Məhkəmə qərarları › İş №2-1(103)-2181/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2181/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2181/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-77/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 may 2022-ci il tarixli **********898600 saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 iyun 2023-cü il tarixli **********564500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC-nin barəsində 23 may 2022-ci il tarixində Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********898600 saylı qərar qəbul edilmişdir. Qeyd edilən qərara əsasən 2019-cu il üçün vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlaması nəticəsində Cəmiyyətə 2019-cu il üçün 18.571,55 manat vergi borcu hesablanmışdır. 2015-ci il üzrə İddiaçı MMC-nin zərəri sonrakı dövrlər (2017, 2018 və 2019-cu illər) ərzində Cəmiyyətin əldə etdiyi mənfəət hesabına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən kompensasiya edilmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Vergi orqanı tərəfindən aparılan hesablamaya əsasən Cəmiyyətin 2020-ci il üçün 2015-ci il fəaliyyəti üzrə kompensasiya edilməyən məbləği 64.661,00 manat və 2016-cı il üzrə 141.971,49 manat olmuşdur. Bununla bağlı vergi orqanına yazdıqları məktublarda hər iki il üçün ümumilikdə 206.632,49 manatlıq kompensasiya edilməyən məbləğin Cəmiyyətin 2015 və 2016-cı illərdə baş vermiş olan devalvasiya nəticəsində yaranmış olduğunu, həmin məbləğin də bilavasitə Cəmiyyətin fəaliyyəti ilə bağlı olmadığı və bunu Vergi Məcəlləsinin tələblərinə əsasən növbəti illərin hesabına kompensasiya edilməli olduğunu bildirsə də, vergi orqanı tərəfindən buna məhəl əhəmiyyət verilməmişdir. Cəmiyyətin fəaliyyəti nəticəsində 2015-ci və 2016-cı illər üzrə məruz qaldığı zərərin ümumi məbləği 760.882,64 manat olmuşdur. Belə ki, zərərin məbləğinin 618.911,15 manat məbləği 2015ci ilin zərəri kimi, 141.971,49 manat məbləği 2016-cı ilin zərəri kimi hesablanmaqdadır. 2017-ci il tarixində Cəmiyyətin fəaliyyəti nəticəsində əldə etdiyi mənfəətin məbləği 206.513,53 manat, 2018-ci il üçün əldə edilən mənfəətin məbləği 223.105,50 manat, 2019-cu il üçün Cəmiyyətin əldə etdiyi mənfəətin məbləği 124.631,13 manat olmuşdur. 2017-2019-cu illər üçün Cəmiyyətin mənfəəti ümumilikdə 554.250,16 manat, 2020-ci il üzrə əldə edilən mənfəətin məbləği 489.770,91 manat olmuşdur. 2015-ci və 2016-cı ilin zərəri 2020-ci ilin mənfəətindən çıxıldıqdan sonra 2020-ci ilin mənfəəti 283.138,42 manat təşkil edir ki, 20% dərəcə ilə mənfəət vergisinə cəlb edilən məbləğ 56.627,68 manat təşkil edir. İqtisadiyyat Nazirliyi COVİD-19 pandemiyasından zərər çəkmiş 385 sayda fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatı siyahısına Cəmiyyətin fəaliyyət növünü daxil etmişdir. Həmin fəaliyyət növü pərakəndə satış (ərzaq və dərman satışı istisna olmaqla) kodu olduğu üçün Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinin (koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla)) tələbləri rəhbər tutularaq 2020-ci ilin X3 nəzərə alınmışdır. 2020-ci il pandemiya ili olduğu üçün 385 kod üzrə fəaliyyət sahələrinə vergi qanunvericiliyinin tələblərinə əsasən 75% güzəşt tətbiq edilmişdir ki, həmin güzəşt tətbiq edilən fəaliyyət növlərinin içində Cəmiyyətin də fəaliyyət növü olmuşdur. Cəmiyyət üçün güzəştin ümumi məbləği 42.470,76 manat təşkil edir ki, bu vəsaiti də 2020-ci il üçün hesablanmış olan 56.627,68 manat mənfəət vergisi məbləğindən çıxıldıqda dövlət büdcəsinə 2020-ci il üçün ödənilməli olan mənfəət vergisinin məbləği 14.156,92 manat təşkil edir. Bu məlumatları verməkdə məqsədi 2019cu il üçün hələ COVİD-19 pandemiyasının başlamadığı dövr ərzində 18.571,55 manatlq vergi borcunun nəyin əsasında hesablanması idi. Belə ki, 2019-cu il üçün Cəmiyyətin əldə etdiyi mənfəətin məbləği 124.631,13 manat olmuşdur ki, həmin mənfəət də 2015-ci və 2016-cı illər üzrə məruz qalınan zərərlə kompensasiya edilməklə çıxılmışdır. 2015 və 2016-cı illər üzrə Cəmiyyətin məruz qaldığı zərərin ümumi məbləği 760.882,64 manat, 2017-2019-cu illər üzrə ümumi mənfəətin məbləği 554.250,16 manat təşkil edir ki, həmin zərərin məbləği növbəti illərin mənfəəti üzrə kompensasiya edildikdə Cəmiyyətin zərəri 206.632,48 manat təşkil edir. Bu zərər məbləğinin 64.661 manat hissəsi 2015-ci ilə 141.971, 49 manat hissəsi isə 2016-cı ilin zərərinə aid edilmişdir. 2019-cu ilin axırında Cəmiyyətin vergi ilində hər hansı bir mənfəət əldə edərək vergi borcunun yaranması mümkün deyil. Cəmiyyət tərəfindən 2020-ci ildə ümumi mənfəət 489.770,91 manat olmuş, 2015 və 2016-cı illər üzrə qalmış və ümumi məbləği 206.632,48 manat təşkil edən zərərin məbləği ilə qeyd edilən məbləğ kompensasiya edildikdən sonra 2020-ci ilin sonunda Cəmiyyətin mənfəətinin 283.138,43 manat təşkil etdiyi, həmin il üzrə mənfəət vergi borcunun 56.627,69 manat təşkil etdiyi, 2020-ci il üzrə COVİD-19 pandemiyası səbəbindən sahibkarların vergi borclarına 75% güzəşt tətbiq edildiyi nəzərə alındıqda, Cəmiyyətin mənfəət vergisi borcunun 14.156,92 manat təşkil etdiyi və bu məbləğin də Cəmiyyət tərəfindən dövlət büdcəsinə ödənildiyi müəyyən edilmişdir. 2020-ci il üçün vergi borcu da ödənildiyi halda vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində 2020-ci il üçün 119.399,05 manat mənfəət vergisi borcu hesablanmışdır. 2020-ci il üçün kameral vergi yoxlaması nəticəsində hesablanmış olan mənfəət vergisi borcu ayrı bir qərarla hesablandığı üçün o qərar Cəmiyyət tərəfindən inzibati icraat qaydasında ayrıca mübahisələndirilməkdədir. 2019-cu ildə 2015-ci və 2016-cı il tarixlərində yaranmış olan zərər məbləğinin 2017-2019-cu illərdə əldə edilmiş mənfəət hesabına edilə bilməməsi, 2020-ci ildə vergi ilinin mənfəəti ilə həmin zərər məbləğinin kompensasiya edilməsi və 2020-ci ildə əldə edilən mənfəətdən sahibkarlara edilmiş 75% güzəştlə vergi borcu Cəmiyyət tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Vergi orqanı tərəfindən 2019-cu il üçün Cəmiyyət tərəfindən zərərlə başa vurulduğu halda, kameral vergi yoxlaması aparılaraq 18.571,55 manat vergi borcu hesablanması barədə qərar qəbul edilməsinin heç bir əsası yoxdur və həmin qərarın ləğv edilməsi üçün hüquqi əsaslar formalaşdırılmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-77/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 16 iyun 2023-cü il tarixli **********564500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarın ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində prosessual xərcin X4, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********898600 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbini dəqiqləşdirərək “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********564500 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********564500 nömrəli qərarının ləğv edilməsi və ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində prosessual xərcin X1 hesabına ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə qeyd olunan səbəblərə görə razı deyil. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində 2019-cu il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı təqdim edilmiş qaimələrin dəyərinin 1822018,00 manat, qeydiyyatda olan kassaların Z hesabatlarına əsasən göstəricilərin 300327,55 manat, ƏDV dövriyyəsinin 2167120,58 manat, X3ki gəlirlərin 2125634,05 manat olduğu müəyyən edilmişdir. Araşdırma zamanı ƏDV dövriyyəsi ilə X3ki gəlirlər arasındakı 41486,53 manat fərqin 27325,59 manat hissəsinin kameral vergi yoxlaması aparıldıqdan sonra yarandığı, 14160,94 manat məbləğin vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən yarandığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən gəliri 2139794,99 manat müəyyən edilməklə, "X8" MMC-yə xx.xx.2022-ci tarixində kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi üzrə hesablanmış 18571,55 manat əlavə vergi məbləğinin 15739,36 manat hissəsi azaldılmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********564500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən zərər məbləği 618911,15 manat, 2016-cı il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən kameral vergi yoxlaması aparıldıqdan sonra zərər məbləği 141751,84 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən vergiyə cəlb olunan mənfəət 206513,53 manat, 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən vergiyə cəlb olunan mənfəət 223105,41 manat, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən kameral vergi yoxlaması aparıldıqdan sonra vergiyə cəlb olunan mənfəət 137196,41 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən 2020-ci və 2021-ci illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində mənfəət hesabına kompensasiya edilən keçmiş illərin (2015 və 2016-cı illər üzrə) zərər məbləğindən istifadə olunmadığı müəyyən edilmişdir. Beləliklə, 2015 və 2016-cı illər üzrə ümumi zərər məbləğinin 760662,99 manat olduğu, 2016-2021-ci illər üzrə kompensasiya edilən keçmiş illərin zərər məbləğinin 566815,35 manat olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iddiaçı barəsində qəbul edilmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 16 iyun 2023-cü il tarixli **********564500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqqlarının hesablanması haqqında” Qərarı ləğv edilmişdir. Qeyd edilən qərardan Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 23 may 2022-ci il tarixli **********898600 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin 23 may 2022-ci il tarixli **********898600 saylı qərara əsasən iddiaçıya 18.571,55 manat 2019-cu il üçün mənfəət vergi üzrə vergi borcu hesablanmışdır. İş birinci instansiya məhkəməsinin icraatında olarkən cavabdeh vergi orqanı tərəfindən yenidən hesablama aparılmış və vergi borcuna dair əvvəlki qərar ləğv edilmiş, yeni - 16 iyun 2023-cü il tarixli **********564500 saylı qərara əsasən 2832,19 manat məbləğində mənfəət vergi borcunun hesablanması qərara alınmışdır. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək 16 iyun 2023-cü il tarixli **********564500 saylı qərarın ləğv edilməsi xahiş olunmuşdur. 2015-ci il üzrə iddiaçının zərəri sonrakı dövrlər (2017, 2018 və 2019-cu illər) ərzində Cəmiyyətin əldə etdiyi mənfəət hesabına Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən kompensasiya edilmişdir. Belə ki, həmin maddənini tələblərinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Vergi orqanı tərəfindən aparılan hesablamaya əsasən iddiaçının 2020-ci il üçün 2015-ci il fəaliyyəti üzrə kompensasiya edilməyən məbləği 64.661,00 manat və 2016-cı il üzrə 141.971,49 manat olmuşdur. Vergi orqanına yazılan məktublarda hər iki il üçün ümumilikdə 206.632,49 manat kompensasiya edilməyən məbləğin Cəmiyyətin 2015 və 2016-cı illərdə baş vermiş olan devalvasiya nəticəsində yaranmış olduğunu, həmin məbləğin də bilavasitə Cəmiyyətin fəaliyyəti ilə bağlı olmadığını və bunu Vergi Məcəlləsinin tələblərinə əsasən növbəti illərin hesabına kompensasiya edilməli olduğunu bildirsələr də, vergi orqanı tərəfindən bu, nəzərə alınmamışdır. Bu isə qeyd edilən 206.632,49 manat məbləğin vergi orqanı tərəfindən hesablanması zamanı vergitutma obyektinin nə olduğu sualını haqlı olaraq ortaya çıxarmaqdadır. Cəmiyyətin fəaliyyəti nəticəsində 2015-ci və 2016-cı illər üzrə məruz qaldığı zərərin ümumi məbləği 760.882,64 manat olmuşdur. Belə ki, zərərin məbləğinin 618.911,15 manat məbləği 2015-ci ilin zərəri kimi, 141.971,49 manat məbləği 2016-cı ilin zərəri kimi hesablanmaqdadır. 2017-ci il tarixində Cəmiyyətin fəaliyyəti nəticəsində əldə etdiyi mənfəətin məbləği 206.513,53 manat, 2018-ci il üçün əldə edilən mənfəətin məbləği 223.105,50 manat, 2019-cu il üçün Cəmiyyətin əldə etdiyi mənfəətin məbləği 124.631,13 manat olmuşdur. 2017-2019-cu illər üçün Cəmiyyətin mənfəəti ümumilikdə 554.250,16 manat, 2020-ci il üzrə əldə edilən mənfəətin məbləği 489.770,91 manat olmuşdur. 2015-ci və 2016-cı ilin zərəri olan 206.632,48 manat 2020-ci ilin mənfəətindən çıxıldıqdan sonra 2020-ci ilin mənfəəti 283.138,42 manat qalır ki, 20% dərəcə ilə mənfəət vergisinə cəlb edilən məbləğ 56.627,68 manat təşkil edir. Bütün bu xüsusatlar birinci instansiya məhkəməsində araşdırma aparılarkən məhkəmənin diqqətinə çatdırılmışdır. Belə ki, cavabdeh vergi orqanı tərəfijndən hesablanmış mənfəət vergi borcunun azaldılması barədə yeni qərar qəbul edildikdən sonra birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibartlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Ekspert rəyində qeyd edilmişdir ki, bəyannamələrin təhlili zamanı 2015-ci il üzrə iddiaçı öz zərərini sonrakı dövrlər üzrə (2017-2019-cu illər) cəmiyyətin mənfəəti hesabına Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən kompensasiya etmişdir. Belə ki, müəssisənin fəaliyyəti nəticəsində 2015-ci və 2016-cı illər üzrə iddiaçı müəssisənin məruz qaldığı zərərin ümumi məbləği 760.882,64 manat təşkil edir. Zərərin məbləğinin 618.911,15 manat məbləği 2015-ci ilin zərəri kimi, 141.971,49 manat məbləği isə 2016-cı ilin zərəri kimi hesablanmaqdadır. 2017-ci il tarixində müəssisənin fəaliyyəti nəticəsində əldə etdiyi mənfəətin məbləği 206.513,53 manat, 2018-ci il üçün əldə edilən mənfəətin məbləği 223.105,50 manat, 2019-cu il üçün əldə edilən mənfəətin məbləği isə 124.631,13 manat olduğu ekspertiza zamanı aparılan araşdırma ilə müəyyən edilmişdir. Beləliklə, müəssisənin 2015-ci və 2016-cı illər üzrə məruz qaldığı zərərin ümumi məbləği 760,882,64 manat, 2017-2019-cu illər üçün mənfəəti isə ümumilikdə 554.250,16 manat təşkil edir. Bundan əlavə, vergi ödəyicisinin dövriyyəsinin 2.125,634,05 manat göstərilməklə vergi orqanına hər hansı bir sənəd təqdim edilmədiyi göstərilsə də, dövriyyəni təşkil edən e-qaimələr və fiskal çeklər üzrə ümumi dövriyyə məbləğinin vergi ödəyicisinin bəyannamədə göstərilən dövriyyəsi ilə eynilik təşkil etdiyi, əlavə hesablanmış məbləğin düzgünlüyünün müəyyən edilmədiyi ekspertiza rəyi ilə təsbit olunmuşdur. Bundan başqa, cavabdeh orqan tərəfindən təqdim edilən apellyasiya şikayətində iddiaçı tərəfindən 2020-ci və 2021-ci illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində mənfəət hesabına kompensasiya edilən keçmiş illərin (2015-2016-cı illər üzrə) zərər məbləğindən istifadə olunmadığı müəyyən edilmişdir. Beləliklə, 2015 və 2016-cı illər üzrə zərər məbləğinin 760.662,99 manat olduğu və 2016- 2021-ci illər üzrə kompensasiya edilən keçmiş illərin zərər məbləğinin 566.815,35 manat olduğu müəyyən edilmişdir. İş materiallardan da göründüyü kimi, iddiaçı 2015 və 2016-cı illərdə yaranmış olan zərəri 2016-2019-cu illərdə tam, 2020-ci ildə isə qismən olmaqla qeyd edilən illərdə əldə edilən mənfəət hesabına kompensasiya etmişdir. Bundan başqa, mübahisələndirilən məsələ 2019-cu il üzrə mənfəət vergi borcudur ki, apellyasiya şikayətində 2020 və 2021-ci illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə istinad edilməsinin heç bir hüquqi əsası yoxdur. Bundan başqa, 2015-ci və 2016-cı illər üzrə yaranmış olan zərər məbləği artıq 2020-ci ildəki mənfəət hesabına kompensasiya edilərək bitmişdir. Bununla bağlı şikayətdə 2016-2021-ci illər üzrə kompensasiya edilmə ilə bağlı qeyd edilənlərin də heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi, cavabdeh orqan tərəfindən tərtib edilmiş apellyasiya şikayətində iddiaçı müəssisədə 2015-2016-cı illərə görə yaranmış zərərin növbəti hansı illərin mənfəətinə kompensasiya edilməsinə dair məsələlərə düzgün toxunulmamışdır. Bu isə apellyasiya şikayətinin formal mülahizələr əsasında hazırlandığına dəlalət edir ki, qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması üçün bütün hüquqi əsaslar mövcuddur. Apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 16 iyun 2023-cü il tarixli **********564500 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2019-cu il üçün mənfəət vergisi üzrə 2.832,19 manat vergi məbləği hesablanmışdır. Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi məbləği 18.571,55 manat, verginin azaldılmış məbləği - 15.739,36 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1783 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlər əsas götürülməklə hazırkı tədqiqatla müəyyən edilir ki, iş materiallarında öz əksini tapmış vergi ödəyicisinin tərtib etdiyi bəyannamə məlumatlarına, e-qaimələr, fiskal çek məlumatlarına əsasən İddiaçınə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 16 iyun 2023-cü il tarixli **********564500 saylı qərar ilə əlavə hesablanmış mənfəət vergisinin düzgünlüyü müəyyən olunmadı. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 121.1. Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 16 iyun 2023-cü il tarixli **********564500 nömrəli qərarı ilə İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2019-cu il mənfəət vergisi üzrə 2.832,19 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı əvvəlki illər üzrə zərərini sonrakı dövrlər üzrə mənfəəti hesabına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən kompensasiya etmişdir. Belə ki, iddiaçının fəaliyyəti nəticəsində məruz qaldığı zərərin məbləği 2015-ci il üzrə 618.911,15 manat, 2016-cı il üzrə isə 141.971,49 manat olmaqla, ümumilikdə 760.882,64 manat təşkil edir. 2017-ci il üzrə iddiaçının fəaliyyəti nəticəsində əldə etdiyi mənfəətin məbləği 206.513,53 manat, 2018-ci il üzrə 223.105,50 manat, 2019-cu il üzrə isə 124.631,13 manat olmaqla, ümumilikdə 554.250,16 manat təşkil edir. Göründüyü kimi, əvvəlki illər üzrə (2015-2016-cı illər) zərərin məbləği mübahisələndirilən vergi məbləğinin hesablandığı dövr (2019-cu il) də daxil olmaqla, 2017-2019-cu illər üzrə mənfəətin məbləğindən çox olmuşdur. Qeyd olunan hallar məhkəmə tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də müəyyən edilmişdir. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 9/1783 nömrəli ekspert rəyindən görünür ki, vergi ödəyicisinin tərtib etdiyi bəyannamə məlumatlarına, e-qaimələr, fiskal çek məlumatlarına əsasən İddiaçınə cavabdeh tərəfindən 16 iyun 2023-cü il tarixli **********564500 saylı qərar ilə əlavə hesablanmış mənfəət vergisinin düzgünlüyü müəyyən olunmamışdır. Həmin rəylə həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən vergi ödəyicisinin dövriyyə məbləğinin 2.125,634,05 manat göstərilməklə bağlı vergi orqanına hər hansı bir sənəd təqdim edilmədiyi göstərilsə də, dövriyyəni təşkil edən e-qaimələr və fiskal çeklər üzrə ümumi dövriyyə məbləği vergi ödəyicisinin bəyannamədə göstərilən dövriyyəsi ilə eynilik təşkil edir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-77/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar