Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2182/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “vergi borcunun ödənilməsi üçün siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “vergi borcunun ödənilməsi üçün siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması”na dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-5492/2025 saylı 27 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Vergi borcunun ödənilməsinə dair” **********8 saylı bildirişdən müəyyən olunur ki, Cavabdeh MMC (VÖEN **********) xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə ümumilikdə 93062.30 manat, o cümlədən vergilər üzrə 76348.90 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 16713.40 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu var. Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqında” xx.xx.2024-cü il tarixli, **********7 №-li qərarının surətindən müəyyən olunur ki, LGBİ tərəfindən Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh MMC-ə məxsus əmlakın siyahıya alınması qərara alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli, **********7 №-li protokol və protokola əlavənin surətindən müəyyən olunur ki, Cavabdeh MMC-yə məxsus 107200 manat dəyərində əmlakı siyahıya alınmışdır. Cavabdeh MMC-yə (VÖEN **********) aid xx.xx.2024-cü il tarixdə çap olunmuş şəxsi hesab vərəqinin surətindən müəyyən olunur ki, hesablanmışdır- 224904,89 manat, ödənilmişdir- 22359,48 manat, azaldılmış məbləğ- 150323,68 manat, çap tarixinə faiz borcu- 18421,59 manat, əhatə etdiyi dövrün son tarixinə saldo – 71219,78 manat, çap tarixinə saldo – 71219,78 manat, cəmi ödənilməli borc məbləği - 71219,78 manat təşkil edir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsi) Cavabdehnə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024- cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 90653.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 107200 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə yaranan 100628.35 manat borcuna görə 107200 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2024 tarixli **********7 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2024 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 90653.22 manat ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5492/2025 saylı 27 fevral 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Cavabdeh (VÖEN **********) xx.xx.2024-cü il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 90653.22 manat borcuna görə siyahıya alınmış 107200 manat dəyərində əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) vasitəsilə satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borcun tutularaq dövlət büdcəsinə ödənilməsi və satışdan artıq qalan məbləğin Cavabdehnə (VÖEN **********) qaytarılması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı İnzibati Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir, məhkəmə iş üzrə iddia tələbini təmin etməmək əvəzinə formal mülahizələrlə əsasssız iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh 90653.22 manat borcu barədə dəlilləri tamamilə əsassızdır, çünki şəxsi vərəqəsinə əsasən həmin borc 44771,33 manatdır. Məhkəmə qərarını bir cümlə ilə əsaslandırmağa çalışmışdır ki, “Cavabdeh barəsində Dövlət Vergi Xidmətinin internet vergi portalına daxil olmuş məlumatlardan məlum olmuşdur ki, onun dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur.” Məhkəmə borcun əslində 44771,33 manat olmasına baxmayaraq qərarında 90653.22 manat borc barədə yazmışdır. Məhkəmə tərəfindən həmin borcun düzgün hesablanmaması barədə iddiaçının dəlilləri yoxlanmamışdır, bu barədə araşdırma aparılmamışdır. Məhkəmə əsassız iddianın təmin edilməməsi barədə qərar qəbul etmək əvəzinə əsassız iddianı təmin etmişdir, qərarını da əsaslandıra bilməmişdir. Hesab edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmənin qərarı Cavabdeh hüquqlarının pozulmasına səbəb olur. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin və Cavabdeh nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1, 23.1.6 və 23.1.15-1-cı maddələrinə uyğun olaraq müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər; 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir; 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir; 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 №li Fərmanının 1.40-1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh vergi ödəyicisi olan Cavabdeh MMC-yə **********8 saylı bildiriş göndərmiş və cavabdehi xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ümumilikdə 93062.30 manat, o cümlədən vergilər üzrə 76348.90 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 16713.40 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu olması barədə xəbərdar etmişdir. Bundan sonra Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqında” xx.xx.2024-cü il tarixli, **********7 saylı qərarına əsasən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh MMC-ə məxsus əmlakın siyahıya alınması qərara alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli, **********7 №-li protokol və protokola əlavənin surətindən müəyyən olunur ki, Cavabdeh MMC-yə məxsus 107200 manat dəyərində əmlakı siyahıya alınmışdır. Cavabdeh MMC-yə (VÖEN **********) aid xx.xx.2024-cü il tarixdə çap olunmuş şəxsi hesab vərəqinin surətindən müəyyən olunur ki, hesablanmışdır- 224904,89 manat, ödənilmişdir- 22359,48 manat, azaldılmış məbləğ- 150323,68 manat, çap tarixinə faiz borcu- 18421,59 manat, əhatə etdiyi dövrün son tarixinə saldo – 71219,78 manat, çap tarixinə saldo – 71219,78 manat, cəmi ödənilməli borc məbləği 71219,78 manat təşkil edir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq hesab edir ki, cavabdeh MMCnin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus daşınmaz əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Kollegiya onu da nəzərə alır ki, iddiaçı qurum tərəfindən cavabdehin dövlət büdcəsinə yaranmış borcunun ödənilməsi məqsədilə əmlakının siyahıya alınması ilə bağlı qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********7 saylı qərarı cavabdeh tərəfindən mübahisələndirilməmiş və hətta məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nə birinci, nə də ki apellyasiya instansiya məhkəmələrinin iclaslarında iştirak etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbinə görə birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh dövlət büdcəsinə vergi orqanının ondan tələb etdiyi borc məbləğindən daha az məbləğdə borcunun olması barədə hər hansı sübuta məhkəməyə təqdim etməmişdir. Cavabdehin dövlət büdcəsinə olan borcunun bir qismi ödənilmiş olsa belə bu hal məhkəmə qərarının icrası ilə bağlı icra icraatı zamanı nəzərə alınan haldır. Buna görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5492/2025 saylı 27 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5492/2025 saylı 27 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2182/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2182/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver