Məhkəmə qərarları › İş №2-1(103)-22/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-22/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-22/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X34 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X30 ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1257/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıların hər birinə ayrı-ayrılıqda vurulmuş maddi ziyanın əvəzi kimi 386363.83 (üç yüz səksən altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pul məbləğinin, vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 436393.83 (dörd yüz otuz altı min üç yüz doxsan üç manat səksən üç qəpik) manat pulun Bakı şəhər İcra Hakimiyyətindən kompensasiya formasında ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 2014-cü ildə Cəlilov Əli adlı daşınmaz əmlak satan maklerlər vasitəsi ilə X28 adlı şəxslə tanış olmuşdur. X28 ona Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 2 bir-birinə bitişik olan 0,12 ha torpaq sahəsini (ümumi sahəsi 0,24 ha) ümumilikdə 255.000 manata təklif etmişdir. O, ondan həmin torpaq sahəsini almağa razılaşmışdır. Qohumları İddiaçı1 və İddiaçı3 ilə həmin 2 torpaq sahəsini alıb sonradan araların bölməyə qərar vermişlər. Torpaq sahəsinin hər birinin dəyəri 127.500 manat idi. O, hər iki torpaq sahəsinin qiymətini X28 ilə razılaşmış və iki torpaq sahəsinə görə 255.000 manat ödəniş etmişlər. 255.000 manatın 85.000 manatı İddiaçı2, 85.000 manatı İddiaçı1 və 85.000 manatı isə İddiaçı3 məxsus idi. 255.000 manatın 71.000 manatını nəğd şəkildə xx.xx.2014-cü il tarixdə X21 vermişlər. Yerdə qalan 184.000 manatı isə Camalaov Bayramağa tərəfindən notarial alğı-satqı zamanı satıcıların bank hesabına ödənilmişdir. Belə ki, İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə görə X10 92.000 (doxsan iki min) manat ödəyərək, xx.xx.2014-cü il tarixli AN-İ ******* seriyalı, 4- Ə2/716 saylı alğı-satqı müqaviləsi əsasında və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,119047 ha torpaq sahəsini X7 nümayəndəsi X18 bank hesabına 92.000 (doxsan iki min) manat ödəyərək xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı, 4-Ə2/717 saylı alğı-satqı müqaviləsi əsasında ümumilikdə 0,239047 ha torpaq sahəsinin almışdır. Sonradan o, İddiaçı2 aldığı hər iki torpaq sahəsinə dair 0,239047 ha torpaq sahəsinin mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında çıxarış əldə etmişdir. Bundan sonra həmin torpaq sahələrinin hər biri 0,08 ha olmaqla xx.xx.2014ci il tarixli, 4ə3/796 nömrəli alqı-satqı müqavilələrinə əsasən onunla qohumları İddiaçı1 və İddiaçı3 ilə aralarında bölmüşlər. Bundan sonra onlar hər biri xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən 0,08 ha torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində öz adlarına çıxarış almışlar. Belə ki, Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında 0,08 ha torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsinə dair xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə İddiaçı1 mülkiyyətində olan - Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinə ( 0,08 ha) dair № AA 061573 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi ( 0,079047 ha) İddiaçı2 mülkiyyətinə verilməsinə dair xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə ( 0,079047 ha) dair № AA 061571 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi ( 0,08 ha) X3 mülkiyyətinə verilməsinə dair xx.xx.2014- cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X3 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə ( 0,08 ha) dair № AA 061574 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Onlar həmin torpaq sahələrini aldıqdan və sənədləşdirdikdən sonra Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə rəsmi formada müraciət edərək həmin torrpaq sahələrində fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişlər. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətininin Başçısının xx.xx.2014-cü il tarixli, 190 saylı sərəncamı ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində (0,08 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətininin Başçısının xx.xx.2014-cü il tarixli, 188 saylı sərəncamı ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində (0,079047 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhər Səbail rayon tcra Hakimiyyətininin Başçısının xx.xx.2014-cü il tarixli, 188 saylı sərəncamı ilə X4 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində (0,08 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Onlar öz mülkiyyətlərində olan torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə dair icazə aldıqdan sonra həmin ərazidə hər biri özünə məxsus 3 mərtəbəli, əlavə olaraq zirzəmisi və terrasa malik olan ümumi 663,3 kvadrat metr sahəsi olan fərdi yaşayış evi tikmişlər. Hər üç ev eyni layihə əsasında və eyni ölçülərdə inşa edilmişdir. Həmin fərdi yaşayış evlərinin tikintisinə hər biri 386 363,83 manat, ümumilikdə isə 1,159,091.49 manat vəsait xərcləmişlər. Qeyd etməlidir ki, həmin vəsait fərdi yaşayış evlərinin tikintisinə xərclənmişdi və evlər hələ təmir edilməmişdir. xx.xx.2015-ci il tarixdə səhər saatlarında onlara fərdi yaşayış evlərinin tikintisini aparan ustalar zəng etmişlər və bildirmişlər ki, özlərini Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər onlara məxsus torpaq sahələrinə gələrək tikintinin aparılmasını dayandırılmasını tələb edirlər. Onlar dərhal həmin əraziyə gəlmişlər və onlar tərəfindən torpaq sahəsinə dair müvafiq sənədlər Bakı şəhər icra Hakimiyyətinin əməkdaşı Zülfüqar adlı şəxsə təqdim edilmiş və Bakı şəhər icra Hakimiyyətinin əməkdaşları onlara bildirmişlər ki, təmir işlərini saxlamaq lazımdır və onlara 3 gün ərzində məlumat veriləcəkdir. xx.xx.2015-ci il tarixdə tikilən evlərində olan gözətçilər onlara zəng edərək bildirdilər ki, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları və polis əraziyə gəlib. Onlar hər üçü dərhal həmin əraziyə gəlmişlər. Lakin, onları polis əməkdaşları və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əraziyə buraxılmamışlar. Həmin gün Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının göstərişi ilə əraziyə gətirilmiş traktorlar və ekskavatorlar vasitəsi ilə heç bir məhkəmə qərarı olmadan söküldü. Onlara Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Tural və ərazinin polis sahə rəisi Ədalət bildirmişlər ki, evləri olan torpaq sahəsi “DOSTLUQ” parkının ərazisidir və onların evləri Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun göstərişi ilə sökülür. Onların heç birini polis tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinə və evlərə yaxınlaşmağa qoymamışlar. Söküntü aparılan zaman onlar orada evlərini sökən ekskavatorun şəklini çəkmişlər. Qeyd etməyi zəruri hesab edirlər ki, internet portalında olan xəbər saytlarında və youtube kanalında onlara məxsus fərdi yaşayış evlərinin Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə sökülməsi göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 2015-ci ildə fəaliyyətdə olan başçısı Hacıbala Abutalıbovun youtube kanalında 5 il vvəl yayımlanmış “Dostluq parkında aksiya keçirilib” başlıqlı video çarxdakı müsahibəsində onun göstərişi ilə 42 evin söküldüyünü bildirmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, bundan sonra Bakı şəhər Prokurorluğu tərəfindən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən “Xalqlar Dostluğu” parkı adlanan ərazidə torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılması faktı üzrə aparılan Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X29, X18 və qeyriləri barəsində olan cinayət işi AR CM-nin 308.2, 313, 320.1, 320.2, 29,178.3.2 və 178.3.2-ci maddəlləri ilə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və təqsirli şəxslərin barəsində hökm çıxmışdır. Həmin cinayət işi üzrə İddiaçı2 Bakı şəhər prokurorluğunda şahid qismində ifadə vermiş, həmin iş üzrə onların müraciətləri əsasında Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X29, X18 və qeyriləri barəsində olan cinayət işindən iş ayrılaraq Bası şəhər prokurorluğunun İstintaq İdarəsinin icraatına verilmiş, həmin cinayət işi hal-hazırda icraatdadır. Bundan başqa fərdi yaşayış evləri söklüdükdən sonra xx.xx.2015-ci il tarixdə onların hər üçü Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilmişlər və onları polis idarəsində bir neçə saat saxladıqdan sonra onlara bildirmişlər ki, onlara məxsus fərdi yaşayış evləri olan torpaq sahəsi “DOSTLUQ” parkının ərazisidir və onların evləri Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun göstərişi ilə sökülmüşdür əgər onlar məhkəməyə və ya hər hansı bir orqana bu barədə şikayət etsələr də, onları həbs etməklə hədələdilər. Bundan sonra onları Bakı şəhər Baş Polis İdarəsindən buraxdılar və onlar qorxduqları üçün heç bir orqana şikayət etməmişlər. Bakı şəhər Prokurorluğu tərəfindən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən “Xalqlar Dostluğu” parkı adlanan ərazidə torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılması faktı üzrə aparılan Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X29, X18 və qeyriləri barəsində olan cinayət işinin istintaqı zamanı həm cinayət işini aparan müstəntiqlər, həm də Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən onlara bildirilmişdir ki, sökülmüş evlərinin və torpaq sahələrinin əvəzində onlar Bakı şəhərinin ərazisində torpaqla və evlə təmin ediləcəkdirlər. Bununla bağlı Bakı şəhər İcra hakimiyyətinin Başçısının şifahi göstərişi olduğunu demişlər. Bakı şəhər İcra Hakimiyyəti ilə aralarında olan danışıqlar 2021-ci ilin may ayının axırlarınadək davam etmişdir. Bakı şəhər İcra Hakimiyyətində onları əmin edirdilər ki, onlara müvafiq torpaq sahəsi ayrılacaq və onlar bu səbəbdən məhkəməyə müraciət etməmişlər. 2021-ci ilin may ayının axırlarında Bakı şəhər İcra Hakimiyyəti onlarla danışıqları pozmuş və bildirmişdir ki, gedib hara istəsələr müraciət edə bilərlər. Bundan sonra onlar aldadıqlarını başa düşmüşlər və məhkəməyə şikayət etmək qərarına gəlmişlər. Göründüyü kimi, hər üç iddiaçının Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən “Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, İnsan Hüquqlarının və X24 haqqında” Avropa Konvensiyasının müddəaları və Əlavə Protokolun “Mülkiyyətin Müdafiəsi” adlandırılan 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində öz təsbitini tapmış mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsində (0.08 ha) İddiaçı1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məhkəmə qərarı olmadan Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı1 vurulmuş maddi ziyanın əvəzi 386363.83 (üç yüz səksən altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pul məbləğinin və vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul məbləğinin, ümumilikdə isə 436.363,83 (dörd yüz otuz altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pulun Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya formasında İddiaçı1 ödənilməsi; Bakı şəhəri, Saəbil rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsində (0.079047 ha) İddiaçı2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məhkəmə qərarı olmadan Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı2 vurulmuş maddi ziyanın əvəzi kimi 386.363,83 (üç yüz səksən altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pul məbləğinin və vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul məbləğinin, ümumilikdə isə 436.363,83 (dörd yüz otuz altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pulun Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya formasında İddiaçı2 ödənilməsi; Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hisəssində (0.08 ha) İddiaçı3 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məhkəmə qərarı olmadan Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları təərfindən sökülməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nətiəcsində İddiaçı3 vurulmuş maddi ziyanın əəviz kimi 386.363,83 (üş yüz səksən altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat məbləğinin və vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul məbləğinin, ümumilikdə isə 436.363.83 (dörd yüz otuz altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat məbləğin və vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul məbləğinin, ümumilikdə isə 436.363, 83 (dörd yüz otuz altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pulun Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya formasında İddiaçı3 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1257/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəran qanunsuz və əsassızdır. Belə ki, onların tikilisi qanunsuz olsaydı belə, 2015-ci ildə dövlət nümayəndələri AR Konstitusiyasının 29-cu və AR MM-in 180.4-cü maddəsinə əsasən məhkəmə qərarı olmadan həmin tikliləri sökmək hüquqları yox idi. Bundan başqa iş materiallarından görünür ki, həmin cinayət işi üzrə iddiaçılar hər üçü X28 tərəfindən aldadıldıqları üçün zərərçəkmiş şəxs qismində tanınmışlar və həmin cinayət işi AR Baş Prokurorluğunun istintaq idarəsinin icraatındadır. Bundan başqa iddiaçılar heç bir saxta sənəd hazırlamamışlar. Belə ki, Camalov X1 adına xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və X8 adına xx.xx.2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış torpaq sahələrini notarial qaydada alqı-satqı yolu ilə almış və X21 iki torpaq sahəsinə görə 255.000 manat ödəniş etmişdir. İddiaçılar vicdanlı mülkiyyətçi olmuş və torpağın ilkin sənədlərinin saxta olmasından xəbərsiz olmuşlar. Bundan başqa iş materiallarında olan X7 adına xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və X8 adma xx.xx.2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış sənədlərdən görünür ki, həmin sənədlər dövlət orqanı tərəfindən qeydiyyata alınmış sənədlər olmuşdur və əgər həmin sənədlərin verilməsinə səbəb olmuş ilkin sənədlər saxta olmuşdursa burda dövlət reyestrinə aparan orqan və saxta sənədləri tərtib edib təqdim etmiş şəxslər məsuliyyət daşıyırlar. Bakı İnzibati Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəlləri, tnsan hüquqlarının və X24 haqqında» Avropa Konvensiyasının müddəaları və Əlavə Protokolun “Mülkiyyətin Müdafiəsi” adlandırılan 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində öz təsbitini tapmış mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Bundan başqa iş materiallarından görünür ki, iddiaçılara məxsus tikinti qanunsuz olmamış torpaq sahələrinin qeydiyyat vəsiqəsi, texniki pasportu və tikintiyə dair sərəncamları olmuşdur. Həmin sənədlər həmin vaxt ləğv edilməmiş və heç bir məhkəmə qərarı və xəbərdarlıq olmadan iddiaçılara məxsus evlər qanunsuz olaraq dövlət orqanın əməkdaşları tərəfindən sökülmüşlər. Buna qanunsuz qərara görə məsuliyyəti bir başa dövlət orqanı olan Bakı şəhər icra hakimiyyətinin üzərinə düşür. Göründüyü kimi, hər üç iddiaçının Bakı şəhər İcra hakimiyyətinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəlləri, İnsan hüquqlarının və X24 haqqında» Avropa Konvensiyasının müddəaları və Əlavə Protokolun “Mülkiyyətin Müdafiəsi” adlandırılan 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində öz təsbitini tapmış mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Bakı şəhər icra hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri «İnsan hüquqlarının və X24 haqqında» X23 Protokolun “Mülkiyyətin Müdafiəsi” adlandırılan 1-ci maddəsinə ziddir və onların mülkiyyət hüququnu pozur. Məhkəmə öz qərarında yuxrıda göstərilən məsələlərə hüquqi qiymət veməmiş, kobud surətdə iddiaçıların hüquqlarını pozmuşdur. Göründüyü kimi, məhkəmə öz qərarında tərəflərindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə istinad etmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər X15 ilə İddiaçı2 Səflər oğlu arasında Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair İddiaçı2 Səflər oğlunun adma verilmiş mülkiyyət hüququ barədə xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi qərara alınmışdır. Göründüyü kimi, qətnamə xx.xx.2018-ci ildə qəbul edilmiş, lakin iddiaçılara məxsus fərdi yaşayış evləri 2015-ci ilin mayında sökülmüşdür. Həmin evlər sökülərkən İddiaçı2 Səflər oğlunun adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2014-cü il tarixli,RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış qanuni qüvvəsində olmuş və ləğv edilməmişdir. Bundan başqa iş materiallarında olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********36 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş məlumat və RX seriyalı, 0406265, ******* və ******* nömrəli çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin surətindən görünür ki, AN-İ seriyalı, xx.xx.2014-cü il tarixli “Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsi”nin surətindən görünür ki, satıcı İddiaçı2 Məmmədxan oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi təəfindən xx.xx.2014-cü il tarixdə verilmiş elektron dövlət reyestrindən arayışa (forma № 1) əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.239047 ha torpaq sahəsindən hər birinə 0.08 ha olmaq şərti ilə alıcılar X4 və İddiaçı1 olunun mülkiyyətinə vermiş, qalan 0.079047 ha torpaq sahəsi mülkiyyətçinin adında qalmışdır. Həmin torpaq sahələrinə dair bölgü sxem tərtib edilmişdir. Sonradan həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində yuxarıda qeyd edilən çıxarışlarla rəsmiləşdirilmişdir. RX seriyalı, ******* nömrəli çıxarış Səbail Rayon Məhkəməsinin 2(009)-1813/2018 saylı qərarı əsasında ləğv edilmişdir. RX seriyalı, ******* və ******* nömrəli çıxarışlar hazırda qüvvədədir. Göründüyü kimi, RX seriyalı, ******* nömrəli çıxarış Səbail Rayon Məhkəməsinin 2(009)-1813/2018 saylı qərarı əsasında ləğv edilsə də, İddiaçı1 və İddiaçı3 adına verilmiş RX seriyalı, ******* və ******* nömrəli çıxarışlar hazırda qüvvədə olmuşdur. Burada AR MM-nin 140-cı maddəsində nəzərdə tutulmuş Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olması ilə bağlı müddəalar məhkəmə tərəfindən qəsdən nəzərdən qaçırılmışdır. Belə ki, nə qədər ki, X5 və İddiaçı3ı Məmmədxan oğlunun adına verilmiş RX seriyalı, ******* və ******* nömrəli çıxarışlar hazırda qüvvədədirsə, onlara dövlət orqanı tərəfindən vurulmuş maddi və mənəvi ziyan dövlət tərəfindən ödənilməli idi. Lakin məhkəmə AR MM-nin 139 və 140-cı maddəllərinin tələblərini pozmuşdur. AR MM-nin 1100-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa İddiaçı2 Səflər oğluna məxsus RX seriyalı, ******* nömrəli çıxarış Səbail Rayon Məhkəməsinin 2(009)-1813/2018 saylı qərarı əsasında ləğv edilməsi məsələsi ilə bağlı qeyd etmək istəyirlər ki, ona dəymiş maddi ziyana görə birbaşa dövlət məsuliyyət daşıyır. Belə ki, İddiaçı2 Səflər oğlu ümumilikdə 255.000 manat pul ödəyərək notarial alqı-satqı yolu ilə 0,239047 ha torpaq sahəsinin almışdır. Sonradan İddiaçı2 aldığı hər iki torpaq sahəsinə dair 0,239047 ha torpaq sahəsinin mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşmmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında çıxarış əldə etmişdir. Bundan sonra həmin torpaq sahələrinin hər biri 0,08 ha olmaqla xx.xx.2014-cü il tarixli, 4ə-3/796 nömrəli alqı-satqı müqavilələrinə əsasən onunla qohumları İddiaçı1 və İddiaçı3 ilə aralarında bölmüşlər. Bundan sonra hər biri xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən 0,08 ha torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində öz adılarına çıxarış almışlar. Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi (0,079047 ha) İddiaçı2 mülkiyyətinə verilməsinə dair xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə İddiaçı2 mülkiyyətində olan - Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə ( 0,079047 ha) dair Na AA 061571 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətininin Başçısının xx.xx.2014-cü il tarixli, 186 saylı sərəncamı ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində ( 0,079047 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Göründüyü kimi, dövlət orqanı İddiaçı2 mülkiyyətçi kimi tanımış, onun hüquqlarını qeydiyyata almış, ona müvafiq olaraq qeydiyyat vəsiqəsi, texniki pasport və tikintisinə görə sərəncam vermişdir. İddiaçı isə külli miqdarda vəsait xərcləyərək həmin evi tikmiş, sonrdan məhkəmə qərarı olmadan həmin ev qanunsuz sökülmüşdür. Həmin evin sökülməsinə, İddiaçı2 adına mülkiyyətin qeydiyyata alınmasına, tikintisinə icazə verilməsinə görə birbaşa məsuliyyəti dövlət orqanının əməkdaşları daşıdığı üçün kompensasiya dövlət tərəfindən iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçılar fərdi yaşayış evini inşa edərkən onun rəsmi icazəsi olmuş və bütün sənədləri qanuni olmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi sözügedən ərazidə söküntünün Bakı şəhəri İcra Hakimiyyətinin başçısının göstərişi əsasında həyata keçirildiyini, buna dair hər hansı bir inzibati aktın mövcudluğu barədə məlumatlı olmadığını, həmin tikililərin Dostluq parkının ərazisində yerləşdiyini, həmin ərazilərlə bağlı cinayət işinin mövcud olduğunu, həmçinin, iddiaçıların söküntü zamanı mülkiyyətlərində olan torpaq sahələri üzərində inşa edilmiş tikililərə dair Səbail Rayon İcra Hakimiyyətinin sərəncamlarının ləğvi barədə hər hansı bir inzibati aktın mövcud olması barədə Bakı şəhər İcra hakimiyyətində məlumatın olmadığını, həmçinin RX seriyalı, ******* nömrəli çıxarışın 2018-ci ildə Səbail Rayon Məhkəməsinin qətnaməsi əsasında ləğv edildiyini bildirmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər İddiaçı3 və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İddiaçı3 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan: - AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş dövlət reyestrindən elektron arayışa (forma № 1) əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 0.12 ha torpaq sahəsini satıcı X15 alıcı İddiaçı2 mülkiyyətinə vermişdir. - AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş dövlət reyestrindən elektron arayışa (forma № 1) əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 0.119047 ha torpaq sahəsini satıcı X16 alıcı İddiaçı2 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən, 0.08 ha torpaq sahəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində **********42 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2014-cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən, 0.079047 ha torpaq sahəsi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində **********43 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2014-cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi 0.08 ha X3 adına daşınmaz əmlakın dövlət reyestrində **********41 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2014- cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfinədn verilmiş AA 061574 nömrəli, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, X4 məxsus, reyestr nömrəsi **********41 olan, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə dair plan və ölçü sənədi tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfinədn verilmiş AA 061573 nömrəli, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, İddiaçı1 məxsus, reyestr nömrəsi **********42 olan, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə dair plan və ölçü sənədi tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfinədn verilmiş AA 061571 nömrəli, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, İddiaçı2 məxsus, reyestr nömrəsi **********443 olan, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə dair plan və ölçü sənədi tərtib edilmişdir. - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 186 nömrəli, 30 iyun 2014-cü il tarixli “İddiaçı2 tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” notarial qaydada təsdiq edilmiş sərəncamın surətindən görünür ki, İddiaçı2 Səbail rayonu, Salyan şossesi 32 ünvanında Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.079047 ha torpaq sahəsində razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 188 nömrəli, 30 iyun 2014-cü il tarixli “A.M.Camalov tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” sərəncamın surətindən görünür ki, İddiaçı2 Səbail rayonu, Salyan şossesi 32 ünvanında Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.08 ha torpaq sahəsində razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 190 nömrəli, 30 iyun 2014-cü il tarixli “A.M.Camalov tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” notarial qaydada təsdiq edilmiş sərəncamın surətindən görünür ki, İddiaçı2 Səbail rayonu, Salyan şossesi 32 ünvanında Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.08 ha torpaq sahəsində razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 02 fevral 2022-ci il tarixli, BA-00461-2022 nömrəli məktubla təqdim edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 186,188 və 190 saylı sərəncamlarının və həmin sərəncamların verilməsinə əsas olmuş inzibati icraat materiallarının təsdiq olunmuş surətlərindən müəyyən edilmişdir ki, sözügedən sərəncamların verilməsinə əsas olmuş sənəd qismində İddiaçı2, X11 və İddiaçı1 ərizələri əlavə edilmişdir. - Eskiz layihələrin surətindən görünür ki, İddiaçı1, X4 və İddiaçı2 məxsus fərdi yaşayış evlərinin eskiz layihələri Səbail rayon İcra Hakimiyyəti başçısının Aparatı memarı tərəfindən təsdiq edilmişdir. - Bakı şəhər Prokurorluğu tərəfindən X9 ünvanlanmış xx.xx.2016-cı il tarixli, 03/362 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Resublikası Baş Prokurorluğuna Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən “X37” adlanan ərazidəki torpaq sahələrinin qanunsuz satılmasına dair Bakı şəhər Prokurorluğunda istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və digər xüsusatlarla bağlı ünvanladığı ərizəsi araşdırılması üçün İstintaq İdarəsinin icraatında Azərbaycan Respublikası CM-nin 308.2, 313, 320.1, 320.2, 29, 178.3.2 və 178.3.2-ci maddələri ilə istintaq olunan cinayət işinə əlavə olunmuşdur. Araşdırmanın nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti cavabdehlər X10, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı2 qarşı alqı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinin və İddiaçı2 adına mülkiyyət hüququ barədə verilmiş xx.xx.2014-cü il tarixli, RX sriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər X15 ilə İddiaçı2 arasında Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair İddiaçı2 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi qərara alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1812/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti cavabdehlər X12, İddiaçı2, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X17 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinin və İddiaçı2 adına mülkiyyət hüququ barədə verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər X17 ilə İddiaçı2 arasında Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunda xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,119047 ha torpaq sahəsinə dair bağlanmış (reyestr nömrəsi 4ə-2/717) alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı2 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış ləğv edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-755/2016 saylı, 02 iyul 2021-ci il tarixli məktubu ilə təqdim edilmiş X18 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,78.3.2, 178.3.2, 313, 320.1, 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 1(101)-755/2016 nömrəli hökmünün surətindən müəyyən edilmişdir kİ, X6 Bələdiyyəsinin Memarı vəzifəsində işlərkən vəzifəli şəxs kimi tamah niyyəti ilə Azərbaycan Dövlətinin vahid torpaq fonduna aid olan və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən Səbail Bələdiyyəsinin mülkiyyətində olmuş torpaq sahələrini ələ keçirmək məqsədi ilə X28 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və bu məqsədlə 2012-ci ilin noyabrdekabr aylarında Səbail Bələdiyyəsinin sədri adından Tərlan Hüseynovun tanışı X13 1200 kv.m ölçüdə torpaq sahəsinin ayrılması barədə saxta sənəd hazırlamış, Səbail Bələdiyyəsinin saxta möhürünü vurmuş, bundan sonra bilə-bilə həmin saxta sənədlərdən istifadə edərək, Bəhram İsmayılovun adından Azəbraycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə ərizə ilə müraciət edib mülkiyyət hüququnun qeydiyyatı üçün Torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmiş, torpaq sahəsinin ayrılması haqqında sərəncamların verilməsinin qanunvericiliyə zidd olması barədə müraciətə rədd cavab aldıqdan sonra onlar Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilməsi barədə aldatma yolu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-1555/2013 nömrəli qərarını əldə etmiş və qərarın icrası ilə əlaqədar alınmış Torpaq sahəsinin planı və ölçüsü əsasında Azərbacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində 4992 manat dəyərində olan 1190,47 kv.m torpaq sahəsinin **********93 nömrə altında artıq xüsusi mülkiyyət kimi X7 adına xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmasına nail olub dələduzluq yolu ilə özgə əmlakını ələ keçirmişdir. Bundan başqa, X2 Tərlan Kərim oğlu və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və bu məqsədlə 2013-cü ilin mart-aprel aylarında Səbail Bələdiyyəsinin sədri adından Etibar Məmmədovun anası X10 1200 kv.m ölçüdə torpaq sahəsinin ayrılması haqqında saxta sənəd hazırlayıb, Səbail Blədiyyəsinin saxta möhürü ilə təsdiqləmiş, sonra bilə-bilə həmin saxta sənədlərdən istifadə edərək Mehriban Məmmədovanın adından Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə ərizə ilə müraciət edib, mülkiyyət hüququnun qeydiyyatı üçün Torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmiş, torpaq sahəsini ayrılması haqqında sərəncamların verilməsinin qanunvericiliyinə zidd olması barədə müraciətə rədd cavabı aldıqdan sonra onlar Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmsi barədə aldatma yolu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-1821/2013 nömrəli qərarını əldə etmiş və qərarın icrası ilə əlaqədar alınmış Torpaq sahəsinin planı və ölçüsü əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində 4992 manat dəyərində olan 1200 kv.m torpaq sahəsinin **********94 nömrə altında artıq xüsusi mülkiyyət kimi X8 adına xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmasına nail olub dələduzluq yolu ilə özgə əmlakını ələ keçirmişdir. - "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə, sifarişçilər X11, İddiaçı1 və İddiaçı2 sifarişi əsasında tərtib edilmiş hesabatlardan görünür ki, aparılmış hesablamalar və təhlillərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən xüsusi mülkiyyətdə, hər birinin ölçüsü müvafiq olaraq 0.08 ha, 0.08 ha və 0.079047 ha olan torpaq sahələrində mövcud olmuş fərdi yaşayış evlərinin hər birinin tikintisinə çəkilmiş xərcin məbləği 2014-2015-ci il tarixləri üçün 386 363,83 (üç yüz səksən altı min üç yüz altmış üç) manat, 83 qəpik təşkil etmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı1 və digərlərinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, onların müraciətləri baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə göndərilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********36 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş məlumat və RX seriyalı, 0406265, ******* və ******* nömrəli çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin surətindən görünür ki, AN-İ seriyalı, xx.xx.2014cü il tarixli “Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsi”nin surətindən görünür ki, satıcı İddiaçı2 Məmmədxan oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi təəfindən xx.xx.2014-cü il tarixdə verilmiş elektron dövlət reyestrindən arayışa (forma № 1) əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.239047 ha torpaq sahəsindən hər birinə 0.08 ha olmaq şərti ilə alıcılar X4 və İddiaçı1 olunun mülkiyyətinə vermiş, qalan 0.079047 ha torpaq sahəsi mülkiyyətçinin adında qalmışdır. Həmin torpaq sahələrinə dair bölgü sxem tərtib edilmişdir. Sonradan həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində yxuarıda qeyd edilən çıxarışlarla rəsmiləşdirilmişdir. RX seriyalı, ******* nömrəli çıxarış Səbail Rayon Məhkəməsinin 2(009)-1813/2018 saylı qərarı əsasında ləğv edilmişdir. RX seriyalı, ******* və ******* nömrəli çıxarışlar hazırda qüvvədədir. -İşdə olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin müstəntiqi, polis mayoru İsmayıl Əliyev tərəfindən imzalanmış 15 iyun 2015-ci il tarixli qərarına əsasən ********* nömtəli cinayət işi üzrə əməllər Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsindən həmin Məcəllənin 178.3.2 və 320.1-ci maddələri ilə tövsif edilməsi, cinayət işi üzrə ibtidai istintaq AR CM-in 178.3.2 və 320.1-ci maddələri ilə davam etdirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsində qeyd edilir ki, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, X28 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən və dövlət mülkiyyətində saxlanılan torpaq sahələrinin Bakı şəhəri Səbail Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi alqı-satqı yolu ilə yaxın qohumları və tanışlarının adına sənədləşdirilməsinə və həmin sənədlər əsasında torpaq sahələri ilə bağlı xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına nail olmuş, bundan sonra İddiaçı2, İddiaçı1 və X3 etibarından sui-istifadə edərək X7 və X8 adlarına rəsmiləşdirdiyi 0,119047 ha və 0,12 ha torpaq sahələrini yalandan özünə məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsi kimi təqdim etməklə aldadıb 1 sotunu 10.625 manatdan olmaqla, ümumilikdə 255.000 manata təklif etmiş və 2014-cü ilin may ayının əvvəllərində ünvan 6 ünvanında yerləşən "Panorama" restoranında beh adı ilə 3.000 manat, 07 may 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X40 küçəsi 157 ünvanında fəaliyyət göstərən 3 saylı Bakı ASAN Xidmət Mərkəzində 252.000 manat olmaqla, ümumilikdə 255.000 manat pulu alıb ələ keçirərək, zərərçəkmiş şəxslər İddiaçı2, İddiaçı1 və Ağaqardaş Camalovun hər birinə külli miqdarda, yəni 85.000 manat məbləğində maddi ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq cinayətini törətmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli 2-03/2- 3164/2023 nömrəli sorğuya cavab məktubunda qeyd edilir ki, Bakı şəhəri, Səbail rayonunun inzibati ərazisində yerləşən “Xalqlar Dostluğu” parkına aid torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılması faktı üzrə Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində Səbail bələdiyyəsinin vəzifəli şəxsləri X29, X36 və X28 barələrində olan ********* nömrəli cinayət işi istintaq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, 18.04.20-16-cı il tarixdə Səbail bələdiyyəsinin vəzifəli şəxsləri X29, X36 və X28 barələrində olan ********* nömrəli cinayət işi istintaq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, xx.xx.2016-cı il tarixdə Səbail bələdiyyəsinin digər vəzifəli şəxsləri və qeyriləri barəsində Azərbaycan Respublikası CM-in 308.2,313.320.1,320.2,29,178.3.2 və 178.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaq edilmiş və xx.xx.2016-cı il tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. ********* nömrəli cinayət işi üzrə İddiaçı2 və İddiaçı1 şahid qismində dindirilmişlər. Hazırki işin apellyasiya araşdırması zamanı məhkəmənin müvafiq sorğusu əsasında təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsi İddiaçı1 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi ünvanında yerləşən 0.079047 ha torpaq sahəsi İddiaçı2 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir, lakin Səbail Rayon Məhkəməsinin 2(009)-1812/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən sözügedən çıxarışın ləğv edilməsi ilə bağlı müvafiq reyestr kitabında qeydlər aparılmışdır. Hazırki işin apellyasiya araşdırması zamanı məhkəmənin 21(103)258/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən, məhkəmə-qiymətləndirmə ekspertizası "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən keçirilmişdir. Ekspertizanın nəticəsinə uyğun olaraq qiymətləndirici tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 3 ədəd fərdi yaşayış evinin hər birinin 24 avqust 2023- cü il tarixinə hesablanmış tikinti xərci 347.700 AZN məbləğində müəyyənləşmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-258/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış əsasında İddiaçı1 məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən, 0.08 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin məbləği 2014-2015-ci illər üzrə və hal-hazırda bazar qiymətlərinə uyğun nə qədər məbləğ (hər bir dövr üzrə ayrıayrılıqda göstərilməklə) təşkil edir? (iş materiallarında olan layihə və fotoşəkillərə əsasən) 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış əsasında İddiaçı2 məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən, 0.079047 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin məbləği 2014- 2015-ci illər üzrə və hal-hazırda bazar qiymətlərinə uyğun nə qədər məbləğ (hər bir dövr üzrə ayrı-ayrılıqda göstərilməklə) təşkil edir? (iş materiallarında olan layihə və fotoşəkillərə əsasən) 3) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış əsasında iddiaçı X4 məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən, 0.08 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin məbləği 2014- 2015-ci illər üzrə və hal-hazırda bazar qiymətlərinə uyğun nə qədər məbləğ (hər bir dövr üzrə ayrı-ayrılıqda göstərilməklə) təşkil edir? (iş materiallarında olan layihə və fotoşəkillərə əsasən) 4) Sözügedən fərdi yaşayış evlərində tikinti aparılarkən istifadə edilmiş ayrı-ayrılıqda tikinti materiallarının (kərpic, beton və s.), həmçinin işçilərin əmək haqqının dəyəri 2014- 2015-ci illər üzrə və hal-hazırda bazar qiymətlərinə uyğun nə qədər məbləğ təşkil edir? (hər bir dövr üzrə ayrı-ayrılıqda göstərilməklə) AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 yanvar 2024-cü il tarixli, 3- 16-16/2-10/7397 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, qərardadın birinci-dördüncü sualları üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrində İddiaçı1 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 2014-2015-ci illər üzrə 386363.83 manat, İddiaçı2 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 386363.83 manat və X4 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 386363.83 manat məbləğində müəyyən edilir. Eyni zamanda Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrində İddiaçı1 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə hal-hazırki bazar qiymətlərinə uyğun çəkilmiş xərcin ümumi dəyəri 419304.67 manat, İddiaçı2 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 419304.67 manat və X4 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 419304.67 manat məbləğində müəyyən olunur. Rəyə əlavə olunmuş smetada fərdi yaşayış evlərində tikinti aparılarkən istifadə edilmiş ayrı-ayrılıqda tikinti materiallarının (kərpic, beton və s.), həmçinin işçilərin əmək haqqının dəyəri 2014-2015-ci illər üzrə və hal-hazırda bazar qiymətlərinə uyğun dəyəri ayrı-ayrılıqda göstərilmişdir. Ekspert rəyinə əlavə olunmuş smetadan görünür ki, cari və nəzərdə tutulmayan xərclər, ümumi məbləğin 5%-i həcmində, nəqliyyat-texnika (daşıma, yüklənmə, boşaldılma) cərcləri, ümumi məbləğin 5%-i həcmində, sahibkarın mənfəəti, ümumi məbləğin 15%-i həcmində və hasar işləri çıxıldıqda, İddiaçı1, İddiaçı2 və X4 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin dəyəri 2014-2015-ci illər üzrə 275003.10 manat olmaqla, ümumilikdə 825009.30 (səkkiz yüz iyirmi beş min doqquz manat otuz qəpik) manat təşkil etmişdir. Beləliklə, işin faktiki və mübahisələndirilməyən hallarından görünür ki, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X15 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 0.12 ha torpaq sahəsini İddiaçı2 satmışdır. Həmçinin AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X16 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 0.119047 ha torpaq sahəsini İddiaçı2 satmışdır. Daha sonra İddiaçı2 aldığı hər iki torpaq sahəsinə dair 0,239047 ha torpaq sahəsinin onun mülkiyyətində olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış əldə etmişdir. Bundan sonra həmin torpaq sahələsi alqı-satqı müqavilələrinə əsasən onunla qohumları İddiaçı1 və İddiaçı3 arasında bölüşdürülmüşdür. Bundan sonra onlar həmin torpaq sahələrinə dair çıxarış əldə etmişlər, eyni zamanda torpaq sahələrinə plan və ölçü verilmişdir. Onlar həmin torpaq sahələrini aldıqdan və sənədləşdirdikdən sonra Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə rəsmi formada müraciət edərək həmin torrpaq sahələrində fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişlər. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətininin Başçısının xx.xx.2014-cü il tarixli, 190 saylı sərəncamı ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində ( 0,08 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətininin Başçısının xx.xx.2014-cü il tarixli, 188 saylı sərəncamı ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində ( 0,079047 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhər Səbail rayon tcra Hakimiyyətininin Başçısının xx.xx.2014-cü il tarixli, 188 saylı sərəncamı ilə X4 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində (0,08 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Onlar öz mülkiyyətlərində olan torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə dair icazə aldıqdan sonra həmin ərazidə hər biri özünə məxsus 3 mərtəbəli, əlavə olaraq zirzəmisi və terrasa malik olan ümumi 663,3 kvadrat metr sahəsi olan fərdi yaşayış evi tikmişlər. 2015ci ildə onlara məxsus fərdi yaşayış evləri Bakı şəhər İcra Hakimiyyətinin Başçısının göstərişi ilə sökülmüşdür. İddiaçılar hazırki tələblərində fərdi yaşayış evlərinin məhkəmə qərarı olmadan sökülməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsini, həmin qanunsuz hərəkətlər nəticəsində onların hər birinə ayrılıqda dəymiş maddi ziyana görə 386363.83 (üç yüz səksən altı min üç yüz altmış üç manat səksən üç qəpik) manat pul və vurulmuş mənəvi ziyana görə 50.000 manatın pulun cavabdeh inzibati orqan tərəfindən onlara ödənilməsini tələb edirlər. Həmçinin, məhkəmə araşdırmaları zamanı iddiaçıların nümayəndəsi və vəkili məhkəmə kollegiyasının diqqətinə çatdırmişdır ki, tələb olunan kompensasiyanın məhz tikilinin sökülməsi ilə bağlı dəymiş ziyan olduğunu, torpaq sahəsi ilə bağlı hazırki cavabdehə qarşı iddialarının olmadığını, torpaq sahələrinə dair tələblərinin məhz zərərçəkmiş şəxs qismində tanındıqları cinayət işi üzrə irəli sürəcəklərini bildirmişlər. İşə baxmış birinci instansiya məhkəməsi iddia tələbini tam rədd etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılara məxsus torpaq sahələri saxta sənədlər əsasında (möhür, imza, blank və s. saxta olmaqla), dələduzluq yolu ilə özgə əmlakın ələ keçirməklə əldə olunmuş torpaq sahələri olmaqla, həmin torpaq sahələri faktiki olaraq etibarsız sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin şəxslər tərəfindən iddiaçılara satılmışdır. Belə olan təqdirdə iddiaçılara məxsus torpaq sahələri faktiki olaraq etibarsız sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, etibarsız inzibati akt isə heç bir hüquqi nəticə yaratmayaraq, hüquqi qüvvəsi olmadığından, həmin torpaq sahələrində yerləşən tikililərin sökülməsi nəticəsində də cavabdeh inzibati orqanın hər hansı bir qanunsuz qərarı və ya hərəkəti nəticəsində iddiaçıların mülkiyyət və ya digər hüquqlarının pozulmasından söhbət gedə bilməz, buna görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin maddi ziyanın ödənilməsi ilə bağlı hissəsi təmin edilmədiyindən, hüquqi müqəddaratı həmin tələblə bağlı olan digər törəmə tələblər də, müzakirə olunmadan rədd olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdeh inzibati orqan tərəfindən kompensasiyanın ödənilməli olması hissəsində qismən əsaslı hesab edir. Belə ki, məhkəmə X29, X28 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 78.3.2, 178.3.2, 313, 320.1, 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli hökmünə əsaslanaraq qeyd etmişdir ki, “Həmin hökmün surətindən müəyyən edilmişdir ki, X7 adma xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və X8 adına xx.xx.2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış torpaq sahələri saxta sənədlər əsasında, dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməklə əldə olunmuş torpaq sahələri olmuşdur. Həmin saxta sənədlər əsasında əldə olunmuş torpaq sahələri sonuncular tərəfindən İddiaçı2 satılmış, İddiaçı2 tərəfindən isə həmin torpaq sahələri digər iddiaçılara satılmışdır. Göründüyü kimi, iddiaçılara məxsus torpaq sahələri saxta sənədlər əsasında (möhür, imza, blank və s. saxta olmaqla), dələduzluq yolu ilə özgə əmlakın ələ keçirməklə əldə olunmuş torpaq sahələri olmaqla, həmin torpaq sahələri faktiki olaraq etibarsız sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin şəxslər tərəfindən iddiaçılara satılmışdır. Belə olan təqdirdə iddiaçılara məxsus torpaq sahələri faktiki olaraq etibarsız sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, etibarsız inzibati akt isə heç bir hüquqi nəticə yaratmayaraq, hüquqi qüvvəsi olmadığından, həmin torpaq sahələrində yerləşən tikililərin sökülməsi nəticəsində də, cavabdeh inzibati orqanın hər hansı bir qanunsuz qərarı və ya hərəkəti nəticəsində iddiaçıların mülkiyyət və ya digər hüquqlarının pozulmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara məxsus torpaq sahələrinin faktiki olaraq etibarsız sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı qəbul olunsa belə, 2015-ci ildə cavabdeh inzibati orqanın AR Konstitusiyasının 29 və AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən məhkəmə qərarı olmadan həmin mülkiyyətdə olan torpaq sahələrində yerləşən qanunvericiliyə müvafiq olaraq icazəsi alınmış fərdi yaşayış evlərini sökmək hüququ yox idi. Belə ki, qeyd olunan torpaq sahələri üzərində iddiaçıların mülkiyyətləri qanuni yolla qeydə alınmamışdan əvvəl digər şəxslərin mülkiyyətlərinə verilməsinə əsasən olan sənədlərin saxta sənədlər olması yalnız ilkin olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli hökmü ilə müəyyən edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, həmin cinayət işi üzrə iddiaçılar X28 tərəfindən aldadıldıqları üçün zərərçəkmiş şəxs qismində tanınmışlar və həmin cinayət işi AR Baş Prokurorluğunun istintaq idarəsinin icraatındadır. Bundan başqa iddiaçılar heç bir saxta sənəd hazırlamamışlar. Belə ki, İddiaçı2 X7 adına xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və X8 adına xx.xx.2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış torpaq sahələrini notarial qaydada alqı-satqı yolu ilə əldə etmiş, o, vicdanlı alıcı olmuş və torpağın ilkin sənədlərinin saxta olmasından xəbərsiz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Bundan başqa iş materiallarında olan X7 adına xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və X8 adına xx.xx.2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışlar daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş və dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına da qeydiyyat orqanının vəzifəli şəxsləri cavabdehdirlər. Bundan başqa iş materiallarından görünür ki, iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələrində fərdi yaşayış evləri Səbail Rayon İcra Hakimiyyətinin fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə müvafiq sərəncamları əsasında tikilmişdir. Belə ki, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətininin Başçısının xx.xx.2014-cü il tarixli, 190 saylı sərəncamı ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində (0,08 ha) razılaşdırılmış eskizlayihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətininin Başçısının xx.xx.2014-cü il tarixli, 188 saylı sərəncamı ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində ( 0,079047 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhər Səbail rayon tcra Hakimiyyətininin Başçısının xx.xx.2014-cü il tarixli, 188 saylı sərəncamı ilə X4 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində (0,08 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin sərəncamları nə söküntü həyata keçirilən vaxt, nə də ki, hal-hazırda ləğv edilməmiş, qüvvədədir. Həmçinin, birinci instansiya məhkəməsi qərarında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə istinad etmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər X15 ilə İddiaçı2 Səflər oğlu arasında Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair İddiaçı2 Səflər oğlunun adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2014-cü il tarixli,RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə xx.xx.2018-ci ildə qəbul edilmiş, lakin iddiaçılara məxsus fərdi yaşayış evləri 2015-ci ilin mayında sökülmüşdür. Həmin evlər sökülərkən İddiaçı2 Səflər oğlunun adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış qüvvədə olmuş və ləğv edilməmişdir. Bundan başqa iş materiallarında olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********36 nömrəli, xx.xx.2022- ci il tarixli məktubla təqdim edilmiş məlumat və RX seriyalı, 0406265, ******* və ******* nömrəli çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərdəki AN-İ seriyalı, xx.xx.2014-cü il tarixli “Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi”nin surətindən görünür ki, satıcı İddiaçı2 Məmmədxan oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş elektron dövlət reyestrindən arayışa (forma № 1) əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.239047 ha torpaq sahəsindən hər birinə 0.08 ha olmaq şərti ilə alıcılar X4 və İddiaçı1 olunun mülkiyyətinə vermiş, qalan 0.079047 ha torpaq sahəsi mülkiyyətçinin adında qalmışdır. Həmin torpaq sahələrinə dair bölgü sxem tərtib edilmişdir. Sonradan həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində yuxarıda qeyd edilən çıxarışlarla rəsmiləşdirilmişdir. RX seriyalı, ******* nömrəli çıxarış Səbail Rayon Məhkəməsinin 2(009)- 1813/2018 saylı qərarı əsasında ləğv edilmişdir. RX seriyalı, ******* və ******* nömrəli çıxarışlar hazırda qüvvədədir. Göründüyü kimi, RX seriyalı, ******* nömrəli çıxarış Səbail Rayon Məhkəməsinin 2(009)- 1813/2018 saylı qərarı əsasında ləğv edilsə də, İddiaçı1 və İddiaçı3 adına verilmiş RX seriyalı, ******* və ******* nömrəli çıxarışlar hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsindəki tikililərin hər hansı inzibati akt, sərəncam və ya yazılı xəbərdarlıq olmadan söküldüyü, bununla da iddiaçıların əmlak hüquqlarına qanunsuz müdaxilə olunduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur. Həmçinin, işdə olan sənədlərdən və fotoşəkillərindən müəyyən olunur ki, iddiaçıların ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahələrində inşa etdikləri fərdi yaşayış evlərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi və nəticədə iddiaçılara maddi ziyan vurulması işin mübahisəsiz halıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də, formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən, torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçi torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur.” Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə də iddiaçının bu qanuni gözləntiləri qorunmağa layiqdir və bunu istisna edən hər hansı hal iş üzrə materiallardan görünmür. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Eyni zamanda, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından da göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki:

49. Qeyd olunmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, bu qərarın 31-ci bəndində istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

50. Bu qərarın 32-ci bəndində istinad olunan normaya əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

51. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçıların maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-258/2023 saylı, xx.xx.2023-cü il saylı qərardadı ilə iddiaçılara məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərinin tikintisinə çəkilmiş xərcin 2014-2015-ci illər üzrə və halhazırkı bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/7397 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, qərardadın birinci-dördüncü sualları üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrində İddiaçı1 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 2014-2015-ci illər üzrə 386363.83 manat, İddiaçı2 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 386363.83 manat və X4 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 386363.83 manat məbləğində müəyyən edilir. Eyni zamanda Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrində İddiaçı1 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə hal-hazırki bazar qiymətlərinə uyğun çəkilmiş xərcin ümumi dəyəri 419304.67 manat, İddiaçı2 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 419304.67 manat və X4 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 419304.67 manat məbləğində müəyyən olunur. Rəyə əlavə olunmuş smetada fərdi yaşayış evlərində tikinti aparılarkən istifadə edilmiş ayrı-ayrılıqda tikinti materiallarının (kərpic, beton və s.), həmçinin işçilərin əmək haqqının dəyəri 2014-2015-ci illər üzrə və hal-hazırda bazar qiymətlərinə uyğun dəyəri ayrı-ayrılıqda göstərilmişdir. Həmçinin, ekspert rəyinə əlavə olunmuş smetadan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrində İddiaçı1 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 2014-2015-ci illər üzrə 386363.83 manat, İddiaçı2 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 386363.83 manat və X4 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ümumi dəyəri 386363.83 manat məbləğində göstərilən zamanı həmin məbləğə cari və nəzərdə tutulmayan xərclər, ümumi məbləğin 5%-i həcmində, nəqliyyattexnika (daşıma, yüklənmə, boşaldılma) xərcləri, ümumi məbləğin 5%-i həcmində, sahibkarın mənfəəti, ümumi məbləğin 15%-i həcmində və 37694.28 manat hasar işləri aid edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyi ilə qismən razılaşaraq qeyd edir ki, İddiaçı1, İddiaçı2 və X4 məxsus olmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin dəyəri 2014- 2015-ci illər üzrə 275003.10 manat olması, ümumilikdə 825009.30 (səkkiz yüz iyirmi beş min doqquz manat otuz qəpik) manat təşkil etməsini iş üzrə layihə və smeta xərclərinə əsasən, həmçinin, iş materiallarında olan qiymətləndirici rəylərinin əsaslandırıcı hissələrinə əsasən müəyyənləşdirmək mümkündür. Odur ki, iddiaçılara məxsus torpaq sahəsində tikilmiş fərdi yaşayış evlərinin sökülməsi nəticəsində onlara ayrılıqda 275003.10 manat olmaqla, ümumilikdə 825009.30 (səkkiz yüz iyirmi beş min doqquz manat otuz qəpik) manat məbləğində ziyan vurulmasını işin hallarına uyğun hesab edilir. Ekspert rəyinə əlavə edilmiş smetada qeyd olunan cari və nəzərdə tutulmayan xərclər (ümumi məbləğin 5%-i həcmində), nəqliyyat-texnika (daşıma, yüklənmə, boşaldılma) xərcləri (ümumi məbləğin 5%-i həcmində) sahibkarın mənfəəti (ümumi məbləğin 15%-i həcmi) və hasar işlərinə çəkilən xərclərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan fərdi yaşayış evlərinin tikintisinə dair eskiz layihədə və fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi barədə sərəncamlarda hasarlama işləri nəzərdə tutulmamışdır, həmçinin cari və nəzərdə tutulmayan xərclər, nəqliyyat-texnika xərcləri və sahibkarın mənfəəti ilə bağlı xərclərlə bağlı iddiaçılar tərəfindən hər hansı konkret sübutlar təqdim edilməmiş, məbləğlər qeyri-müəyyəndir, odur ki, kollegiya hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində hər bir iddiaçıya münasibətdə ayrı-ayrılıqda 275003.10 manat məbləğdə təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbini və apellyasiya şikayətinin dəlillərini cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın tutulması hissəsində əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki: “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qərardan göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X24 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. İşdə olan tibbi müayinə sənədləri iddiaçının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən sağlamlığının pozulması ilə səbəbli əlaqəni sübut etməyə kifayət etmir. Hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçılara mənəvi zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçılar mənəvi zərərin əvəzini tələb etmək hüququna malik olmurlar. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsində İddiaçı1 (0.08 ha), İddiaçı2 (0.079047 ha) və İddiaçı3 (0.08 ha) tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məhkəmə qərarı olmadan sökülməsi barədə hərəkətləri qanunsuz hesab edilməli, Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində İddiaçı1 vurulmuş maddi ziyanın əvəzi kimi 275003.10 (iki yüz yetmiş beş min üç manat on qəpik) manat, İddiaçı2 vurulmuş maddi ziyanın əvəzi kimi 275003.10 (iki yüz yetmiş beş min üç manat on qəpik) manat, İddiaçı3 vurulmuş maddi ziyanın əvəzi kimi 275003.10 (iki yüz yetmiş beş min üç manat on qəpik) manat, ümumilikdə 825009.30 (səkkiz yüz iyirmi beş min doqquz manat otuz qəpik) manat məbləğində pul Bakı şəhər İcra Hakimiyyətindən tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərə əsasən aparılmış tədqiqatın dəyəri "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən aparılmış tədqiqata münasibətdə 900 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqata münasibətdə 100 manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən aparılmış tədqiqatın dəyəri qismində 900 manatın 600 manatı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin, 300 manatı isə müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatın dəyəri qismində 100 manatın 70 manatı Bakı şəhər İcra Hakimiyyətinin, 30 manatı isə müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1257/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsində İddiaçı1 (0.08 ha), İddiaçı2 (0.079047 ha) və İddiaçı3 (0.08 ha) tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məhkəmə qərarı olmadan sökülməsi barədə hərəkətləri qanunsuz hesab edilsin. Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində İddiaçı1 vurulmuş maddi ziyanın əvəzi kimi 275003.10 (iki yüz yetmiş beş min üç manat on qəpik) manat, İddiaçı2 vurulmuş maddi ziyanın əvəzi kimi 275003.10 (iki yüz yetmiş beş min üç manat on qəpik) manat, İddiaçı3 vurulmuş maddi ziyanın əvəzi kimi 275003.10 (iki yüz yetmiş beş min üç manat on qəpik) manat, ümumilikdə 825009.30 (səkkiz yüz iyirmi beş min doqquz manat otuz qəpik) manat məbləğində pul Bakı şəhər İcra Hakimiyyətindən tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 900 (doqquz yüz) manatın 600 (altı yüz) manatı cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən, 300 (üç yüz) manat isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq "xxxx" MMC Qiymətləndirmə Şirkətinin hesabına (VÖEN **********, H/h: № AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X) köçürülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatın 70 (yetmiş) manatı Bakı şəhər İcra Hakimiyyətindən, 30 (otuz) manatı isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar