Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2176/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1328/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: N nömrəli hərbi hissənin komandirinin N sentyabr 2020-ci il tarixli, 272 nömrəli əmrindən çıxarışa əsasən baş gizir İddiaçı xüsusi mühafizə dəstəsinin kəşfiyyatçısı N sentyabr 2020-ci il tarixdən 5 gün müddətinə 051, N və N nömrəli hərbi hissələrə ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissənin komandirinin N sentyabr 2020-ci il tarixli, 277 nömrəli Əmrindən çıxarışa əsasən baş gizir İddiaçı xüsusi mühafizə dəstəsinin kəşfiyyatçısı N sentyabr 2020-ci il tarixdən 051, N və N nömrəli hərbi hissələrdən ezamiyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. İddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 4/3-2599 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş baş gizir İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən arayış-məlumatı Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmışdır. Məlumat üçün bildirilir ki, N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən xx.xx.2020-ci ildə ezamiyyətə getmiş və xx.xx.2020-ci ildə döyüş əməliyyatları başladığı gün ezamiyyətdən qayıtdığına görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən baş gizir İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4/3-4674 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən xx.xx.2020-ci ildə ezamiyyətə getmiş və xx.xx.2020-ci ildə döyüş əməliyyatları başladığı gün ezamiyyətdən qayıtdığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində müvafiq əmrə əsasən N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. xx.xx.2020-ci il tarixdə Vətən müharibəsi başladığından və zərurətlə əlaqədar olaraq 08 oktyabr 2020-ci il tarixədək Füzuli rayonunun Alxanlı, Pirəhmədli, Qaraxanbəyli, Horadiz qəsəsəbəsi, Şükürbəyli kəndləri, Cəbrayıl rayonu Nüzgar, Quycaq kəndləri və Cəbrayıl rayonunda, eyni zamanda bir sıra döyüş mövqelərində ön xəttdə olmuş, döyüş əməliyyatlarına cəlb olunmuş, lakin həmin vaxtda müharibənin gərginliyindən ezamiyyət vərəqəsini artıra bilməmişdir. Müharibənin ilk günlərində döyüş bölgəsində olmağını və müəyyən xidmətlər etməyini ezam vərəqəsinə yazdırmamış, eyni zamanda N nömrəli hərbi hissənin əmrinə daxil edilməmişdir. Xüsusi göstərişə əsasən iddiaçının ezamiyyət müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmış, lakin yeni ezamiyyət vəsiqəsi verilməmişdir. Həmin müddətdə döyüş əməliyyatlarının icrasının təşkilini və döyüş əməliyyatlarına rəhbərliyi həyata keçirmiş yüksək vəzifəli şəxslərlə bərabər bilavasitə döyüş əməliyyatları aparılan bölgəyə gedərək bölgədə döyüş əməliyyatlarına rəhbərlik edən həmin vəzifəli şəxsin döyüş əməliyyatlarının müxtəlif təminat növləri üzrə aidiyyatı tapşırıqlarını yerinə yetirmişdir. 2-4 oktyabr 2020-ci il tarixlərində yaralı hərbi qulluqçuları Füzuli rayonunun Alxanlı, Qaraxanbəyli kəndləri və Cəbrayıl rayonunun Mehdili kəndindən Füzuli rayonunun Horadiz qəsəbəsində açılmış qəbul məntəqələrinə təxliyyə edilməsində, həmçinin həmin ərazilərdə döyüş tapşırığını yerinə yetirən N nömrəli hərbi hissənin şəxsi heyəti üçün döyüş sursatı, digər hərbi əmlakın, ləvazimatların çatdırılmasında iştirak etmişdir. Həmin vaxtı 08 oktyabr 2020-ci il tarixədək döyüş bölgəsində olması N nömrəli hərbi hissənin tərtib etdiyi və hərbi hissə komandirinin təsdiq etdiyi aktla təsdiq olunur, eyni zamanda bunu döyüş yoldaşları da təsdiq edir. İddiaçı döyüş bölgəsində xidmət apardığı üçün ona veteran adının və müfaviq vəsiqənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin xx.xx.2023-cü il tarixli, 4/3- 4674 saylı məktubu ilə ona bildirilmişdir ki, “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə komandirinin müvafq əmrlərinə əsasən xx.xx.2020-ci ildə ezamiyyətə getmiş və xx.xx.2020-ci ildə döyüş əməliyyatları başladığı gün ezamiyyətdən qayıtdığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia ərizəsi əsassızdır, təmin oluna bilməz, aşağıdakı səbəblərə görə mümkünsüz sayılması barədə qərardad qəbul olunmalıdır. Komissiyanın xx.xx.2023-cü ıl tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən xx.xx.2020-ci ildə ezamiyyətə getmiş və xx.xx.2020-ci ildə döyüş əməliyyatları başladığı gün ezamiyyətdən qayıtdığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 nömrəli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin Qeydə əsasən: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İddia tələbi “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra həmin ad verilir. İddiaçı xx.xx.2020-ci ildə döyüş əməliyyatları başladığı gün ezamiyyətdən qayıtdığından onun sənədləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməmişdir. Bu isə aşağıda göstərilmiş normaya tam uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və yə orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir." Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1328/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 3088 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi xx.xx.2021-cı il tarixli 420 №-li Qərarını nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı xidmət etdiyi N nömrəli hərbi hissəyə xx.xx.2020-ci ildə qayıtmışdır (həmin hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 277 nömrəli əmri məhkəmə iş materiallarına əlavə olunmuşdur). Məhkəmə araşdırma aparmamışdır ki, iddiaçıya Müharibə veteranı” adının verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin hansı tələbləri və şərtləri mövcuddur. İddiaçı döyüş əməliyyatları başladığı gün, xx.xx.2020-ci il tarixdə ezamiyyətdən qayıtdığından, onun sənədlərinin Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Onu da bildirmək lazımdır ki, qərarda N nömrəli hərbi hissənin 2021-ci il tarixli aktına istinad etsə də, orada iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə heç nə yazılmadığını nəzərə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27den noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.” Həmçinin, onu da bildirmək lazımdır ki, iddia tələbi “Müharibə veteranı” statusunun verilməsi vəzifəsinin” Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması ilə bağlı olub. Bununla bağlı bildirmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarı İlə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yəni, 44 Vətən Müharibəsinə görə “Müharibə veteranı” statusunun verilməsi artıq bir qurumun qərarı ilə deyil, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilməsini ehtiva edir. Bununla bağlı məhkəmə AR İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərməli idi, sonuncunun ərizəsində dəyişiklik etmədiyi halda iddianın mümkünsüz sayması barədə qərardad qəbul etməli idi. AR İPM-nin 35.1-ci maddəsinə əsasən: “Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.” Yuxanda qeyd olunanlardan görmək olar ki, prosessual və maddi normaların pozulması əsassız qərarın çıxarılması ilə nəticələnmişdir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş, sonuncu onun tələbinin təmin olunmasından xx.xx.2023-cü il tarixli məktubla imtina etmişdir, həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş üzrə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən xx.xx.2020-ci ildə ezamiyyətə getməsi və xx.xx.2020-ci ildə döyüş əməliyyatları başladığı gün ezamiyyətdən qayıtması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçməsi və həmin hərbi hissənin N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etməsinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir:
1. Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii)
2. həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olubolmaması. N nömrəli hərbi hissənin komandirinin N sentyabr 2020-ci il tarixli, 272 nömrəli əmrindən çıxarışa əsasən baş gizir İddiaçı xüsusi mühafizə dəstəsinin kəşfiyyatçısı N sentyabr 2020-ci il tarixdən 5 gün müddətinə 051, N və N nömrəli hərbi hissələrə ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissənin komandirinin N sentyabr 2020-ci il tarixli, 277 nömrəli Əmrindən çıxarışa əsasən baş gizir İddiaçı xüsusi mühafizə dəstəsinin kəşfiyyatçısı N sentyabr 2020-ci il tarixdən 051, N və N nömrəli hərbi hissələrdən ezamiyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, baş gizir İddiaçı N nömrəli hərbi hissəyə ezam olunması və ezamiyyət müddətinin uzadılması barədə məlumatların nizami bölmə üzrə əmrlərdə öz əksini tapmaması 31 oktyabr 2021-ci il tarixdə tərtib olunmuş müvafiq aktda istinad edilən dövrdə döyüş əməliyyatlarının aparılması ilə əlaqələndirilmişdir. Baş gizir İddiaçı 20-N sentyabr 2020-ci il tarixlərində N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə ezam olunması və xidməti zərurətlə əlaqədar olaraq 08 oktyabr 2020-ci il tarixədək Füzuli rayonunun Horadiz qəsəbəsində və Şükürbəyli kəndində olması 31 oktyabr 2021-ci il tarixdə tərtib olunmuş, N nömrəli hərbi hissədə N daxil olma nömrəsi ilə qeydiyyata düşmüş akta əsasən öz təsdiqini tapmışdır. 31 oktyabr 2021-ci il tarixli, 6782 nömrəli aktda göstərilmişdir ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin yavəri baş gizir İddiaçı (N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu) 20-N sentyabr 2020-ci il tarixlərində Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sürücüsü qismində N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Lakin baş gizir İddiaçı xidməti zərurətlə əlaqədar olaraq 08 oktyabr 2020-ci il tarixədək Füzuli rayonun Horadiz qəsəbəsində və Şükürbəyli kəndində olması təsdiq olunur. Həmin dövrdə döyüş əməliyyatlarının aparıldığına görə ezamiyyət müddətinin uzadılması ilə bağlı N nömrəli hərbi hissə tərəfindən yeni ezamiyyət vəsiqəsi tərtib edilməmiş və əvvəlki ezamiyyət vəsiqəsində aidiyyəti üzrə müvafiq qeydlər aparılmamışdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə cavab olaraq bildirilmişdir ki, baş gizir İddiaçı N nömrəli hərbi hissəyə ezam olunması və ezamiyyət müddətinin uzadılması barədə məlumatların nizami bölmə üzrə əmrlərdə öz əksini tapmaması 31 oktyabr 2021-ci il tarixdə tərtib olunmuş müvafiq aktda istinad edilən dövrdə döyüş əməliyyatlarının aparılması ilə əlaqələndirilmişdir. Baş gizir İddiaçı 20-N sentyabr 2020-ci il tarixlərdə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə ezam olunması və xidməti zərurətlə əlaqədar olaraq 08 oktyabr 2020-ci il tarixədək Füzuli rayonunun Horadiz qəsəbəsində və Şükürbəyli kəndində olması 31 oktyabr 2021-ci il tarixdə tərtib olunmuş, N nömrəli hərbi hissədə N daxil olma nömrəsi ilə qeydiyyata düşmüş akta əsasən öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-4/2- 4957/2023 nömrəli məktubu ilə məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Əməliyat Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 7/2697 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart 2021-ci il tarixli 062 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, öz xidməti vəzifələrini və idarənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və vəzifə borcunu vicdanla yerinə yetirdiyinə görə iddiaçı Fəxri Fərmanla və ayrı-ayrı vaxtlarda cavabdeh inzibati orqanın rəhbər şəxsləri tərəfindən müxtəlif medallarla təltif olunmuşdur. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdi ki, iddiaçı 20 sentyabr – 08 oktyabr 2020-ci il tarixlərdə Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə Füzuli rayonunun Horadiz qəsəbəsində və Şükürbəyli kəndində döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində xidmət etməsi və aparılan döyüşlərdə iştirak etməsi N nömrəli hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixli 272 nömrəli əmri və məhkəmə sorğusuna əsasən Müdafiə Nazirliyinin verdiyi cavab məktublarının (o cümlədən müvafiq aktın) məzmunu ilə təsdiq olunur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməmiş, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. Məhkəmə kollegiyası cavabdehin “iddiaçının N nömrəli hərbi hissəyə ezam olunması və ezamiyyət müddətinin uzadılması barədə məlumatların nizami bölmə üzrə əmrlərdə öz əksini tapmaması” barədə dəlilinə münasibətədə isə bildirir ki, həmin qeydlərin əmrlərdə öz əksini tapmaması iddiaçının iradəsindən asılı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdən müəyyən olunur ki, iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktik şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1328/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1328/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev