Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2193/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasinin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 1979-1985-ci illərdə orta texniki peşə məktəbində (texnikomda) aldığı təhsil və hərbi xidmət keçməsi, eləcə də xx.xx.1985- xx.xx.1987-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmağı, həmçinin, xx.xx.1996-xx.xx.2013- cü illər arasında zərərli sahədə, yəni rəngsaz peşəsində çalışmağı cavabdeh tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. SOCAR tərəfindən verilmiş yuxarıda göstərilən hər iki güzəştli arayışda AR Nazirlər Kabinetinin 12 saylı Qərarına istinad edilərək bilavasitə zərərli sahədə çalışdığı üçün iddiaçıya işlədiyi peşələrin Nazirlər Kabinetinin 12 saylı Qərarında göstərilən peşələrlə uyğun gəldiyi barədə güzəştli arayış vermişdir. Həmçinin cavabdehin imtinasında qeyd etdiyi “17 iyul 2023-cü il tarixli SC-PS2023-290 nömrəli arayışda isə rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi barədə hər hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız yoxdur” kimi münasibət bildirməsi də əsassızdır. Belə ki, sözügedən gözəştli arayışın “Qeyd” hissəsində buna açıq-aşkar aydınlıq gətirilmişdir. Arayışda qeyd edilmişdir ki, Qeyd: İddiaçı Firuddin oğlunun neft rezevuarlarında, gəmi bölmələrində, neft tanklarında, neft platformalarında yuxarıda qeyd edilmiş vəzifələrdə işləyərkən istifadə etdiyi təhlükəliliyi 3-cü dərəcəli aşağı olmayan zərərli maddələrdən ibarət boyaların tərkibi (l-metoksi-2-propanol, həlledici nafta (neft), ağır qoxu, ksilen, 2- metilpropan-l-ol, 3,6-diazaoktanetilendiamin, epoksi qatran (700<MW<=1100), kristal silisium, nəfəs ala bilən toz (<10 mikron), barium sulfat, n-butil asetat və s.) göstərildiyi sənədlər bu arayışa əlavə edilmişdirr (əsas "xxxx"in SC-PS-2023-290 saylı 17 iyul 2023-cü il tarixli şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış)”. Həmçinin əmək kitabçasına əsasən xx.xx.1996-xx.xx.2013-cü il tarixlərində “STORK” (əvvəlki adı ”RİQBLAST”) şirkətində rəngsaz peşəsində çalışmışdır ki, bu da öz növbəsində güzəştli sayılmasına baxmayaraq cavabdeh buna ümumiyyətlə münasibət bildirməyərək sığorta stajını nəzərə almamışdır. Hansı ki, bu dövrləri sübut edən əmək kitabçası vardır. Bütün bunlara baxmayaraq cavabdeh əmək kitabçası ilə sübut olunan 11 il 05 ay güzəştli sosial sığorta stajını nəzərə almamışdır. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-T- 219940/2023 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan güzəştli iş stajının və pensiya kapitalının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (29) bölməsinin mütəxəssislər (b) bəndində tikinti və quraşdırma işləri üzrə ustalar və ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) istinad edərək bildirmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən SOCAR Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, 14-2-8-T-1-42/2023-39 nömrəli arayışda İddiaçı xx.xx.1987-xx.xx.1991-ci il arasındakı dövr ərzində sözügedən müəssisənin keyfiyyətə nəzarət şöbəsində usta, xx.xx.1991xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Şelflayihətikinti LTSB-nin boru hazırlama zavodunda keyfiyyətə nəzarət şöbəsində baş usta, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzindəisə həmin müəssisənin texniki nəzarət şöbəsində baş usta, "xxxx" LLC-nin 17 iyul 2023-cü il tarixli SC-PS-2023-290 nömrəli iddiaçıya dair arayışında isə xx.xx.2013- xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin dəniz platformalarında göyərtə işləri üzrə mütəxəssis-rəngsaz vəzifəsində, xx.xx.2014-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində dəniz platformalarında çoxixtisaslı texnik-helikopter enişi üzrə işçi və xx.xx.2017-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində rəngsaz vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi usta və baş usta vəzifələri 24 iyul 2023-cü il tarixli, 14-2-8/2-T-1-42/2023-39 nömrəli arayışda istinad edilən Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tikinti və quraşdırma işləri üzrə usta vəzifəsinə uyğun deyil. Eyni zamanda 17 iyul 2023-cü il tarixli SC- PS-2023-290 nömrəli arayışda rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olan zaman İddiaçı tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd edilməmişdir. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı yoxdur. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. - cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. - xx.xx.1975-ci ildən doldurulmağa başlanmış iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı Neft istehsalat sahəsində xx.xx.1975-ci ildən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək, təmirçi çlingər, çilingər-elektrik işləmiş, 1978-1982-ci illərdə Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil almış, xx.xx.1983-cü ildən xx.xx.1997-ci il tarixədək Xəzər dənizininin neft-qaz yerölçmə işlərinin aparılması üzrə 3-cü bölməsində geoloq, mühəndis, godezist-rəis müavini, xx.xx.1997-ci ildən-xx.xx.2005-ci ilədək "xxxx" Birgə Müəssisəsində mühəndis, xx.xx.2005-ci ildən xx.xx.2014-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində baş tədqiqatçı, xx.xx.2014-cü ildən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də baş tədqiqatçı vəzifəsində işləmişdir. -Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 24 iyul 2024-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən usta və baş usta vəzifəsində: Bakı Stasionar Dərinlik Özülləri zavodunun Keyfiyyətə nəzarət şöbəsində (31 nömrəli sex) xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 364/k saylı əmr) xx.xx.1991-ci il tarixinədək (xx.xx.1991-ci il tarixli 74/k saylı əmr); "Şelflayihətikinti” LSTB-nin Boru hazırlama zavodunun Keyfiyyətə nəzarət şöbəsində xx.xx.1991-ci il tarixindən (xx.xx.1991-ci il tarixli 3/k saylı əmr) xx.xx.1992-ci il tarixinədək (xx.xx.1992-ci il tarixli 99/k saylı əmr); "Şelflayihətikinti” LSTB-nin Bakı dərin özüllər zavodunun Texniki nəzarət şöbəsində xx.xx.1992-ci il tarixindən (xx.xx.1992-ci il tarixli 162/k saylı əmr) xx.xx.1996-cı il tarixinədək (xx.xx.1996-cı il tarixli 29/k saylı əmr) işləmişdir (8 il 6 ay). İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Texnoloji avadanlığın təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar islərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş verlərinin səmərələsdirilməsini və peşələrin əvəz olunmasım təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının verinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil etmək və sair islərdən ibarətdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısnın 29-cu bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə usta” vəzifəsi üzrə iş stajı 08 il 06 ay (səkkiz il altı ay) təşkil edir. -“Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışması” barədə "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli arayışında bildirilmişdir ki, İddiaçı Firuddin oğlu "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) çalışmış, yəni 01 iyun 2013-cü il tarixində N 0438 saylı əmək müqaviləsinə əsasən dəniz platformalarında göyərtə işləri üzrə mütəxəssis/rəngsaz vəzifəsinə təyin edilib, off/0438/2140 nömrəli əmək müqaviləsinə əsasən 01 noyabr 2014- cü il tarixində dəniz platformalarında çoxixtisaslı texnik/helikopter enişi üzrə işçi vəzifəsinə, off/0438/3134 nömrəli əmək müqaviləsinə əsasən 01 noyabr 2017-ci il tarixində rəngsaz vəzifəsinə keçirilib, 14 iyul 2023-cü il tarixində 023/314 nömrəli əmrə əsasən əmək müqaviləsinə xitam verilib. “SOCAR Cape" MMC-də işlədiyi vəzifələr üzrə sosial sığorta (əmək) stajı 10 il 1 ay 13 gün təşkil edir. Neft rezervuarlarında, gəmi bölmələrində, neft tanklarında, neft platformalarında təhlükəliliyi 3-cü dərəcəli aşağı olmayan boyalardan istifadə və rəngsaz kimi işləməklə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 1.3-cü yarımbəndinə və 35 ümumi peşələr vəzifə koduna uyğundur. Qeyd: İddiaçı Firuddin oğlunun neft rezevuarlarında, gəmi bölmələrində, neft tanklarında, neft platformalarında yuxarıda qeyd edilmiş vəzifələrdə işləyərkən istifadə etdiyi təhlükəliliyi 3-cü dərəcəli aşağı olmayan zərərli maddələrdən ibarət boyaların tərkibi (l-metoksi-2-propanol, həlledici nafta (neft), ağır qoxu, ksilen, 2-metilpropan-l-ol, 3,6 - diazaoktanetilendiamin, epoksi qatran (700<MW<=1100), kristal silisium, nəfəs ala bilən toz (<10 mikron), barium sulfat, n-butil asetat və s.) göstərildiyi sənədlər bu Arayışa əlavə edilmişdir. -Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, müəssisə tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 14-2-8/2-T-1-42/2023-39 nömrəli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışda onun Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda yerinə yetirmiş olduğu işlər və işləmiş olduğu vəzifənin əmək funksiyaları barədə məlumat verilmişdir. - Cavabdehin xx.xx.2024-cü il tarixli Xidməti Məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2023-cü il tarixinə ona münasibətdə 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı 172075,62 manat təşkil edirdi. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Həmin Qanunun 9.1.-ci maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə redaksiyasında göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericilik normalarının tələblərinə əsasən iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun həmin tarixə qədər 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının güzəştli iş stajının toplanmamasıdır. Belə ki, cavabdehin əsas dəlilləri ondan ibarət olmuşdur ki; -iddiaçının xx.xx.1987-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992 və xx.xx.1992- xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində Şelflayihətikinti LTSB-nin boru hazırlama zavodunda keyfiyyətə nəzarət şöbəsində usta və baş usta vəzifəsinin güzəştli pensiya hüququ verən tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun olamaması, -həmçinin "xxxx" MMC-nin iddiaçıya verdiyi xx.xx.2023-cü il tarixli arayışda onun xx.xx.2013-cü ildən xx.xx.2014-cü il tarixədək dəniz platformalarında göyərtə işləri üzrə mütəxəssis-rəngsaz, xx.xx.2017-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi rəngsaz vəzifəsinin tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyinin müəssisənin güzəştli arayışında qeyd olunmamasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1- ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İşin birinci instansiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" MMC-nin cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı "xxxx" MMC-də (“Cəmiyyət”) rəngsaz vəzifəsində işləyərək istifadə etdiyi boyaların təhlükəliliyin 3-cü dərəcədən aşağı olduğunu materialların təhlükəsizlik məlumat cədvəllərinə (X5 Sheets - “MSDS”) əsasən müəyyən etmək olar. MSDS təhlükəli maddələrin və məhsulların təhlükəsizlik məlumatlarını təqdim edən standartlaşdırılmış sənəddir. Bu məlumatlar boyaların sağlamlıq və ətraf mühitə təsiri, yanğın və partlayış riski, toksik effektlər və digər təhlükələrlə bağlı olaraq verilir. MSDS maddələrin kimyəvi tərkibini, fiziki və kimyəvi xüsusiyyətlərini, təhlükəlilik səviyyəsini, təhlükəsiz saxlama və işləmə prinsiplərini, yanğın və partlama riskini və təhlükəsizlik məsləhətlərini təqdim edir. Bildirmək istəyirik ki, İddiaçı işlədiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 35-ci bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun, 1993-cü il tarixli, 320 nömrəli qərarının 1 №-li Siyahısında öz əksini tapmış 23200000— 13450 bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) uyğundur. Bu məktuba əlavə olunan sənədlərdən görünür ki, İddiaçı Cəmiyyətdə işlədiyi müddət ərzində istifadə etdiyi boyaların və onların tərkibi barədə ətraflı məlumat həmin sənədlərdə öz əksini tapmışdır. İşçinin həmin boyalardan istifadə etməsinin sübutu olaraq, Cəmiyyətin Sifarişçi tərəfindən alınmış boya təftiş hesabatlarda (X2) İddiaçı iş şəraiti və istifadə etdiyi boyaların adları göstərilmiş və işçi bunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda, Cəmiyyətdə təsdiq olunmuş iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planına əsasən, əmək şəraiti üzrə yerlərin attestasiyası keçirilmiş və nəticədə onun vəzifə və peşəsi ağır və zərərli kimi müəyyən edilərək güzəştli pensiya təminatı kateqoriyasına əlavə edilmişdir. İddiaçı rəngsaz kimi yerinə yetirdiyi əmək funksiyaları əmək müqaviləsinə əlavə olan vəzifə təlimatında öz əksini tapmışdır. Qeyd edilən vəzifə ilə əlaqədar olaraq İddiaçı qapalı mühit, qapalı mühitə giriş (süni nəfəs aparatı ilə daxil olmaqla), ümumi sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, təhlükəsizlik kəmərinin istifadəsi və yoxlanılması, yüksəklikdə görülən işlər barədə ümumi anlayış və boyaların vurulması barədə təlimlər keçmişdir. Təlimlərin keçirilməsini təsdiq edən sertifikatlar, digər müvafiq sənədlərin surəti məktuba əlavə edilmişdir. Məktuba rəngsaz peşəsinin vəzifə təlimatının, Materialların təhlükəsizlik məlumat cədvəlləri (MSDS) sənədlərinin surətləri, tədbirlər planı, attestasiya sənədlərinin surətləri və sertifikatların surətləri əlavə edilmişdir. Göründüyü kimi işəgötrürən tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlər əsasında müəyyən edilməsi barədə ətraflı izah verilmiş, sənədlərin surətləri təqdim edilmişdir. Belə olan halda iddiaçının iş yerindən verilmiş arayışlara əsasən "xxxx" MMC-də işlədiyi rəngsaz vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun, 1993-cü il tarixli, 320 nömrəli qərarının 1 №-li Siyahısında öz əksini tapmış 23200000— 13450 bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) uyğun olması müəyyən edilir. Həmçinin cavabdehin iddiaçının Şelflayihətikinti LTSB-nin boru hazırlama zavodunun keyfiyyətə nəzarət şöbəsində xx.xx.1987- xx.xx.1991, xx.xx.1991-xx.xx.1992 və xx.xx.1992xx.xx.1996-cı il tarixləri arasında usta və baş usta vəzifəsində işlədiyi dövrlər üzrə aparılmış araşdırma nəticəsində müəssisə tərəfindən verilmiş arayış əsasında qeyd olunan vəzifənin xüsusiyyətləri qeyd olunmuşdur ki, sözügedən xüsusiyyətlərdə texnoloji avadanlığın təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar islərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş verlərinin səmərələsdirilməsini və peşələrin əvəz olunmasım təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının verinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil etmək və sair islərdən ibarət olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə İddiaçı işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısfnm 29-cu bölməsi “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b” bəndində göstərilən “tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifəsinə uyğun gədiyini qeyd edir. Beləliklə, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışlarla iddiaçının işlədiyi usta və baş usta, həmçinin rəngsaz peşəsinin güzəştli staj verən vəzifə olduğu öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2193/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2193/2025
19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver