Məhkəmə qərarları › İş №2-1(103)-2188/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2188/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2188/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlunun ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(112)-6015/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 25.01.2021-ci il tarixli, 21-009001-01- 004001 nömrəli rəsmi məktub ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş müraciətinə rəsmi cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(112)-6015/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(112)-6015/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəməyə təqdim etdiyi 16 mart 2021-ci il tarixli məktub iddiaçının başqa müraciətinə verilmiş cavabdır. Cavabdeh iddiçının qanunsuz tikililər və əlil və ya internat məzunu olmayan şəxslərə qanunsuz yollarla mənzil verilməsinin araşdırılmasına dair müraciətini cavablandırdığını bildirmişdir. Lakin, cavab məktubundan göründüyü kimi, həmin məktub iddiaçının birdəfəlik maddi yardımla bağlı etdiyi müraciətə verilmiş cavabdır. İddiaçının qanunsuz tikililər və əlil və ya internat məzunu olmayan şəxslərə qanunsuz yollarla mənzil verilməsinin araşdırılmasına dair müraciəti isə, hələ də araşdırılmamış və ona hec bir cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(112)-6015/2021 saylı qərardadının ləğv olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(112)-6015/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönəlmiş və iddianın predmetini məhz iddia ərizəsində qeyd edilən, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 25.01.2021-ci il tarixli, 21-0090-01-01-004001 nömrəli rəsmi məktub ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş müraciətinə rəsmi cavab verilməsi təşkil edir. İddia ərizəsinə isə yalnız həmin müşayiət məktubu əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 30.06.2021-ci il tarixli məktubla, İddiaçı Baş Prokurorluq tərəfindən aidiyyəti üzrə baxılması üçün 25 yanvar 2021-ci il tarixli, 21-0090-01-01-004001 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş müraciətinin və həmin müraciətə əlavə olunmuş 2 saylı Bakı DOST Mərkəzinin 29 dekabr 2020-ci il tarixli məktubunun surətləri məhkəməyə təqdim edilmişdir. Həmin müraciətdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək, 2 saylı Bakı DOST Mərkəzi tərəfindən hüquqularının pozulduğunu qeyd etmiş, iki dəfə maddi yardım alması ilə bağlı bildirilənlərin həqiqətə uyğun olmadığını bildirmiş və işin araşdırılmasını, pulun hansı hesaba köçürülməsinin aydınlaşdırılmasını xahiş etmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 31 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı müraciəti Azərbaycan Respublikasının Baş Prokurorluğunun 21-0090-01-01-004001 nömrəli, 25.01.2021-ci il tarixli müşayiət məktubu ilə Nazirliyə daxil olmuş və 16.02.2021-ci il tarixində **********1 nömrəsi ilə qeydiyyata alınmışdır. Nazirlik tərəfindən müraciətin icraçısı qismində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi müəyyən edilmişdir. Vətəndaşın müraciəti üzrə əlavə məlumatların əldə edilməsi zərurəti yarandığından DOST Agentliyi tərəfindən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə 01.03.2021-ci il tarixli **********0 nömrəli məktub ilə sorğu verilmiş və 15.03.2021-ci il tarixli **********8 nömrəli sorğuya cavab məktubu əsasında vətəndaş İddiaçı 16.03.2021-ci il tarixli **********30 qeydiyyat nömrəli cavab məktubu göndərilmişdir. Cavab məktubu 17.03.2021-ci il tarixdə 25 saylı reyestr ilə "xxxx" MMC-nin əməkdaşı tərəfindən qəbul edilmiş, 06.04.2021-ci il tarixdə 44 saylı poçt şöbəsi tərəfindən vətəndaşa təhvil verilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddia predmeti olan müraciət birdəfəlik yardımın ödənilməsi ilə bağlı olmuş və həmin müraciət hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddia verilməzdən əvvəl cavablandırılmış və həmin cavabın alınması iddiaçı tərəfindən məhkəmə iclası zamanı təsdiq edilmişdir. Belə olan halda, iddia ərizəsində qeyd edilən hallar iddia ərizəsi verilənədək aradan qalxdığından (müraciət cavablandırıldığından) və məhz iddiada göstərilən tələblə bağlı məhkəmə müdafiəsi hüququnun realizəsi üçün zərurət olmadığından hazırkı tələbə mahiyyəti üzrə baxıla bilməz. Apellyasiya şikayətində iddiaçı cavabdeh tərəfindən iddianın predmeti olan müraciətə deyil, başqa müraciətlərinə cavab verildiyini qeyd etsə də iş materiallarına əsasən iddianın predmeti olan müraciətə cavabdeh tərəfindən rəsmi qaydada qanunvericiliklə müəyyən olunmuş qaydada cavab verildiyi öz təsdiqini tapmışdır. Belə olan halda şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(112)-6015/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar