Məhkəmə qərarları › İş №2-1(103)-2199/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2199/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2199/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili X3 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2- 1(112)-1266/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud və qüvvədən düşmüş qanunvericiliyə əsasən ona 57 yaşdan, pensiya hüququnun yarandığı xx.xx.2018ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və qərar çıxarılan günə kimi ötən ayların pensiya məbləğinin hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, o, 22 avqust 1961-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. O, 01 sentyabr 1976-cı ildən 20 iyul 1979-cu ilə kimi Baki şəhəri 5 saylı Texniki Peşə məktəbində elektrik qaynaqçısı peşəsi üzrə təhsil almış (staj 2 il 10 ay 19 gün), 06 avqust 1979-cu ildən 11 aprel 1980-cı ilə kimi Bakı Quraşdırma İdarəsində elektrik qaynaqçısı peşəsində işləmiş (əmək stajı 8 ay 5 gün), 20 aprel 1980-ci ildən 21 iyun 1982-ci ilə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (xidmət müddəti 2 il 2 ay 1 gün). O, hərbi xidmətdən qayıdandan sonra 29 iyul 1982-ci ildən 11 yanvar 1983-cü ilə kimi Bakı Quraşdırma İdarəsində (əmək stajı 5 ay 14 gün), 01 fevral 1983-cü ildən 04 yanvar 1999-cu ilə kimi “Azneftkimquraşdırma” Trestinin Birinci Bakı Quraşdırma İdarəsində (həmin müəssisənin adı dəyişdirilməklə "xxxx" Səhmdar Firması və sonra "xxxx" X7 Cəmiyyəti adlandırılmışdır - əmək stajı 15 il 11 ay 27 gün), 05 yanvar 1999-cu ildən 31 mart 2002-ci ilə kimi “Consefe” LTD şirkətində (əmək stajı 3 il 2 ay 26 gün), 01 aprel 2002-ci ildən 13 iyun 2003-cü ilə kimi “SGB Denfolom” LTD şirkətində (əmək stajı 1 il 2 ay 2 gün), 05 may 2003-cü ildən 03 iyun 2011-ci ilə kimi "xxxx" ASC-də (xx.xx.2006-cı il tarixdən ASC "xxxx" MMC adlandırılmışdır) elektrik qaynaqçısı peşəsində (əmək stajı 8 il 28 gün), 07 iyun 2011-ci ildən 20 iyun 2011-ci ilə kimi "xxxx" şirkətində elektrik qaynaqçısı köməkçisi peşəsində (əmək stajı 13 gün), 23 iyun 2011-ci ildən 31 mart 2017-ci ilə kimi ”SDL Denholm Limited” şirkətinin filialında qaynaqçı (karbon-metal) - (əmək stajı 5 il 9 ay 7 gün), 01 aprel 2017-ci ildən 01 avqust 2018-ci ilə kimi "xxxx" MMCdə qaynaqçı (karbon-metal) - (əmək stajı 1 il 4 ay), 23 oktyabr 2018-ci ildən 13 may 2019cu ilə kimi "xxxx" X7 Cəmiyyətində elektrik qaynaqçısı (əmək stajı 6 ay 17 gün), 04 noyabr 2020-ci ildən bu günə kimi “X1 Group” MMC-də elektrik qaz qaynaqçısı peşəsində (əmək stajı 7 aydan artıqdır) işləyir. Cavabdeh təşkilat “Coneyf’ LTD-nin və “SGB Denholm” LTDnin məcburi dövlət sığorta haqlarını ödəməməsinə əsaslanaraq, bu səbəbdən xx.xx.1999xx.xx.2002-ci və xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövrü ümumi və xüsusi iş stajının olmaması nəticəsinə gəlmişdir. Əmək kitabçasından göründüyü kimi, o, həmin müəssisələrdə işləmişdir. Bu səbəbdən cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməmişdən əvvəl qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan pensiya təyin etməkdən əsassız olaraq imtina etmişdir. Əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər hesab edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzətli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin» 2 nömrəli siyahısında (23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları) nəzərdə tutulmuşdur. Əmək kitabçasından göründüyü kimi, o, 42 ildən artıq stajının 35 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş 10 avqust 1979-cu il tarixli əmək kitabçasında iddiaçının xx.xx.1999-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Konseyf” LTD-də, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “SGB Denholm” LTD-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olmaqla) xx.xx.1999-xx.xx.2003-cü il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 8 ay 4 gün (xx.xx.1976-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1999-cu il və xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2-1(112)-1266/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, 1976-cı ildə Bakı şəhəri 5 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 1979-cu ildə həmin məktəbin elektrik qaz qaynaqçısı peşəsi üzrə tam kursu bitirmişdir. O, xx.xx.1979-cu ildə “Azsantexmontaj” trestinin Bakı Montaj İdarəsinə 3-cü dərəcə ilə elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci ildə Sovet Ordusuna çağırılması ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Sovet Ordusunda xidmət etmiş, xx.xx.1982-ci ildə “Azsantexmont”’ trestinin Bakı Montaj İdarəsinə 3-cü dərəcə ilə elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə BMİ AzNKM köçürdülməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1983-cü ildə “Azneftkimyamontaj” trestinin Birinci Bakı Montaj İdarəsində “Azsantexmontaj” BMİ-dən köçürülmə yolu ilə 3-cü dərəcə ilə əl ilə qaynaqda elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1984-cü ildə 4-cü (dördüncü) dərəcə ilə əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 5-ci dərəcə ilə əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə əmək haqqının ödənməsinin yeni tarif planlarının tətbiq edilməsi ilə əlaqədar olaraq (ETKC, 2,87) əl ilə qaynaqda 4-cü dərəcə elektrik qaynaqçısı təyin edilmiş, xx.xx.1989-cu ildə əl ilə qaynaqda 5-ci dərəcə elektrik qaynaqçısı təyin edilmiş, "xxxx" 1 BMİ tresti Səhmdar Şirkətinin 09.09.91-ci il tarixli 1 saylı əmrə əsasən “AzNKM” adı "xxxx" Səhmdar Cəmiyyətinin filialı 1-BMQİ-nə dəyişdirilmişdir, xx.xx.1992-ci ildə əl ilə qaynaqda 6-cı dərəcə elektrik qaynaqçısı təyin edilmiş, Azərbaycan Respublikası DƏK-nin xx.xx.1998-ci il tarixli 736 nömrəli sərəncamına əsasən "xxxx" Səhmdar Firmasının 1 nömrəli BMQİ 1-ci Bakı Mexaniki Quraşdırma X7 Cəmiyyətinə çevrilmişdir, xx.xx.1999-cu ildə müddətin qurtarması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir, xx.xx.1999-cu ildə “Konseyf (Azərbaycan) LTD” şirkətinin nümayəndəliyində qaynaqçı vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci ildə Şirkətin bağlanması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.2002-ci ildə SGB Denholm LTD şirkətinin filialında qaynaqçı vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü ildə dupleks qaynaqçı vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2003-cü ildə "xxxx" ASC-də fərdi əmək müqaviləsi əsasında 6-cı dərəcəli qaynaqçı işinə qəbul edilmiş, 40 saylı şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdən "xxxx" ASC "xxxx" MMC anlandırılmışdır, xx.xx.2011-ci ildə işdən azad edilmiş, xx.xx.2011-ci ildə "xxxx" Birgə Müəssisəsində qaynaqçı köməkçisi peşəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2011-ci ildə ”SDL Denholm Limited” şirkətinin filialında qaynaqçı peşəsi üzrə işə qəbul edilmiş (karbonlu və aşağı legirli poladların arqon qaynağı), xx.xx.2017-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2017-ci ildə “SDL Nobel MMC” şirkətinə TİG qaynaqçısı (karbon-metal) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2018ci ildə "xxxx" ATSC-də 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2020-ci ildə “X2 Group” MMC-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilmiş, xx.xx.2021-ci ildə İN yanında DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilən **********938800 nömrəli çıxarışa əsasən "xxxx" Group MMC-nin adı dəyişilərək “Poladis» MMC adlandırılmışdır. SDL Denholm Limited Şirkətinin filialının xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.2011-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək SDL Denholm Limited şirkətində TİG Qaynaqçısı (karbon-metal) vəzifəsində çalışıb. SDL Nobel MMC-nin xx.xx.2021-ci il tarixli 003/21 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək SDL Nobel MMC şirkətində TİG Qaynaqçısı (karbon-metal) vəzifəsində çalışıb. "xxxx" ATSC-nin xx.xx.2021-ci il tarixli 387 nömrəli arxiv arayışının surətindən görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilə qədər “Azneftkimquraşdırma" trestinin Birinci Bakı Quraşdırma İdarəsində, zərərli iş şəraitində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir (ƏMR 21-K, xx.xx.1983-cü il). xx.xx.1999-cu il tarixində ƏQM-nin 36-cı maddəsinin “c” bəndinə əsasən, müddətin qurtarması ilə əlaqədar olaraq, X4 xitam verilməklə işdən azad edilmişdir (ƏMR 2-K, xx.xx.1999-cu il). xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilə qədər "xxxx" X7 Cəmiyyətində elektrik qaynaqçısı vəzifəsində işləmişdir (Əmr 34-K, xx.xx.2018-ci il). xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, öz xahişi ilə Əmək Müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir (Əmr 17-K, xx.xx.2019-cu il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən, zərərli iş şəraiti ilə əlaqədar ona güzəştli şərtlərlə pensiya hüququ verilir. “Azneftkimquraşdırma” trestinin 1 №-li Bakı Quraşdırma İdarəsi xx.xx.1999cu il tarixindən səhmdarların ümumi yığıncağının qərarına əsasən adı dəyişdirilərək "xxxx" X7 Cəmiyyətinə çevrilmişdir. (Protokol №1, xx.xx.1999-cu il). Arayış T-2 formalı şəxsi vərəqə əsasında tərtib edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 030L nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də qaynaqçı işində çalışmışdır. SDL Denholm Limited Şirkətinin filialı tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: 1961-ci il təvəllüdlü İddiaçı 01 aprel 2002-ci ildən 13 iyun 2003-cü ilədək və 23 iyun 2011-ci ildən 31 mart 2017-ci ilədək “SDL Denholm Limited” şirkətində əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. İddiaçı 01 aprel 2002-ci ildən 13 iyun 2003-cü ilədək müəssisədə işlədiyi “əl ilə qaynaq aparan elektrik qaynaqçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın (23200000—19906) “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur və 13 iyun 2003-cü ildən 23 iyun 2011-ci ilədək işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın 35-ci bəndində göstərilən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı hesab edilir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 002/21 saylı arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı 01 aprel 2017-ci ildən 01 avqust 2018-ci ilədək "xxxx" MMC-də “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində işləmişdir. İddiaçı müəssisədə işlədiyi “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndində göstərilən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur və bu dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı hesab edilir. "xxxx" ATSC tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2021-ci il tarixli 462 saylı məktubda qeyd edilir: 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilə qədər “Azneftkimquraşdırma” trestinin Birinci Bakı Quraşdırma İdarəsində zərərli iş şəraitində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir (ƏMR 21-K, xx.xx.1983-cü il). xx.xx.1999-cu il tarixində ƏQM-nin 36-cı maddəsinin “c” bəndinə əsasən, müddətin qurtarması ilə əlaqədar olaraq, X4 xitam verilməklə işdən azad edilmişdir (ƏMR 2-K, xx.xx.1999-cu il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı»nın XXXİİİ bölməsinin 23200000-19906 şifrəsinə əsasən İddiaçı işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. “Azneftkimquraşdırma” trestinin 1 №-li Bakı Quraşdırma İdarəsi xx.xx.1999-cu il tarixindən səhmdarların ümumi yığıncağının qərarına əsasən adı dəyişdirilərək "xxxx" X7 Cəmiyyətinə çevrilmişdir (Protokol №1, xx.xx.1999-cu il). Arayış T-2 formalı şəxsi vərəqə əsasında tərtib edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 330L arayışından görünür ki, İddiaçı həqiqətən də "xxxx" MMC-də xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək elektrik qaynaqçı işində işləmişdir. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarın 2 saylı siyahının XXXİİİ bölməsinin 23200000-19906 sifrəsinə əsasən nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uygun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. 40 saylı şəhadətnaməyə əsasən, 24 avqust 2006-cı il tarixdən etibarən, "xxxx" ASC "xxxx" MMC (Məhdud Məsuliyyətli Cəmiyyət) adlandırılmışdır. Arayış, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu təsdiq etmək üçün verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: “KONSEYF” (Azərbaycan) LTD müəssisəsi və “SGB DENHOLM LTD ŞİRKƏTl”nin filialı barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində “SGB DENHOLM LTD ŞİRKƏTİ”nin filialının xx.xx.2002-ci il tarixdə 777 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin filial 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Həmçinin, reyestrdə “KONSEYF” (Azərbaycan) LTD müəssisəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 aprel 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 10 avqust 1979-cu il tarixli əmək kitabçanızda xx.xx.1999- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Konseyf” LTD-də, xx.xx.2002- xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “SGB Denholm” LTD-də işlədiyiniz qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə işlədiyiniz dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) xx.xx.1999-xx.xx.2003-cü il tarixləri arasındakı dövrü Sizin iş stajınıza daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən Sizin ümumi iş stajınız 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 8 ay 4 gün (xx.xx.1976-xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1999-cu il və xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müracıət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.2.3-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1)nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2)ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışın izibati orqana təqdim edilməlidir Cavabdeh iddiaçının əmək kitabçasında xx.xx.1999-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Konseyf” LTD-də, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “SGB Denholm” LTD-də işlədiyi dövrləri həmin müəssisələr Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi üçün iddiaçının stajına hesablamamışdır. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda dövlət reyestrində “SGB DENHOLM LTD ŞİRKƏTl”nin filialının xx.xx.2002-ci il tarixdə 777 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olduğu öz təsdiqini tapmışdır. İddiaçının xx.xx.1999-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Konseyf” LTD-də olan stajı nəzərə alınmasa belə, iddiaçı ümumilikdə 25 il 10 ay 16 gün ümumi sığorta stajına malikdir. İş materiallarında olan hərbi biletin, diplomun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi, 01 yanvar 2006-cı ilədək iddiaçının təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilədək “Azneftkimyamontaj” trestinin Birinci Bakı Montaj İdarəsində (daha sonra "xxxx" Səhmdar Cəmiyyətinin filialı 1-BMQİ adlandırılmış, "xxxx" Səhmdar Firmasının 1 nömrəli BMQİ 1-ci Bakı Mexaniki Quraşdırma X7 Cəmiyyətinə çevrilmişdir), xx.xx.2002-ci ildən xx.xx.2003- cü ilədək SGB Denholm LTD şirkətinin filialında, xx.xx.2003-cü ildən xx.xx.2011-ci ilədək "xxxx" ASC-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir (xx.xx.2006-cı ilədək 19 il 8 ay 5 gün). İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur - XXXİİİ bölmə - Ümumi peşələr, kod 23200000—19906 (əl ilə qaynaq aparan elektrik qaynaqçıları). Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən imtina məktubunda və iddiaya etirazda və apellyasiya şikayətində iddiaçının xüsusi stajla bağlı şərti ödəməsi mübahisələndirilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2-1(112)-1266/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar