Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2199/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı Şeyx-zadə Afət Vilayət qızının, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdehin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxslər: "xxxx" MTK və "xxxx" KB ASC) “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(81)-3012/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı 17 sentyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 3 və 14 saylı mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 kv.m olmasını nəzərə almaqla, qeydə alınmayan 120 kv.m sahəni əlavə etməklə, ümumi 566,7 kv.m mövcud sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 3 və 14 saylı mənzillər iddiaçının mülkiyyətindədir. Mənzillərin ümumi sahəsi 446.7 kv.metrdən ibarətdir. İddiaçı mənzilləri uzun müddətdir ki, qeyriyaşayiş sahəsi kimi istifadə edir. Lakin mənzillər qeyriyaşayiş sahəsi kimi hüquqi qeydiyyata alınmamışdır. İddiaçı hesab edir ki, cavabdeh idarə sənədləri araşdırmadan, ölçülər aparılmadan əsassız olaraq ərizəsinin icrasından imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 12.10.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarla iddianı təmin etmişdir. Məhkəmə 12.06.2019-cu il tarixli qərardadla "xxxx" MMC-nin ərizəsini təmin etmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 12.10.2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə icraatı təzələmişdir. Məhkəmə 28.06.2019-cu il tarixli qərardadla "xxxx" KB ASC-ni inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)3012/2019 saylı iş) 30 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin 20 və 21.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakların qeyri-yaşayış sahəsinə keçirilməsi üçün yeri icra hakimiyyəti orqanı tərəfindən sərəncam qəbul edilməlidir. Hazırkı mübahisə üzrə isə belə sərəncamın mövcud olmadığı müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-652/2020 saylı saylı, 5 mart 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.08.2020-ci il tarixli, 2-1(102)- 1530/2020 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-652/2020 saylı, 5 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs "xxxx" MTK ərizə ilə Bakı İnzibati Məhkəməsinə müaciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3012/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qərarının icrasının təmin olunması məqsədilə İddiaçı adına verilmiş 19.12.2019-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 27.12.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların ləğv olunmaqla əvvəlki vəziyyətinə geriyə dönüş edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(81)-3012/2019 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(81)-3012/2019 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə "xxxx" Mənzil-Tikinti Kooperativinin hazırkı ərizə ilə müraciət etmək üçün subyektiv hüquqa malik olubolmamasını aydınlaşdırmamışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq qabiliyyətinin olduğu halda əmlakların qeydiyyatı ilə əlaqəsi olmayan MTK məhkəməyə müraciət edir. Belə müraciəti yalnız torpağın mülkiyyətçisi və ona bərabər başqa şəxs edə bilər. Eyni zamanda "xxxx" MTK-nın çıxarışların mövcudluğunun hansı səbəbdən onun maraqlarına toxunduğunu açıqlamamışdır. Bundan başqa, məhkəmə 3-cü şəxs "xxxx" MTK-nın ərizəsinə baxılması barədə iddiaçıya məlumat verməmiş, ünvanına bildiriş göndərməmiş, dinlənilmə hüququnu təmin etməmiş, dəlillərini təqdim etməyə imkan yaratmamışdır. Ona görə də qərardad ləğv edilməlidir. Məhəkəmə iclası zamanı iddiaçının nümayəndəsi şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(81)- 3012/2019 saylı qərardadının ləğv olunmasını, ərizənin təmin olunmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(81)- 3012/2019 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxs "xxxx" KB ASC (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Belə ki, İPM-in 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Baxılan iş üzrə iş materiallarına əsasən müəyyən edilmişdir ki, məhkəmə tərəfindən iddiaçıya ünvan 2 ünvanına bildiriş göndərilmişdir. Məhkəmə tərəfindən göndərilmiş bildiriş iddiaçıya çatdırılmamış, rabitə orqanı tərəfindən zərfin üzərində “ünvan düzgün deyil” qeydi aparılmışdır. Beləliklə, iddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edilməmişdir. Məhkəmə iddiaçının iştirakını təmin etmədən ərizəyə baxaraq müvafiq qərardad qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(81)-3012/2019 saylı qərardadı ləğv olunsun. İddiaçı cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxslər: "xxxx" MTK və "xxxx" KB ASC) “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2199/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2199/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver