Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2185/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “onunla cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə əlaqədar sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “onunla cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə əlaqədar sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3407/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 13 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Oktyabr rayon Mənzil İdarəsi tərəfindən rayon İcraiyyə Komitəsinin 13.07.1962-ci il tarixli qərarına əsasən verilmiş 03616 saylı 30.07.1962-ci il tarixli orderin surətindən görünür ki, həmin order Bakı şəhəri, 1-ci mikrorayon, J-4 saylı binanın, 3 otaqlı 49 saylı mənzilini 9 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə tutmaq üçün X7 verilmişdir. “Mənzil kirayə müqaviləsinin vətəndaş X9 ilə bağlanması barədə” Bakı şəhəri Cavabdeh başçısının 2158 saylı 18.11.1996-cı il tarixli sərəncamından görünür ki, Tağızadə küçəsi 31 saylı evin sahəsi 40,2 kv. metr olan, üç otaqlı, 49 saylı mənzilin kirayəçisi vət. X11 olmuşdur. Vəfatı ilə əlaqədar 08.07.1992-ci ildə qeydiyyatdan çıxarılmışdır (sənəd ölüm haqqında şəhadətnamə İV-JQ № 318506 14.05.1991-ci il). Həmin mənzildə kirayəçinin oğlu X9 02.09.1980-ci il tarixdən pasport qeydiyyatındadır və hal-hazırda 3 nəfər ailə üzvü (özü, bacısı, qardaşı) ilə yaşayır. Mənzil kirayə müqaviləsinin onunla bağlanması haqqında ailə üzvlərinin razılığı vardır. Qeyd olunan sərəncamla Tağı-zadə küçəsi 31 saylı evin, sahəsi 40,2 kv. metr olan üç otaqlı, 49 saylı mənzilin kirayə müqaviləsinin X9 ilə bağlanması və həmin mənzilin kirayəçisi hesab edilməsi, 23 saylı MKİS-də X2 adına 3 nəfər ailə üzvü (özü, bacısı, qardaşı) ilə birlikdə şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. AZ-İİ seriyalı 093131 saylı 15.07.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 11.05.2020-ci il tarixdə ölmüşdür. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı və Bakı şəhəri, Cavabdeh Nəsimi rayon MKTB 23 saylı MKİS tərəfindən verilmiş 555 saylı 08.12.2020-ci il tarixli arayışlardan müəyyən olunur ki, Bakı şəhəri, A.Məhərrəmov küçəsi, ev 31, mənzil 49-da İddiaçı və X10 daimi qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-755/2014 saylı 03.07.2014-cü il tarixli qətnaməsindən görünür ki, ünvan 3 ünvanının yaşayış sahəsinə dair 03.01.1997-ci il tarixli özəlləşdirmə və bununla bağlı cavabdeh X2 adına verilmiş qeydiyyat şəhadətnaməsinin etibarsız sayılması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı Cəzaçəkmə müəssisəsinin rəisinin imzası və Müəssisənin möhürü ilə təsdiq olunmuş X3 ərizəsindən görünür ki, sonuncu ünvan 4 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bacısı İddiaçı adına dəyişdirilməsinə və bacısı ilə kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. Bakı şəhəri Cavabdeh Nəsimi rayon MKTB 23 saylı MKİS-nın 215 saylı 22.04.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 31 saylı evin 49 saylı mənzili Cavabdeh balansındadır. İddiaçı ünvan 5 ünvanda yerləşən evin, 49 saylı mənzilinə dair onunla cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 5/M-216-068 saylı 02.12.2020-ci il tarixli və 6/M-4-068 saylı 16.01.2021-ci il tarixli imtina məktublarında müvafiq olaraq iddiaçının sözügedən mənzilə qeydiyyatı olmaması, eyni zamanda onunla birlikdə sözügedən mənzildə qeydiyyatda olan qardaşı X3 onunla kirayə müqaviləsi bağlanmasına dair cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş razılıq ərizəsi təqdim edildikdən sonra məsələyə yenidən baxılması qeyd edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ünvan 5 ünvanda yerləşən evin, 49 saylı mənzilinə dair onunla cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə əlaqədar sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Oktyabr rayon İcraiyyə Komitəsinin 13.07.1962-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 31, mənzil 49 onların ailəsinə verilmişdir. Bununla əlaqədar mərhum anası X5 adına 30.07.1962-ci il tarixli 03616 saylı mənzilə dair order də verilmişdir. 1991-ci ildə anası öldükdən sonra həmin mənzilə dair kirayə müqaviləsi qardaşı X2 adına dəyişdirilmişdir. Qardaşı Natiqlə birlikdə qeyd olunan mənzildə digər qardaşı Rafiq və bacısı Esmira da yaşamışdır. Bacısı Esmira 2011- ci ildə ölmüş, qardaşı Rafiq isə hal-hazırda cəzaçəkmə müəssisəsindədir. Ona görə də həmin mənzildə o yaşadığı üçün mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3407/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı oğlu apellyasiya şikayəti verərək, qərarın dəyişdirilərək iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, onun inzibati orqana müraciəti təxminən 6 aya yaxın araşdırılmış və 6 aydan artıq məhkəmədə araşdırmalar aparılmışdır. Lakin məhkəmə qərarı ilə yenidən inzibati araşdırmanın aparılması cavabdeh orqana tapşırılmışdır. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək iddianın tam təmin olunmasını xahiş etmişdir. İddiaçı vəkili tərəfindən verilmiş izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdə apellyasiya şikayəti iddiaçı tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin olunmayan hissəsində yoxlanılır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “ünvan 5 ünvanda yerləşən evin, 49 saylı mənzilinə dair onunla cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə əlaqədar sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə kirayə müqaviləsinin bağlanması üçün cavabdehin imtinasında qeyd edlilmiş halların iddiaçı tərəfindən aradan qaldırılmasına, lakin cavabdeh inzibati orqanın lazımi qaydada araşdırma aparmamasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından göründüyü kimi, Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 04.12.2020-ci il tarixli arayışa və Nəsimi rayon MKTB 23 saylı MKİS-nin 555 saylı 08.12.2020-ci il tarixli arayışına əsasən İddiaçı 03.12.2020-ci il tarixdən Bakı şəhəri, A.Məhərrəmov küçəsi, ev 31, mənzil 49-da qeydiyyatdadır. İddiaçının “onunla kirayə müqaviləsinin bağlanması” barədə sonuncu dəfə olan müraciətinə münasibətdə cavabdeh inzibati orqan 16 yanvar 2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, sözügedən mənzildə qeydiyyatda olan iddiaçının qardaşı X3 iddiaçı ilə kirayə müqaviləsi bağlanmasına dair cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş razılıq ərizəsinin təqdim edildikdən sonra müraciətinə baxılacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı Cəzaçəkmə müəssisəsinin rəisinin imzası və Müəssisənin möhürü ilə təsdiq olunmuş X3 ərizəsindən görünür ki, sonuncu ünvan 4 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bacısı İddiaçı adına dəyişdirilməsinə və bacısı ilə kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. Lakin qeyd olunan razılıq ərizəsinin də alınmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin olunmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə cavabdeh inzibati orqanın verdiyi imtina məhz iddiaçı barəsində aparılmış inzibati araşdırma nəticəsində qəbul edilmiş imtina kimi nəzərə alına bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun “inzibati icraat” adlanan İV fəsli, “kollegial inzibati orqanda inzibati icraat qaydası” adlanan V fəsli və “inzibati aktlar” adlanan Vİ fəsli mövcuddur ki, adı çəkilən fəsillərdə yer almış maddələrlə inzibati icraatın aparılmasının hüquqi əsasları, prinsipləri və prosedur qaydaları tam və müfəssəl şəkildə müəyyən edilmişdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Lakin cavabdehin iddiaçıya yazdığı 16 yanvar 2021-ci il tarixli cavab imtina məktubu yuxarıda göstərilmiş qanunla nəzərdə tutulmuş sözügedən maddi hüquq normalarının tələblərinə cavab vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Hazırki işdə iddiaçının müraciəti ilə bağlı inzibati orqan tərəfindən inzibati icraat yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə riayət edilməklə aparılmadığından birinci instansiya məhkəməsi hazırki vəziyyətdə iddianın təmin edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, həmin müraciəti cavabdeh inzibati orqan “İnzibati İcraat haqqında” Qanunun müddəalarına müvafiq olaraq araşdırmalı və bundan sonra inzibati akt qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hazırki vəziyyətdə iddiaçının cavabdeh inzibati orqana müraciəti ilə bağlı inzibati icraatın natamam aparılması və zəruri araşdırmaya ehtiyac olduğunu nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, bu hallar hazırki vəziyyətdə iddiaçının tələbinə uyğun qərar qəbul edilməsini, başqa sözlə, iddiaçının iddiasının təmin olunmasını mümkünsüz edir. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3407/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3407/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2185/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2185/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver