Məhkəmə qərarları › İş №2-1(103)-2191/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2191/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2191/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin göndərilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3684/2025 saylı 28 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 0N oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus MN seriyalı ******* nömrəli şəxsi vəsiqənin surətinin 3-cü səhifəsindəki qeydlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin N9 iyun 2020-ci il tarixli, 045N nömrəli əmri ilə N nömrəli hərbi hissəyə baş aviasiya texniki təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 208 №li nizami hissə üzrə əmrindən görünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin N9 iyun 2020-ci il tarixli 045N nömrəli əmri ilə müvafiq vəzifələrə təyin edilmiş aşağıda adları çəkilən zabitlər, Bakı şəhəri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən gəlmiş hesab edilsinlər, 20 iyun 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilsinlər, vəzifələrinin qəbuluna və icrasına başlasınlar. Vəzifə maaşı ştata əsasən təyin edilsin. N. Leytenant İddiaçı-N-ci aviasiya eskadrilyasının (Su- 25) manqanı texniki-istismar hissəsinin təyyarənin baş aviasiya texniki. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin N9 iyun 2020-ci il tarixli 045N nömrəli əmrindən çıxarış (d/o-N47) və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 4N9, 423, 426, 429, 430, 438, 434, 439, 440, 44N, 442, 443, 447, 449 450, 452, 456, 459, 460, 46N,463, nömrəli təyinat vərəqələri. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissə Komandirinin xx.xx.202N-ci il tarixli 327 nömrəli nizami hissə üzrə əmrindən görünür ki, Leytenant İddiaçı Eixan oğlu, N nömrəli hərbi hissənin N-ci aviasiya eskadrilya (Su-25 aviasiya manqasının texniki-istismar hissəsinin təyyarənin baş aviasiya texniki, M (3 nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 06 noyabr 202N-ci il tarixli 034 nömrəsi ilə, N nömrəli hərbi hissənin silahlı pilotsuz uçuş aparatları taborunun silahlı pilotsuz aparatları dəstəsinin (“Bayraktar-TB2”) silahlı pilotsuz uçuş aparatlarının idarəetmə bölməsi rəisinin baş köməkçisi-əməliyyat zabiti vəzifəsinə təyin edilmiş, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 22 noyabr 202N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsın, xidmətini davam etdirmək üçün Salyan şəhəri, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin. Leytenant İddiaçı 202N-ci ilin yanvar-oktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin N9 oktyabr 20N7-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Leytenant İddiaçı 202N-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 202N-ci il növbəti məzuniyyətdən tam istifadə edib, N (bir) aylıq vəzifə maaşı məbləğində əlavə təminatı ödənilib. Əsas: Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 06 noyabr 202N tarixli 034 nömrəli əmrindən çıxarış (d/o-266) və üzülüşmə vərəqəsi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N mart 2022-ci il tarixli, 638 nömrəli arayışın surətindən görünür ki, leytenant İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissə komandirinin N nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissədə mühəndis-aviasiya təminatının təşkil olunması üzrə tapşırıqlarını yerinə yetirmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, 3070 nömrəli məktubla iddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə baxılmış və imtina cavabı verilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı statusunun və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “iddiaçıya AR Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarına uyğun olaraq AR Nazirlər Kabineti ilə razılaşdırılmaqla “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 045N nömrəli əmri ilə N9 iyun 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə baş aviasiya texniki vəzifəsinə təyin edilmişdir. 22 aprel 2024-cü il tarixdə N nömrəli hərbi hissədə leytenant hərbi rütbəsində SPUA taborunun SPUA dəstəsinin idarəetmə bölmə rəisinin baş köməkçisi-əməliyyat zabiti vəzifəsində xidmət etmişdir. Döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) İddiaçı N nömrəli hərbi hissədə leytenant rütbəsində N-ci aviasiya eskadrilyasının (SU-25) manqanın texniki-istismar hissəsinin təyyarənin baş aviasiya texniki vəzifəsində xidmət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında SU-25 tipli döyüş təyyarəsinin döyüş uçuşu qabağı hazırlığını, təkrar döyüş uçuşuna hazırlığını, döyüş uçuşundan sonrakı hazırlığını və eləcə də hazırıqlar zamanı aşkarlanmış nasazlıqları aradan qaldıraraq döyüş uçuşlarının yerinə yetirilməsini təmin etmişdir (Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması tarixləri və əmrin nömrələri: xx.xx.2020 N-208 xx.xx.202N N-327). Bu barədə müvafiq qeydlər hərbi biletdə, N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 638 nömrəli arayışda və “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteram” vəsiqəsinin verilməsi üçün təqdim edilən hərbi hava qüvvələri bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış- məlumatda göstərilmişdir. Hesab edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının süverenliyi və ərazi bütövlüyü uğrunda gedən 2-ci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak etdiyinə görə qanunvericiliyin tələblərinə əsasən ona Müharibə veteranı adı verilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının barəsində təqdim olunmuş arayış məlumatın 7-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi (Kürdəmir rayonu) ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2N6 nömrəli 22 sentyabr N995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Yuxarıda göstərilənlərə əsasən cavabdeh inzibati orqan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3684/2025 saylı 28 yanvar 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Məhkəmə qeyd olunan qərarında iddiaçının 27.09-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hisədə SU-25 döyüş təyyarəsinin manqanın texniki istismar hissəsinin baş aviasiya texniki kimi döyüş əməliyyatlarında iştirak etdiyini, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq xx.xx.20N5-ci il tarixli qərarına (Aviasiya taktiki fəaliyyətləri üzrə döyüş təlimatı) əsasən mühəndis-aviasiya təminatı işinin yerinə yetirilməsində həmçinin SU- 25 döyüş təyyarələrinin qısa və tez bir zamanda hazırlanıb döyüş uçuşlarına göndərilməsi işini yerinə yetirdiyini əsas götürərək iddianı təmin etmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların ciddi pozuntulara yol verməklə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edirik ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır. İddiaçı iddia edir ki, N nömrəli hərbi hissədə N-ci aviasiya eskadrilyasının (SU-25) manqanın texniki-istismar hissəsinin təyyarənin baş aviasiya texniki vəzifəsində xidmət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında SU-25 tipli döyüş təyyarəsinin döyüş uçuşu qabağı hazırlığını, təkrar döyüş uçuşuna hazırlığını, döyüş uçuşundan sonrakı hazırlığını və eləcə də hazırıqlar zamanı aşkarlanmış nasazlıqları aradan qaldıraraq döyüş uçuşlarının yerinə yetirilməsini təmin etmədiyi qeyd edilmişdir. İddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmir. İddiaçının adına tərtib edilmiş arayış-məlumatda onun ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissədə Su-25 tipli təyyarəsinin döyüş uçuşu qabağı hazırlığını, təkrar döyüş uçuşuna hazırlığını, döyüş uçuşundan sonrakı hazırlığını və eləcədə hazırlıqlar zamanı aşkarlanmış nasazlıqlar aradan qaldıraraq döyüş uçuşlarının verinə yetirilməsini təmin etdiyi qeyd edilmişdir. Göründüyü kimi, Kürdəmir rayonu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və məhkəmə iddiaçının iddia tələbinin təmin edilməsində haqlı olmamışdır. Lakin, inzibati işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. Həmin məktubun nə vaxt iddiaçı tərəfindən alınması iş materiallarından müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “iddiaçının barəsində təqdim olunmuş arayış məlumatın 7-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020- ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi (Kürdəmir rayonu) ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2N6 nömrəli 22 sentyabr N995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin Nci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinə əsasən 2020ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: N. Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii)

2. həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olubolmaması. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasınlan imtina edən cavabdeh inzibati orqanın əsas dəlili döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqlarının yerinə yetirilməsində iddiaçının iştirakının müvafiq sənədlərlə təsdiqlənməməsidir. Halbuki Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N mart 2022-ci il tarixli, 638 nömrəli arayışın surətindən görünür ki, leytenant İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissə komandirinin N nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissədə mühəndisaviasiya təminatının təşkil olunması üzrə tapşırıqlarını yerinə yetirmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi 4NNnömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2N09 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.202N-ci il tarixli 062 nömrəli əmri ilə N nömrəli hərbi hissə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə kimi müəyyənləşdirilmişdir. N nömrəli hərbi hisə komandiri tərəfindən təsdiq edilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hərbi aviasiya tərkibində döyüş əməliyyatlarında mühəndis aviasiya təminatı tapşırıqlarını yerinə yetirmiş hərbi qulluqçular barədə Arayış-məlumatdan görünür ki, N nömrəli hərbi hissənin 2-ci silahlı pilotsuz uçuş aparatları dəstəsinin idarəetmə bölmə rəisinin baş köməkçisi -əməliyyat zabiti İddiaçı 27.09-xx.xx.2020-ci il tarixlərində döyüş əməliyyatları aparılan zaman (N nömrəli hərbi hissədə) vəzifəsi N-ci aviasiya eskadrilyasının (Su-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş aviasiya texniki olmuşdur. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması döyüş əməliyyatları aparan hərbi hissəyə daxil olub, xx.xx.2020-ci il əmr №045N, hal-hazırda xx.xx.202N-ci il tarixli əmr №034 N nömrəli hərbi hissədə xidmətini davam etdirir. Arayışın 5-ci bəndi və 6-cı bəndlərindən görünür ki, hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0N nömrəli döyüş əmri və hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri. Həmin dövrdə şəxsin döyüş əməliyyatlarında bilavasitə iştirak edən hərbi aviasiya vasitələrinin mühəndis-aviasiya təminatının təşkil olunması üzrə tapşırıqları yerinə yetirməsi üçün cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə) N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri. Həmin dövrdə şəxsin döyüş əməliyyatlarında bilavasitə iştirak edən hərbi aviasiya vasitələrinin mühəndis-aviasiya təminatının təşkil olunması üzrə tapşırıqları yerinə yetirməsi üçün cəlb olunması N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri. Həmin dövrdə şəxsin cəlb olunduğu hərbi aviasiya bölmələrinin tərkibində mühəndis - aviasiya təminatının təşkil olunması üzrə tapşırıqları yerinə yetirməsi (tarix və əmrin nömrəsi göstərilməklə) hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri və aviasiya eskadrilyası komandirinin şifahi döyüş əmri ilə döyüş əməliyyatlarına cəlb olunub və vəzifə borcuna uyğun döyüş tapşırığını yerinə yetirib (7-ci bənd). İştirak etdiyi ərazilər Kürdəmir rayonu, N nömrəli hərbi hissənin dislokasiya məntəqəsi (8-ci bənd). SU-25 döyüş təyyarəsinin manqanın texniki istismar hissəsinin baş aviasiya texniki kimi döyüş əməliyyatlarında iştirak edib. Azərbaycan Respublikası Müdafiə nazirinin 0N9 nömrəli xx.xx.20N5-ci il tarixli qərarına (Aviasiya taktiki fəaliyyətləri üzrə döyüş təlimatı) əsasən mühəndis-aviasiya təminatı isinin yerinə yetirilməsində həmçinin SU- 25 döyüş təyyarələrinin 35 (otuz beş) döyüş uçuşunu qısa və tez bir zamanda hazırlanıb döyüş uçuşlarına göndərilməsi işini yerinə yetirmişdir (9-cu bənd). Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdi ki, iddiaçının 27.09xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində baş aviasiya texniki kimi döyüş əməliyyatlarında bilavasitə iştirak edən hərbi aviasiya vasitələrinin mühəndisaviasiya təminatının təşkil olunması üzrə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi üçün cəlb olunması şəxsi vəsiqəsindəki qeydlərlə, həmçinin iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Hazırki işdə iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir. Məhkəmə kollegiyası onu da qeyd etməyi vacib sayır ki, 2020-ci il sentyabrın 27dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, XN, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Nəzərə almaq lazımdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyi də belə olmuşdur (2-N(N02)-N7N5/2025 saylı, 24 iyul 2025-ci il tarixli qərar). Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında yuxarıda qeyd olunan qaydada əsaslandırılmışdır (2-N(N02)- N632/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). İddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqan isə imtinanın əsasını təsdiq edən hər hansı sübutu nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 3684/2025 saylı 28 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3684/2025 saylı 28 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X8 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar