Məhkəmə qərarları › İş №2-1(103)-219/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-219/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-219/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı (xx.xx.1965-ci il tarixində Tərtər rayonunun Sarov kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- AZ1003, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Bibi-Heybət döngə 2, ev 5/E) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Heydər Əliyev adına X16) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-3187/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 14.12.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı üçüncü şəxs Heydər Əliyev adına Bakı X16 işə cəlb edilməklə cavabdeh orqanın **********9 nömrəli, 25 noyabr 2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılmasına, onun 1983-1984-cü illərdə, 1986-1989-cu illərdə aldığı əyani təhsil və 03.08.2015-ci ildən 01.02.2016-cı ilədək 6 ay müddətinə işsizlik müavinəti aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi, ona pensiya hüququ yarandığı gün, yəni 52 yaşının tamam olduğu 16.11.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair cavabdeh orqana müraciət etmişdir. Cavabdehin **********7 nömrəli, 06 iyul 2020-ci il tarixli məktubu ilə onlara təqdim etdiyi sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsi bildirilmişdir. Bundan sonra, o, tələb olunan sənədləri cavabdeh orqana təqdim etmişdir. Cavabdeh **********9 nömrəli, 25 noyabr 2020-ci il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi, onun güzəştli iş stajının 10 ildən az olması göstərilmişdir. Bu da, onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin bu imtinası qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. İlk öncə qeyd edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 9.8-ci maddəsinə əsasən, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1qadınların pensiya hüququ 52 yaşında yaranması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunda edilmiş dəyişikliyədək 20 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işlədiyinə görə ona 52 yaşında pensiya təyin edilməlidir. İndi isə, onun tələb olunan həmin sığorta stajına nəzər salınsa, o, xx.xx.1965-ci ildə anadan olmuş, 1983 - 1984-cü illərdə əyani olaraq Bakı 88 №-li şəhər orta texniki peşə məktəbini bitirmiş (1 il), 1986- 1989-cu illərdə əyani olaraq X9 X6 adına Bakı Neft Texnikumunda neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş (3 il), 02.06.1989-cu ildən 23.08.1990-cı ilədək əmtəə operatoru (1 il, 2 ay, 19 gün, - 27.08.1990-cı ildən 28.12.1992ci ilədək mühasib (2 il, 4 ay), 28.12.1992-ci ildən 03.12.1997-ci ilədək laborantı (4 il, 11 ay, 5 gün), -03.12.1997-ci ildən 08.05.2015-ci ilədək texnoloji qurğular operatoru (17 il, 5 ay, 5 gün) vəzifələrində işləmişdir. Bundan əlavə, 03.08.2015-ci ildən 01.02.2016-cı ilədək 6 ay müddətinə işsizlik müavinəti alımışa, bu da sosial sığorta stajına daxil edilməlidir. 01.07.2017-ci il tarixinədək onun iş stajı 30 il, 04 ay, 29 gün təşkil edir. Həmin 30 il, 04 ay, 29 gün əmək stajının yarıdan çoxu, yəni 18 il, 07 ay, 24 günü ona 52 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, onun 02.06.1989-cu ildən 23.08.1990-cı ilədək işlədiyi əmtəə operatoru (1 il, 2 ay, 19 gün) və 03.12.1997-ci ildən 08.05.2015-ci ilədək işlədiyi texnoloji qurğular operatoru (17 il, 5 ay, 5 gün) vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 21300000 Xİİ bölməsində Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalında şifr 2130301a—16081 texnoloji qurğuların operatorları və şirf 2130301a—16085 əmtəə operatorları vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Eyni zamanda, həmin vəzifələr hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə peşələrin Siyahısının 10.5-ci bölməsinin Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalında texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələrinə də uyğundur. O, tələb olunan sığorta stajını qanuna edilmiş dəyişikliyədək qazandığına görə, mövcud iş üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Beləliklə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, yəni ümumi 30 il, 04 ay, 29 gün, zərərli sahələrdə isə 18 il, 07 ay, 24 gün əmək stajı olduğuna görə ona 52 yaşından pensiya təyin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-3187/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı 1983-1984-cü illərdə, 1986-1989-cu illərdə aldığı əyani təhsil və 03.08.2015-ci ildən 01.02.2016-cı ilədək işsizlik müavinəti aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni 16.11.2017-ci il tarixdən təyin edilməsi və ötən illər üçün pensiya məbləğinin hesablanıb ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 23.07.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-3187/2021 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan 8 iyun 1989-cu il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasında 03.12.1997- 17.01.2008-ci il tarixləri arasındakı dövr ərzində onun “Heydər Əliyev” adına Bakı X10 işlədiyi qazanxana əməliyyatçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən, onun güzəştli iş stajı 10 ildən az (1 il 2 ay 21 gün) təşkil edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh sonuncu məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-3187/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 25.11.2020-ci il tarixli, **********9 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının ərizəsi və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə X3 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Mərkəzi Filiala təqdim etdiyi 8 iyun 1989-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında 03.12.1997-17.01.2008-ci il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev” adına Bakı X10 işlədiyi texnoloji qurğu operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində nəzərdə tutulmuşdur. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az (6 il 9 ay 23 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - Azərbaycan SSR X12 Kolleci tərəfindən verilmiş Г seriyalı, 609467 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1983- cü ildə Bakı 88 nömrəli şəhər orta texniki peşə məktəbinə daxil olmuş, 30 iyul 1984-cü ildə həmin texniki məktəbi bitirmişdir. - X9 X6 adına Bakı Neft Texnikumu tərəfindən verilmiş МТ-İ seriyalı, 275866 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 11 avqust 1986-cı il tarixdə Bakı Neft Texnikumuna əyani şöbəyə qəbul olmuş, 03 mart 1989-cu il tarixdə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnikgeoloq” ixtisas dərəcəsi və МТ-İ seriyalı, 275866 nömrəli diplom verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət X17 Universitetinin nəzdində Bakı Neft – Energetika Kolleci tərəfindən verilmiş 504 nömrəli, 17.09.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı 11 avqust 1986-cı il tarixdə, 435 saylı əmrlə Bakı Neft Texnikumuna əyani şöbəyə qəbul olmuş, 03 mart 1989-cu il tarixdə, 121 saylı əmrlə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-geoloq” ixtisas dərəcəsi və МТ-İ seriyalı, 275866 nömrəli diplom verilmişdir. - Heydər Əliyev adına X15 tərəfindən verilmiş 05 may 2016-cı il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı 27.08.1990-cı ildən (işə qəbul əmri 173/şh, 24.08.1990-cı il) “V.İliç” adına Yeni Bakı Neftayırma zavodundan köçürülmə yolu ilə “XXİİ qurultay” adına Bakı X11 mühasibatlıq şöbəsində (Abbasovanın analıq məzuniyyəti dövründə) mühasib vəzifəsində işləmiş; 28.12.1992-ci ildən (işə qəbul əmri 270/k, 28.12.1992-ci il) 34 saylı sexdə (Mammedovanın analıq məzuniyyəti dövründə) laborant peşəsində işləmiş, 24.10.1995-ci ildən (işə qəbul əmr 204/k, 24.10.1995-ci il) 34 saylı sexdə kimyəvi təhlil laborantı peşəsində işləmiş, 03.12.1997-ci ildən (işə qəbul əmri 266/şh, 02.12.1997-ci il) yanacaq istehsalı 2 saylı sahəsinin 701 saylı qurğusunda qazanxana əməliyyatçısı peşəsində işləmiş, 07.01.2008-ci ildən (işə qəbul əmri 98/k, 29.02.2008-ci il) 7saylı texnoloji sexdə 701 saylı qurğusunda (ELOU-AVT-6) qazanxana üzrə texnoloji qurğu operatoru peşəsində işləmiş, 15.07.2008-ci ildən (işə qəbul əmri 343/k, 15.07.2008-ci il) 7 saylı texnoloji sexdə 701 saylı qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmiş, 08.05.2015-ci ildən (işdən çıxma əmri SOCAR/15-1700/8- 04-001082, 08.05.2015-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar işdən azad edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. - iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli notarial qaydada tərcümə və təsdiq edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı İƏK qəbul edilənək texnikumda təhsil alıb, 10.03.1989-cu il tarixli, MT-İ seriyalı, 275866 saylı diplom; 02.06.1989-cu il tarixdən “Azneftkimya” İB-nin İstehsalat əmtəə kontoruna 3 saylı sexə 3-cü dərəcəli əmtəə operatoru qəbul edilmiş, 01.04.1990-cı il tarixdən 11.12.1989-cu il tarixli, 7 saylı protokola, 05.03.1990-cı il tarixli, 9 saylı əmrə və “Azneftkimya” İB üzrə 26.03.1990-cı il tarixli İstehsalat əmtəə kontorunun ləğv edilməsi barədə 12 saylı sərəncama əsasən Vladimir İliç adına YBNZ (yeni-Bakı neftayırma zavodu) adlandırılmış və həmin zavodun istehsalın 4 saylı neft məhsullarının hazırlanması, vurulması və daşınması üzrə 7 saylı sexinə 3-cü dərəcəli əmtəə operatoru vəzifəsinə qəbul edilmiş, 23.08.1990-cı ildən 36-cı maddənin 5ci bəndinə əsasən XXİİ qurultay adına BNZ köçürülmə qaydasında azad edilmiş, 27.08.1990-cı ildən Vladimir İliç adına YBNZ köçürülmə ilə Abbasovanın analıq məzuniyyəti dövründə mühasib vəzifəsinə qəbul edilmiş, 28.12.1992-ci ildən 34 saylı sexdə (Mammedovanın analıq məzuniyyəti dövründə) laborant peşəsində işləmiş, 24.10.1995-ci ildən 34 saylı sexdə kimyəvi təhlil laborantı peşəsində işləmiş, 03.12.1997ci ildən yanacaq istehsalı 2 saylı sahəsinin 701 saylı qurğusunda qazanxana əməliyyatçısı peşəsində işləmiş, 07.01.2008-ci ildən 7saylı texnoloji sexdə 701 saylı qurğusunda (ELOU-AVT-6) qazanxana üzrə texnoloji qurğu operatoru peşəsində işləmiş, 15.07.2008ci ildən 7 saylı texnoloji sexdə 701 saylı qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmiş, 08.05.2015-ci ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmiş, 03.08.2015-ci ildən işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmiş, 010.2.2016-cı il tarixdə işsizlik müavinətinin ödənilməsi başa çatmışdır. - Heydər Əliyev adına X16 tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 27.08.1990-cı il tarixdən 08.05.2015-ci il tarixədək işlədiyi dövrlərdə zərərli peşə və vəzifələrdə çalışmışdır. İddiaçı 02.12.1997-ci il, 266/şh saylı əmrində peşəsi qazanxana əməliyyatçısı olaraq təsdiqlənib. 03.12.1997- 07.01.2008-ci illər üzrə işlədiyi qazanxana əməliyyatçısı adında peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarında yoxdur. - Heydər Əliyev adına X16 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 28 aprel 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 03.12.1997-ci il tarixindən 07.01.2008-ci il tarixinədək “Azərneftyağ” X2 istehsalı üzrə 2 №li sahəsinin 701 saylı texnoloji qurğusunda (atmosfer vakuum qurğusu) işlədiyi qazanxana əməliyyatçısı peşəsinin texnoloji qurğuların operatoru peşəsi ilə eynilik təşkil edib etməməsi ilə bağlı bildirmişlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən qazanxana operatoru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə heç bir oxşar və ya eyni əmək funksiyalarını yerinə yetirmir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nın 36-cı hissəsində qeyd olunduğu kimi texnoloji qurğuların operatoru aşağıda göstərilən peşə funksiyalarını yerinə yetirir: - Neftin, neft məhsullarının, qazın, şistin işçi qaydalara uyğun olaraq 3-cü dərəcəli qurğularda emalı üzrə texnoloji prosesin aparılması. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında 1 və 2 dərəcəli qurğularda texnoloji prosesin aparılması və ayrı-ayrı blokların işinə nəzarət edilməsi. Blokun, qurğunun və hissənin məhsuldarlığının tənzim edilməsi. Qoyulmuş rejimdən yayınmanın xəbərdarlıq edilməsi və aradan qaldırılması. Məhsulun çıxarına və keyfiyyətinə, reagent sərfinə enerji resursuna nəzarət edilməsi. Kamera və tunel peçlərinin isitmə sisteminin işə salınması və saxlanması və onların hidravlik rejiminin tənzimlənməsi. İş qaydalarına uyğun olaraq 2-ci dərəcəli neft, neft məhsulları, qaz, şist, kömür emalı qurğularında texnoloji prosesin aparılması və avadanlığın işinə nəzarət edilməsi. Gecikdirilən kokslaşma gedən qurğularda özündən yüksək ixtisaslı operatorun rəhbərliyi altında lentli konveyerlərə xidmət edilməsi, fraksiya tərkibinə görə neft koksunun qəlbirlənməsi və təsnifatı. Nəzarət və avtomatika cihazlarına xidmət edilməsi, kartoqramma hazırlanması, onların dəyişdirilməsi, qələmlərin çernillə doldurulması, cihazların "0"- a oturdulması. Qızdırma sisteminin hörgüsünün vəziyyətinə nəzarət edilməsi. Qurğunun işə salınması, dayandırılması və rejimə sapınması. Ayrı-ayrı aparatların və qurğunun bütövlüklə təmirə hazırlanması. Texnoloji qurğuların təmirində iştirak edilməsi. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün sahələr üçün ümumi olan fəhlə peşələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarifixtisas sorğu kitabçası”nın 1-ci hissəsində qeyd olunduğu kimi qazanxana operatoru aşağıda göstərilən peşə funksiyalarını yerinə yetirir: Ümumi istilik istehsalı saatda 12,6 QC-ə qədər (3 Qkal/saata qədər) olan (tarif dərəcələrinə uyğun olaraq göstəricilər dəyişir) suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada ümumi istilik istehsalı saatda 21 QCə qədər olan maye və qaz şəkilli yanacaqla və ya elektrik qızdırıcısı ilə işləyən ayrı-ayrı su qızdırıcı və ya buxar qazanlarına xidmət. Qazanların qızdırılması, işə salınması və dayandırılması və onların su ilə qidalandırılması. Qazanlarda suyun səviyyəsinə buxar təzyiqinə və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən müşahidə. Ümumi istilik yükü 42 QC/saata qədər (10 Qkal/saat) olan əsas aqreqatlara xidmət zonasında yerləşən istilik qovşağı boyler qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət. İşlənmiş buxarın təmizlənməsi və suyun deaerasiyası. İstilik xətlərində xidmət olunan aqreqatların işə salınması; dayandırılması və istiqamətinin dəyişdirilməsi. Nasos, mühərriki, hava dəyişdirici və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması. Buxar tələbatı qrafikinə əsasən qazanların işinin tənzimlənməsi. Armatura və qazan cihazlarının təmizlənməsi. Xidmət olunan avadanlığın təmirindən iştirak etmək. Bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda texnoloji qurğuların operatoru peşəsi mövcud olsa da, qazanxana operatoru peşəsi mövcud deyil. - Heydər Əliyev adına X16 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 28 aprel 2021-ci il tarixli məktubdan görünür ki, keçmiş “Azərneftyağ” X2 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 nömrəli ED-AVQ-6 atmosfer vakuum qurğusunun zərərli iş yeri olması ilə bağlı aşağıdakıları bildirirlər: 1. Keçmiş “Azərneftyağ” X2 istehsalı üzrə 25 nömərli sahəsinin xam neftin ilkin emalı üzrə 701 saylı, ED-AVQ-6 qurğusu 1981-ci ildən istismara verilmiş, 2008-ci ildən isə istismarı dayandırılmışdır. 2. 701 saylı, ED-AVQ-6 qurğusu məhsuldarlığı ******* ton/il olan neftin ilkin emalı qurğusudur. Xam neftin emalı nəticəsində quru qaz, açıq rəngli neft məhsulları (ilkin emal benzini, kerosin distillyatı və dizel yanacağı distillyatı), vakuum qazoyl və qudron istehsal edilmişdir. Xam neft və istehsal edilən neft məhsulları insan orqanizminə təsir dərəcəsinə görə zərərli maddələr kateqoriyasına aid edilir. Texnoloji prosesin mahiyyətini, eyni zamanda istehsal edilən məhsulların xüsusiyyətini nəzərə alaraq bildirirlər ki, keçmiş “Azərneftyağ” X2 İstehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı, ED-AVQ-6 qurğusu zərərli iş yeri hesab olunur. Sorğuya əlavə olaraq, zərərli iş şəraitini təsdiq edən əlavə sənədlər təqdim edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixinə olan redaksiyasına görə 13-cü maddəsinin b) bəndi ilə müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997- ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Yuxarıda qeyd edilən qanunvericilik normalarına görə 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçı ona 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. O, hazırkı tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən onun 03.12.1997-17.01.2008-ci il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev” adına Bakı X10 işlədiyi qazanxana əməliyyatçısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) nefin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində nəzərdə tutulmadığı əsas gətirilərək imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsasını iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş 10 il güzəştli iş stajının mövcud olmaması təşkil edir. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Heydər Əliyev adına X16 tərəfindən cavab olaraq verilmiş arayış və digər mötəbər sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən qazanxana operatoru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə heç bir oxşar və ya eyni əmək funksiyalarını yerinə yetirmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda texnoloji qurğuların operatoru peşəsi mövcud olsa da, qazanxana operatoru peşəsi mövcud deyil. Lakin, iddiaçının 03.12.1997-ci il tarixdən 17.01.2008-ci il tarixədək işlədiyi “Azərneftyağ” X2 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı, ED-AVQ-6 qurğusu zərərli iş yeri hesab olunur. 701 saylı, ED-AVQ-6 qurğusu məhsuldarlığı ******* ton/il olan neftin ilkin emalı qurğusudur. Xam neftin emalı nəticəsində quru qaz, açıq rəngli neft məhsulları (ilkin emal benzini, kerosin distillyatı və dizel yanacağı distillyatı), vakuum qazoyl və qudron istehsal edilmişdir. Xam neft və istehsal edilən neft məhsulları insan orqanizminə təsir dərəcəsinə görə zərərli maddələr kateqoriyasına aid edilir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Heydər Əliyev adına X13 müvafiq sorğular ünvanlanaraq, - işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçının Heydər Əliyev adına X10 işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın hansı bəndində uyğun olması, işlədiyi peşələrin kodları (ayrı-ayrı göstərilməklə), xüsusiyyətləri, xarakteristikası barədə məlumatların, eyni zamanda iddiaçının işləmiş olduğu “qaznaxana əməliyyatçısı” peşəsinin hansı koda uyğun olması, xüsusiyyətləri, xarakteristikası barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. - işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçının Heydər Əliyev adına X10 işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın hansı bəndində uyğun olması, işlədiyi peşələrin kodları (ayrı-ayrı göstərilməklə), xüsusiyyətləri, xarakteristikası barədə məlumatların, eyni zamanda iddiaçının işləmiş olduğu “qaznaxana əməliyyatçısı” peşəsinin hansı koda uyğun olması, xüsusiyyətləri, xarakteristikası, habelə, qazanxana əməliyyatçısı peşəsinin texnoloji qurğuların operatorları və qazanxana ocaqçısı peşələrinə uyğun olub-olmaması və müvafiq olaraq “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının “Neft emalı” sahəsinin 2130301a—16081 koduna və Ümumi bölməsinin 23200000— 13786 koduna uyğun olub-olmaması barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə sorğularına cavab olaraq daxil olmuş Heydər Əliyev adına X11 15 dekabr 2021-ci il tarixli, SOCAR**********30490075X00179 saylı məktubunda qeyd edilmişdir ki, “İddiaçı 03.12.1997-ci il tarixindən 07.01.2008-ci il tarixinədək “Azərneftyağ” X2 istehsalı üzrə 2 №li sahəsinin 701 saylı texnoloji qurğusunda (atmosfer vakuum qurğusu) işlədiyi qazanxana əməliyyatçısı peşəsinin texnoloji qurğuların operatoru peşəsi ilə eynilik təşkil edib-etməməsi ilə bağlı bildirmək istəyirik ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən qazanxana operatoru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə heç bir oxşar və ya eyni əmək funksiyalarını yerinə yetirmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nın 36-cı hissəsində qeyd olunduğu kimi texnoloji qurğuların operatoru aşağıda göstərilən peşə funksiyalarını yerinə yetirir: - Neftin, neft məhsullarının, qazın, şistin işçi qaydalara uyğun olaraq 3-cü dərəcəli qurğularda emalı üzrə texnoloji prosesin aparılması. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında 1 və 2 dərəcəli qurğularda texnoloji prosesin aparılması və ayrı-ayrı blokların işinə nəzarət edilməsi. Blokun, qurğunun və hissənin məhsuldarlığının tənzim edilməsi. Qoyulmuş rejimdən yayınmanın xəbərdarlıq edilməsi və aradan qaldırılması. Məhsulun çıxarına və keyfiyyətinə, reagent sərfinə enerji resursuna nəzarət edilməsi. Kamera və tunel peçlərinin isitmə sisteminin işə salrfıması və saxlanması və onların hidravlik rejiminin tənzimlənməsi. İş qaydalarına uyğun olaraq 2-ci dərəcəli neft, neft məhsulları, qaz, şist, kömür emalı qurğularında texnoloji prosesin aparılması və avadanlığın işinə nəzarət edilməsi. Gecikdirilən kokslaşma gedən qurğularda özündən yüksək ixtisaslı operatorun rəhbərliyi altında lentli konveyerlərə xidmət edilməsi, fraksiya tərkibinə görə neft koksunun qəlbirlənməsi və təsnifatı. Nəzarət və avtomatika cihazlarına xidmət edilməsi, kartoqramma hazırlanması, onların dəyişdirilməsi, qələmlərin çernillə doldurulması, cihazların "O"-a oturdulması. Qızdırma sisteminin hörgüsünün vəziyyətinə nəzarət edilməsi. Qurğunun işə salınması, dayandırılması və rejimə sapınması. Ayrı-ayrı aparatların və qurğunun bütövlüklə təmirə hazırlanması. Texnoloji qurğuların təmirində iştirak edilməsi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün sahələr üçün ümumi olan fəhlə peşələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarifixtisas sorğu kitabçası”nın 1-ci hissəsində qeyd olunduğu kimi qazanxana operatoru aşağıda göstərilən peşə funksiyalarını yerinə yetirir: - Ümumi istilik istehsalı saatda 12,6 QC-ə qədər (3 Qkal/saata qədər) olan (tarif dərəcələrinə uyğun olaraq göstəricilər dəyişir) suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada ümumi istilik istehsalı saatda 21 QC-ə qədər olan maye və qaz şəkilli yanacaqla və ya elektrik qızdırıcısı ilə işləyən ayrı-ayrı su qızdırıcı və ya buxar qazanlarına xidmət. Qazanların qızdırılması, işə salınması və dayandırılması və onların su ilə qidalandırılması. Qazanlarda suyun səviyyəsinə buxar təzyiqinə və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən müşahidə. Ümumi istilik yükü 42 QC/saata qədər (10 Qkal/saat) olan əsas aqreqatlara xidmət zonasında yerləşən istilik qovşağı boyler qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət. İşlənmiş buxarın təmizlənməsi və suyun deaerasiyası. istilik xətlərində xidmət olunan aqreqatların işə salınması; dayandırılması və istiqamətinin dəyişdirilməsi. Nasos, mühərriki, hava dəyişdirici və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması. Buxar tələbatı qrafikinə əsasən qazanların işinin tənzimlənməsi. Armatura və qazan cihazlarının təmizlənməsi. Xidmət olunan avadanlığın təmirindən iştirak etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda texnoloji qurğuların operatoru peşəsi mövcud olsa da, qazanxana operatoru peşəsi mövcud deyil. Keçmiş "Azərneftyağ” X2 istehsalı üzrə 25 №li sahəsinin 701 №-li ED- AVQ-6 saylı texnoloji qurğusunun (atmosfer vakuum qurğusu) zərərli iş yeri olması ilə bağlı aşağıdakıları bildiririk:

1. Keçmiş 'Azərneftyağ” X2 istehsalı üzrə 25 №-li sahəsinin xam neftin ilkin email üzrə 701 №-li ED-AVQ-6 qurğusu 1981-ci ildən istismara verilmiş, 2008- ci ildən isə istismarı dayandırılmışdır;

2. 701 saylı ED-AVQ-6 texnoloji qurğusu məhsuldarlığı ******* ton/il olan neftin ilkin emal qurğusudur. Xam neftin emalı nəticəsində quru qaz, açıq rəngli neft məhsulları (ilkin emal benzini, kerosin distillyatı və dizel yanacağı distillyatı), vakuum qazoyl və qudron istehsal edilmişdir. Xam neft və istehsal edilən neft məhsulları insan orqanizminə təsir dərəcəsinə görə zərərli maddələr kateqoriyasına aid edilir. Texnoloji prosesin mahiyyətini, eyni zamanda istehsal edilən məhsulların xüsusiyyətini nəzərə alaraq bildirmək istəyirik ki, keçmiş "Azərneftyağ” X2 istehsalı üzrə 25 №li sahəsinin 701 saylı ED-AVQ-6 texnoloji qurğusu zərərli iş yeri hesab olunur.” Məhkəmə sorğularına cavab olaraq daxil olmuş Heydər Əliyev adına X11 31 yanvar 2022-ci il tarixli, SOCAR**********30490075X00013 saylı məktubunda qeyd edilmişdir ki, ““Qazanxana əməliyyatçısı peşəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 №li siyahısının neft emalı sahəsinin 2130301a-16081 (texnoloji qurğuların operatoru) koduna və ümumi bölməsinin 23200000-13786 (qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları), o cümlədən külü aralamaqla məşğul olan) koduna uyğun olub-olmaması barədə” X14 adına X13 ünvanladığınız 2- 1 (103)-219/2022 nömrəli iş üzrə 13.01.2022-ci il tarixli sorğunuza tərəfimizdən baxılmışdır. Sorğuya cavab olaraq aşağıdakı məlumatları Sizə təqdim edirik: Heydər Əliyev adına X11 “texnoloji qurğuların operatoru”nun peşə funksiyaları aşağıdakı kimidir: Blokun, qurğunun və hissənin məhsuldarlığının tənzim edilməsi. Qoyulmuş rejimdən yayınmanın xəbərdarlıq edilməsi və aradan qaldırılması. Məhsulun çıxarına və keyfiyyətinə, reagent sərfinə enerji resursuna nəzarət edilməsi. Kamera və tunel peçlərinin isitmə sisteminin işə salınması və saxlanması və onların hidravlik rejiminin tənzimlənməsi. Gecikdirilən kokslaşma gedən qurğularda özündən yüksək ixtisaslı operatorun rəhbərliyi altında lentli konveyerlərə xidmət edilməsi, fraksiya tərkibinə görə neft koksunun qəlbirlənməsi və təsnifatı. Nəzarət və avtomatika cihazlarına xidmət edilməsi, kartoqramma hazırlanması, onların dəyişdirilməsi, qələmlərin çernillə doldurulması, cihazların "O"-a oturdulması. Qızdırma sisteminin hörgüsünün vəziyyətinə nəzarət edilməsi. Qurğunun işə salınması, dayandırılması və rejimə salınması. Ayrı-ayrı aparatların və qurğunun bütövlüklə təmirə hazırlanması. Aparatlardan suyun drenaj edilməsi, qurutma ocağında yanma prosesinin aparılması. İstehsal edilən məhsulun keyfiyyətinə, xammal sərfinin uçotuna, reagentlərə və miqdarına nəzarət edilməsi. Silos vaqonlarına koksun yüklənməsi və boşaldılması, dəmir yollarında lent konveyerlərinin, klassifikatorların, doydurucuların yanından koksun yığışdırılması. Katalizatorların doldurulması və boşaldılması. Aparatların və peçlərin təmizlənməsi. Texnoloji qurğuların təmirində iştirak edilməsi. Əsas: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 iyun 1998- ci il tarixli “Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasının təsdiq edilməsi haqqında” N13-6 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası (hissə 36). Texnoloji qurğuların operatoru peşəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının “Neft emalı” sahəsinin 2130301a—16081 koduna uyğundur. “Qazanxana ocaqçısı” adlı peşə isə Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında (hissə 36) qeyd edilməmiş və uyğunluq təşkil etmir. Bildirmək istərdik ki, İddiaçı işlədiyi “qazanxana əməliyyatçısı” peşəsi onun işlədiyi dövrlər üçün “Azərneftyağ” X11 701 nömrəli qurğusunda “texnoloji qurğuların operatoru” peşəsinin funksiyalarını yerinə yetirmişdir. Daha sonra 2008-ci ildə peşənin adına düzəliş edilərək “texnoloji qurğuların operatoru” adlanmışdır.” Göründüyü kimi, iddiaçının mübahisəli dövrdə işlədiyi “qazanxana əməliyyatçısı” peşəsi “texnoloji qurğuların operatoru” peşəsi ilə eyni funksiyaları təşkil etmiş və qeyd edilən peşə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının “Neft emalı” sahəsinin 2130301a—16081 kodunda öz əksini tapmışdır. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu məzmunda arayış təqdim olunmuşdur. Qeyd olunmalıdır ki, bu arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir. İş materiallarında belə bir arayış mövcuddur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixə kimi 20 il ümumi və 10 il güzəştli iş stajı mövcud olduğundan iddiaçının tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında və iş yerindən verilmiş güzəştli arayışlarla əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-3187/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-3187/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar