Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-218/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2-1(112)-4217/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2-1(112)-4217/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir (hakim R.Kərimli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının 26.10.2020-ci il tarixli qərardadı ilə cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 01.07.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına uyğun olaraq hesablanmasının və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1959-cu il tarixdə doğulmuşdur. 01 iyun 1977-ci il tarixdə 44/3 nömrəli əmrlə X1 İdarəsində üç aylıq öyrənci kimi “elektrik qaynaqçısı” vəzifəsinə qəbul olunmuşdur, 12 sentyabr 1977-ci il tarixdə 77/7 əmrlə müvəqqəti olaraq işə buraxılmışdır. 8 oktyabr 1977-ci ildə hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunmuşdur. 11 fevral 1980-ci il tarixdə Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində 3-cü dərəcəli “elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmişdir. 25 yanvar 1982-ci ildə Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində “4-cü dərəcəli elektrik qaynaqçısı” vəzifəsindən azad edilərək 26 yanvar 1982-ci ildən həmin İdarənin “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmişdir. 6 aprel 1982-ci ildə Əli Bayramlı şəhərinə köçdüyündən, Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsindən azad edilmişdir. “xxxx” ASC tərəfindən verilmiş 6 sentyabr 2019-cu il tarixli 07 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən 12 aprel 1982-ci il tarixli 49-K saylı əmrlə 3 saylı SMD-yə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, 25 aprel 1984-cü il tarixli 22 saylı əmrlə “6-cı dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, 15 sentyabr 1986-cı ildə 115 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 15 oktyabr 1986- cı il tarixdə 65 nömrəli əmrlə Sabirabad 24 nömrəli SMD-yə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, 16 fevral 1986-cı il tarixdə isə, 13 nömrəli əmrlə işdən azad olunmuşdur. 17 fevral 1987-ci il tarixdı 14 nömrəli əmrlə “Sabirabad SPMK-2”-də qaynaqçı vəzifəsinə qəbul edilmiş, 1 avqust 1996-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 23 iyul 1999-cu il tarixdə 21 nömrəli əmrə əsasən X3 İdarəsində “çilingər” vəzifəsinə qəbul edilmiş, 16 noyabr 1999-cu il tarixdə işdən azad edilmişdir. 15 noyabr 2012-ci il tarixdə 22 nömrəli əmrlə “xxxx” ASCdə “elektrik qaynaqçısı” vəzifəsinə qəbul edilmiş, 8 iyul 2013-cü il tarixdə işdən azad edilmişdir. 22 aprel 2014-cü il tarixdə 14 nömrəli əmrlə “X4 İdarəsi”də “təmirçi -çilingər” vəzifəsinə qəbul edilmiş, 24 oktyabr 2017-ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir. 10 oktyabr 2018-ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 4 saylı X7 İdarəsinin X4 Sahəsinin istismarçı nəzarət qrupunda “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir. 31 avqust 2019-cu il tarixli 425-k nömrəli əmrə əsasən başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. 1 avqust 2019- cu il tarixdən “xxxx” ASC X5 MMC 4 saylı X7 İdarəsinin X4 Sahəsi üzrə istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir və hazıradək işləyir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçası hesab olunur. O, güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdehin 12 noyabr 2019-cu il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuşdur. Məktubda aşağıdakılar qeyd olunmuşdur: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə kişilər 60 yaşna çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitnə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiya yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı» haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajl olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, xx.xx.1959cu ildə Sabirabad rayonu. Navadan kəndində anadan olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət edərək, sənədlərini təqdim etmişdir. Təqdim etdiyi sənədlər aşdırıldıqdan sonra 12.11.2019-cu il tarilxi **********2 nömrəli məktubla imtina cavabı verilmişdir. İddiaçı hesab edtmişdir ki, cavabdeh tərəfindən verilmiş 12.1 1.2019-cu il tarixli **********2 nömrəli məktub əsassızdır. 01.06.1977-ci ildə 44/3 nömrəli əmrlə X1 İdarəsində üç aylıq öyrənci kimi "elektrik qaynaqçısı" vəzifəsinə qəbul olunmuşdur. 12.09.1977-ci ildə 77/7 nömrəli əmrlə müvəqqəti olaraq işə buraxılmışdır. 08.10.1977-ci ildə isə hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsi tərəfindən verilmiş 05.08.2019-cu il tarixli 157 nömrəli məktubda göstərilir ki, 1959-cu il təvəllüdlü İddiaçı həqiqətən 17.11.1977-ci ildən 19.12.1979-cu il tarixinədək keçmiş SSRİ Silahlı qüvvələrində həqiqi hərbi xidmət etmişdir (Hərbi bilet NZ 3616005). 11.02.1980-ci ildə Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində 3-cü dərəcəli "elektrik qaynaqçısı’’ vəzifəsinə təyin edilmişdir. 25.01.1982-ci ildə Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində “4-cü dərəcəli elektrik qaynaqçısı” vəzifəsindən azad edilərək 26.01.1982-ci ildən Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində "5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmişdir. 06.04.19-82-ci ildə Əli Bayramlı şəhərinə köçdüyü üçün Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində ”5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsindən azad edilmişdir. "xxxx” ASC tərəfindən verilmiş 06.09.2019-cıı il tarixli 07 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 12.04.1982-ci il tarixli 49-K saylı əmrlə 3 Saylı iSMD-yə "5-ci dərəcəli elektrik qaynaqçısı" vəzifəsinə təyin edilmiş, 25.04.1984-cii il tarixli 22 saylı əmrlə ”6-cı dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, 15.09.1986-cı ildə 115 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 15.10.1986-cı ildə 65 nömrəli əmrlə Sabirabad 24 nömrəli SMD-yə "5-ci dərəcəli elektrik qaynaqçısı" vəzifəsinə təyin edilmiş. 16.02.1986-cı ildə isə 13 nömrəli əmrlə işdən azad edilmişdir. 17.02.1987-ci ildə 14 nömrəli əmrlə "Sabirabad SPMK-2” qaynaqçı vəzifəsinə qəbul edilmiş, 01.08.1996-cı ildə isə öz xahişi ilə işdən azad edilmişdir. 23.07.1999-cıı ildə 21 nömrəli əmrə əsasən X3 İdarəsində "çilingər” vəzifəsinə qəbul edilmiş, 16.11.1999-cu ildə işdən azad edilmişdir. 15.11.2012-ci ildə 22 nömrəli əmrlə "xxxx ASC” "elektrik qaynaqçısı” vəzifəsinə qəbul edilmiş, 08.07.2013-cü il tarixdə işdən azad edilmişdir. 22.04.2014-ci ildə 14 nömrəli əmrlə "X4 İdarəsində” "təmirçi-çilingər” vəzifəsinə qəbul edilmiş, 24.10.2017-ci ildə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən "təmizləyici qurğuların operatoru" vəzifəsinə keçirilmişdir. 10.10.2018-ci ildə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 4 Saylı X7 İdarəsinin X4 Sahəsinin istismarçı nəzarət qrupunda "təmizləyici qurğuların operatoru" vəzifəsinə keçirilmiş, 31.08.2019-cu il tarixli 425-k nömrəli əmrə əsasən başqa işə keçməyi ilə əlaqədar işdən azad edilmişdir. 01.08.2019-cu ildən "xxxx ASC" "X5 MMC” 4 Saylı X7 İdarəsinin X4 Sahəsi üzrə istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda "təmizləyici qurğuların operatoru" vəzifəsinə keçirilmiş və hazıradək işləyir. İddiaçıya verilən bütün arayışlardan görünür ki, işlədiyi "elektrik qaynaqçısı" vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində göstərilən güzəştli şərtlərlə pensiya hüququ yaradır. 01.07.2016-cı ildə qanunvericilikdə nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Ona görə də iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İlkin məhkəmə iclasında izahat vermiş cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saburabad rayon Şöbəsinin 05 avqust 2019-cu il tarilxli arayışıda qeyd edilir ki, 1959-cu il təvəllüdlü İddiaçı həqiqətən 17 noyabr 1977-ci il tarixdən 19 dekabr 1979-cu il tarixədək keçmiş SSRİ Silahli Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sabirabad rayonu Sabirabad Tikinti ASC-nin 07 avqust 2020-ci il tarixli 07 nömrəli və 06 sentyabr 2020-ci il tarixli 07 nömrəli arayışında qeyd edilir ki, İddiaçı həqiqətən 12 aprel 1982-ci ildən 49 saylı Əmrlə 3 saylı SMD-yə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 25 aprel 1984-cü il tarixli 22 saylı Əmrlə 6-cı dərəcəli elektrik qaynaqçısı olmuş, 15 oktyabr 1986-cı tarixli 115 saylı Əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, xx xxxx 1959-cu il tarixdə doğulmuş İddiaçı qeydiyyat ünvanı Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 2B, mənzil 26- dır. İş materiallarında olan İddiaçı ИТ-İ N-0715248 saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, 11.02.1980-ci il tarixdə Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində 3-cü dərəcəli “elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmişdir. 25.01.1982-ci ildə Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində “4-cü dərəcəli elektrik qaynaqçısı” vəzifəsindən azad edilərək 26.01.1982-ci ildən həmin İdarənin “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təqyin edilmişdir.06.04.1982-ci ildə Əli Bayramlı şəhərinə köçdüyü üçün Sabirabad Təsərrüfatlararası Tikinti İdarəsində “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsindən azad edilmişdir. 12.04.1982-ci il tarixli 49-K saylı əmrlə 3 saylı SMD-yə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, 25.04.1984-cü il tarixli 22 saylı əmrlə “6-cı dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, 15.09.1986-cı ildə 115 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 15.10.1986-cı ildə 65 nömrəli əmrlə Sabirabad 24 nömrəli SMD-yə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, 16.02.1986-cı ildə isə 13 nömrəli əmrlə işdən azad olunmuşdur. 17.02.1987-ci ildə 14 nömrəli əmrlə “Sabirabad SPMK-2” qaynaqçı vəzifəsinə qəbul edilmiş, 01.08.1996-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. 23.07.1999-cu ildə 21 nömrəli əmrə əsasən X3 İdarəsində “çilingər” vəzifəsinə qəbul edilmiş, 16.11.1999-cu ildə işdən azad edilmişdir. 15.11.2012-ci ildə 22 nömrəli əmrlə “xxxx” ASC-də “elektrik qaynaqçısı” vəzifəsinə qəbul edilmiş, 08.07.2013-cü ildə işdən azad edilmişdir. 22.04.2014-cü ildə 14 nömrəli əmrlə “X4 İdarəsi”də “təmirçi-çilingər” vəzifəsinə qəbul edilmiş, 24.10.2017-ci ildə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir. 10.10.2018-ci il də əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 4 saylı X7 İdarəsinin X4 Sahəsinin istismarçı nəzarət qrupunda “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir. 31.08.2019-cu il tarixli 425-k nömrəli əmrə əsasən başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. 01.08.2019-cu ildən “xxxx ASC” X5 MMC” 4 saylı X7 İdarəsinin X4 Sahəsi üzrə istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir və hazıradək işləyir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC-nin ASC-nin 05 avqust 2020-ci il tarixli arayışında qeyd edilir ki, İddiaçı həqiqətən 15 noyabr 2012-ci il tarixdən (Əmr N-22) 08 iyul 2013-cü il tarixədək Sabirabad rayonu, konserv zavodunda elektrik qaynaqçısı işləmişdir.Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 İdarəsinin 05 avqust 2020-ci il tarixli 247 nömrəli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən X1 İdarəsində 01 iyun 1977-ci il tarixli 44/3 nömrəli Əmrə əsasən üç aylıq öyrənci kimi elektrik qaynaqçısı qəbul edilmişdir. 12 sentyabr 1977-ci il tarixli 77/7 nömrəli Əmrə əsasən müvəqqəti olaraq işə buraxılmışdır. 30 sentyabr 1977-ci il tarixli 85/7 nömrəli Əmrə əsasən həqiqi hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. 12 fevral 1980-ci il tarixli 9/2 nömrəli Əmrə əsasən 3-cü dərəcəli elekrtrik qaynaqçısı qəbul edilmiş və 25 yanvar 1982ci il tarixli 9 nömrəli Əmrə əsasən öz arzusu ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası “xxxx” ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin 12 avqust 2020-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən xxxx” ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin Sairabad Sukanal sahəsi üzrə İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda təmizləyici qurğuların operatoru vəzifəsində çalışmışdır. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci bəndinə əsasən təsdiq edilmiş siyahıya görə (dəyişən və sabit cərəyanla işləyən əl qaynağı) güzəştli şərtlərlə pensiya hüququ yaradır. Birinci instansiya məhkəməsinin qənaətinə görə, İddiaçı 1977-ci ildən əmək fəaliyyətinı başlasa da, hərbi xidmət dövrü də daxil edilməklə 2006-cı ilin yanvar ayının 1dən 25 il ümumi iş stajı toplamamışdır. 2006-cı ilin yanvar ayının 1-dən sonrakı dövrdəki iş stajı nəzərə alındıqda isə, 2019-cu ildə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 60 yaşı tamam olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçının müraciət etdiyi vaxt, yəni 2019-cu ilin oktyabr ayında nə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, nə də həmin Qanunun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olmur. Odur ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdə olan sənədlərlə və iddiaçının əmək kitabçası ilə iddiaçının texniki peşə məktəbində təhsil aldığı (20.08.1977-ci ildə verilmiş 914 N-li attestata əsasən 01.09.1976- 20.08.1977-ci illər) və hərbi xidmətdə olduğu (17.11.1977-19.12.1979-cu illlər) müddət nəzərə alınmaqla, 1976-1999-cu illər üzrə 21 il 07 ay 03 gün iş stajı, 2012-ci ildən 01.07.2017-ci il tarixə kimi 03 il 06 ay 02 gün iş stajı müəyyən olunur, belə olan halda 01.07.2017-ci ilə kimi iddiaçının 25 ildən çox iş stajı olur, ondan 12 il 06 ay çoxu güzəştli iş stajı təşkil edir və güzəştli iş stajı iş materiallarında olan arayışlarla öz təsdiqini tapır. İddiaçının işlədiyi peşə AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35. Ümumi peşələr bölməsinin “əli ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun gəlir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşından, 01.07.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsi hissəsində təmin edilməməlidir. 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2-1(112)-4217/2020 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşından, 01.07.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-218/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-218/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver