Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2178/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və digər İddiaçı3 nümayəndəsi İddiaçı1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 və qeyrilərinin cavabdeh Binəqədi Rayon Polis İdarəsinin X2rşı kompensasiyasın ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6140/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 və qeyriləri cavabdeh Binəqədi Rayon Polis İdarəsinin X2rşı məhkəmədə iddia qaldıraraq kompensasiyasın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati xəta qanunvericiliyinin tələbləri pozmuş, qərarda saxtakarlığa yol vermişdir. Cavabdeh yol nəqliyyat hadisəsində iddiaçının günahsız olduğunu bildirərək vaxt qazanmış, onu aldatmış, ona xəbər vermədən cərimə tətbiq etmişdir. Avtonəqliyyat vasitəsində övladı və həyat yoldaşı olduğu zaman avtomobili saxlanılmış, uşağını və yoldaşını nəqliyyat vasitəsindən polis əməkdaşları düşürməyə cəhd etmişdir. Oğlu və həyat yoldaşı bərk qorxmuş, çox ciddi psixi və mənəvi travma almış, oğlu şəkərli diabet və başqa xəstəliklərə tutulmuşdur. Yoldaşı ürək və nevroloji xəstəliklərə düçar olmuşdur. 50 min manat həcmində müalicə və dərman preparatlarının alınmasına pul xərcləmişdir ki, həmin məbləğ onlara ödənilməlidir Binəqədi Rayon Polis İdarəsinin DYP Şöbəsi etirazında qeyd etmişdir ki, AR İXM-nin 327.1-ci maddəsinə əsasən iddiaçı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, Səbail Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş, yenidən araşdırma aparılmış və yeni qərarla AR İXM-nin 327.1-ci maddəsi ilə iddiaçı təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin qərardan verilmiş şikayət əsasında qərarı ləğv edilmiş, icraata xitam verilmiş, lakin apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cərimə təyin edilmə barədə qərarın qüvvədə saxlanılması, Səbail Rayon Məhkəməsinin qərarının ləğv edilməsi qərara alınmışdır. DYP-nin hər hansı təqsiri olmadığından, kompensasiya tələb edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6140/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim O.Həsənov) iddia mümkünsüz hesab edilmişdir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırki tələbi ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə yox, xüsusi (mülki) hüquq münasibətlərinə aiddir ki, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati iddiadakı tələb inzibati orqan hesab edilən cavabdeh Binəqədi RPİ-nin X8 Şöbəsinin inzibati xəta haqqında qəbul etdiyi qərarla bağlı deyildir, həmin inzibati orqanın ona məxsus olan “Ford” markalı AZ **-DX-*** d.q.n. avtomobili dayandıraraq ailə üzvələrinə hədə-qorxu gəlməklə, onlara fiziki qüvvə tətbiq edib avtomobildən düşürtməyə cəhd edərək avtomobili duracağa yerlədirilməsi ilə bağlı qanunsuz hərəkətləri olmuşdur. Onun barəsində inzibati orqan tərəfindən İXM-nin müvafiq maddəsi ilə inzibati xəta haqqında qərar qəbul etmişdir, həmin qərarı ona təyin edilmiş inzibati cərimə cəzası icra olunmadığını əsas götürərək inzibati orqan ona məxsus avtomobili duracağa yerləşdirməyə cəhd edərək onun və ailə üzvlərinin konstitusion hüquq və azadlıqlarını, sərbəst hərəkət etmək hüquqlarını pozmuş, əmlakına qanunsuz müdaxilə etməklə əmlakını əlindən alaraq duracağa yerləşdirmə cəhdləri olmuşdur. Cavabdeh Binəqədi RPİ-nin X8 Şöbəsinin bu hərəkətləri onların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid deyildir, onların bu hərəkətləri inzibati xətalar haqqında qanunun tələblərindən kənara çıxmaqla edilmiş qanunsuz hərəkətlərdir. Bakı İnzibati Məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qərardaddır. Həmin hərəkətlərə görə kompensasiya verilməli və kompensasiya inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın qarşılanması üçün olduğundan qanunauyğun şəkildə demək olar ki, hazırki mübahisəyə inzibati məhkəmədə baxılmalı, iddia mümkün sayılmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçının iddia etdiyi məsələlər məhz inzibati xəta ilə bağlı qərarla birgə mübahisələndirilə bilərdi. Həmin iş üzrə də məhkəmələr tərəfindən digər icraatda araşdırma aparılmış və son olaraq inzibati xəta qərarı qüvvədə saxlanılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İddia tələbindən görünür ki, iddiaçı X8 Şöbəsi əməkdaşlarının ona məxsus “Ford” markalı AZ **-DX-*** d.q.n. avtomobili dayandıraraq onun barəsində inzibati orqan tərəfindən İXM-nin müvafiq maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edildiyini, həmin qərarla ona təyin edilmiş inzibati cərimə cəzası icra olunmadığını əsas götürərək inzibati orqan ona məxsus avtomobili duracağa yerləşdirməyə cəhd edərək ailə üzvələrinə hədəqorxu gəlməklə, onlara fiziki qüvvə tətbiq edib avtomobildən düşürdərək avtomobili duracağa yerlədirilməsi ilə bağlı qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın qarşılanmasını tələb edir. İş materiallarından olan Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin DYPŞ-in 24 aprel 2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, İddiaçı1 İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. İddiaçı inzibati xəta haqqında qərarla bağlı məhkəməyə müraciət etmiş, son olaraq Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, cavabdehin apellyasiya şikayəti təmin edilir. Səbail Rayon Məhkəməsinin 29 dekabr 2023cü il tarixli qərarı ləğv edilir, inzibati tənbeh vermə haqqında 12 dekabr 2023-cü il tarixli qərar dəyişdirilmədən saxlanılır İddia ərizəsindən, işə əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisinin kökündə inzibati xətalara dair iş üzrə fəaliyyət və bu fəaliyyətdən irəli gələn məsələlər durur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. AR İPM-nin 2.2.7-ci maddəsinin tələbinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Lakin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə dair iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması o zaman mümkündür ki, həmin kompensasiya inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə yaranmış olsun. Məhkəmə kollegiyası qeyd edir ki, hazır ki, mübahisə üzrə inzibati orqan tərəfindən qəbul edilmiş qanunsuz inzibati akt yoxdur. Belə ki, X8 Şöbəsi tərəfindən tətbiq olunmuş inzibati cərminənin qanuniliyi Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənmişdir. Hazırkı iş üzrə cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyinin törədilməsi halı istinsa edilməsə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, inzibati xəta və ya cinayət işi üzrə araşdırmaya aid olan ehtimal olunan qanunsuz hərəkət və ya hərəkətsizliyin törədilməsinə görə kompensasiyanın ödənilib-ödənilməməsinə dair iddianın mahiyyəti üzrə qiymətləndirilməsi inzibati məhkəmə icraatı çərçivəsində qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, qanuni inzibati aktın icrası ilə bağlı həyata keçirilən tədbirlər də qanuni hesab olunmalıdır. Əgər inzibati akt məhkəmə tərəfindən qanuni sayılıbsa, dolayı yolla həmin aktın həyata keçirilməsi ilə bağlı inzibati orqan əməkdaşlarının hərəkətləri müvafiq qanunvericiliyin icrası çərçivəsində görülmüş tədbirlərdir və hüquqi nəticələr doğuran qanuni hərəkətlər kimi qiymətləndirilməlidir. Bu baxımdan, qanuni inzibati aktın icrasına yönəlmiş hərəkətlərin “qanunsuz” kimi təqdim edilməsi hüquqi əsasdan məhrumdur. Apellyasiya icraatı zamanı iddiaçı inzibati orqanın qanunsuz hərəkətləri, inzbati hüquqi vəzifələrin düzgün icra edilməməsi ilə bağlı əsaslı dəlil irəli sürməmiş, onun iddiasının əsasını inzibati orqan tərəfindən cəriməninin tətbiqiylə bağlı öncədən xəbərdar edilməməsi olmuşdur. Lakin bununla bağlı da hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 7.2 və 15.3-cü bəndlərinə əsasən “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi yekun nəticə əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6140/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2178/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2178/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver