Məhkəmə qərarları › İş №2-1(103)-2197/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2197/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2197/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2197/2023 (Açar sözlər: “zərərin ödənilməsi və s”) Bakı şəhəri 04 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Səid Şahniyar oğlu İbrahimlinin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Avtomobil X6 nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-944/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər DYPİ-nin əməkdaşı X8 tərəfindən qəbul edilmiş İXP ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli xx.xx.2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

2. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 noyaabr 2021-ci il tarixli 3(005)- 2850/2021 saylı qərarından görünür ki, Bakı şəhər DYPİ-nin əməkdaşı X8 tərəfındən qəbul edilmiş İQ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilmişdir.

3. Bakı şəhəri "xxxx" MMC tərəfindən verilmiş 106 saylı 17 dekabr 2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı məxsus olan “Nissan Sanny” minik markalı, **-XB-*** dövlət nömrə nişanlı avtomobilə nöqsan aktına əsasən aşağıdakı məbləğdə ziyan dəymişdir: işçilərin zəhmət haqqı - 930 manat, ehtiyyat hissələri - 3790 manat, cəmi 4720 manat.

4. İddiaçı tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə ünvanlanmış Pretenziyanın (Xəbərdarlıq) surəti, göndərilməsi və alınmasını təsdiq edən sənədlərin surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinə yol-nəqliyyat hadisəsi iddiaçının təqsirinin üzündən baş verməməsi, şifahi aldığı məlumata görə həmin vaxt yollar Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq strukturu tərəfindən kimyəvi materiallarla yuyulması, lakin yolun həmin hissəsinin sürüşkən olması barədə hər hansı bir xəbərdaredici nişanının qoyulmaması, yolun sürüşkən olması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomobilinə 4720 manat zərər dəyməsi barədə məlmat verilmiş, avtomobilinə dəymiş 4720 manat zərərin 15 gün müddətində Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən ona ödənilməsini təklif edilmiş, təklifdən imtina edilərsə və ya 15 gün müddətində təklifə cavab verilməzsə, onun tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə Bakı şəhəri İcra Hakimiyyətinə xəbərdarlıq edilmişdir.

5. Azərbaycan Avtomobil X6 Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 11 may 2022-ci il tarixli, ********* nömrəli cavab məktubundan görünür ki, 19 iyul 2021 -ci il tarixdə “Nissan Sanny” markalı 99XB982 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə daxil olarkən yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə tərəflərindən kimyəvi materiallardan istifadə edilməklə yolun sürüşkən hala gətirilməsinə səbəb ola biləcək hər hansı hərəkətlərin edilib-edilməməsi, ümumiyyətlə həmin yolda təmizlik işlərinin hansı qaydada hansı təmizlik vasitələrindən istifadə edilmək barədə məlumatların məhkəməyə təqdim edilməsi ilə bağlı məktuba Azərbaycan Avtomobil X9ndə aidiyyəti üzrə baxılmış, Qeyd edilən məsələ ilə əlaqədar, Agentliyin sözügedən əraziyə xidmət göstərən "xxxx" MMC-nə edilən sorğu əsasında bildirirlər ki, tabe müəssisənin əsas funksiyası avtomobil yolları, prospekt və küçələrin saxlanılması və yol kənarı qurğuların vəziyyətinə nəzarət edilməsindən, onların daima olaraq işlək vəziyyətdə saxlanılmasından, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsindən ibarətdir. Təmizlik vasitələrindən istifadə edilməklə təmizlik işlərinin görülməsi Agentliyin fəaliyyət dairəsinə aid deyildir

6. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/192 nömrəli məktubundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1/475 nömrəli məktub əsasında Sizin icraatınızda olan işlə əlaqədar olaraq xx.xx.2021-ci il tarixində saat O800 radələrində Y.Səfərov küçəsindən H.Əliyev prospektinə daxil olarkən yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş yolun kimyəvi materiallardan istifadə edilməklə sürüşkən hala gətirilməsinə səbəb ola biləcək hər hansı hərəkətlərin edilib-edilməməsi və hansı təmizlik vasitələrindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli, 2-1(112)-7473/2022 nömrəli məktubunuza Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən yolların kimyəvi maddələrlə yuyulması işləri aparılmır. xx.xx.2021-ci il tarixində bazar ertəsi günü rayon ərazisində yolların kimyəvi maddələrlə yuyulması işləri aparılmamışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 28 mart 2022-ci il tarixli, 8/691 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Nissan Sanny” minik markalı, **-XB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36 maddəsinin 1 hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

8. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 7-3397/17 nömrəli məktubdan görünür ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil yolları Azərbaycan Avtomobil X6 balansında olduğundan, eyni zamanda yolların mühafizəsi məhz həmin Agentlik tərəfindən həyata keçirildiyindən, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət edilməsinin məqsədəuyğun olması bildirilmişdir.

9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X5 Xidmətinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 003-15088-1222 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Nərimanov rayonunun ərazisində “Nissan” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar videomüşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntülərin sistemin arxivində saxlanılma müddəti (30 gün) bitdiyindən təqdim edilməsi mümkün deyildir.

10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi X11 İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 046-34344 nömrəli məktubundan görünür ki, “Təhlükəsiz şəhər” videomüşahidə kameraları vasitəsilə qeydə alınan görüntülər yaddaş bazasında bir ay saxlanılaraq yeniləndiyindən xx.xx.2021-ci il tarixdə qeydə alınmış videogörüntülərin Sizə təqdim edilməsi mümkün deyildir.

11. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1/900 nömrəli məktubundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti büdcədən maliyyələşən inzibati orqandır, onun məsrəfləri dövlət büdcəsindən ödənilir, küçə və yollarda təmizlik işlərinin aparılması üçün inzibati orqanın müvafiq nəqliyyat vasitələri yoxdur; Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) isə yarı büdcə, yarı təsərrüfat hesablı olmaqla ikili tabeli qurumdur. Onun maliyyə məsrəfləri Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən qarşılanır və həmin qurumun tabeliyində də Nərimanov Rayon icra Hakimiyyətində olduğu kimi müvafiq təyinatlı nəqliyyat vasitələri yoxdur; 19 iyul 2021-ci il saat 8:00 tarixə təsadüf edən yol nəqliyyat hadisəsinə gəldikdə isə bildirmək istərdik ki, bu hadisənin Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə hər hansı bir aidiyyəti yoxdur. Belə ki, avtomobil yollarının istismarı, həmin yollarda nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təmin edilməsi, bu və ya digər səbəbdən baş vermiş təbii fəlakətlərin, qəzaların (torpaq sürüşməsi, işıq dirəklərinin yola yıxılması, sürtgü materiallarının yola tökülməsi və s) qarşısının alınması və qəza şəraitinin aradan qaldırılması Nərimanov Rayon İcra Hakimiyyəti və MKTB-nın səlahiyyətlərinə aid deyildir

12. Azərbaycan Avtomobil X6 Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli məktubundan görünür ki, sözügedən yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı Daxili İşlər Nazirliyinin ərazi üzrə X11 İdarəsinin müvafiq aktı təqdim olunmadığı üçün məsələyə münasibət bildirmək mümkün olmamışdır.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi X11 İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 046- 54356 nömrəli məktubundan görünür ki, sürücü İddiaçı idarə etdiyi «Nissan Sunny» markalı avtomobillə Heydər Əliyev prospekti ilə metronun «Koroğlu» stansiyası istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən yolun hərəkət hissəsinə tökülmüş yağ ləkəsi üzərində avtomoloii yolun hərəkət hissəsində sürüşüb və avtomobil yolun sağ tərəfində olan mərmər bordyura dəymişdir. Material üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 mart 2022-ci il tarixli 8/691 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mövcud şəraitdə sürücü İddiaçı hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur

14. “ Nissan Sanny ” minik markali, **-XB-*** dövlət nömrə nişanlı avtomobilin texniki pasportunun surətindən görünür ki, həmin avtomobil İddiaçı məxsusdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı zərərin ödənilməsi barədə məhkəməyə müraciət etmişdir.

16. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, avtomobili idarə etdiyi zaman avtomobil yolda yağlı mayenin tökülməsi səbəbindən sürüşmüş və nəticədə avtomobil səkiyə dəyərək əzilmiş və avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə qərarı ilə iddiaçının yol nəqliyyat hadisəsində təqsirinin olmaması da öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən yolda yağlı maye olmasına baxmayaraq hər hansı xəbərdaredici nişan qoyulmamışdır.Avtomobil yolları və həmçinin təhlükəsizliyinin təmin edilməsi sahəsi üzrə birdən çox mərkəzi, yerli icra hakimiyyəti orqanlar, həmçinin hüquqi şəxslər səlahiyyətli qurum qismində çıxış etdiyindən, həmçinin məhkəmə sorğularına cavab məktublarında da adıçəkilən qurumların əksər hissəsi tərəfindən tam cavablar təqdim edilmədiyindən, hazırkı iddiaya cavab verməli olan inzibati orqanın müəyyənləşdirilməsi zərurəti ilə əlaqədar bir-neçə dəfə üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməsi, həmçinin cavabdehin bir-neçə dəfə dəyişdirilməsi halları yaranmışdır.

17. Məhkəmə qərardadı ilə Nərimanov Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra bir digər qərardadla Azərbaycan Avtomobil X9 ikinci cavabdeh qismində tanınmışdır. Daha sonra növbəti bir qərardadla Nərimanov Rayon İcra Hakimiyyəti əsl cavabdeh qismində tanınmış və cavabdehlər Nərimanov Rayon İcra Hakimiyyəti ilə əvəz edilmiş, Baş X11 İdarəsi isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

18. Nəhayət Nərimanov Rayon İcra Hakimiyyətinin məhkəmə iclasında iştirak etmiş nümayəndəsinin təqdim etdiyi sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Avtomobil X9dir və bu səbəbdən də həmin Agentlik əsl cavabdeh qismində müəyyən edilmişdir

19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-944/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı maddi zərərin ödənilməsi barədə iddia rədd edilməsi qərara alınmışdır.

20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələbindən göründüyü kimi inzibati orqanın şəxsə münasibətdə zərərin ödənilməsi öhdəliyi onun hərəkət və ya hərəkətsizliyi ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğundan asılıdır. Yəni, əgər cavabdeh inzibati orqan hərəkət və (və ya) hərəkətsizlik törətməsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdirsə həmin zərərin ödənilməsi mümkündür. Hazırkı növ işlərdə səbəbli əlaqənin mövcudluğunu sübut etmək vəzifəsi isə iddiaçı tərəfindən həyata keçirilməlidir ki, iddiaçı qeyd olunan halı sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı da həmin hal öz təsdiqini tapmamışdır.

21. Məhkəmə qeyd edir ki, iddiaçı yol nəqliyyat hadisəsində öz təqsirsizliyini sübut etsə də məhz cavabdehin təqsirini sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı da təqsirin mövcudluğu müəyyən edilə bilməmişdir. Belə ki, yolun maye dağılmış hissəsinə mayenin dağıdılmanın konkret müddəti, cavabdehin həmin yola nəzarətinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirildiyinin müəyyən edilməsi ilə əlaqədar videomaterialın aidiyyəti daxili işlər orqanlarından məhkəməyə təqdim edilməsi ilə bağlı sorğular verilmiş, lakin görüntülərin arxivdə saxlanılma müddəti 30 gün olduğundan təqdim edilməsinin mümkün olmaması barədə 25 avqust 2022-ci il tarixli X5 Xidməti tərəfindən məhkəməyə məlumat verilmişdir.

22. Birinci instansiya məhkəməsi “Avtomobil yolları haqqında” Qanunun 6-cı, 10-1-ci maddələrinə, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 299 nömrəli 10 mart 2000-ci il tarixli Fərmanının 2.13-cü maddəsinə, “Yol hərəkəti haqqında” Qanunun 10cu maddəsinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 nömrəli 22 noyabr 1998ci il tarixli Fərmanının 2.33-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 1992 nömrəli 22 fevral 2007-ci il tarixli Sərəncamının 3-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 fevral tarixli 52 saylı Sərəncamının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 09 mart 2007-ci il tarixli 89 nömrəli Sərəncamına, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 89.1-ci maddəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096cı, 1097-ci, 1100-cü və 1115-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 14.-cü maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

23. Qərardan İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-944/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və və yeni qərar qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan X1rşı zərərin ödənilməsi tələbini təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı avtomobili idarə etdiyi zaman avtomobil yolda yağlı mayenin tökülməsi səbəbindən sürüşmüş və nəticədə avtomobil səkiyə dəyərək əzilmiş və iddiaçıya maddi zərər dəymişdir. Məhkəmə qərarı ilə iddiaçının yol nəqliyyat hadisəsində təqsirinin olmaması da öz təsdiqini tapmışdır. Cavabdeh Azərbaycan Avtomobil X9 tərəfindən yolda yağlı maye olmasına baxmayaraq, hər hansı xəbərdaredici nişan qoyulmamış, eyni zamanda yolda hərəkətin sərbəst şəkildə təmin edilməsi üçün üzərinə düşən vəzifəni icra etməmişdir. Belə ki, iddiaçı tərəfindən 1-ci instansiya məhkəməsinin qərarı qəbul edildikdən sonra əldə edilən və apellyasiya şikayətinə əlavə edilən video materialdan da görünür ki, yağlı maye bir neçə saatdan çox (təqdim edilən video materialın müddəti 1 saatdan çoxdur) müddətdə yolda qalmış, yalnız iddiaçının qəza törətməsinə deyil, digər nəqliyyat vasitəsinin də qəza törətməsinə şərait yaratmışdır. Belə ki, videonun 43-cü dəqiqəsində görünür ki, digər nəqliyyat vasitəsi də demək olar ki, qəza vəziyyətindən çətinliklə xilas ola bilir. Bütün bunlara baxmayaraq, Azərbaycan Avtomobil X9 tərəfindən onun təmizlənməsi təmin edilməmişdir. Yəni iddiaçıya zərərin dəyməsində məsuliyyəti Azərbaycan Avtomobil X9 daşıyır. Qeyd edir ki, sözü gedən videomaterialın əks olunduğu disk apellyasiya şikayətinə əlavə edilir. Disk iddiaçı tərəfindən çoxsaylı şikayətlərdən sonra iş üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra DİN orqanları tərəfindən iddiaçıya təqdim edilmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

27. Həmçinin, apellyasiya şikayətinin dəlilləri baxımından şikayətə əlavə olunmuş video materialın haradan və kimdən əldə olunması, beləliklə də qanununi əsaslarla əldə edilmiş sübut kimi istinad olunması mümkünlüyünə qiymət verilməsi üçün məhkəmə sorğusu göndərilməsi ilə bağlı iddiaçı və vəkili video materialın qeyri-rəsmi əldə olunduğunu bildirərək məhkəmə sorğusu göndərilməsinə etiraz etmişlər.

28. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iş tirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

31. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 89.1-ci maddəsinə nzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

33. “Avtomobil yolları haqqında” Qanununun: 6-cı maddəsinə əsasən espublika ərazisində dövlət mülkiyyətinə aid edilən, bütün yaşayış məntəqələri, dövlət müəssisələri və ictimai infrastruktur obyektləri arasında yük və sərnişin daşınmasına, habelə ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin güclənməsinə təminat yaradan respublika və yerli əhəmiyyətli, şəhər və sahə avtomobil yolları dövlət avtomobil yollarının tərkibinə daxil edilir. Dövlət avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tərtib və təsdiq edilir. 10-1-ci maddəsinə əsasən şəhər avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin inzibati-ərazi hüdudları daxilindəki küçə və prospektləri əhatə edir. Şəhər avtomobil yolları şəbəkəsinin idarə olunması, təmiri, saxlanılması, qorunması və vəziyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. Şəhər avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir

34. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 299 nömrəli 10 mart 2000-ci il tarixli Fərmanının: 2.13 maddəsinə əsasən həmin Qanunun 10-1-ci maddəsinin ikinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə) “qurum” dedikdə, habelə Qanunun mətnində “yol təsərrüfatı orqanı” (dövlət avtomobil yollarına münasibətdə) dedikdə Azərbaycan Avtomobil X9 nəzərdə tutulur.

35. “Yol hərəkəti haqqında” Qanunun:

10. İİ. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün avtomobil yollarının bu maddənin birinci hissəsinin tələblərinə uyğun olaraq saxlanılmamasına, qorunmamasına və abadlaşdırılmamasına, habelə avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə 1) dövlət əhəmiyyətli avtomobil yolları üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

36. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 nömrəli 22 noyabr 1998-ci il tarixli Fərmanının: 2.33-cü maddəsinə əsasən. həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndində “qurum” dedikdə Azərbaycan Avtomobil X9 nəzərdə tutulur

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.7-inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 52-məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Belə ki, cavabdeh apellyasiya şikayətində iddianın bütünlükdə mümkün sayılmamasını tələb etmişdir.

39. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

41. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Azərbaycan Avtomobil X9 tərəfindən yolda yağlı maye olmasına baxmayaraq, hər hansı xəbərdaredici nişan qoyulmamış, eyni zamanda yolda hərəkətin sərbəst şəkildə təmin edilməsi üçün üzərinə düşən vəzifəni icra etməmişdir.

42. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, hazırki iş üzrə tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələbindən göründüyü kimi inzibati orqanın şəxsə münasibətdə zərərin ödənilməsi öhdəliyi onun hərəkət və ya hərəkətsizliyi ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğundan asılıdır. Yəni, əgər cavabdeh inzibati orqan hərəkət və (və ya) hərəkətsizlik törətməsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdirsə həmin zərərin ödənilməsi mümkündür. Hazırkı növ işlərdə səbəbli əlaqənin mövcudluğunu sübut etmək vəzifəsi isə iddiaçı tərəfindən həyata keçirilməlidir ki, iddiaçı qeyd olunan halı sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı da həmin hal öz təsdiqini tapmamışdır.

43. Belə ki, avtomobil yoluna mayenin nə vaxt dağılması, mayenin dağılma müddəti ilə yol nəqliyyat hadisəsi arasında zaman intervalı müəyyən edilə bilinmədiyindən, cavabdehin baş vermiş hadisə ilə bağlı mayenin təmizlənməsinə, yolun qorunmasına münasibətdə hər hansı təqsirli hərəkətlərə yol verməsi müəyyən edilmir.

44. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı yol nəqliyyat hadisəsində öz təqsirsizliyini sübut etsə də məhz cavabdehin təqsirini sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı da təqsirin mövcudluğu müəyyən edilə bilməmişdir.

45. Belə ki, yolun maye dağılmış hissəsinə mayenin dağıdılmanın konkret müddəti, cavabdehin həmin yola nəzarətinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirildiyinin müəyyən edilməsi ilə əlaqədar videomaterialın aidiyyəti daxili işlər orqanlarından məhkəməyə təqdim edilməsi ilə bağlı sorğular verilmiş, lakin görüntülərin arxivdə saxlanılma müddəti 30 gün olduğundan təqdim edilməsinin mümkün olmaması barədə 25 avqust 2022-ci il tarixli X5 Xidməti tərəfindən məhkəməyə məlumat verilmişdir. Belə olan halda məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi sübutları araşdırmaqla iş üzrə düzgün nəticəyə gəlməlidir.

46. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, tərəfindən 1-ci instansiya məhkəməsinin qərarı qəbul edildikdən sonra əldə edilən və apellyasiya şikayətinə əlavə edilən video materialdan da görünür ki, yağlı maye bir neçə saatdan çox (təqdim edilən video materialın müddəti 1 saatdan çoxdur) müddətdə yolda qalmış, yalnız iddiaçının qəza törətməsinə deyil, digər nəqliyyat vasitəsinin də qəza törətməsinə şərait yaratmışdır.

47. Apellyasiya şikayətinin dəlilləri baxımından şikayətə əlavə olunmuş video materialın haradan və kimdən əldə olunması, beləliklə də qanununi əsaslarla əldə edilmiş sübut kimi istinad olunması mümkünlüyünə qiymət verilməsi üçün məhkəmə sorğusu göndərilməsi ilə bağlı iddiaçı və vəkili video materialın qeyri-rəsmi əldə olunduğunu bildirərək məhkəmə sorğusu göndərilməsinə etiraz etmişlər.

48. Göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi video materialın sübut kimi qəbul edilməsi prosessual qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır.Həmçinin, iddiaçı və vəkili video materialın qeyri-rəsmi əldə olunduğunu bildirərək məhkəmə sorğusu göndərilməsinə etiraz etmişlər.

49. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 299 nömrəli 10 mart 2000-ci il tarixli Fərmanının 2.13-cü maddəsinə əsasən həmin Qanunun 10-1-ci maddəsinin ikinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə) “qurum” dedikdə, habelə Qanunun mətnində “yol təsərrüfatı orqanı” (dövlət avtomobil yollarına münasibətdə) dedikdə Azərbaycan Avtomobil X9 nəzərdə tutulur.

50. İşin hallarından göründüyü kimi Azərbaycan Avtomobil X9 yola ümumi nəzarəti həyata keçirsə də resurs baxımından bütün avtomobil yollarında vəziyyəti hər an izləməli olan əməkdaşlarla təchiz edilməmişdir, ona görə ki, yola ümumi nəzarəti həyata keçirməsi baxımından baş vermiş hadisələrlə bağlı aidiyyəti orqanlar tərəfindən məlumatlandırmanın aparılmasının zəruriliyi hazırkı iş üzrə müəyyən edilir ki, cavabdehə həmin məlumatların təqdim edilməsi, yəni yola mayenin dağıdılması barədə məlumat verilməsi iş materialları ilə təsdiq edilmir.

51. Bu səbəbdən yola maye dağıdılmış, bu barədə cavabdeh məlumatlandırılmamış və mayenin dağıdılması ilə yol nəqliyyat hadisəsi arasında ağlabatan müddət keçməmişdirsə burada cavabdehin hər hansı təqsirli hərəkətlərinin olmasına dəlalət etmir.

52. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.( “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi, 13.2-ci maddəsi, 64.1-ci maddəsi və 64.2-ci maddəsi.)

53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 fevral tarixli 52 s saylı Sərəncamının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 09 mart 2007-ci il tarixli 89 nömrəli Sərəncamına əsasən respublika əhəmiyyətli küçə, prospekt və yolların Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "xxxx" ASC-nin balansına verilməsinin təmin edilməsi qərara alınmışdır.

54. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, işin hallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan hərəkət və (və ya) hərəkətsizlik törətməsi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi iddiaçı tərəfindən sübut edilə bilinməmişdir.

55. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına və işin sadalanan faktiki hallarına əsaslanaraq hesab edir ki, İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin təmin olunması üçün gətirdiyi dəlillər əsaslı olmamışdır.

56. Beləliklə, Məhkəmə Kolleiyası nəticəyə gəlir ki, cavabdein apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-944/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-944/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar