Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2188/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X6 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadnin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X11, 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2, 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(112)-1075/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 1396,3 kv.m. ümumi, 989,6 kv.m. əsas, 406,7 kv.m. köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə xx.xx.2007-ci il tarixli, 002291 nömrəli və onun yerləşdiyi 0,17169 ha torpaq sahəsinin özəlləşdirilməsi barədə xx.xx.2007-ci il tarixli, 000771 nömrəli şəhadətnamələr və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən, 1396,3 kv.m. ümumi, 989,6 kv.m. əsas, 406,7 kv.m köməkçi sahədən ibarət olan qeyriyaşayış sahəsinin və onun yerləşdiyi 0,17169 ha torpaq sahəsinin iddiaçının balansına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən, 1396,3 kv.m. ümumi, 989,6 kv.m. əsas, 406,7 kv.m. köməkçi sahədən ibarət iki mərtəbəli qeyri-yaşayış sahəsi 1890-cı ildə inşa edilmişdir. Ötən əsrin 30-cu illərindən etibarən həmin qeyriyaşayış sahəsində müvafiq mədəniyyət müəssisələri, sonradan isə Hüseynqulu Sarabski adına mədəniyyət evi fəaliyyət göstərmiş, təyinatına uyğun olaraq, adıçəkilən qeyriyaşayış sahəsi də uzun illər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin balansında olmuşdur. Sözügedən qeyriyaşayış sahəsinin uzun illər istismar olunması ilə əlaqədar təmir edilməsi zərurəti yaranmış, bu səbəbdən də, Hüseynqulu Sarabski adına mədəniyyət evi 2013-cü ildə müvəqqəti olaraq ünvan 3 ünvanına köçürülmüşdür. Sonradan şifahi məlumata əsasən mübahisə predmeti qeyri-yaşayış sahəsinin özəlləşdirildiyi və müvafiq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi məlum olmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğu ilə müraciət edilmiş, sonuncu cavab məktubunda göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən, 1396,3 kv.m ümumi, 989,6 kv.m əsas, 406,7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixli 002291 nömrəli, onun yerləşdiyi torpaq sahəsi isə xx.xx.2007-ci il tarixli 000771 nömrəli şəhadətnamələrə əsasən özəlləşdirilmiş, həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi etiraz etməmiş, bununla bağlı məktubun surəti əlavə edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 07 may 2007-ci il tarixli 1425/07 nömrəli məktubu ilə Nazirlik mübahisə predmeti qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə - həmin qeyriyaşayış sahəsinin ərazisində çoxmərtəbəli yaşayış binasının tikilməsi; tikinti müddətində mədəniyyət evinin kollektivinin müvəqqəti yerləşdirilməsi; tikiləcək binanın aşağı mərtəbələrində Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış layihə tapşırığı əsasında yeni mülkiyyətçinin öz vəsaiti hesabına müstəqil girişə malik, ümumi sahəsi 800 kv.m. olan mədəniyyət evinin layihəsinin hazırlanması və tikintisini başa çatdırıb əvəzsiz olaraq H.Sarabski adına mədəniyyət evinin balansına verilməsi kimi şərtlərlə razılıq vermişdir. İlk növbədə qeyd olunmalıdır ki, "xxxx" MTK ötən müddət ərzində öz öhdəliklərinə əməl etməmiş, bununla paralel olaraq, mübahisə predmeti dövlət əmlakı qanunsuz olaraq özəlləşdirilmiş və "xxxx" MTK-ya müvafiq çıxarış verilmişdir. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. Qeyd olunmalıdır ki, mübahisə predmeti özəlləşdirilmənin həyata keçirildiyi tarix - 2007-ci il Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”-nın tətbiq edildiyi dövrə daxildir. Proqramın 2-ci bəndinə görə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır: özəlləşdirilməsi qadağan olunan əmlak; özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən əmlak; Əmlak Məsələləri Dövlət Komitəsi qərarı ilə özəlləşdirilən əmlak. Həmin Proqramın 2.2-ci bəndində Azərbaycan Respublikası Prezidentinin, 2.3-cü bəndində isə Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlərin siyahısı dəqiq göstərilmişdir. Proqramın 2.2.3-cü yarımbəndinə əsasən dövlət mülkiyyətində olan sosial-mədəni təyinatlı müəssisə və obyektlərin özəlləşdirilməsi barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir. Göründüyü kimi, qanunvericilikdə dövlət mülkiyyətində olan sosial-mədəni təyinatlı müəssisə və obyektlərin özəlləşdirilməsinin dəqiq qaydası müəyyən edilmişdir. Həmin qaydaya əsasən H.Sarabski adına mədəniyyət evinin yerləşdiyi qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilə bilərdi. Cavabdeh həmin qaydaya əməl etməmiş, buna səlahiyyəti olmadığı halda, sosial-mədəni təyinatlı müəssisə - mədəniyyət evinin özəlləşdirilməsi barədə qərar qəbul etmiş, nəticədə qanunvericiliyin tələblərini kobud şəkildə pozulmuşdur. Bununla bağlı, cavabdeh dövlət orqanına müraciət edilsə də, müraciət təmin olunmamış, nəticədə iddiaçının qanunla qorunan mülkiyyət hüququ kobud formada pozulmuşdur. Eyni zamanda, qeyd olunur ki, iddiaçının mübahisə predmeti əmlakın özəlləşdirilməsindən məlumatı olmamış, bununla əlaqədar şifahi məlumat yalnız 2021-ci ildə bəlli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 07 may 2007-ci il tarixli 1425/07 nömrəli məktubu ilə mübahisə predmeti əmlakın özəlləşdirilməsinə etiraz etməsə də, həmin məktubda göstərilən şərtlər yerinə yetirilmədiyindən, bu hal səbəbindən mübahisə predmeti əmlakın özəlləşdirilmədiyi qənaətinə gəlinmişdir. Beləliklə, yuxarıdakılara əsasən hesab edirlər ki, cavabdeh dövlət orqanı tərəfindən həyata keçirilmiş özəlləşdirilmə, həmçinin həmin özəlləşdirilmə nəticəsində verilmiş şəhadətnamələr və çıxarışlar etibarsız hesab edilməlidir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində cavabdeh kimi göstərilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsini, iddia tələbinin dəqiqləşdirilərək ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 232 nömrəli və xx.xx.2007-ci il tarixli 307 nömrəli sərəncamların və həmin sərəncamlar əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının balansına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadları ilə "xxxx" MTK, "xxxx" MMC və "xxxx" ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri olaraq cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(112)-1075/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.Əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinə formal istinad etsə də, nəzərə almamışdır ki, həmin normanın tətbiqi ilə bağlı hazırda tənzimləyici norma yoxdur və bu səbəbdən hazırkı mübahisə üzrə tətbiqi mümkün deyildir.Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli, 345 nömrəli Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuşdu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1ci maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 22 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli Qaydası” -ının 13-cü bəndində nəzərdə tutulmuşdu ki: “13. Mübahisələrin həlli üzrə komissiyanın qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Şikayətin verilməsi həmin qərarın icrasını dayandırmır.”Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında ƏSASNAMƏ” -nin 1.1.-ci bəndində nəzərdə tutulmuşdu ki: “1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası (bundan sonra - Şura) ..... habelə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə dair müraciətlərə (bu Əsasnamənin 1.4-3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) baxılması mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır. Həmin Əsasnamənin 1.4-3-cü bəndinə əsasən, İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciətə aşağıdakı hallarda Şurada baxıla bilməz: ... 1.4-3.3. “ müraciət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 484 nömrəli Fərmanının qüvvəyə minməsindən əvvəl aidiyyəti inzibati orqanın qəbul etdiyi qərarları, digər hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı olduqda.Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”-nin 1.1-ci bəndinə əsasən, Mərkəzi icra hakimiyyəti orqanının Apellyasiya Şurası (bundan sonra – Apellyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (bundan sonra – mərkəzi icra hakimiyyəti orqanı) qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.Sonradan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2019-cu il tarixli, 484 nömrəli Fərmanı qəbul edilmiş və həmin Fərmanın 2.2.-ci bəndi ilə qərara alınmışdır ki: “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2019-cu il tarixli, 193 nömrəli qərarı ilə “İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 22 may tarixli 128 nömrəli Qərarı ləğv edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2022-ci il tarixli, 1729 nömrəli Fərmanının 4-cü bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanı ləğv edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2022ci il tarixli, 409s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin yuxarıda adı çəkilən Fərmanın icrasının təmin edilməsi ilə bağlı ədliyyə və iqtisadiyyat nazirliklərinə iki ay müddətində təkliflərini təqdim etmək təklif edilmişdir. Lakin hal-hazıradək qeyd edilən məsələ ilə bağlı, yəni “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya” barədə hər hansı tənzimləyici hüquqi akt qəbul edilməmişdir.İşin hallarından da göründüyü kimi, İddiaçı tərəf Cavabdehin inzibati akt statusuna malik olan sərəncamlarını mübahisələndirir və həmin mübahisənin mövcudluğunun özü mübahisə mövzusu deyil. Mübahisəni həll etməli olan orqana gəldikdə isə, şikayət verilən məhkəmə Qərardadı ilə “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinə istinad edilməklə belə əsaslandırma verilir ki, həmin normaya görə inzibati orqanlar arasında yaranmış mübahisə məhkəmə qaydasında deyil, “subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir”. Lakin yuxarıda istinad edilən normativ aktlardan da görünür ki, həmin qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” kimi əvvəlcə Nazirlər Kabineti, sonradan Azərbaycan Respublikası Prezidenti yananda Apellyasiya Şurası, sonradan yenə də Nazirlər Kabineti müəyyən edilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” isə “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, həmin əsasnamə inzibati orqanlar arasında mübahisəni deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasını tənzimləyir. Göründüyü kimi, hazırkı vəziyyətdə “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinin tətbiqi qaydası tənzimlənməmiş qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia müddətinin keçdiyini qeyd edərək, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxslərin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********09 nömrəli məktubu ilə bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ünvanlanmış 31 yanvar 2022-ci il tarixli, **********22 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsində, 0,17169 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 1396,3 kv.m. ümumi, 989,6 kv.m. əsas, 406,7 kv.m. köməkçi sahədən ibarət olan qeyriyaşayış binası xx.xx.2007-ci il tarixli, 002291 nömrəli və onun yerləşdiyi 0,17169 ha torpaq sahəsi isə xx.xx.2007-ci il tarixli, 000771 nömrəli şəhadətnamələrə əsasən özəlləşdirilmişdir. Qeyd edilən əmlakların özəlləşdirilməsinə etiraz edilməməsi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xx.xx.2007-ci il tarixli 1425/07 nömrəli məktubunun surəti təqdim edilmişdir. - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xx.xx.2007-ci il tarixli 1425/07 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 6 ünvanda H.Sarabski adına Mədəniyyət Evi yerləşir. XİX əsrin sonlarında inşa olunmuş binanın taxta materialından olan əsas arakəsmə və dayaq hissələri, bütün çardaq, döşəmə və tavan konstruksiyaları zaman keçdikcə fiziki aşınmaya məruz qalmış, hazırda bina qəza vəziyyətinə düşmüşdür. Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi təhlükəli hal almış, gənc nəslin asudə vaxtının təşkil edilməsi üçün heç bir şərait yoxdur. Mədəniyyət evinə hər il ayrılan cüzi vəsait hesabına binanın normal istismar vəziyyətinə gətirilməsi qeyri-mümkündür. Binanın yenidənqurulması üçün bura böyük vəsait cəlb edilməsi də imkan xaricindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Bakı şəhəri və onun rayon, kənd, qəsəbələrinin 2006-2007-cı illər üzrə sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair tapşırıqlarında da Bakı şəhərinin inkişaf perspektivləri, Bakı və Bakı ətrafı zonanın sosialmədəni infrastrukturunun müasir tələblər səviyyəsinə qaldırılması ilə bağlı konkret tapşırıqlar verilmişdir. "xxxx" MTK Bakı şəhərinin Nəsimi rayonunun ərazisində yerləşən H.Sarabski adına Mədəniyyət Evinin binasının yerində və tutduğu ərazidə tikiləcək binada mədəniyyət evinin yerləşdirilməsi öhdəliklərini götürmək şərti ilə çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi xahişi ilə müraciət etmişdir. "xxxx" MTK ilə danışıqlar aparıldıqdan sonra MTK ilə H.Sarabski adına Mədəniyyət Evi arasında ikitərəfli müqavilə imzalanmış və bu müqaviləyə əsasən MTK tikinti müddətinə mədəniyyət evinin kollektıvinin müvəqqəti yerləşdirilməsinə, tikiləcək yaşayış evinin aşağı mərtəbələrində Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış layihə tapşırığı əsasında öz vəsaiti hesabına müstəqil girişə malik, ümumi sahəsi 800 m2 olan mədəniyyət evinin layihəsinin hazırlanmasına və tikintisini başa çatdırıb əvəzsiz olaraq Mədəniyyət Evinin balansına verilməsinə təminat vermişdir. Yuxarıdakıları nəzərə alaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ünvan 6 ünvanda H.Sarabski adına Mədəniyyət Evinin binasının sökülərək onun yerində "xxxx" MTK tərəfindən yeni mədəniyyət evinin «açar təhvili» şərtləri ilə təmənnasız olaraq inşa etməklə çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılmasına etiraz etmir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi dövlət əmlakı barəsində müstəsna sərəncam hüququnun Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsində olmasını nəzərə alaraq "xxxx" MTK tərəfindən nəzərdə tutulan planların həyata keçirilməsi məsələsinə baxılmasını xahiş edir və binanın özəlləşdirilməsinə etiraz etmir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********83 nömrəli məktubu ilə təqdim edilmişünvan 7 ünvanda yerləşən qeyri-yaşayış binasına dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərə görə: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsində mülkiyyətində olan 0.17169 ha torpaq sahəsində yerləşən 13 nömrəli 1396.3 kv.m. ümumi, 989.6 kv.m. əsas, 406.7 kv.m. köməkçi sahədən ibarət 1 və 2 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MTK-nın adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2215 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 1716.9 kv.m. olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli, 002291 qeydiyyat nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, 13 ünvanında yerləşən 1396.3 kv.m. qeyriyaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Alınmış əmlakın tərkibi 1396,3 kv.m. qeyri-yaşayış sahəsi (1 və 2 mərtəbəli ayrı tikililər). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi, 13 ünvanında yerləşən ümumi sahəsi 1396.3 kv.m., torpaq sahəsi isə 0,17169 ha-dan ibarət qeyri-yaşayış binası X12 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - AN-İ seriyalı, ******* nömrəli, 12 fevral 2013-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X17 xx.xx.2010- cu il tarixdən "xxxx" ASC-də ipotekada olan Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi, 13 ünvanda yerləşən 0,17169 ha torpaq sahəsini və onun üzərində yerləşən 1396,3 kv.m. olan qeyri-yaşayış sahəsini X1. Həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2013-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş M/03-715 saylı məktuba və alıcının razılıq ərizəsinə əsasən ipoteka hüququ qüvvədə qalmaq şərtilə əməliyyət aparılmışdır - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi, 13 ünvanında yerləşən ümumi sahəsi 1396.3 kv.m., torpaq sahəsi isə 0,17169 ha-dan ibarət qeyri-yaşayış binası "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4474/2019 nömrəli, 15 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı X14 cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilə şərtlərinə əməl edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, əldən çıxmış gəlirin və mənəvi ziyan” tələbinə dair ilkin, "xxxx" MTK-nın X10 qarşı kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair işə baxaraq məhkəmə kollegiyası qət etmişdir: X14 ilə "xxxx" MTK (podratçı adlandırılacaq) arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqaviləsi və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzi etibarsız hesab edilsin. "xxxx" MTK-dan X7 xeyrinə 108.643 manat (yüz səkkiz min altı yüz qırz üç) manat məbləğində pul tutulsun. Qətnamə 05 sentyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. - xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin təsdiq edilmiş surətinə əsasən "xxxx" MMC ilə "xxxx" MMC (alıcı) arasında müqavilə bağlanaraq təşkilatçı "xxxx" MTK-ya məxsus olan ünvan 8 ünvanında 0.17169 ha torpaq sahəsində yerləşən 34 otaqlı, ümumi sahəsi 1396.30 kv.m. olan daşınmaz əmlakı alıcının tam mülkiyyətinə verməyi, alıcı isə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşlər. - "xxxx" MMC-nin Hərracın Yekunları barədə 35 nömrəli, 04 aprel 2022-ci il tarixli protokolunun təsdiq edilmiş surətinə əsasən sifarişçi Xətai rayon icra şöbəsinin icra məmuru X25, satılan əmlak – "xxxx" MTK-ya məxsus olan ünvan 8 ünvanında 0.17169 ha torpaq sahəsində yerləşən 34 otaqlı, ümumi sahəsi 1396.30 kv.m. olan daşınmaz əmlakın dəyəri (rəqəm və sözlə): ******* (yeddi milyon) manat. Hərracın keçirilməsinə əsas: 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2(82)-1256/2015 saylı, xx.xx.2015-ci il tarixli, Nərimanov rayon Məhkəməsinin 2(005)-3974/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli, Xətai Rayon Məhkəməsinin 3(011)-1626/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqələri, Xətai Rayon Məhkəməsinin 8(011)-180/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı və Xətai rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli, 17/74-186/19 saylı sifariş məktubu. Hərracın qalibi – "xxxx" MMC-dir. Daşınar əmlakın satış qiyməti: 7.000.000 (yeddi milyon) manat, daşınar əmlakın alış qiyməti: 7.000.000 (yeddi milyon) manat. Hərrac mərkəzinə ödənilən beh məbləği: 350.000 (üç yüz əlli min) manat. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 9 ünvanda yerləşən qeyriyaşayış sahəsi "xxxx" MTK nın adına verilmiş 000771 nömrəli xx.xx.2007-ci il tarixli və 002291 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamələrə əsasən ilkin olaraq xx.xx.2009-cu il tarixdə "xxxx" MTK-nın adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4-Ə-1/416 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə X12 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 9 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 3-M-8/2474 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin ləğvi barədə sazişə əsasən hüquqları ləğv edilmişdir. "xxxx" MMC-nin hərracın yekunları barədə 35 nömrəli xx.xx.2022-ci il tarixli protokola, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 avqust 2022-ci il tarixli, **********33 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 10 ünvanında yerləşən Sarabski adına mədəniyyət evi özəlləşdirilmədən əvvəl Azərbaycan Respublikasının keçmiş Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində, əmlakı isə (bina və qurğular) Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhər mədəniyyət və turizm idarəsi, Nəsimi rayon Mədəni- Maarif İdarəsinin mərkəzləşdirilmiş mühasibatlığının balansında olmuşdur. - 1747 nömrəli, xx.xx.2007-ci il tarixli İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi icarəçi "xxxx" MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi,13 ünvanında yerləşən 1396,3 kv.m. qeyri-yaşayış sahəsini 112277.00 –bir yüz on iki min iki yüz yetmiş yeddi manata birbaşa satmışdır. - Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 5692 nömrəli, 11 iyun 2007-ci il tarixli icarə müqaviləsinin surətinə əsasən icarəyəverən - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi icarəçi - "xxxx" MTK-ya ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 1396,3 kv.metr təşkil edən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Nəsimi rayon Mədəni-Maarif İdarəsinin Mərkəzləşdirilmiş Mühasibatlığının balansında olan qeyri-yaşayış sahəsini, xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə vermişdir. - 893 nömrəli, xx.xx.2007-ci il tarixli Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətinə əsasən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi "xxxx" MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, Mir-Qasımov küçəsi, 13 ünvanında yerləşən (qeyri-yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi ) 1716.9 kv.metr torpaq sahəsini 4395 (dörd min üçyüz doxsan beş manat) manata satmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3988/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanda yerləşən 20,6 kvm qeyriyaşayış sahəsinə dair X15 ilə bağlanmış 01 avqust 2006-cı il tarixli 3225/33 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin) 11 iyun 2007-ci il tarixli, 176 saylı; ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 1396,3 kvm təşkil edən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Nəsimi rayon Mədəni- Marif İdarəsinin Mərkəzləşdirilmiş Mühasibatlığının balansında olan qeyri-yaşayış sahəsinin "xxxx" MTK-ya icarəyə verilməsi barədə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin) 11 iyun 2007-ci il tarixi, 177 saylı; "xxxx" MTK-nin icarəsinə verilmiş, ünvan 2 ünvanda yerləşən 1396,3 kvm qeyri-yaşayış sahəsinin 100 % dəyəri ilə icarəçi "xxxx" MTK-ya satın almaq üçün təklif edilməsi barədə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin) 27 iyul 2007-ci il tarixi, 232 saylı Sərəncamları ləğv edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-162/2015 nömrəli, 09 fevral 2015-ci il tarixli qərarı ilə üçüncü şəxs "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3988/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-162/2015 nömrəli, 09 fevral 2015-ci il tarixli qərardadı ilə üçüncü şəxs "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3988/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır - Ali Məhkəmənin 2-1(102)-647/15 nömrəli, 01 may 2015-ci il tarixli qərarı ilə üçüncü şəxs "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-162/2015 nömrəli, 09 fevral 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Ali Məhkəmənin 2-1(102)-605/2018 nömrəli, 29 mart 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2297/2017 nömrəli, 31 oktyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. (iddiaçının apellyasiya şikayəti qismən təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1928/2017 saylı, 14 iyul 2017-ci il tarixli qərarı (iddia rədd edilmişdir) ləğv olunmuş, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) ünvan 14 ünvanında yerləşən 1716,9 kv.m. torpaq sahəsinin özəlləşdirilməsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 307 nömrəli sərəncamının ləğv olunması tələbinə dair iddiası mümkün sayılmamışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən xeyrinə hüquq yüklü edilən şəxs – "xxxx" ASC, hüququ yüklü edilən şəxs – "xxxx" MMC, yüklü edilən əmlakın növü və ünvanı – ünvan 15ən əmlakın ölçüsü (torpaq sahəsinin ölçüsü hektarla, digər daşınmaz əmlakın ölçüsü kvadratmetrlə) – 0.1717 ha, 1396.3 kv.m., yüklü edilən torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, yüklülüyün növü – ipoteka, yüklülüyün müddəti – 24 (iyirmi dörd) ay, xx.xx.2022-xx.xx.2024; 24 (iyirmi dörd) ay, xx.xx.2022-xx.xx.2024, əsas öhdəliyin mahiyyəti və icra müddəti – 028/M saylı KM xx.xx.2022; 030/M saylı KM xx.xx.2022, yüklü edilən əmlakın reyestr nömrəsi – **********35-06301; qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2022-ci ildir. -Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin siyahısına əsasən obyektin adı - qeyri-yaşayış sahəsi, ünvanı – M. Qasımov küçəsi, 13, şəhadətnamənin nömrəsi və tarixi – 002291, xx.xx.2007, mülkiyyətçinin adı –"xxxx" MTK, torpaq sahəsinin ümumi sahəsi 1716.9 kv.m. təşkil edir, tikinti və infrastruktur 1716.9 kv.m. təşkil edir. Torpaq sahəsinin satış qiyməti - 4395,0 manat təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 avqust 2022-ci il tarixli, **********19 nömrəli məktubuna əsasən bildirilmişdir ki, ünvan 16 ünvanında yerləşən 1396.3 kv.m qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 11 iyun 2007-ci il tarixli, 5692 nömrəli icarə müqaviləsi əsasında sonuncunun icarəsinə verilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi ərizə ilə Komitəyə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin qeyd olunan müraciəti nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 232 nömrəli sərəncamı ilə ünvan 16 ünvanında yerləşən 1396.3 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 1747 nömrəli alqı-satqı müqaviləsi əsasında qeyd olunan qeyri-yaşayış sahəsi "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən satın alınmış və özəlləşdirilmiş əmlaka dair sonuncuya xx.xx.2007-ci il tarixli, 002291 nömrəli şəhadətnamə verilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi ərizə ilə Komitəyə müraciət edərək ünvan 17 ünvanında yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin qeyd olunan müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 307 nömrəli sərəncamı ilə ünvan 16 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 1716.9 kv.m torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və qeyd olunan torpaq sahəsinə dair Komitə ilə "xxxx" Mənzil- Tikinti Kooperativi arasında xx.xx.2007-ci tarixli, 893 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və özəlləşdirilmiş əmlaka dair "xxxx" Mənzil-Tikinti Kooperativinə xx.xx.2007-ci il tarixli, 000771 nömrəli şəhadətnamə verilmişdir. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçılar X4 və X8 iddiası təmin edilmiş, hazırkı mübahisənin predmeti olan Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Nəsimi rayon Mədəni-Maarif idarəsinin mərkəzləşdirilmiş mühasibatlığının balansında olan qeyri-yaşayış sahəsinin "xxxx" MTK-ya icarəyə verilməsi barədə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 11 iyun 2007-ci il tarixli, 177 saylı və "xxxx" MTK-nın icarəsinə verilmiş, ünvan 1 ünvanında yerləşən 1396.3 kv.m qeyri-yaşayış sahəsinin icarəçi "xxxx" MTK-ya satın alınmaq üçün təklif edilməsi barədə xx.xx.2007-ci il tarixli, 232 saylı sərəncamlarının ləğv edilməsi qərara alınmışdır. Qeyd olunan qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Qənbərov Füzuli tərəfindən iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunaraq, qeyd edilən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 307 nömrəli sərəncamının ləğv edilməsi xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1 (81)- 1928/2017 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103) -2297/2017 nömrəli qərardadı ilə 1-ci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(102)-605/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. İddianın qeyri-mümkün sayılması üçün əsas kimi məhkəmələr tərəfindən qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsində iddiaçı Qənbərov Füzuliyə məxsus hər hansı qeyri-yaşayış binası mövcud olmadığına görə, onun həmin torpaq sahəsi ilə bağlı iddia irəli sürməyə subyektiv hüququ yoxdur. Qeyd edilənləri və qəbul edilmiş məhkəmə qərarlarını nəzərə alaraq, iddia tələbi üzrə qanuna müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 232 nömrəli, 27 iyul 2007-ci il tarixli Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında Sərəncamın təsdiq edilmiş surətinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə» və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsalların təsdiq edilməsi barədə» 2001-ci il 24 yanvar tarixli 23 nömrəli Qərarı əsasında qiymətləndirilmişdir. - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 47 nömrəli, 05 oktyabr 2007-ci il tarixli Torpaq sahələrinin satışı haqqında Sərəncamın təsdiq edilmiş surətinə əsasən bu sərəncama əlavədə göstərilən müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri (qeyri-yaşayış sahəsi, ünvanı – M. Qasımov küçəsi, 13, şəhadətnamənin nömrəsi və tarixi – 002291, xx.xx.2007, mülkiyyətçinin adı – "xxxx" MTK, torpaq sahəsinin ümumi sahəsi 1716.9 kv.m. təşkil edir, tikinti və infrastruktur 1716.9 kv.m. təşkil edir. Torpaq sahəsinin satış qiyməti - 4395,0 manat təşkil edir) həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılması qərara alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır.İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 1.3-cü bəndində göstərilmişdir ki, Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbbaycan Respublikası Qanununun 2.3cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə iddiaçının ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 232 nömrəli və xx.xx.2007-ci il tarixli 307 nömrəli sərəncamların və həmin sərəncamlar əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının balansına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə cavabdehlik daşımalı olan inzibati orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 07 may 2007-ci il tarixli 1425/07 nömrəli məktubu ilə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə razılıq vermişdir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrıayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Həmin hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur (“İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsi). Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun əliliyinə nail olmaq (“İnzibati icraat haqqında” Qanunun preambulası), inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Bu mübahisələr “İnzibati icraat” haqqında Qanunun 4.3-cü maddəsində müəyyən olunmuş qaydada həll olunmalıdır. Həmin normaya görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2019-cu il tarixli, 193 nömrəli qərarı ilə “İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 22 may tarixli 128 nömrəli Qərarı ləğv edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2022-ci il tarixli, 1729 nömrəli Fərmanının 4-cü bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanı ləğv edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2022ci il tarixli, 409s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin yuxarıda adı çəkilən Fərmanın icrasının təmin edilməsi ilə bağlı ədliyyə və iqtisadiyyat nazirliklərinə iki ay müddətində təkliflərini təqdim etmək təklif edilmişdir. Lakin hal-hazıradək qeyd edilən məsələ ilə bağlı, yəni “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya” barədə hər hansı tənzimləyici hüquqi akt qəbul edilməmişdir. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən yuxarıda sadalanan hüquq normalarından çıxış edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri Bakı İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(112)-1075/2023 saylı qərardadının ləğvi üçün əsas təşkil etmir. Beləliklə, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. Bu halda, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır. Bu qənaət, həmçinin aşağıdakılardan irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati aktinzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər nö hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətidir. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(112)-1075/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2188/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2188/2023
18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver