Məhkəmə qərarları › İş №2-1(103)-2184/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2184/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2184/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-26/1 nömrəli 28 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 29 iyun 2022-ci il tarixli vəsatətinin təmin edilərək İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Qarabağ ulusvaliliyinin Qolyqakol kəndində anadan olmuş, miİliyətcə həzara, dini etiqadına görə müsəlmandır (şiə). Ərizəçi Qarabağ ulusvaliliyi, Ahin kəndində Sultan İbrahim məktəbində 1- 9-cu siniflər, Qarabağ ulusvaliliyin mərkəzində Sultan Mahmud məktəbində 10-11-ci siniflər, Qəzni şəhərinin “ X3” məktəbində 12-ci sinif üzrə təhsil almış, 2011-2015-ci illərdə “Marşal Fəhimi” adına hərbi universitetə aid akademiyada hərbi təhsil almış, 2016-2019-cu illərdə Qənbəharda yerləşən Əfqanıstan hərbi hava qüvvələrində, 2019-cu ildən etibarən taliblər hakimiyyətə gələnə qədər Kabildə yerləşən Əgqanıstan hərbi hava qüvələrinin baş gərgahında mayor rütbəsi ilə kadrlar idarəsində işləmişdir. Taliblər hakimiyyətə gəldikdən sonra ərizəçi işini tərk etmişdir. Bundan sonra 2 ay müddətində Qəzni şəhərində atasına məxsus yük maşını vasitəsilə daş satışı və daşınması ilə məşğul olmuşdur. Daha sonra ərizəçi Kabilə qayıtmış və 4 may 2022-ci ildə ölkəsini tərk edərək İrana getmiş, orada 1 ay qaldıqdan sonra 7 iyun 2022-ci il tarixdə Azərbaycana gəlmişdir. Ərizəçi subaydır, 3 qardaşı, 4 bacısı vardır, ailə üzvlərinin Əfqanıstanda yaşayırlar. Ərizəçi onlarla tez-tez əlaqə saxlayır. Ərizəçi taliblər hakimiyyətə gələnə qədər hərbçi olmuş, cari ilin Novruz bayramından sonra iki nəfər naməlum şəxsin valideyinlərinin Qəznidəki evlərinə gəlmiş, anasından onu soruşmuş, bu səbəbdən də Əfqanıstanda qalmaqdan ehtiyyat etmişdir və ölkəsini tərk edərək Azəraycana gəlmişdir. 29 iyun 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 54-2022 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçi ilə müsahibə aparıb. Ərizəçi bildirib ki, o, Əfqanıstan İslam Respublikasının qanunlarından, hökmlərindən və cəmiyyətdən ciddi təhdidlərlə üzləşməsi səbəbindən, həmçinin hərbçi olduğu üçün real təqib qorxusu olduğundan ölkəsinə geri qayıtmaq istəmir. 28 sentyabr 2022-cu ildə DMX İQ-26/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdırlar. Ərziəçi qeyd edilən qərarla razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı və onun ailə üzvləri ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuş və ciddi posessual pozuntulara yol vermişdir. Belə ki, Birinci instansiya məhkəməsi iddianı rədd edərək cavabdehin qanunsuz və əsaslı olmayan qərarını qüvvədə saxlamış, onun yol verdiyi pozuntuları aradan qaldırmamış, öz qərarını cavbdehlə eyni əsaslandırmışdır. Cavabdeh işin bütün faktlarını müəyyən etməyib və mühim faktların mötəbərliliyini, yəni onun qeyd olunan əsaslarla təqib edilməsinin, qiymətləndirməyib. İş üzrə mühim faktlara dair iddiaçının təqdim etdiyi yeganə sübut onun inzibati icraatda verdiyi təqibə məruz qalmasını təsdiq edən müfəssəl və işin hallarına münasibətdə spesifik izahatlarıdır. Həmin izahatlar bir-biri ilə ziddiyət təşkil etmir və ona verilən suallar çərçivəsində olub. Buna görə də daxili mötəbərlilik tələbini ödəyir. Həmçinin onun izahatında qeyd etdiyi faktlar mənşə ölkəsində baş verə bilən olduğundan xarici mötəbərlilyin də tələbatını ödəyir. Ərizəçi Əfqanıstana qayıdacağı təqdirdə ona şərti siyasi əqidəsinə görə ziyan vurula bilər. Ərizəçinin təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti (qeyri-adekvat mühitdə yaşayan həzəra olması) təşkil edir. Bundan əlavə, cavabdeh iddiaçının dinlənilmək hüququqnu, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququqnu, eləcə də mötəbərlik prezumpsiyasını və sübutların qiymətləndirilməsi qaydalarını pozub, eyni zamanda onun qərarı əsaslandırılmayıb. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ΙΙ. Məhkəmə iddiaçının nümayəndəsini dinəyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı ona qaçqın statusu verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun şikayətinə imtina qərarı ilə cavab vermiş, narazı qalan iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi rədd olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəmsinin gəldiyi həmin nəticə ilə razılaşır. İddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri, eləcə də, işdə olan digər sənədlər təhlil edildikdə, iddiaçıya Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini zəruri edən faktiki şərtlər müəyyən olunmur. Belə ki, «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən : «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Cavabdehin iş materiallarına əlavə edilmiş imtina qərarından, iddiaçının vəsatətinə əsasən onunla apardığı müsahibənin nəticələrinə əsasən müəyyən olunur ki, iddiaçının ona qaçqın statusu verilməsi barədə vəsatəti qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri qaydasında cavabdeh tərəfindən ətraflı araşdırılaraq qiymətləndirilmə aparılmış və nəticələri üzrə qəbul etdiyi əsaslandırılmış qərarı ilə onun həmin vəsatəti təmin edilməmiş, qaçqın statusu verilməsindən imtina olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İşə əlavə olunmuş cavabdehə müraciəti üzrə iddiaçının doldurduğu ərizə-anket, vəsatəti və bununla bağlı cavabdehin onunla aparılan müsahibənin nəticələrinə dair İQ- 26/1 nömrəli 28 sentyabr 2022-ci il tarixli qərarının qarşılıqlı təhlili ilə müəyyən olunur ki, cavabdehin imtina qərarı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğundur. Belə ki, həmin sənədlərdən aydın olur ki, cavabdeh tərəfindən 29 iyun 2022-ci il tarixdə iddiaçının vəsatəti qeydiyyata alınaraq onun adına 54-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlər (surətləri) işinə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı bildirmişdir ki, Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Qarabağ ulusvalilıyınin Qolyakol kəndində anadan olmuş, mılliyyətcə həzara, dini etiqadına görə müsəlmandır (şiə) Qarabağ ulusvalılıyi, Ahın kəndində Sultan İbrahim məktəbində 1-9-cu siniflər, Qarabağ ulusvaliliyin mərkəzində Sultan Mahmud məktəbində 10-11-cı siniflər, Qəzni şəhərinin “X4" məktəbində 12-ci sinif üzrə, 2011-2015-ci illərdə “Marşal Fəhimi” adına hərbi universitetə aid akademiyada hərbi təhsil almış, 2016-2019-cu illərdə Qəndəharda yerləşən Əfqanıstan hərbi hava qüvvələrində, 2019-cu ildən etibarən taliblər hakimiyyətə gələnə qədər Kabildə yerləşən Əfqanıstan hərbi hava qüvvəllərinin baş qərargahında mayor rütbəsi ilə kadrlar idarəsində işləmiş, taliblər hakimiyyətə gəldikdən sonra işini tərk etmişdir. Bundan sonra 2 ay müddətində Qəzni şəhərində atasına məxsus yük maşını vasitəsilə daş satışı və daşınması ilə məşğul olmuş, sonra Kabilə qayıtmış, 4 may 2022-ci ildə ölkəsini tərk edərək İrana getmiş və orada 1 ay qaldıqdan sonra 7 iyun 2022-ci il tarixdə Azərbaycana gəlmişdir. Subaydır, 3 qardaşı, 4 bacısı vardır. Ailə üzvləriƏfqanıstanda yaşayır, onlarla tez-tez əlaqə saxlayır.Cari ilin Novruz bayramından sonra 2 nəfər naməlum şəxs valideynlərinin Qəznidəki evlərinə gəlmiş, anasından onu soruşmuş, bu səbəbdən də Əfqanıstanda qalmaqdan ehtiyat edərək ölkəsini tərk edərək Azərbaycana gəlmişdir. Tədqiq olunan sənədlərdən görünür ki, cavabdeh tərəfindən ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Lakin ərizə-anketinin qeydiyyatı zamanı hərbçi olduğu və Talıbana ən çox zərər verən hərbi hava qüvvəllərində qulluq etdiyinə görə təqib olunacağından qorxduğu üçün ölkəsini tərk etdiyini bildirsə də, müsahibə zamanı dediklərindən ərizəçinin talibanın hakimiyyətə gəlməsindən sonra 7 ay müddətində Əfqanıstanın Kabil və Qəzni şəhərlərində yaşadığı, dəfələrlə bu iki şəhər arasında avtomobil ilə hərəkət etdiyi, bu zaman taliblər tərəfindən saxlanılmadığı, hər hansı bir təhdid və ya təzyiqə məruz qalmadığı məlum olmuşdur. Bundan əlavə ərizəçi ölkəni tərk edərkən Kabildən Herata qədər avtobusla hərəkət etmiş, eləcə də hazırda taliblər tərəfindən nəzarət edilən Əfqanıstan-İran sərhədini qanuni yol ilə maneəsiz keçmişdir Bu da onun mənşə ölkəsində taliblər tərəfindən təqib edilmədiyini deməyə əsas vermiş, onun şəxsi işi Miqrasiya Xidmətinin “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyasında müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Belə ki, cavabdeh tərəfindən ərizəçinin qeyd etdiyi halların inandırıcılığı qiymətləndirilərkən söylədiyi faktlarda bir sıra faktların öz təsdiqini tapmadığı və bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edildiyi nəzərə alınmaqla, onun ölkəsinə qayıdacağı təqdirdə əsaslı təqib qorxusuna məruz qalacağının əsasslılığı müəyyən edilməmişdir. Beləliklə də, cavabdeh tərəfindən sənədlər üzrə araşdırma aparıldıqdan sonra “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən müsahibənin nəticələri əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi nəzərə alınmaqla, ərizəçiyə qaçqın statusu verilməsindən imtina olunmuşdur (Komissiyanın 22 saylı protokolu).” Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının vəsatətinə əsasən hərtərəfli araşdırma aparılmaqla, onun vətəndaşı olduğu ölkədə təqibə və təsirə məruz qaldığını əsaslandıran dəlilləri həqiəqətə uyğunluğu təkzib olunmuş, istinad etdiyi halların doğruluğuna tam aydınlıq gətirə bilmədyi, mötəbərliyi açıq şübhə doğuran və ziddiyyətli faktlar müəyyən edilmişdir ki, bütün bunlar da ona qaçqın statusu verilməsi imkanını istisna etmişdir. Başqa sözlə, iddiaçı tərəfindən qaçqın statusunun verilməsi ilə bağlı əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilməmişdir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh mübahisələndirilən qərarı ilə iddiaçının Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun 1 hissəsinin 1-ci bəndində “qaçıqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı və Azərbaycan Respublikası Prezideninin xx.xx.2000-ci il tarixli 419 N-li Fərmanı ilə təsdiq olunmuş “Qaçqın statusu verilməsi haqqında” vəsatətə baxılması Qaydası” nın 3-cü və 7ci bəndləri nəzərə alınaraq iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələr üzrə ərizəçinin əsaslandırıliış təqib qorxusuna uyğun gəlmədiyinə görə qaçqın statusu verilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması, işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsaslandırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır, yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar