Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2197/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tebeliydə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3289/2021 saylı, 05 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3289/2021 saylı, 05 may 2021-ci il tarixli qərarı ilə İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 07.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az, yəni 24 il 8 ay 25 gün təşkil edir. Bundan əlavə "xxxx" ASC tərəfindən verilmiş “əmək haqqının aylar üzrə məbləği” cədvəllərində iddiaçının 1993-cü ildə 1 ay, 1994-cü ildə 5 ay, 1997-ci ildə 6 ay, 1998-ci ildə 4 ay, 1999-cu ildə 2 ay, ümumilikdə 1 il 6 ay əmək haqqı almadığı aşkarlanmışdır. İddiaçının əmək haqqı almadığı həmin dövrlər ümumi əmək stajına daxil edilə bilməz. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmiş və iddiaçıya 20 noyabr 2020-ci il tarixli imtina məktubu ünvanlanaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz 13 dekabr 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən azdır (24 il 8 ay 25 gün). Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin artırılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarına görə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olan şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə stajı 2006cı ilin yanvarın 1-dək 12 il 06 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur və iddiaçı 57 yaşını 07.12.2018-ci il tarixdə tamamlamışdır. İddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 09.11.1980-cı il tarixdən 05.11.1982-ci il tarixdək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Azərenerjitikintiquraşdırma" ASCnin 02.09.2020-ci il tarixli, 09 nömrəli güzəştli arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən əmək kitabçasına, “Azərenerjitikintiquraşdırma" ASC-nin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən 22.08.1979-cu il tarixdən (Əmr №71/k 22.08.1979 il) 02.10.1980-cı il tarixinədək (Əmr №88/k 02.10.1980 il) “Azərenerjitikinti" trestinin “Qırmızı Ulduz” İstilik Elektrik Mərkəzinin (İEM) Tikinti İdarəsində 1-ci dərəcəli fəhlə peşəsində işləmişdir. 01.12.1982-ci il tarixdən (Əmr №98/k 01.12.1982 il) 01.12.1983-cü il tarixinədək (Əmr №107/k 08.12.1983 il) “Azərenerjitikinti" trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsində 3-cü dərəcəli betonçu peşəsində işləmişdir. 01.12.1983-cü il tarixdən (Əmr №107/k 08.12.1983 il) 01.01.1985-ci il tarixinədək (Əmr №12/k 29.01.1985 il) “Azərenerjitikinti” trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsində 4-cü dərəcəli betonçu(fəhlə) dülgər peşəsində işləmişdir. 01.01.1985-ci il tarixdən (Əmr №12/k 29.01.1985 il) 01.08.1987-ci il tarixinədək (Əmr №139/k 24.06.1987 il) “Azərenerjitikinti" trestinin “Bakıenerjitikinti" Tikinti Quraşdırma İdarəsində 5-cü dərəcəli dülgər peşəsində işləmişdir. 01.08.1987-ci il tarixdən (Əmr №139/k 24.06.1987 il) “Azərenerjitikinti" trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsinin adı dəyişdirilərək “Azərenerjitikinti” trestinin “Bakıenerjitikintiquraşdırma” TQİ adlandırılmışdır. Həmin idarədə 01.07.1988-ci il (Əmr №111/k 07.07.1988 il) tarixinədək 5-ci dərəcəli dülgər peşəsində işləmişdir. 01.07.1988-ci il tarixdən (Əmr №111/k 07.07.1988 il) “Azərenerjitikinti" trestinin “Yeni Bakı” İEM TQİ-ə keçirilmişdir və 26.03.1991-ci il tarixinə kimi (Əmr №34/k 29.03.1991 il) həmin müəssisədə - 5-ci dərəcəli dülgər peşəsində işləmişdir. 26.03.1991-cı il tarixindən (Əmr №34/k 29.03.1991 il) 03.02.1992-ci il tarixinədək (Əmr №13/k 03.02.1991 il) “Azərenerjitikinti" trestinin “Yeni Bakı” İEM TQİ-də tikinti ustası peşəsində işləmişdir. 03.02.1992-ci il tarixindən (Əmr №13/k 03.02.1991 il) “Azərenerjitikinti” İTQB-nin 23.12.1991-ci il tarixli 200 saylı əmrinə əsasən “Yeni Bakı" İEM TQİ-nin bazasında “Azistilikenerjitikinti" Tİ yaradılmış və onun nəzdində “Sumqayıt" TQİ əmələ gəlmşdir və köçürmə yolu ilə həmin tikinti idarəsinə keçirilmişdir. 03.02.1992-ci il tarixdən (Əmr №01 03.02.1992 il) 01.05.1992-ci il tarixinədək (Əmr 8/i 27.05.1992 il) köçürmə yolu ilə “Azərenerjitikinti" İTQB-nin “Azistilikenerjitikinti" Tİ-nin “Sumqayıt" TQİ-ə keçirilmiş və orada tikinti ustası vəzifəsində işləmişdir. 20.05.1992-ci il tarixdən (Əmr №113/A 30.10.1992 il) 17.02.1994-cü il tarixinədək (Əmr №16/i 17.02.1994-cü il) “Azərenerjitikinti” İTQB-nin “Azistilikenerjitikinti” Tİ-ə Sumqayıt TQİ-dən köçürmə yolu ilə həmin idarənin İstehsalat tikinti sahəsinə keçirilmiş və orada maddi məsul şəxs iş icraçısı vəzifəsində işləmişdir. "xxxx" DŞ-nin 07.01.1994 09 saylı əmrinə əsasən “Azistikilikenerjitikinti” trestinin “Yeni Bakı" İEM TQİ adlandırılmışdır. Köçürmə yolu ilə həmin idarəyə keçmiş və iş icraçısı vəzifəsində işləmişdir. 17.02.1994-cü il tarixdən (Əmr №16/i 17.02.1994-cü il) 29.12.2000-ci il tarixinədək (Əmr №401 29.12.2000-ci il) ”Azərenerjitikintiquraşdırma” ASC-nin “Yeni Bakı” İEM-nin Tİ-də iş icraçısı vəzifəsində işləmişdir. 29.12.2000-ci il tarixdən Dövlət Əmlak Nazirliyinin 401 saylı sərəncamına əsasən “Yeni Bakı” İEM TQİ-nin bazası əsasında “Bakıenerjitikintiquraşdırma” ATSC yaradılmış, onunla əlaqədar olaraq işdən azad olunmuşdur. 02.01.2001-ci il tarixdən (Əmr №l/k 02.01.2001-ci il) 31.12.2004-cü il tarixinədək (Əmr №94/k 30.12.2004-cü il) "xxxx" Səhmdar Cəmiyyətinin "Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. 03.01.2005-ci il tarixdən (Əmr №l/k 03.01.2005-ci il) 23.07.2007-ci il tarixinədək (Əmr №20/k 23.07.2007-ci il)) "xxxx" Səhmdar Cəmiyyətinin ”Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. İddiaçı usta, iş icraçısı peşələrində işlədiyi dövr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 29.“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı bərpası və təmiri” b) Mütəxəsislər bölməsinin - Tikinti və quraşdırma üzrə ustalar bəndinə, iş icraçıları -bəndlərinə əsasən imtiyazlı təqaüd almaq hüququna malikdir. Arayışda heç bir istifadə edilməmiş məzuniyyət, ezamiyyət, kompensasiya və indeksasiya nəzərə alınmamışdır. SSRİ Energetka Nazirliyinin 31.07.1991-ci il tarixli 60 nömrəli əmrinin “A” bəndinin bölməsinə əsasən “Azərenerjitikinti” tresti “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) (PSMO) adlandırılmışdır. Azərbaycan Respublikası Prezdentinin 20 may 1993-cü il tarixli 619 saylı sərəncamına əsasən “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) (PSMO) və “Enerjiquraşdırma”-nın bazası əsasında "xxxx" Dövlət Şirkəti (DŞ)(QK) yaradılmışdır. Azərbaycan Respublikası Prezdentinin 16 iyul 1998-ci il tarixli 851 saylı sərəncamına əsasən "xxxx" Dövlət Şirkəti bazası əsasında “Azərenerjitikintiquraşdırma" Açıq Səhmdar Cəmiyyəti (ASC) (AO) yaradılmışdır. "xxxx" ASC - “Azərenerjitikinti” trestinin və həmin trestin idarələri olan “Qırmızı Ulduz” İEM Tikinti İdarəsinin ”Bakıenerjitikinti” TQİ-nin “Bakıenerjitikintiquraşdırma” TQİ-nin “YENİ Bakı” İEM TQİ-nin və "xxxx" SC-nin “Santexquraşdırma” İdarəsinin hüquqi varisidir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı № ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 22.08.1979-cu ildə “Krasnaya Zvezda” İES Tİ “Azenerjitikinti” trestində 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuşdur, 01.10.1979-cu ildə 3-cü dərəcəli Betonçu ixtisası verilmişdir, 02.10.1980-ci ildə Sovet ordusunun sıralarına çağırıldığı üçün işdən azad edilmişdir, 09.11.1980-cı ildən 05.11.1982-ci ilədək Sovet ordusunun sıralarında həqiqi hərbi xidmət olmuşdur, 01.12.1982-ci ildə 3 dərəcəli Betonçu vəzifəsinə təyin edilmişdir, 01.12.1983-cü ildə dülgər-betonçu 4-cü dərəcəsi verilmişdir, 01.01.1985-ci ildə dülgər 5-ci dərəcəsi verilmişdir, 01.08.1987-ci ildə Bakıenerji TQİ Bakı Enerji Tikinti montaj TQİ - yenidən təşkil edilmiş, 01.07.1988-ci ildə İdarənin yenidən təşkilinə görə Yeni Bakı İES Azenerji tikintiyə köçürmə yolu ilə keçirilmişdir, 01.07.1988-ci ildə Yeni Bakı İES Azenerji tikintiyə 5 dərəcəli dülgər qəbul edilmişdir, 26.03.1991-ci ildə usta vəzifəsinə keçirilmişdir, 03.02.1992-ci ildə “Azərenerjitikinti” İTQB-nin 23.12.1991-ci il tarixli 200 saylı əmrinə əsasən “Yeni Bakı" İEM TQİ-nin bazasında “Azistilikenerjitikinti" Tİ yaradılmış və onun nəzdində “Sumqayıt" TQİ əmələ gəlmişdir, bunu əsas götürüb Yeni Bakı İEM TQİ-dən Sumqayıt TQİ-nə köçürmə yolu ilə keçirilmişdir, 03.02.1992-ci ildə köçürmə yolu ilə “Sumqayıt" TQİ-də usta vəzifəsinə qəbul edilmişdir, 01.05.1992-ci ildə Azərbaycan İET Tİ-nin istehsal tikinti işləri sahəsinə qaytarılmışdır, 20.05.1992-ci ildə “Azistilikenerjitikinti” Tİ-də “Sumqayıt TQİ-dən köçürmə yolu ilə iş icraçısı vəzifəsinə işə götürülmüşdür, 17.02.1994-cü ildə "xxxx" Tİ-nin 07.01.1994-cü il tarixli 9 saylı əmrinə əsasən Az İETTİ-nin “Yeni Bakı" İEM TQİ adlandırılmışdır, 29.12.2000-ci ildə Dövlət Əmlak Nazirliyinin 401 nömrəli sərəncamı ilə “Yeni Bakı” İEM TQİ-nin bazasında “Bakıenerjitikintiquraşdırma” ATSC yaradılması ilə əlaqədar işdən azad edilmişdir, 02.01.2001-ci ildə "xxxx" Səhmdar Cəmiyyətinin "Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsini icra etmiş, 31.12.2004-cü ildə müqavilə müddəti bitdiyi üçün işdən azad edilmişdir, 03.01.2005-ci ildə "xxxx" Səhmdar Cəmiyyətinin ”Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir, 15.05.2006-cı ildə işdən azad edilmişdir, "xxxx" Səhmdar Cəmiyyətinin 10.05.2006-cı il tarixli 18 nömrəli əmrinə əsasən həmin tarixdən Səhmdar Cəmiyyətin ”Santexquraşdırma” İdarəsi ayrıca filial statusu ilə fəaliyyət göstərir, 10.05.2006-cı ildə "xxxx" Səhmdar Cəmiyyətinin ”Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsinə qəbul edilmişdir, 23.07.2007-ci ildə başqa işə götürülməklə əlaqədar işdən azad olunmuşdur, 07.01.2008-ci ildə "xxxx" ASC-də əmək müqaviləsi ilə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir, 02.03.2009-cu ildə iş icraçısı vəzifəsinə keçirilmişdir, 01.09.2010-cu ildə öz xahişi ilə işdən azad edilmişdir, 07.02.2012-ci ildə “Azkommunlayihə” KLİ-də müddətli müqavilə yolu ilə memarlıq-planlaşdırma şəbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmişdir, 11.02.2016-cı ildə əmək müqaviləsinə xitam verilmişdir, 12.04.2016-cı ildə “Azkommunlayihə” KLİ-də kiçik müqavilə yolu ilə memarlıq planlaşdırma şəbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmişdir, 02.03.2020-ci ildə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.9-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixl, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hazırkı iş üzrə iddiaçının hərbi xidmət müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək 26 il 01 ay 18 gün ümumi sığorta stajına malik olduğu müəyyən edilmişdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 26.03.1991-cı il tarixindən 03.02.1992-ci il tarixinədək “Azərenerjitikinti" trestinin “Yeni Bakı” İEM TQİ-də tikinti ustası, 03.02.1992-ci il tarixdən 01.05.1992-ci il tarixinədək “Azərenerjitikinti" İTQB-nin “Azistilikenerjitikinti" Tİ-nin “Sumqayıt" TQİ-də tikinti ustası, 20.05.1992-ci il tarixdən 17.02.1994-cü il tarixinədək “Azərenerjitikinti” İTQB-nin “Azistilikenerjitikinti” Tİ-ə Sumqayıt TQİ-dən köçürmə yolu ilə həmin idarənin İstehsalat tikinti sahəsinə keçirilmiş və orada iş icraçısı, 17.02.1994-cü il tarixdən 29.12.2000-ci il tarixinədək”Azərenerjitikintiquraşdırma” ASC-nin “Yeni Bakı” İEM-nin Tİ-də iş icraçısı, 02.01.2001-ci il tarixdən 31.12.2004-cü il tarixinədək "xxxx" Səhmdar Cəmiyyətinin "Santexquraşdırma” İdarəsində iş icraçısı, 03.01.2005-ci il tarixdən 23.07.2007-ci il tarixinədək "xxxx" Səhmdar Cəmiyyətinin ”Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifələrində işləmişdir (14 il 08 ay 15 gün). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışdan görünür ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur - XXVİİ bölmə, Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, bənd «b» rəhbərlər və mütəxəssislər - kod 2290000b—23419 - yeni tikinti və quraşdırma işlərinin ustaları və kod 2290000b—24441 - iş icraçıları. Həmin peşələr həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur - Bölmə 29, Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, bənd «b» mütəxəssislər - tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahılara uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 14 il 8 ay 15 gün). İddiacının güzəştli iş stajı cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Cavabdehin həm imtinasında, həm də apelyasiya şikayətində iddiaçının əmək kitabçasına əsasən ümumi iş stajının 25 ildən az olmasını mübahisələndirərək, onun ümumi iş stajının 24 il 8 ay 25 gün təşkil etdiyini bildirir. İş materiallarından isə iddiaçının ümumi iş stajının 25 ildən çox olduğu müəyyən olunur. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasına əsasən iddiaçının 22.08.1979-cu ildən 02.10.1980-ci ilədək -1 il 1 ay 1 gün, 09.11.1980-ci ildən 05.11.1982ci ilədək-1 il 11 ay 26 gün (hərbi xidmət), 01.12.1982-ci ildən 29.12.2000-ci ilədək- 18 il 00 ay 28 gün, 02.01.2001-ci ildən 31.12.2004-cü ilədək- 3 il 11 ay 29 gün, 03.01.2005-ci ildən 01.01.2006-cı ilədək-11 ay 28 gün, cəmi 26 il 2 ay 1 gün ümumi iş stajı olmuşdur. İddiaçının 1993-cü ildə 1 ay, 1994-cü ildə 5 ay, 1997-ci ildə 6 ay, 1998-ci ildə 4 ay, 1999-cu ildə 2 ay, ümumilikdə 1 il 6 ay əmək haqqı almadığından həmin dövrlərin ümumi əmək stajına daxil edilə bilməməsinə dair apelyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgotürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işcilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işcilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169-cu maddəsinə əsasən “.... işcinin təqsiri olmadan boşdayanma vaxtı işci ücün müəyyən edilmiş dərəcənin (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.” Boşdayanmanın işcinin təqsiri üzündən baş verməsi iş materiallarından müəyyən olunmur. Əksinə məhkəmə kollegiyasına təqdim edilmiş, 22 oktyabr 2021-ci il tarixli, 43 nömrəli arayışa əlavədən görünür ki, İddiaçı "xxxx" ASC-nin idarə və təşkilatlarında işlədiyi dövrdə yaranmış istehsalat zərurəti ilə əlaqədar olaraq iş həcminin az olması və yaranmış maliyyə çətinliyi ilə əlaqədar illər üzrə bəzi ayların əmək haqqıları özündən sonrakı aylarla birləşdirilmişdir. Bəzi illərin aylarının əməkhaqqı isə infilyasiya ilə bağlı olaraq ərzaq məhsulları ilə əvəz olunmuşdur. Ona görə də əmək haqqı olmayan aylar iş günü kimi nəzərə alınmalıdır. Kollegiya yuxarıda qeyd edilən normaların tələblərindən və işin faktiki halından çıxış edərək hesab edir ki, əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən həmin dövrlər iş stajı kimi nəzərə alınmaqla pensiya təyin edilməsində sosial sığorta stajına hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı da daxil olmaqla, işlədiyi dövr nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 07.12.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə olan halda hazırki iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğundur və cavabdehin imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin iş üzrə qəbul etdiyi 05 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3289/2021 saylı, 05 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2197/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2197/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver