Məhkəmə qərarları › İş №2-1(103)-2184/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2184/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2184/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldırmış şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 698/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsinə dair hüququn X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı. xx.xx.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsi mərhum atası X2 verilmişdir. Həmin bağ sahəsi həmin vaxtdan etibarən atasının istifadəsindədir. Atası vəfat etdikdən sonra bağ sahəsi vərəsəlik hüququ əsasında onun istifadəsinə keçmişdir. Hal-hazırda da istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair hüququn X2 məxsus olması haqqında arayış verilməsi üçün Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir. Lakin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciətimdən imtina etmişdir. Maraqlı şəxs qeyd edilən iş üzrə məhkəmə icraatına 3-cü şəxs qismində cəlbetmə barədə vəsatət qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2022 saylı, 10 may 2022-ci il qərardadı (hakim G.Sevdimalıyeva) ilə Maraqlı şəxs məhkəmə icraatına cəlbedilmə barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi, Maraqlı şəxs iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarına əsasən 172 saylı Ləhiş BTK-nın üzvü kimi 0,12 ha torpaq sahəsi ayrılmış, ona 17 nömrəli order verilmişdir. Həmin torpaq sahəsinə dair reyestrdən çıxarışın alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərkən məlum olmuşdur ki, Maraqlı şəxs məxsus torpaq sahəsinə dair məhkəmə mübahisəsi var, həmin iş 2-l(112)-698/2022 nömrəsi ilə qeydə alınaraq Bakı İnzibati Məhkəməsinin icraatındadır. Məhz bundan sonra Azərbaycan Respublikası İPM-in 28.1 və 28.2-ci maddələrinə əsasən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlbetmə barədə ərizə ilə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, hazırkı mərhələdə qaldırılmış iddianın Maraqlı şəxs maraqlarına toxunduğu iş materialları ilə müəyyən edilmir. Məhkəmənin qənaətinə görə iş üzrə qəbul ediləcək məhkəmə qərarının Maraqlı şəxs qanuni maraqlarına toxunma ehtimalını hazırda müəyyən etmir. Belə ki, ərizəçinin nümayəndəsi və vəkilinin izahatına əsasən müəyyən olunur ki, torpaq sahəsi (yerini dəqiq göstərə bilmir) (0.5-0.6 ha) hasarlanmış ərazinin daxilində yerləşir. Məhkəmənin gəldiyi hüquqi nəticə tamamilə absurddur. Əvvəla, "Maraqlı şəxs topraq sahəsinin yerini göstərə bilmir" ifadəsi məhkəmənin şəxsi mülahizəsidir. Nəzərə alınmalıdır ki, məhz Maraqlı şəxs göstərdiyi torpaq sahəsi mütəxəssislər (mühəndislər) tərəfindən ölçülmüş, bağların bölgüsünə dair sxematik xəritədəki yeri müəyyən edilmiş və həmin topraq sahəsinə dair İddiaçı iddia ərizəsinə baxılması qeyd edilmişdir. Belə olan halda məhkəmənin "Maraqlı şəxs topraq sahəsinin yerini göstərə bilmir" kimi nəticəyə gəlməsi anlaşılan deyildir. İkincisi, Maraqlı şəxs ayrılmış topraq sahəsinə dair ilkin hüquqverici sənədləri (baxmayaraq ki, rəsmi arxiv məlumatları mövcuddur) əldə edilmədən (həm 93 nömrəli, həm də 172 nömrəli BTK-nm arxivi, bağların bölgüsünə dair sxematik xəritəsi, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarına əsasən 3 nömrəli əlavə və s.) hazırki mübahisənin onun maraqlarına toxunmamasını necə müəyyən etmək olar, bu da anlaşılan deyildir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarının arxiv çıxarışından, 17 nömrəli orderdən və Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarına əsasən 3 nömrəli əlavənin surətindən görünür ki, Maraqlı şəxs Ləiş bağlarında 0,12 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsi sxemetik xəritə ilə Maraqlı şəxs naturada göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşsə də, İddiaçı göstərdiyi torpaq sahəsi ilə də üst-üstə düşür. Məhz bu səbəbdən də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi Maraqlı şəxs məhkəməyə istiqamətləndirmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, Maraqlı şəxs iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının və digər tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ləğv edilməli, Maraqlı şəxs 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmə ilə bağlı vəsatəti təmin edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarının arxiv çıxarışından, 17 nömrəli orderdən və Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarına əsasən 3 nömrəli əlavənin surətindən görünür ki, Maraqlı şəxs Ləhiş bağlarında 0,12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 31 mart 2022-ci il tarixli **********76 nömrəli məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs məxsus torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4080 saylı torpaq sahəsinin ərazisinə uyğun gəlir. Həmin torpaq sahəsinə digər şəxslərin müraciətləri mövcuddur. Hazırki iş üzrə məhkəmə mübahisəsi İddiaçı cavabdehə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsinə dair hüququn X2 məxsus olması haqqında arayışın verilməsi ilə bağlıdır. Eyni zamanda, Maraqlı şəxs İdarə tərəfindən verilmiş imtina məktubda da ayrılmış Ləhiş bağlarında 0,12 ha torpaq sahəsinin İddiaçı göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, sözügedən bağ sahələri Ləhiş bağlar massivində yerləşməklə 4080A saylı olduğundan, hazırki iş üzrə qəbul ediləcək məhkəmə qərarının Maraqlı şəxs qanuni maraqlarına toxunma ehtimalı vardır. Bu səbəbdən hazırki məhkəmə icraatına cəlb edilməli və iş üzrə ətraflı araşdırma aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair" 5 dekabr 2011-ci il tarixli Qərarı).... Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır. Yuxarıda göstərilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinin Maraqlı şəxs maraqlarına toxunma ehtimalı olduğundan, hazırkı inzibati iş üzrə Maraqlı şəxs məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Maraqlı şəxs inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilsin. Maraqlı şəxs inzibati iş üzrə adi cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar