəfərindən izahatı alınmış və aktlaşdırılmışdır. Sözügedən aktda geri qalan 8 nəfər ilə bağlı izahatlar öz əksini tapsa belə, həmin şəxslər tərəfindən izahatlar imzalanmamışdır. Aktda həmin şəxslərin ad və soyadları, şəxsiyyət vəsiqələrinin FİN kodu qeyd edilməsinə baxmayaraq, həmin şəxslər ilə aralarında nəinki xidmət münasibətləri, hətta əyani tanışlıq belə mövcud olmamışdır. Nəticədə, nə həmin şəxslərin kim olduğu, nə də onların törədildiyi iddia edilən qanun pozuntusunun tərkib hissəsi olmasının necə müəyyən edildiyi məlum deyildir. Akt yalnız akta imza atan şəxslər üçün dəlil olaraq qəbul edilir. Bu səbəblə həmin şəxslərlə münasibətdə qanun pozuntusuna yol verilməsi ilə bağlı iddialar inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Bu baxımdan aktın həmin şəxlərə dair hissəsində iddianı birmənalı olaraq qəbul etmirlər. İkincisi, vergi ödəyicisi ilə onun tərəfindən isə cəlb edilmiş şəxslər arasında əmək müqaviləsinin olmaması qanun pozuntusunun mövcudluğu üçün əsas deyildir. Belə ki, vergi ödəyicisi ilə işə cəlb edilmiş şəxslər arasında hansı münasibətin olmasının müəyyən edilməsi üçün həmin münasibətin xarakterinə nəzər yetirilməlidir. Əgər münasibət davamlı xarakter daşıyarsa, vergi ödəyicisi ilə şəxslər arasında əmək müqaviləsi, müvəqqəti xarakter daşıdıqda isə xidmət müqaviləsi bağlanmalıdır. Vergi ödəyicisi ilə həmin şəxslər arasında əmək münasibətlərinin deyil, xidmət müqaviləsi münasibətlərinin olduğu aşağıda qeyd edilmiş 2 nüansla təsbit olunur: Vergi orqanı tərəfindən tərtib edilmiş 002494 nömrəli akta əsasən 22 nəfər şəxsdən götürülmüş izahatlardan da göründüyü kimi 4 nəfər şəxs xaricində, digər şəxslərlə vergi ödəyicisi arasında günlük şifahi xidmət müqavilələri olmuşdur. Yalnız 4 nəfər şəxs ilə vergi ödəyicisi arasında aylıq əmək münasibətləri mövcud olmuşdur. Vergi orqanının təzyiqləri nəticəsində xidmət müqaviləsi ilə işə cəlb edilmiş şəxslər vergi ödəyicisi tərəfindən əmək müqaviləsi əsasında işə daxil edilmələrinə baxmayaraq, 2-3 gün sonra onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Çünki həmin şəxslərlə faktiki olaraq əmək münasibətləri mövcud olmamış və yalnız vaxtaşırı olaraq hər hansı bir xidmət göstərdikləri təqdirdə onlara xidmət haqqı ödənilmişdir. Bu baxımdan sözügedən şəxslərlə vergi ödəyicisi arasında xidmət müqaviləsi əsasında yaranmış münasibətlərin mövcudluğu nəzərə alınmadan əmək müqaviləsinin olmaması səbəbi ilə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinin hər hansı qanuni və hüquqi əsası mövcud deyildir. Vergi orqanının vergi ödəvicisi ilə isə cəlb edilmiş şəxslər arasında yaranmış münasibətlərin yalnız əmək münasibəti ola biləcəyi barəsində məsələyə yaxınlaşması tamamilə qanunaziddir. Belə ki, 002494 nömrəli aktın tərtib edilməsinə əsas hesab edilən vergi yoxlamasının keçirilməsinin səbəbi əmək müqaviləsi bağlamadan vergi ödəyicisi tərəfindən işçinin işə cəlb edilibedilməməsi olmuşdur. Dolayısı ilə vergi yoxlamasının həyata keçirilməsi prosesi zamanı yoxlama predmeti xaricinə çıxılması yolverilməz hesab edilmiş və əmək müqavilələrinin mövcud olmadığı qənaətinə gəlinmişdir. Bu səbəbdən dolayı vergi ödəyicisi ilə həmin şəxslər arasında əmək münasibəti xaricində digər münasibətin olması ehtimalı nəzərə alınmayaraq, vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilmiş və nəticədə vicdanlı və ədalətli davranış prinsiplərinə zidd addım atılmışdır. Həmin şəxslər arasında əmək müqaviləsi əvəzinə, xidmət müqaviləsi bağlandığı halda AR mülki qanunvericiliyinin tələblərinə əsasən tərəflərin hər hansı bir forma şərtinə əməl etməsi zəruri hesab edilməmişdir. Eləcə də, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin hər hansı tələblərə cavab verməsi nəzərdə tutulmamışdır. X33 məsuliyyətə cəlb edilməsi yalnız o halda mövcud ola bilərdi ki, vergi yoxlaması isə cəlb edilmiş şəxslərin məhz sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbzinin olub-olmamasına dair həyata keçirilmiş olsun. Nəticədə sözügedən akt tərtib edildiyi əsas üzrə deyil, təqdim etdiyi əsas üzrə tərtib edilmiş olsa idi, bu halda qismən də olsa vergi orqanının mövqeyi haqlı hesab edilə bilərdi. Lakin onu da diqqətə almaq lazımdır ki, AR Vergi Məcəlləsinin 221.8.5-ci maddəsinə əsasən sözügedən qəbzin əldə edilməli olması barəsində 29 noyabr 2019-cu il tarixli, 1704-VQD nömrəli dəyişiklik edilmiş və dəyişiklikdən çox qısa zaman sonra isə COVİD-19 pandemiyası səbəbi ilə İddiaçı vergi orqanında qeydiyyata alındığı xidmət sferası üzrə fəaliyyət müvəqqəti olaraq dayandırılmışdır. Nəticədə, vergi qanunvericiliyində edilmiş bu dəyişiklik praktikada tətbiq edilməməsi səbəbindən aktual hesab edilməmişdir. Bu halda belə, əgər vergi ödəyicisi sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında 10 (on) manat dəyərində olan qəbzin əldə edilməməsi səbəbindən ona həmin məbləğin 200 mislindən daha çox məbləğdə cərimə tətbiq ediləcəyini bilsə idi, o zaman tərəddüdsüz müvəqqəti xarakterli olmasına baxmayaraq işə cəlb etdiyi şəxslərlə də əmək müqaviləsi imzalamış olardı. Hazırki vəziyyətdə isə vergi orqanlarının vergi ödəyicisinə onun törətmiş olduğu qanun pozuntusunun əsl dəyərinin qat-qat daha çox misli həcmində cərimələrin tətbiq edilməsinə dair yaxınlaşması nəticəsində azad sahibkarlıq subyektlərinin fəaliyyətinin inkişafına birmənalı olaraq maneə yaranır və hətta bu vergi mənbəyinin bilərəkdən məhv edilməsinə səbəb olur. Beləliklə, Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən vergilər iqtisadi əsasa malik olmalı, konstitusion hüquq və azadlıqların həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilməməli, eləcə də vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - BŞLGBİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********0624 №-li, xx.xx.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən Şadlıq sarayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. - BŞLGBİ-nin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********0685 №-li tələbnaməsi ilə İddiaçı ********** operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 23, 42 və 50-ci maddələrini əsas tutaraq - əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı elektron fayllar, əmək haqqı cədvəllərinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi tələb olunmuşdur. - “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə VM-nin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002494 №li xx.xx.2021-ci il tarixli aktdan və akta əlavədən görünür ki, BŞLGBİ-nin xx.xx.2021-ci il tarixli, DVX seriyalı **********0624 №-li qərarına əsasən İddiaçı məxsus obyektdə (ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayı”) keçirilən operativ vergi nəzarəti nəticəsində 02 avqust 2021-ci il tarixdə saat 18:00-da təqdim edilmiş əmək müqaviləsi bildirişlərinə əsasən ictimai – iaşə obyektində cəlb olumuş 44 (qırx dörd) fiziki şəxsdən 30 (otuz) nəfər fiziki şəxsin (X34, X12, X21, X13, X7, X45, X8, X14, X22, X46, X2 Zərqələm Həsən qızı, X16, X27, X47, X58, X35, X5, X36, X48, X37, X49, X59, X28, X29, X23, X3, X50, X60, X30, X51,) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuş və bununla bağlı İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi yoxlamada iştirak etmədiyindən aktı imzalatmaq və bir nüsxəsini təqdim etmək mümkün olmamışdır - BŞLGBİ-nin əməkdaşları tərəfindən izahatları alınmış: xx.xx.1991-ci il təvəllüdlü X34 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında bir gündür ki, İddiaçı tərəfindən ofsiant vəzifəsinə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. xx.xx.2005-ci il təvəllüdlü X9 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən aşbaz vəzifəsinə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığı, aylıq əmək haqqının 300 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1989-cu il təvəllüdlü X24 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən ofisiant vəzifəsinə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1995-ci il təvəllüdlü X13 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən xadimə vəzifəsinə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını,elektron xidmət müqaviləsinin onunla bağlanmadığı, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1961-ci il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən bir gündür işə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını,elektron xidmət müqaviləsinin onunla bağlanmadığı, gündəlik əmək haqqının 10 manat təşkil etdiyini bildirmişdir. xx.xx.2003-cü il təvəllüdlü X45 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən musiqiçi vəzifəsinə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını,elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, aylıq əmək haqqının 300 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1987-ci il təvəllüdlü X8 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında bu gündən İddiaçı tərəfindən işə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqavilənin onunla bağlanmadığını, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1992-ci il təvəllüdlü X14 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında bir günlük işə dəvət olunduğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 10 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1995-ci il təvəllüdlü X22 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə kababçı köməkçisi vəzifəsinə qəbul olundğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 20 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1996-cı il təvəllüdlü X46 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında bu gündən qəbul olunduğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1959-cu il təvəllüdlü X66 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında gündəlik (toy şənliyi olanda) müsiqiçi vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 20 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1961-ci il təvəllüdlü X15 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında gündəlik qabyuyan vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 12 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1966-cı il təvəllüdlü X16 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında gündəlik kababçı köməkçisi vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığı, gündəlik əmək haqqının 20 manat təşkil etdiyini bildirmişdir. xx.xx.2001-ci il təvəllüdlü X27 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdən ofisant vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1989-cu il təvəllüdlü X47 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xadimə vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 10 manat təşkil etdiyini bildirmişdir. xx.xx.2002-ci il təvəllüdlü X58 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında ofisant vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1991-ci il təvəllüdlü X38 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında ofisant vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını,elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 10 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1970-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında iyul ayının 1-dən nəzarətçi vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığı, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1955-ci il təvəllüdlü X36 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında 5 (beş) ildir ki işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, aylıq əmək haqqının 250 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1969-cu il təvəllüdlü X48 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xadiməçi vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, aylıq əmək haqqının 300 manat təşkil etdiyini bildirmişdir. xx.xx.2004-cü il təvəllüdlü X37 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdən ofisant vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığı, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1991-ci il təvəllüdlü X52 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdən fəhlə vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 20 manat təşkil etdiyini bildirmişdir. - BŞLGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9613 №-li, xx.xx.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 30 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yeerinə yetirilməsinə cəlb etdiyinə görə 60000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. - “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********99614 №-li Tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı 60000 manat vəsaitin xx.xx.2021-ci il tarixədək ödənilməsi tələb olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 31 mart 2022-ci il tarixli Q2200887 saylı qərarı ilə “Fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 30 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə Azərbaycan Cinayət Məcəlləsinin 162.1.1-ci maddəsi ilə cinayət işi başlanılması qərara alınmışdır. - “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 18 avqust 2022-ci il tarixli qərarla: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 29 nəfər şəxsi müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar İddiaçı barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata, bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək münasibətlərini rəsmiləşdirməsi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmaması ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilməsi; Fiziki şəxs İddiaçı oğuna məxsus şadıq evində X34, X12, X21, X13, X7, X45, X8, X14, X22, X46, X66, X15, X16, X27, X47, X58, X35, X5, X36, X48, X37, X49, X59, X28, X29, X23, X3, X50, X60, X30, X25 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri nəticəsində ödənilmədikdən yayındırılmış 1138,35 manat məbləğində işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olan hesabatlarına alınması, habelə gələcəkdə analoji halların baş verməsinin qarşısının alınmasından ötrü vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamələrin nəzarətdə saxlanılması və işçi sayında azalma olduğu halda, məlumatın dəqiqləşdirilməsi məqsədilə zəruri tədbirlərin görülməsinin Bakı şəhəri LGBİ-yə tapşırılması qərara alınmışdır. - Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin **********440000 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Baş İdarənin İstintaq və təhqiqat idarəsinin 2- ci şöbəsinin böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Sərxan Cəfərov tərəfindən fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi - ünvan 2 ünvanda yerləşən “Dəniz” şadlıq sarayında keçirilmiş operativ vergi nəzarəti zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 30 (otuz) nəfərin, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə CM-nin 162-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır.Həmin cinayət işi üzrə 28 nəfər işçi şahid qismində istintaqa verdikləri ifadələrində qeyd edilən şadlıq sarayında xx.xx.2021-ci il tarixdə və həmin tarixdən əvvəl əmək müqaviləsi olmadan işlərə cəlb edildiklərini, onlara işə götürülən zaman işəgötürən tərəfindən heç bir mülki və ya əmək müqaviləsinin təklif edilmədiyini göstərmişlər. Digər iki nəfər işçi, yəni X50 və X45 hazırda müddətli həqiqi hərbi xidmətdə olduqları üçün onların dindirilmələri mümkün olmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “ iş materiallarında olan 30 nəfər fiziki şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçı müəssisədə müvafiq olaraq "ofisant”, “xadiməçi”, “musiqiçi”, “kababçı köməkçisi” “fəhlə” və s. vəzifələrində işlədiklərini göstərmişlər. Belə olan halda vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı olduğu halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən göstərilən şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarına yol vermişdir ki, bu da vergidən yayınma faktı kimi qiymətləndirilir.” Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyi ilə qismən razılaşır. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən müvafiq yoxlama zamanı yalnız 22 nəfərin izahatı alınmış və həmin şəxslər tərəfindən müvafiq akt imzalanmışdır. 8 nəfər – X61,X28,X29, X23, X4,X50, X60, X6 isə ümumiyyətlə izahat alınmamış və həmin şəxslər tərəfindən akt imzalanmamış, lakin həmin şəxslərə münasibətdə də iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlər nəzərə alınmalı və cavabdehin mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərarı qismən - X61,X28,X29, X23, X4,X50, X60, X17 münasibətdə ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərarı qismən – X61,X28,X29, X23, X4,X50, X60, X17 münasibətdə ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərarı - X39 ,X18 ,X19 , X10 , X1 ,X31 , X40 , X17 münasibətdə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar