Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2190/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X4, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə, habelə Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1892/2022 saylı, 28 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – Filial) xx.xx.2021-ci il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 17074,54 manat pensiya məbləğinin ondan tutularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş № 2-1(112)-9284/2021). İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 departamenti tərəfindən araşdırılmışdır. Araşdırma zamanı 30 avqust 1977-ci il tarixli ИТ-İ ******* nömrəli Cavabdeh məxsus əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1998-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Xəzər X8 tornaçı vəzifəsində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi tornaçı vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, Cavabdeh xx.xx.2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 17074,54 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubla ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, o, xx.xx.1998-ci ildən X13 X9 Təmiri Emalatxanasının mexaniki çilingər sahəsində işləmişdir. Onun işlədiyi müddətdə iş yerinin şəraiti zərərli sahə olmuşdur. Ona təyin olunmuş güzəştli şərtlərlə pensiyanın dayandırılmasında iddiaçı haqlı olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının işlədiyi peşələr “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.14 bəndinin “a” yarımbəndi (metal məmulatlarınının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr), eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 14-cü (Metal emalı) bölməsinin 14.12 bəndinin “a” yarımbəndi (kod 2151200a-1752a) (metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aiddir. Cavabdeh pensiya təyin olunan xx.xx.2016-cı il tarixdən 17 il 3 ay zərərli sahədə, ümumilikdə 40 ilə yaxın əmək stajı olmuşdur. Cavabdeh 1991-ci ilə kimi SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahı üzrə də zərərli sahədə işləmişdir. Ona görə də hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona qarşı artıq alınmış pensiya məbləğinin qaytarılmasına dair iddiası əsassız olduğu üçün rədd olunmalı və ona güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının verilməsi davam etdirilməlidir. xx.xx.2021-ci il tarixdə Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, 2016-cı il fevralın 01dən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2020-ci il dekabr ayından verilməsinin davam etdirilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş № 2-1(112)-9810/2021). İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 14-cü metal emalı bölməsinin 14.12-ci bəndinin “a” yarımbəndi (kod:2151200a-1752a) ilə müəyyən edilmiş qaydasına uyğun olaraq ona 57 yaşının tamam olduğu 2016-cı il fevralın 01-dən əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. Ona təyin olunmuş pensiyanın verilməsini cavabdeh 2020-ci ilin dekabr ayından dayandırmışdır. Məsələ ilə bağlı cavabdehə yazılı olaraq müraciət etmiş sonuncu cavab məktubunda iddiaçının Xəzər X8 xx.xx.1998-xx.xx.2016-cı illərdə işlədiyi tornaçı vəzifəsinin Nazirlər kabinetinin adı çəkilən Qərarında güzəştlərlə pensiya hüququ verən peşələr siyahısında nəzərdə tutulmaması bildirilmişdir. Cavabdeh hesab edir ki, ona təyin olunmuş güzəştli pensiyanın dayandırılmasında cavabdeh haqlı olmamış, Nazirlər Kabinetinin adı qeyd olunan Qərarının 12-ci metal emalının digər peşələri, vəzifələri üçün nəzərdə tutulmuş 2151200a1753a bəndinin tələblərini, yəni metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairəsi ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinin güzəştli şərtllərlə pensiya almaq hüququnu, o cümlədən iddiaçının hüququnu pozmuşdur. Odur ki, Filialın hərəkəti qanunsuz hesab edilməli və ona güzəştli şərtlərlə təyin olunmuş pensiyanın verilməsi davam etdirilməlidir. Daha sonra Cavabdeh xx.xx.2022-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Filialın xx.xx.2021-ci il tarixli, **********42 nömrəli qərarının ləğv olunması və əmək pensiyasının ödənilməsinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-9810/2021 saylı qərardadı ilə 2- 1(112)- 9810/2021 saylı iş üzrə məhkəmə icraatı 2-1(112)-9284/2021 saylı iş üzrə məhkəmə icraatı ilə birləşdirilmiş və bununla əlaqədar 2-1(112)-9810/2021 saylı inzibati iş üzrə məhkəmə icraatına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1892/2022 saylı, 28 fevral 2022-ci il tarixli qərarı ilə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “Cavabdeh artıq ödənilmiş 17074,54 manat pensiya məbləğinin ondan tutularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi” barədə iddiası təmin edilməmiş, iddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiası təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında 04 mart 2021-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilmiş, iddiaçı Cavabdeh təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, 30 avqust 1977-ci il tarixli ИТ-İ ******* nömrəli Cavabdeh məxsus əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1998-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Xəzər X8 işlədiyi tornaçı vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, Cavabdeh xx.xx.2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 17074,54 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubla ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmə işin bu hallarını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, Filialın “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddiası Cavabdeh Filiala qarşı pensiya ödənişinin dayandırılması barədə qərarın ləğvi və pensiya ödənişinin bərpası barədə iddia tələbinin nəticəsindən asılı olduğundan ilk növbədə həmin iddiaya qiymət verilməlidir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.1959-cu il tarixdə anadan olmuş, 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur. ИТ ******* nömrəli əmək kitabçasının surətinə əsasən o, xx.xx.1977-xx.xx.1978-ci illərdə M.Əzizəbəyov adına Sumqayıt Kimya zavodunda tornaçı və çilingər peşəsində işləmiş, xx.xx.1978-xx.xx.1980ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981-xx.xx.1981-ci illərdə M.Kalinin adına teleaparatura və avtomatika cihazları zavodunun Horadiz filialında tornaçı peşəsində, xx.xx.1981- xx.xx.1992-ci və xx.xx.1992-xx.xx.1993-cü illərdə “Azərkəndtəsərrüfatısuçəkilişi” şirkətində çilingər və tornaçı peşələrində, xx.xx.1994xx.xx.1994-cü illərdə Sumqayıt Kompressor zavounda tornaçı vəzifəsində, xx.xx.1994xx.xx.1997-ci illərdə Bakı Pivə Birliyində tornaçı vəzifəsində, xx.xx.1998-ci il tarixdən hazıradək isə Xəzər X8 Gəmi təmiri Emalatxanasında tornaçı vəzifəsində işləmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə müraciət etmiş, yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlər əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinin 1126 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2016-cı il tarixli Sərəncamına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdən müddətsiz olaraq 243,29 manat, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən xx.xx.2016- cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi 252.26, xx.xx.2017-ci il tarixdən müddətsiz olaraq 269.90 manat pensiya təyin edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Filiala ərizə ilə müraciət edərək hərbi xidmət və təhsil müddətinin əmək pensiyası stajına daxil edilib yenidən hesablanmasını xahiş etmiş, Filial tərəfindən əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilərək Cavabdeh ömürlük 342.62 manat pensiya təyin olunmuşdur. Daha sonra Filial Cavabdeh ödənilən əmək pensiyasını xx.xx.2021-ci il tarixdə dayandırmış və xx.xx.2021-ci il tarixdə bununla bağlı **********2 nömrəli qərar qərar qəbul etmiş, qərarda sonuncu pensiya ödənişi tarixinin xx.xx.2020-ci il olduğu qeyd edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək 2021-ci ilin yanvar ayından pensiyasının dayandırıldığını və ona məlumat verilmədiyini, xx.xx.2021-ci il tarixdə isə Filiala müraciət edərək pensiya işinə yenidən baxılmasını xahiş etmişdir. Filial tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Cavabdeh vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı Cavabdeh 30 avqust 1977-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1998-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Xəzər X8 işlədiyi tornaçı vəzifəsində işlədiyi müəyyən edilmişdir. İşlədiyi tornaçı vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də Cavabdeh güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, Cavabdeh xx.xx.2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 17074,54 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Cavabdeh artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarması xahiş olunmuş, əks halda bu ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Filial pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Bu səbəbdən Filial müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandırmaqla cavabdehin pensiya almaq hüququnq əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və mövqeyini aşağıda göstərilən normalara istinad edərək əsaslandırır. ƏPQ-nin 37.8-ci maddəsinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İş materiallarından göründüyü kimi Filial xx.xx.2016-ci ildə Cavabdeh əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt Cavabdeh əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMF-nin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində Filial öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, onun ləğvi barədə qərar qəbul etmədən və hər hansı inzibati akt qəbul etmədən xx.xx.2021-ci il tarixdə Cavabdeh təyin edilmiş pensiya ödənişini dayandırmış, bununla bağlı qərarı isə Filial yalnız 2 ay sonra, xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Filial pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Bu səbəbdən Filial müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Buna görə də belə hallardan hər hansı birini aşkar etdikdə Filial müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması isə “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1798/2021 qərarı). Beləliklə, məhkəmə kollegiyası qeyd eidr ki, Filial Cavabdeh təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən bu halların heç birini nəzərə almamış, qüvvədə olan aktını ləğv etmədən, pensiya ödənişinin dayandırılması barədə əsaslandırılmış inzibati akt qəbul etmədən, əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə Cavabdeh hüquqlarının pozulmasına yol vermişdir. İş materiallarından göründüyü kimi Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubda Filial onun işlədiyi tornaçı vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığını bildirmişdir. İşin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən Cavabdeh işlədiyi müəssisəyə verilmiş sorğuya cavab olaraq Azərbaycan Xəzər Dəniz X5 Cəmiyyəti Xəzər X12 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli TQ 01/02-84 saylı məktubda göstərilmişdir ki, Cavabdeh, xx.xx.1998-ci il tarixindən ARDNŞ X13 X9 Təmiri Emalatxanasının (Zığ) mexaniki çilingər sahəsində tornaçı peşəsində işləmişdir. İşlədiyi müddətdə tam iş günü ərzində, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olmuşdur. xx.xx.2014cü il tarixindən yuxarıda qeyd edilən işlərlə məşğul olmuş və 2014-cü ildən hal-hazıradək ”AXDG" QSC Xəzər X12nın “Zığ” ÜGTE-nin mexaniki çilingər sahəsində 6-cı dərəcəli tornaçı peşəsində çalışır. Onun işlədiyi tornaçı peşəsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 11-ci (Metal emalı) bölməsinin 11.14 bəndinin "a" yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 14-cü (Metal emalı) bölməsinin 14.12 “a” yarımbəndi (kod: 2151200а- 1753а) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edildiyi qeyd edilmişdir. Həmçinin məktuba əlavə olunmuş xx.xx.2014-cü il tarixli tornaçı peşəsi üzrə vəzifə təlimatında işin xüsusiyyəti aşağıdakı kimi göstərilmişdir: Universal torna dəzgahlarında böyük sayda keçidləri, emal etmək və ölçmək üçün əl çatan yerləri olan, kombinasiyalı bərkitməni və müxtəlif səthlərdə yüksək dəqiq yoxlamanı tələb edən xüsusən mürəkkəb eksperimental və bahalı detalların və alətin, 1- 5 ci kvalitetlər (1- 2-ci dərəcələri) üzrə torna emalı və tamamlanması; hər cür modulu və addımı olan xüsusən mürəkkəb profilli məsul çox girişli yivlərin açılması; deformasiya uğraya bilən xüsusən mürəkkəb iriqabaritli, məsul detalların, qovşaqların və nazikdivar uzun detalların universal və unikal torna dəzgahlarında torna emalı; yeni yayma valın torna emalı, işlənmişin yenidən yonulması, xüsusən mürəkkəb profilin kalibrlənməsi, o cümlədən birləşdirilmiş plazma; mexaniki emal metodu ilə çətin emal olunan, yüksək legirlənmiş, hərarətədavamlı materiallardan olan detalların və alətin emalı üzrə göstərilən işlərin yerinə yetirilməsi. Həmçinin Azərbaycan Xəzər Dəniz X5 Cəmiyyəti Xəzər X12 xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, X13 X9 Təmiri Emalatxanasının (Zığ) mexaniki çilingər sahəsində gəmi təmiri ilə məşğul olduğu üçün onun işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci (Metal emalı) bölməsinin 11.6-cı bəndinin “a” yarımbəndi kimi qeyd olunmuş, daha sonra ətraflı araşdırma nəticəsində ÜGTE-nin Çilingər sahəsində gəmi avadanlıqlarının təmiri üzrə tornaçı peşəsində işləməsi nəzərə alınaraq, həmin peşənin 11.14-cü bəndinin “a” yarımbəndinə daha uyğun olması müəyyən edilmişdir. Məktuba əlavə olunmuş xx.xx.2022-ci il tarixli, HB 22/02-76 nömrəli Arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.1998-ci ildən bu günə kimi üzən gəmi təmiri emalatxanasında (Zığ) mexaniki çilingər sahəsində tornaçı peşəsində çalışır və eyni zamanda gəmi avadanlıqlarının təmiri ilə məşğuldur. Belə ki, Cavabdeh gəmi bölmələrinin daxilində gəmi metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğuldur. Tornaçı peşəsi çilingər peşəsi hesab edilmir. “Xəzər X12" tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş TQ 01/02- 1127 nömrəli məktuba xx.xx.1998-ci il tarixli Fərdi əmək müqaviləsinin surəti, xx.xx.2003- cü il tarixli 41k/ş nömrəli əmrin surəti əlavə olunmuşdur. xx.xx.1998-ci il tarixli Fərdi əmək müqaviləsinin surətindən görünür ki, müqavilə qeyri müəyyən müddətə bağlanılmış, işçi xx.xx.1998-ci il tarixdə işə başlamışdır. xx.xx.2003-cü il tarixli 41-k/ş nömrəli əmrin surətində qeyd edilmişdir ki, GTE-nin 6-cı dərəcəli tornaçısı Cavabdeh xx.xx.1999-xx.xx.2000-ci il dövrü üçün xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə qədər 36 t\g müddətində (21t\g əsas, 13 t\g zərərli iş şəraitinə görə, 2-i bayram günüdür) məzuniyyət verilmiş, işə çıxma vaxtı xx.xx.2003-cü il olmuşdur. Azərbaycan Xəzər Dəniz X5 Cəmiyyətinin Xəzər Dəniz X3 İdarəsinin xx.xx.2021-ci il tarixli, TQ 01/02-833 nömrəli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.1998-ci ildən X13 X9 Təmiri Emalatxanasının (ÜGTE) mexaniki çilingər sahəsində tornaçı peşəsində işləmiş və halhazırda ÜGTE-nin mexaniki çilingər sahəsinin 6-cı dərəcəli tornaçı peşəsində çalışır. Cavabdeh işlədiyi peşələr “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.14 bəndinin “a” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 14-cü (Metal emalı) bölməsinin 14.12 bəndinin “a” yarımbəndi (kod: 2151200a-1753a) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçı gəmi təmiri emalatxanasında tornaçı işləməklə gəmi bölmələrinin daxilində gəmi metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olmuş, onun işlədiyi müəssisə isə əmək funksiyası nəzərə alınmaqla müavfiq koda uyğun güzəştli pensiya təyin edilməsi ilə bağlı arayış vermişdir. Lakin Filial həmin peşə adının Siyahıda olmaması əsası ilə Cavabdeh pensiyasını dayandırmışdır. Halbuki yuxarı instansiya məhkəmələri tərəfindən formalaşmış mövqeyə görə Cavabdeh gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (Cavabdeh tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Yəni burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Filial isə yalnız ad uyğunluğunu mübahisələndirmiş, bu zaman əmək funksiyalarının uyğunsuz olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Xəzər Dəniz X5 Cəmiyyəti Xəzər X12 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli TQ 01/02-84 saylı məktuba əlavə olunmuş xx.xx.2018-ci il tarixli iş yerlərində əmək şəraitinin qiymətləndirilməsi cədvəlindən görünür ki, Cavabdeh Azərbaycan Xəzər Dəniz X5 Cəmiyyətinin Xəzər X8 Gəmi təmiri emalatxanasında Mexaniki çilingər sahəsi üzrə işlədiyi tornaçı vəzifəsi istehsalat mühitinin amilləri ilə əlaqədar cəmi 3 balla qiymətləndirilmiş, əmək şəraitinə görə güzəştlər (1 və ya 2 nömrəli siyahılara) siyahısına aid edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «18» avqust 1993-cü il tarixli 6-2 saylı qərarı ilə təsdiq edilmiş (hazırda qüvvədə düşmüş) «Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının aparılması qaydası haqqında» Təlimatın 7 nömrəli Əlavəsi ilə Güzəştli pensiya almaq hüququnu təsdiq etmək üçün əmək şəraitinin qiymətləndirilməsinin metodikası müəyyən edilmiş və orada göstərilmişdi ki, əgər balların miqdarı 1-6 olarsa, onda həmin işlər zərərli və ağır sayılır və 2 nömrəli siyahı üzrə güzəştli pensiya təyin olunur. Əgər balların miqdarı 6, 1-dən 10 və artıq olarsa onda həmin işlər xüsusi zərərli və xüsusi ağır sayılır və 1 nömrəli siyahı üzrə güzəştli pensiya təyin olunur. Eyni zamanda hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “04” dekabr 2002-ci il tarixli 15-4 № li qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”nın 7-ci hissəsinə əsasən əmək şəraitinin faktiki vəziyyəti üzrə X fakt balı 2,1-4,0 olan əmək şəraiti orta səviyyəsində ağır və zərərli əmək şəraiti hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh işlədiyi peşənin zərərli olması iş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəli ilə də təsdiq edilmiş, Filial bu halı da təkzib edən hər hansı bir sənəd təqdim etmədiyindən Filialın Cavabdeh təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarı və pensiya ödənişinin verilməməsindən ibarət hərəkəti qanunsuzdur və buna görə də Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” barədə iddiası təmin edilməsi barədə birinci instansiya məhkməsinin qərarı əsaslı olmuşdur. Kollegiya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddiası üzrə qeyd edir ki, Filial Cavabdeh təyin edilmiş əmək pensiyasını dayandırarkən qanunvericiliyin maddi və prosessual hüquq normalarını pozmuş, onun bu hərəkətinin qanuni əsası olmamışdır. Belə olan halda, nə qədər ki, Cavabdeh əmək pensiyasının dayandırılması barədə qərar ləğv edilmiş və ona təyin edilən pensiya ödənişinin bərpa olunması qərara alınmışdır, Filialın Cavabdeh hazırkı dövrədək ödənilən pensiya məbləğinin geri qaytarılmasında ibarət iddiası əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin təmin edilməsinə əsas olan hallar iş materialları ilə öz təsdiqini tapmadığından apellyasiya şikayəti qərarın ləğv edilməsi üçün əsas təşkil etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1892/2022 saylı, 28 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2190/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2190/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver