Məhkəmə qərarları › İş №2-1(103)-2181/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2181/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2181/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 2019-cu ilin oktyabr ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 2019-cu ilin oktyabr ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4531/2021 saylı 09 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. B seriyalı 124379 saylı 22.07.1980-ci il tarixli diplomdan görünür ki, İddiaçı 01.09.1977-ci il tarixdə Bakı şəhəri 59 nömrəli orta texniki-peşə məktəbinə daxil olmuş və 21.07.1980-ci il tarixdə məktəbi xarrat (inşaatçı) peşəsi üzrə bitirmişdir. NZ seriyalı ******* saylı 09.09.1992-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı 03.05.1981-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş və 18.05.1983-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Q seriyalı 600897 saylı 14.04.1984-cü il tarixli diplomdan görünür ki, İddiaçı 01.09.1983-cü il tarixdə Bakı şəhəri 14 nömrəli orta şəhər texniki-peşə məktəbinə daxil olmuş və 14.04.1984-cü il tarixdə məktəbi elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir. İddiaçıya məxsus İT seriyalı ******* saylı 14.08.1980-cı il tarixli əmək kitabçasından görünür ki, o, 07.08.1980-ci ildə Neft Sənayesi Nazirliyinin “Neft xüsusi materialları ittifaqının” Birliyi üzrə Bakı Ağırlaşdırıcılar Zavodunda ağırlaşdırıcılar sahəsinə üçüncü dərəcəli xarrat qəbul edilmiş və 06.04.1981-ci ildə həqiqi hərbi xidmətə çağrılması ilə bağlı işdən azad edilmiş, 18.08.1983-cü ildə Azərbaycan SSR Meşə Sənayesi Nazirliyinin TTİdə 4-cü dərəcəli xarrat qəbul edilmiş və 03.10.1983-cü ildə öz istəyi ilə işdən azad edilmiş, 26.04.1984-cü ildə Xəzər Neft və X11 üzrə X7 Axtarış Qazma İdarəsində 14 saylı ODPTM bitirdikdən sonra 4-cü dərəcəli əl ilə qaynağın elektrik qaz qaynaqçısı qəbul edilmiş və 21.04.1986-cı ildə öz istəyi ilə işdən azad edilmiş, 15.05.1986-cı ildə Azərbaycan SSR ƏMXN Xüsusi tikinti təmir trestinin Bakı TTİ-də 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş və 03.11.1986-cı ildə öz istəyi ilə işdən azad edilmiş, 06.12.1986-cı ildə Xəzər Neft və X11 üzrə X7 Axtarış Qazma İdarəsində 4-cü dərəcəli əl ilə qaynağa elektrik qaynaqçısı qəbul edilmiş və 12.02.1988-ci ildə işdən azad edilmiş, 23.02.1988-ci ildə 2 saylı sahəyə 5-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş və 14.04.1989-cu ildə işdən azad edilmiş, 17.04.1989-cu ildə “Azqaztikinti” trestinin XMN-ya 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş və 22.08.1989-cu ildə işdən azad edilmiş, 21.08.1989-cu ildə “Metalçı” kooperativinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 09.11.1989-cu ildə öz istəyi ilə işdən azad edilmiş, 01.11.1989-cu ildə Maştağa tikinti materialları komitəsi yanında “Karxana” kooperativində elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş və 05.02.1990-cı ildə işdən azad edilmiş, 04.05.1992-ci ildə “Araz” D.R.M-nə gözətçi təyin edilmiş və 17.08.1992-ci ildə işdən azad edilmiş, 16.02.1990-cı ildə Xəzər Neft və X11 üzrə X7 Axtarış Qazma İdarəsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 21.10.1990-cı ildə işdən azad edilmiş, 04.09.1990-cı ildə “Azborukəmərtikintisi” tr. BKQ-da müvəqqəti olaraq 6-cı dərəcəli qaynaqçı qəbul edilmiş və 28.04.1992-ci ildə işdən azad edilmiş, 01.10.1992-ci ildə 6-cı dərəcə üzrə elektrik qaynaqçısı qəbul edilmiş və 29.08.1994-cü ildə işdən azad edilmiş, 03.09.1994- cü ildə Bakı Liman Dəniz Axtarış Qazma İdarəsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 23.11.1995-ci ildə işdən azad edilmiş, 08.07.1997-ci ildə Abşeron Rayon Neft Kəmərləri İdarəsinin Sabunçu QTM-nə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş və 01.10.1999-cu ildə işdən azad edilmiş, 01.10.1999-cu ildə X5 İstehsalat Birliyi Təmir Tikinti İdarəsinə ARNQİ-dən köçürmə yolu ilə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 01.02.2000-ci ildə işdən azad edilmiş, 23.12.2002-ci ildə Bos Şelf LTD-də qaynaqçı vəzifəsinə qəbul edilmiş, 03.06.2013-cü ildə qaynaq üzrə briqada vəzifəsinə keçirilmiş və 16.07.2018-ci ildə vəzifədən azad edilmişdir. SOCAR-ın Neft Kəmərləri İdarəsinin SOCAR**********30490075X00076 saylı 21.04.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı (xx.xx.1962-ci təvəllüdlü) 08.07.1997-ci ildən Abşeron Rayon Neft Kəmərləri İdarəsinin Sabunçu Qəza-Təmir Məntəqəsinə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş (əmr №11, 07.07.1997-ci il) və 01.10.1999-cu il tarixdən AR ƏM 69-cu maddəsi ilə köçürülmə yolu ilə işdən azad edilmişdir. X5 İstehsalat Birliyi Təmir Tikinti idarəsinə ARNKİ-dən köçürmə yolu ilə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş (əmr №13/L,01.10.1999cu il) 01.02.2000-ci il tarixdən AR ƏM 69-cu maddəsi ilə öz xahişi ilə işdən azad edilmişdir (siyahı № 2). İddiaçı zərərli əmək şəraitində işlədiyi üçün əlavə əmək haqqı, əlavə məzuniyyət və ya digər güzəştlər barədə məlumatlar araşdırma zamanı aşkar olunmamışdır. Müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda kod XXXİİİ 23200000-19906 (ümumi peşələr, əl ilə qaynaq aparan elektrik qaynaqçıları) uyğundur. SOCAR-ın “Kompleks qazma işləri” trestinin SOCAR **********30020123X00016 saylı 31.03.2021-ci il tarixli məktubuna əlavə olunmuş SOCAR**********80020115X 00056 saylı 31.03.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 26.04.1984-cü il (Əmr №47k, 25.04.1984-cü il) tarixindən 21.04.1986-ci il (Əmr №39-k, 18.04.1986-cı il) tarixinə kimi “Xəzərqazmaneftqazsənayesi" İstehsalat Birliyinin “lliç Buxtası” X8 idarəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 23200000 XXXİİİ.Ümumi peşələr. Elektrik qazqaynaqçısı (əl ilə) 23200000-11620 kodu ilə güzəştli şərtlərlə təqaüd almaq imkanına malikdir. Bos Şelf MMC-nin HR-2020/BOS/GHA/R-00/3991 saylı 10.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı BOS Şelf MMC-də 23/12/2002-ci il tarixdən 03/06/2013-cü il tarixədək qaynaqçı peşəsində işləmiş, 03/06/2013-cü il tarixdə Qaynaq üzrə Briqadir vəzifəsinə keçirilmişdir (03/06/2013-cü il tarixli 128/13 ir saylı Əmr). Onunla bağlanmış əmək müqaviləsinə 16/07/2018-ci il tarixdə xitam verilmişdir (16/07/2018-ci il tarixli 1030/18 ir saylı Əmr). BOS Şelf MMC 29/10/2001-ci il tarixindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Burada mctalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklannin hazırlanmasıdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 11 il 5 ay 15 gün təşkil edir. BOS Şelf MMC-nin C2021/BOSS/BAC/GHA/L-513 saylı 30.03.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 02.01.2002-ci il tarixdən 03.06.2013-cü il tarixədək BOS Şelf MMC-də Qaynaqçı (məşğulluq təsnifat kodu: 7212) vəzifəsində işləmiş, 03.06.2013cü il tarixdən Qaynaq üzrə Briqadir (məşğulluq təsnifat kodu: 3122) vəzifəsinə keçirilmişdir. İddiaçı 16.07.2018-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad olunmuş və sosial ehtiyacları nəzərə alınaraq ona aylıq əmək haqqının 5 (beş) misli miqdarında əlavə ödəniş olunmuşdur. İddiaçı X2 ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********1saylı 27.01.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim olunan sənədlərdən göründüyü kimi, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 7 ay 26 gün) təşkil edir. Qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona 2019-cu ilin oktyabr ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 21.07.1980-ci il tarixədək peşə texniki məktəbində təhsil almış, 07.08.1980-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 13 may 1981ci ildən 20 may 1983-cü il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. 26.04.1984-cü il tarixindən 16.07.2018-ci il tarixinədək müxtəlif təşkilatlarda elektrik və qaz qaynaqçısı peşələrində işləmişdir. Bununla bağlı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair verilmiş yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4231/2021 saylı 09 iyun 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə işin düzgün araşdırılması üçün öz təşəbbüsü ilə mühasibatlıq ekspertizası təyin etməli idi. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi 27.01.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 23.02.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı tələbi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsili barədə sənədləri, əmək kitabçasını və güzəştli iş stajına dair arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin və texniki peşə məktəbləri tərəfindən verilmiş diplomların surətindən görünür ki, o, 03.05.1981-ci il tarixdən 18.05.1983-cü il tarixədək (2 il 15 gün) hərbi xidmətdə olmuş, 01.09.1977-ci il tarixdən 21.07.1980-ci il tarixədək (2 il 10 ay 20 gün) və 01.09.1983-cü il tarixdən 14.04.1984-cü il tarixədək (7 ay 13 gün) peşə təhsili almışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, güzəştli iş stajı ilə bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi stajının kifayət qədər olmaması (25 ildən az olması) təşkil edir. İT seriyalı ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə 07.08.1980-cı ildə başlamış və yuxarıda qeyd olunan müxtəlif peşələrdə işləmişdir. Onun ümumi iş stajı 07.08.1980-ci il tarixdən 06.04.1981-ci il tarixədək 6 ay, 18.08.1983-cü il tarixdən 03.10.1983-cü il tarixədək 1 ay 15 gün, 26.04.1984-cü il tarixdən 21.04.1986-cı il tarixədək 1 il 11 ay 25 gün, 15.05.1986-cı il tarixdən 03.11.1986-cı il tarixədək 5 ay 18 gün, 06.12.1986-cı il tarixdən 12.02.1988-ci il tarixədək 1 il 2 ay 6 gün, 23.02.1988-ci il tarixdən 14.04.1989-cu il tarixədək 1 il 1 ay 21 gün, 17.04.1989-cu il tarixdən 05.02.1990-cı il tarixədək 9 ay 18 gün, 04.05.1992-ci il tarixdən 17.08.1992-ci il tarixədək 3 ay 13 gün, 16.02.1990-cı il tarixdən 28.04.1992-ci il tarixədək 2 il 2 ay 12 gün, 01.10.1992-ci il tarixdən 29.08.1994-cü il tarixədək 1 il 10 ay 28 gün, 03.09.1994-cü il tarixdən 23.11.1995ci il tarixədək 1 il 2 ay 20 gün, 08.07.1997-ci il tarixdən 01.10.1999-cu il tarixədək 2 il 2 ay 24 gün, 01.10.1999-cu il tarixdən 01.02.2000-ci il tarixədək 4 ay, 23.12.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək 3 il 7 gün olmaqla, ümumilikdə 17 il 9 ay 17 gün təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi sığorta stajına malik deyildir. Hətta onun hərbi xidmət dövrü (2 il 15 gün), təhsil müddətləri kimi göstərilən dövr (3 il 6 ay 3 gün) də nəzərə alınarsa, iddiaçının ümumi sığorta stajı 01.01.2006-cı il tarixə 23 il 4 ay 5 gün təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxması üçün cavabdehin mübahisələndirdiyi ümumi staj (25 il) ilə bağlı tələb tam olaraq ödənilmir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Qanunvericiliyin tələblərindən göründüyü kimi, 01.07.2017-ci il tarixədək qüvvədə olmuş Qanunun tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün eyni vaxtda 3 şərtin ödənilməsi tələb olunur - şəxsin 01.07.2017-ci il tarixədək 25 il ümumi iş stajı, bunun 12 il 06 ayını güzəştli işlərdə işləməsi və onun 57 yaşının tamam olması. Lakin hazırki işdə iddiaçının 57 yaşı 12.08.2019-cu il tarixdə, yəni 01.07.2017-ci il tarixdə Qanuna edilmiş dəyişiklikdən sonra tamamlandığı üçün Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən tələb olunan 3-cü şərtyaş tələbi iddiaçıya münasibətdə ödənilmir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunda nəzərdə tutulan şərtlərdən biri- 25 il sığorta stajının olması şərti tamamlanmadığı üçün birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətində göstərdiyi “iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi” barədə dəlili hazırki işdə belə ekspertizanın keçirilməsinə zərurətin olmaması səbəbindən əsassızdır və qəbul edilmir. Şikayətin digər dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı təmin edilmir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığı üçün birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4531/2021 saylı 09 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4531/2021 saylı 09 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar