Məhkəmə qərarları › İş №2-1(103)-2182/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2182/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2182/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-156/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddiaçıya kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək “Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 49 saylı binanın yanında yerləşən dəmir qarajın sökülməsi ilə bağlı 26.000 (iyirmi altı min) manat məbləğində kompensasiyanın, həmçinin həmin qarajın qiymətləndirilməsi ilə bağlı çəkilmiş 400 manat xərcin İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 49 saylı binanın qarşısında iddiaçının metal konstruksiyalı qarajı olmuşdur. Qaraja dair DƏRX tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportu mövcuddur. Buna baxmayaraq Binəqədi Rayon İH-i tərəfindən xx.xx.2019-cu il tarixindən başlayaraq, heç bir rəsmi, yazılı xəbərdarlıq olmadan, həmin ərazidə yerləşən qarajların demontaj prosesinə başlanılmışdır. Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə qarajların söküntü və demontaj prossesi bitdikdən sonra həmin ərazidə İDEA İB tərəfindən park salınacağı bildirilmişdir. İddiaçıdan şifahi olaraq qısa zamanda, heç bir əvəzləşmə və kompensassiya ödəməmək şərti ilə qarajın boşaldılmasını tələb etdilər. xx.xx.2019-cu il tarixində heç bir xəbərdarlıq olmadan, onun iştirakı olmadan qarajın qapıları kustar üsulla sökülmüş və içində olan əşyalar kənara atılmışdır. Özünü hadisə yerinə çatdıranda artıq qarajı avtokrana yükləyib naməlum istiqamətlə apardıgını görmüşdür. O, sözügedən demontaj prossesinə etirazını bildirdikdə polis əməkdaşları söküntü prosesini aparan əməkdaşlara mane olmağına imkan vermədilər. Baxmayaraq ki, iddiaçı dəfələrlə söküntü prosesinin qanunsuz olduğunu bildirdi, yəni həmin ərazidə söküntü prosesini aparmaq üçün, nə məhkəmə qərarı, nə də ki Nazirlər Kabinetinin qərarı mövcud deyildir, demontaj prossesini davam etdirdilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2182/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 49 saylı binanın yanında yerləşən dəmir qarajın sökülməsi ilə bağlı 26.000 (iyirmi altı min) manat məbləğində kompensasiyanın, həmçinin həmin qarajın qiymətləndirilməsi ilə bağlı çəkilmiş 400 manat xərcin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan icavabdeh orqan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən sözügedən qarajın onun xüsusi mülkiyyətində olması iş materialları ilə sübut olunmamışdır. Həmçinin iddiaçı tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. İddiaçının ümumillikdə 26.000 manat kompensasiya ödənilməsi tələbi ilə əlaqədar bildirilmişdir ki, cavabdeh orqan Binəqədi Rayon İcra Hakimiyyəti olmadığından bu məbləğ ondan tələb oluna bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, Kirov Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 17/409 saylı qərarı ilə 9a mkr, Mir Cəlal küçəsi, 49, mənzil 11 ünvanında yaşayan İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi, 49 saylı binanın qarşısında dəmir qaraj quraşdırılmasına icazə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi, 49 saylı binanın yanında dəmira qaraja dair xx.xx.2008-ci il tarixdə Texniki Pasport tərtib edilmişdir. 2019-cu ildə iddiaçıya məxsus qaraj sökülmüş və həmin qaraja görə kompensasiya məbləği ödənilməmişdir. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək sözügedən qarajın sökülməsinə görə ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh isə bundan müxtəlif səbəblərlə imtina etmişdir. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi xx.xx.2019-cu il tarixli, 395 nömrəli məktubunda göstərmişdir ki, iddiaçının yaşadığı həyətin abadlaşdırılması ilə əlaqədar ərazidə yerləşən qarajların bir hissəsi sahibləri tərəfindən götürülmüş, digərləri isə sahibləri tərəfindən hissələrə bölünərək metal toplayanlara təhvil verilmişdir, abadlıq işləri zamanı qarajların götürülməsinə və əvəzlənməsinə görə kompensasiya verilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan dəmir qarajın quraşdırılmasına dair İddiaçı icazə verilməsi, həmin qaraja dair iddiaçının adına texniki pasportun tərtib edilməsi, həmçinin qeyd edilən qarajın sökülməsi və bununla əlaqədar iddiaçıya kompensasiya ödənilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı hüquq normalarına istinad edərək əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə kollegiyası qarajın cavabdeh inzibati orqan tərəfindən sökülməsi ilə bağlı qeyd edir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.3-cü bəndinə əsasən müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin etmək yerli icra hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmçinin iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı əsasında "xxxx" (Konsaltinq xidmətləri) MMC tərəfindən xx.xx.2022-ci il tarixli 01/22-031 nömrəli mütəxəssis rəyi verilmişdir. "xxxx" (Konsaltinq xidmətləri) MMC-nin xx.xx.2022-ci il tarixli 01/22-031 nömrəli mütəxəssis rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 14.42 kv.m olan, qeyri yaşayış binasının xx.xx.2022-ci il tarixə olan bazar dəyəri: 26 000 (iyirmi altı min) manat təşkil edir. Ekspetizanın aparılması üçün 400 (dörd yüz) manat xidmət haqqı təyin edilmişdir. Xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, mübahisə predmeti olan dəmir qarajın quraşdırılmasına dair İddiaçı icazə verilməsi, həmin qaraja dair iddiaçının adına texniki pasportun tərtib edilməsi, həmçinin qeyd edilən qarajın sökülməsi və bununla əlaqədar iddiaçıya kompensasiya ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-156/2022 saylı, 31 mart 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar