Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2196/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, iddiaçıların, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3708/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki: Daşınmaz Əilakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 280,5 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1992-ci ildə texniki pasporta uyğun həmin fərdi yaşayış evinə dair X3 adına dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İddianın əsaslarına görə xx.xx.1990-cı il tarixdə X4 ünvan 1 ünvanında yerləşən 2 otaqlı evə dair 111388 saylı order almışdır. xx.xx.1991-ci ildə X3 müraciətinə cavab olaraq Xətai rayon (şəhər) X2 İcraiyyə Komitəsi tərəfindən verilən 3/52 saylı qərara əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı evdə əsaslı təmir və yenidənqurma işlərinin aparılmasına icazə verilmiş, evdə əsaslı təmir və yenidənqurma işləri aparılmış və Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1992-ci ildə 30/15457 saylı evə dair qeydiyyat vəsiqəsi, xx.xx.1992-ci ildə isə reyestr nömrəsi 90/623 olan texniki pasport verilmişdir. xx.xx.2013-cü il tarixdə X8 vəfat etmişdir. Onlar vərəsə kimi tanınmış və xx.xx.2013-cü ildə daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış vermişdir. Lakin həmin çıxarışda 1991-cı il tarixdə evdə aparılan əsaslı təmir və yenidənqurma işləri, habelə, bununla bağlı Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsi və texniki pasport nəzərə alınmamışdır (Daşınmaz əmlakın növü fərdi yaşayış evin yerinə mənzil yazılmış və ümumi sahəsi 280,5 kvm. yerinə 65,4 kvm. göstərilmişdir). Buna baxmayaraq 2001-ci ilin fevral ayından başlayaraq fərdi yaşayış evinə görə əmlak və torpaq vergisini hər il ödəyirlər. İddiaçılar həmin evin mərhum X4 məxsus olması barədə X3 adına dövlət reyestrindən müvafiq arayışın verilməsi ilə əlaqədar cavabdeh İdarəyə müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina olunmuşdur. İdarənin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizlik onların qanuni hüquqlarını məhdudlaşdırır. Belə ki, İdarə onlara məxsus daşınmaz əmlak mənzil kimi qeyd etsə də, lakin Şəhər xalq deputatlarının Sovetinin rayon icraiyyə Komitəsi tərəfindən verilən 111388 saylı orderdə, həmçinin Texnik İnventarlaşdırma Bürosu tərəfindən verilən xx.xx.1992-ci ildə 30/15457 saylı qeydiyyat vəsiqəsində ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı ev kimi qeyd olunub. xx.xx.1992-ci ildə Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilən reyestr nömrəsi 90/623 olan texniki pasportda ünvan 1 ünvanında yerləşən 280,5 kvm. ümumi sahəsi olan fərdi yaşayış evi, 587,8 kv.m ümumi sahəsi olan həyətyanı torpaq sahəsi və digər tikilillər də göstərilmişdir. Həmçinin xx.xx.2020-ci ildə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 115 saylı Ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ölçüləri xx.xx.1992-ci il tarixli, 90/623 saylı texniki pasportdakı ölçülərə uyğundur. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-3708/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 280,5 kvm. ümumi sahəsi olan fərdi yaşayış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 25 dekabr 1992-ci il tarixli, 90/623 qeydiyyat nömrəli texniki pasporta uyğun mərhum X3 adına dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə barədə yeni qərar qəbul edilmə sini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evi Bakı şəhəri, Xətai, 5-ci Dairəvi küçəsi, ev 37 - mənzil kimi qeydiyyatdan keçmişdir. Bundan başqa mənzilin daxilində rekonstruksiya işləri aparılmış, əlavə 2-ci mərtəbə inşa edilmişdir və tərəflərindən 560,0 kvm. torpaq sahəsi hasara alınaraq istifadə edilməkdədir. Qeyd olunan fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və “AR Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında” nəzərədə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya imtina məktubu ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu, cavabdehə bütün sənədlərin təqdim edildiyini və işə həmin sənədlərn əlavə olunduğunu bildirərək cavabdehin evin mərhuma məxsus olması barədə arayış verilməsində əsassız hesab etmiş və qərarın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdirlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən aşağıdakı aşağıdakı faktiki hallar müəyyən olunur: 111388 saylı, xx.xx.1990-cı il tarixli dəyişmə orderinin tərcümə edilmiş surətinə əsasən X8 ünvan 2 ünvanında yerləşən ümümi sahəsi 17,2 kv.m olan 1 otaqlı mənzili İ.Y.Storojenko ilə dəyişmə qaydasında Bakı şəhəri, 5-ci Dairəvi küçəsində yerləşən 26,0 kvm. sahədən ibarət iki otaqdan ibarət (izolyasiya olunmuş mənzil) ev 37 ilə dəyişmişdir. Azərbaycan SSR Xətai rayon X2 İcraiyyə Komitəsi tərəfindən verilən 3/52 saylı, xx.xx.1991-ci il tarixli “ünvan 3 ünvanında yerləşən yaşayış evinin əsaslı təmir və yenidənqurması barədə” qərarının tərcümə edilmiş surətinə əsasən ünvan 3 ünvanında yaşayan vətəndaş V.Y.Əliyevə öz hesabına və ya bank vasitəsi ilə evin əsaslı təmir və yeindənqurma işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri X2 Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 30/154557 qeydiyyat nömrəli, xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinin tərcümə edilmiş surətinə əsasən ünvan 4 ünvanında yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydiyyata alınmışdır. Cavabdeh İdarənin xx.xx.2019-cu il tarixli, **********73 №-li məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş arxiv sənədlərinə ( xx.xx.1991-ci il tarixli qərara və müqaviləyə) əsasən ünvan 1 ünvanında 65,4 kvm. sahəsi olan iki otaqlı mənzil əvəzsiz olaraq X7 verilmişdir. Bakı şəhəri İcraiyyə Aparatının Mülkiyyətin Özəlləşdirmə İdarəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən X4 məxsus evin 25 dekabr 1992-ci ildə tərtib edilmiş 90/623 qeydiyyat nömrəli texniki pasportun əslindən görünür ki, ev iki mərtəbədən ibarətdir. Tikinti 1949/1991-ci illərə aiddir. Torpaq sahəsi 587,8 kvm.-dən ibarətdir. Otaqların sahəsi barədə qeydlər vardır. Texniki pasport qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi tələbinə dair” başqa inzibati iş üzrə keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 115 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinin surətinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ölçüləri xx.xx.1992-ci il tarixli, 90/623 saylı pasportdakı ölçülərə uyğundur. Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən tərtib edilmiş fevral 2001-ci il tarixli, X5 məxsus H.Aslanov qəsəbəsi, 5-ci Dairəsvi 37 ünvanında yerləşən yaşayış evinin qiymət cədvəli və tikilintinin və torpaq sahəsinin planına əsasən tikili “A” liter yaşayış sahəsi 168,7 kvm., “B” liter qaraj sahəsi 30,0 kvm., “V” liter yay mətbəxi sahəsi 10,8 kvm., “Q” liter əl damı sahəsi 25,8 kvm., “D” liter əl damı sahəsi 10,5 kvm., ümumi sahə 228,4 kvm., əsas sahə (yaşayış sahəsi) 101,7 kvm., köməkçi sahə 126,7 kvm., torpaq sahəsi 660,7 kvm., tikinti altı sahə 253,0 kvm. müəyyən edilərək inventarizasiya dəyəri 98387166,0 manat qiymətləndirilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 612892 №-li, xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2013-cü ildə ölmüşdür. Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən verilmiş reyestr nömrəsi 2V-278 olan xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 56, mənzil 87 yaşayan İddiaçı1 və azyaşlı oğlu İddiaçı2 - xx.xx.2013-cü ildə vəfat etmiş X3 vərəsələridur (Şəhadətnamə verilən miras: ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 65.4 kv.m olan iki otaqlı fərdi yaşayış evindən ibarətdir.) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li, xx.xx.2013-cü il tarixli çıxarışının surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.4 kv.m olan mənzil xx.xx.2013-cü il tarixdən İddiaçı1 Valentinova və İddiaçı2 (mərhum) ümumi birgə xüsusi mülkiyyətindədir. Cavabdeh İdarə tərəfindən İddiaçı1 (vərəsə) ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********12 nömrəli və xx.xx.2021-ci il tarixli məktublarının surətlərinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ərizəsinə sözügedən daşınmaz əmlak dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən torpaq sahəsinin mülkiyyətə verilməsi və mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması qanunvericiliyə uyğun olmadığı, bundan başqa mənzilin daxilində rekonstruksiya işləri aparılmış, əalvə 2-ci mərtəbə inşa edilmişdir və tərəflərindən 560,0 kvm. torpaq sahəsi hasara alınaraq istifadə edilməkdə ollması əsası ilə ona imtina cavabı verilmişdir. Bundan sonra isə, yəni cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan sonra, iddiaçılar xx.xx.2021-ci il tarixdə hazırkı .hdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Beləliklə də tədqiq olunan sənədlərlə müəyyən olunan hallardan göründüyü kimi, mübahisəli ünvanda yerləşən ev 1990-cı illərdə iddiaçıların vərəsəsi olduqları mərhum X3 adına, yaşayış evi olaraq, qanuni əsaslarla qeydə alınmış və yerli icra hakimiyyətinin icazəsi əsasında da həmin evdə təmir və yenidənqurma işləri aparılmışdır ki, ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, evin ölçüləri xx.xx.1992-ci il tarixli, 90/623 saylı pasportdakı ölçülərə uyğundur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanuna əsasən aşağıdakılar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: “...8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 8.0.8-ci maddəsinə əsasən isə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ..” Müvafiq icra hakimiyyəti - Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bənində əsasən: “Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair –üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Göründüyü kimi, işin yuxarıda tədqiq edilən sənədlərlə müəyyən edilən hallarına və qanunvericilyin sözügedən tələblərinə baxmayaaq, cavabdeh tərəfindən mübahisəli ünvanda yerləşən daşınmaz əmlakın r mərhum X3 məxsus olması barədə arayış verilməsindən iddiaçılara (vərəsələrə) imtina cavabı verilmişdir. Halbuki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinin tələbinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. - 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Birinci instansiya Məhkəməsinin qərarından da görünür ki, işdə olan sübutlara hərtərəfli araşıdırma aparılmaqla düzgün hüquqi qiymət verilmiş və iddianın təmin olunması barədə işin hallarına, maddi və prosesual hüquq normalarına uyğun nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normaları pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Qeyd edilənləri nəzərə alaraq, eləcə də, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun Qanunun 22.2-ci ma maddəsinin tələbində ölmüş şəxsin vərəsəsinə, hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi nəzərdə tutulduğunu, bu barədə hazırkı mərhələdə iddiaçıların tələbin dəqiqləşdirilməsi barədə ərizəsini, habelə, cavabdehin indiki adının “Daşınmaz Əilakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” olduğunu da nəzərə alaraq, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3708/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı, nəticə hissəsində “dövlət reyestrindən sonra gələn “müvafiq çıxarışın” sözləri və mötərizə işarələri çıxarılmaqla (“arayşın” sözü saxlanılmaqla), eləcə də “cavabdeh” sözündən sonrakı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin” sözləri “Daşınmaz Əilakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin” sözləri ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 33, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3708/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı nəticə hissəsində “dövlət reyestrindən sonra gələn “müvafiq çıxarışın” sözləri və mötərizə işarələri çıxarılmaqla (“arayışın” sözü saxlanılmaqla), habelə, “cavabdeh” sözündən sonrakı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin” sözləri “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin” sözləri ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-2196/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2196/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver