Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-220/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arayışın verilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2574/2020 saylı qərarından cavabdehin nümayəndəsi S.Qarayev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2574/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması barədə qanunlar (fərmanlar, sərəncamlar və s. digər sənədlər) imzalandıqdan sonra İddiaçı vəzifə maaşının, rütbə maaşının, xidmət illərinə görə, məharət dərəcəsinə görə əlavələrin və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləğinin nə qədər təşkil etməsi barədə arayış məlumat (açıqlaması ilə) verilməsinin cavabdehə həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərar alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi S.Qarayev tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmətdə olduğu dövrlər ərzində, eləcə də ehtiyata buraxıldığı tarixdən bu günə kimi: hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən hansı tarixlərdə qanunlar (fərmanlar, sərəncamlar və s. digər sənədlər) imzalanması, Azərbaycan Respublikasının Prezidenti tərəfindən hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması barədə qanunlar (fərmanlar, sərəncamlar və s. digər sənədlər) imzalandıqdan sonra onun vəzifə maaşının, rütbə maaşının, xidmət illərinə görə, məharət dərəcəsinə görə əlavələrin və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləğinin nə qədər təşkil etməsi barədə arayışməlumat (açıqlaması ilə) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu olaraq, xx.xx.1992-xx.xx.1993-cü illərdə Müdafiə Nazirinin sərəncamında (MN-nin 333 h/h- nin, 18/651 №-li, xx.xx.1994-cü il tarixli arayışı); 5.05.1993-xx.xx.1995-ci illər - N saylı hərbi hissədə; xx.xx.1995-xx.xx.2000-ci illər - N saylı hərbi hissədə; xx.xx.2000-xx.xx.2005-ci illər - N saylı hərbi hissədə; xx.xx.2005xx.xx.2011-ci illər - N saylı hərbi hissədə xidmət etmişdir. xx.xx.2011-ci il tarixdə Müdafiə Nazirinin 0360 №-li əmrinə əsasən ehtiyata buraxılmışdır. Tərəfindən ilk öncə xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinə ərizə ilə müraciət edilərək hərbi xidmətdə olduğu dövrlərdə və ehtiyata buraxıldığı tarixdən bu günə kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış sərəncamlar (qanunlar və s.) əsasında hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması, eləcə də, həmin sərəncamlar (qanunlar və s.) əsasında vəzifə maaşı, rütbə maaşının, xidmət illərinə görə, məharət dərəcəsinə görə əlavə və ərzaq payı əvəzinə verilən pul kompensasiya məbləği barədə arayış-məlumat (açıqlaması) verilməsi xahiş edilmişdir. Həmin ərizənin MN-nin dəftərxanasına daxil olduğu vaxtdan uzun müddət keçsə də qanunsuz və əsassız olaraq cavab verilmədiyi, heç bir münasibət bildirilmədiyi üçün tərəfindən təkrar olaraq xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinə ərizə ilə müraciət edilərək, hərbi xidmətdə olduğu müddət ərzində, eyni zamanda ehtiyata buraxıldığı tarixdən bu günə kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış hansı tarixli və hansı nömrəli sərəncamlar (qanunlar və s.) əsasında hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması, eləcə də, həmin sərəncamlar (qanunlar və s.) əsasında ona aid olan vəzifə maaşı, rütbə maaşının, xidmət illərinə görə, məharət dərəcəsinə görə əlavələrin və ərzaq payı əvəzinə verilən pul kompensasiya məbləğinin nə qədər təşkil etməsi barədə arayış-məlumat (açıqlaması ilə) verilməsi xahiş edilmişdir. Müraciəti MN-nin Maliyyə və Büdcə İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 12/3976 saylı mahiyyəti aydın olmayan məktubla cavablandırılaraq, “bildirilmişdir ki, ərizədə qeyd etdiyi məsələyə iddiasına uyğun olaraq məhkəmə qaydasında baxıldığından bu barədə məlumatlar tərəflərindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmişdir " bildirilmişdir. Çox təəssüf hissi ilə bildirmişdir ki, etibarlı mənbələrdən, eləcə də hal-hazırda birgə xidmətdə olduğu digər ehtiyatda olan hərbi qulluqçulardan əldə etdiyi artıq dəqiqləşdirilmiş məlumata əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən fərqli vaxtlarda imzalanmış Qanunlara, Sərəncamlara və s. digər sənədlər əsasında, Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatı vəzifə (tarif) maaşlarının mütəmadi olaraq artırılmasına baxmayaraq, hərbi xidmətdə olduğu müddətdə ona və ailəsinə qarşı qanuna uyğun olmayan hərəkətlər edilmiş, yerlərdə hərbi hissə komandirlərinin və maliyyə xidməti üzrə zabitlərin məsuliyyətsizliyi, özbaşınalığı, intizamsızlığı və cəzasızlığı səbəbindən ona aid olmuş əmək haqqının ödənilməsi ilə bağlı ciddi qanun pozuntularına yol verilmiş, ona külli miqdarlarla ölçülən maddi ziyanın vurulması ilə nəticələnən qanunsuz qərarlar qəbul edilmiş, ödənilməli olan pul vəsaiti qəsdən azaldılaraq düzgün ödənilməmiş, qərəzli şəkildə daha az məbləğdə ödənilmiş, maliyyə sənədləri üzrə hesabatlar düzgün aparılmamış, bununla da hüquqları kobud şəkildə pozulmuşdur. Tərəfindən uzun müddət ərzində dəfələrlə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şikayət ərizələri ilə müraciətlər olunaraq həmin məsələlərin hərtərəfli, obyektiv və ədalətli şəkildə araşdırılması, xidmət etdiyi illər ərzində aylıq pul təminatı əmək haqqımdan qanunsuz tutulmuş, verilməyən hissəsi ilə bağlı maliyyə sənədlərində, cədvəllərdə qanunsuzluğa, yanlışlıqlara yol verildiyi, maliyyə hesabatları düzgün aparılmadığından yenidən hesablanıb ona ödənilməsi xahiş edilsə də, nədənsə aydın olmayan səbəblərdən buna heç bir məhəl qoyulmur, müsbət reaksiya verilmir, cavabdeh tərəf problemin həllində maraqlı görünmür, süründürməçiliyə yol verilir. Müdafiə Nazirliyi aparatında xidmət edən bir çox özündən razı, səhlənkar zabitlər bu işə etinasız, laqeyd, biganəlik münasibət göstərdiyi üçün məktublara qanunsuz və əsassız olaraq cavab verilmir və yaxud da, hüquqi cəhətdən savadsız, mahiyyətsiz cavablar verilir, həmin faktların mövcud olmadığını sübut edə bilmədikləri səbəbindən müraciətinə cavab verilməsindən bilərəkdən yayınır, cavab verməmək mövqeyi tuturlar. Bu səbəbdən də cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi pulun qaytarılmasından dolayı yolla imtina etdiyi üçün onu məhkəmələrə üz tutmaq, pozulmuş hüquqlarını məhkəmə yolu ilə bərpa etmək məcburiyyətində qalmışdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, ftazim Nəsirovun xidmət etdiyi 216, N və N nömrəli hərbi hissələrdə ona hesablanan və tutulan pul paylama cədvəllərindən aylar üzrə arxiv çıxarışları Müdafiə Nazirliyi tərəfindən aşağıdakı tarixlərdə iddiaçıya və Bakı İnzibati Məhkəməsinə (1 saylı İnzibati-İqtisadi Məhkəməsinə) göndərilmişdir: - iddiaçıya: xx.xx.2019-cu il; xx.xx.2019-cu il; xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixlərdə; - məhkəməyə: 05.11,2019-cu il; xx.xx.2019-cu il; xx.xx.2020-ci il; xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə və vəzifə (tarif) maaşlarının 1995-2019-cu illər üzrə artırılmasına əsas olan normativ-hüquqi sənədlər barədə məlumat xx.xx.2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Göstərilən normativhüquqi sənədlər barədə məlumatda, eləcə də hesablanan və tutulan pul paylama cədvəllərindən aylar üzrə arxiv çıxarışlarda iddiaçının tələb etdiyi bütün məlumatlar öz əksini tapmışdır, o cümlədən: - hərbi rütbə maaşı; - vəzifə maaşı; - xidmət illərinə görə faiz əlavəsi; - məharət dərəcəsinə görə əlavə; - yüksək dağlıq şəraitində xidmətə görə əlavə; ərzaq payı əvəzinə pul kompensasiyası. Eyni zamanda nümayəndə qeyd etmişdir ki, döyüş şəraitində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara ərzaq payı əvəzinə pul kompensasiyası ödənilmir. Burada xidmət edən hərbi qulluqçular qazan təminatına qoyulmaqla yeməklə təmin olunurlar. N və N nömrəli hərbi hissələr döyüş şəraitində olduğu dövrlərdə İddiaçı qazan təminatına qoyularaq yeməklə təmin olunmuşdur. Bu hərbi hissələr döyüş şəraitindən çıxarıldığı vaxtlarda isə İddiaçı ərzaq payı əvəzinə pul kompensasiyası ümumi əsaslarla ödənilmişdir. İddiaçı Azərbaycan Ordusunda xx.xx.1993cü il tarixdə N nömrəli hərbi hissədə hərbi xidmətə başlamış və orada xx.xx.1995-ci il tarixədək xidmət etmişdir. Göstərilən hərbi hissə xx.xx.1995-ci il tarixində müvafiq qaydada ləğv edilmişdir və maliyyə sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də araşdırma aparmaq mümkün olmamışdır. Təqdim edilmiş cədvəllərin surətlərindən və normativ-hüquqi sənədlər barədə məlumatdan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları əsasında hərbi qulluqçulara pul təminatı artırılan zaman, digər hərbi qulluqçularla birlikdə İddiaçı da pul təminatı Sərəncamlara uyğun artırılmışdır. İnzibati məhkəməyə və iddiaçıya təqdim olunan yuxarıda göstərilən maliyyə sənədləri iddiaçının tələblərini tam həcmdə təmin edən sənədlər olduğu üçün hər hansı bir açıqlamanın və digər sənədlərin iddiaçıya təqdim edilməsinə ehtiyac yoxdur və bu mümkün deyildir. Yuxarıda qeyd olunanlardan görünür ki, məhkəmə qərar qəbul edərkən işə birtərəfli baxmış, Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş rəsmi sənədləri nəzərə almadan, iddiaçının heç bir fakta, sübuta əsaslanmayan sözləri əsasında qanunsuz, əsassız qərar qəbul etmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması, düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı hərbi xidmətdə olduğu müddət ərzində, eləcə də ehtiyata buraxıldığı tarixdən bu günə kimi Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış hansı tarixli və hansı nömrəli sərəncamlar (qanun) əsasında hərbi qulluqçularının aylıq pul təminatı vəzifə (tarif) maaşlarının artırılması, eləcə də həmin sərəncamlar (qanun) əsasında vəzifə maaşının, rütbə maaşının, xidməti illərinə görə, məharət dərəcəsinə görə əlavələrin və ərzaq payı əvəzinə verilən pul kompensasiya məbləğinin nə qədər təşkil etməsi (açıqlaması ilə) barədə arayış-məlumat verilməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin rəis müavin tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 12/3976 №-li məktubdan görünür ki, ərizədə qeyd etdiyi məsələyə iddiasına uyğun olaraq məhkəmə qaydasında baxıldığından bu barədə məlumatlar tərəflərindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 12/1359 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlandığı İddiaçı pul təminatı barədə arayış-məlumatın verilməsinə dair məktubundan görünür ki, İddiaçı hərbi xidmətdə olduğu dövrlərdə, eləcə də ehtiyata buraxıldığı tarixdən bu günə qədər Azərbaycan Respublikası Prezidentinin Sərəncamları əsasında hərbi rütbə və vəzifə maaşlarının artırılması, həmçinin ərzaq payı əvəzinə pul kompensasiyasının məbləği barədə məlumatlar göndərilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, döyüş şəraitində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara ərzaq payı əvəzinə pul kompensasiyası ödənilmir. Burada xidmət edən hərbi qulluqçular qazan təminatına qoyulmaqla yeməklə təmin olunurlar. N və N nömrəli hərbi hissələr döyüş şəraitində olduğu dövrlərdə İddiaçı qazan təminatına qoyularaq yeməklə təmin olunmuşdur. Bu hərbi hissələr döyüş şəraitindən çıxarıldığı vaxtlarda isə İddiaçı ərzaq payı əvəzinə pul kompensasiyası ümumi əsaslarla ödənilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 12/1728 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlandığı İddiaçı pul təminatı barədə arayış-məlumatın verilməsinə dair məktubundan görünür ki, İddiaçı hərbi xidmətdə olduğu dövrlərdə, eləcə də ehtiyata buraxıldığı tarixdən bu günə qədər Azərbaycan Respublikası Prezidentinin Sərəncamları əsasında hərbi rütbə və vəzifə maaşlarının artırılması barədə Müdafiə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli, 12/1359 nömrəli məktubla göndərilmiş məlumatlar iddiaçının tələblərinin mahiyyətini tam əhatə etdiyi üçün bununla bağlı heç bir əlavə məlumatın göndərilməsi mümkün deyildir. Bundan əlavə 1995-ci ilin may ayından 2011-ci ilin sentyabr ayınadək olan müddət üçün xidmət etdiyi müddətdə İddiaçı pul təminatının hesablanması və tutulması barədə maliyyə arayışları göndərilir. Göstərilən maliyyə arayışlarında aylar, illər üzrə iddiaçının tələb etdiyi bütün məlumatlar öz əksini tapmışdır, o cümlədən: hərbi rütbə maaşı; vəzifə maaşı; xidmət illərinə görə faiz əlavəsi; məharət dərəcəsinə görə əlavə; yüksək dağlıq şəraitində xidmətə görə əlavə; ərzaq payı əvəzinə pul kompensasiyası. Eyni zamanda qeyd etmişdir ki, döyüş şəraitində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara ərzaq payı əvəzinə pul kompensasiyası ödənilmir. Burada xidmət edən hərbi qulluqçular qazan təminatına qoyulmaqla yeməklə təmin olunurlar. N və N nömrəli hərbi hissələr döyüş şəraitində olduğu dövrlərdə İddiaçı qazan təminatına qoyularaq yeməklə təmin olunmuşdur. Bu hərbi hissələr döyüş şəraitindən çıxarıldığı vaxtlarda isə İddiaçı ərzaq payı əvəzinə pul kompensasiyası ümumi əsaslarla ödənilmişdir. İddiaçı Azərbaycan Ordusunda xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissədə hərbi xidmətə başlamış və orada xx.xx.1995-ci il tarixədək xidmət etmişdir. Göstərilən hərbi hissə xx.xx.1995-ci il tarixində müvafiq qaydada ləğv edilmişdir və maliyyə sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivin № 9/2- 7849 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı pul təminatı ilə təmin olunması barədə araşdırma apara bilmirlər. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq, aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş, xidmət etdiyi dövr ərzində əmək haqqının düzgün ödənilməsi ilə əlaqədar əsaslı şübhələri olduğu üçün müvafiq maliyyə sənədlərinin təqdim edilməsi üçün cavabdehə müraciət etsə də cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Məhkəmənin sorğularına əsasən cavabdeh tərəfindən tədqim edilmiş sənədlər isə iddia tələbinə uyğun olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Həmin Qanunun 11-ci maddəsinə əsasən məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır, 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3.1-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq hüququna malikdir. 2.3.2-ci maddəsinə əsasən informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. - 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. - 14.1.3-cü maddəsinə əsasən sorğuçu yazılı sorğunun informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsini tələb edə bilər. - 21.1.2-ci maddəsinə əsasən informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə sorğunun icrasından imtina edir. Azərbaycan Respublikası İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehdən özünə aid olan məlumatları almaq hüququna malik olduğundan cavabdeh orqanın həmin məlumatları və sənədləri iddiaçıya təqdim etməsindən imtinası qanunsuz olmuşdur. Ona görə də iddia tələbi Azərbaycan Respublikasının Prezidenti tərəfindən hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması barədə qanunlar (fərmanlar, sərəncamlar və s. digər sənədlər) imzalandıqdan sonra İddiaçı vəzifə maaşının, rütbə maaşının, xidmət illərinə görə, məharət dərəcəsinə görə əlavələrin və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləğinin nə qədər təşkil etməsi barədə arayış-məlumat (açıqlaması ilə) verilməsi hissəsində təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının hərbi xidmətdə olduğu dövrlər ərzində, eləcə də, ehtiyata buraxıldığı tarixdən bu günə kimi: hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən hansı tarixlərdə qanunlar (fərmanlar, sərəncamlar və s. digər sənədlər) imzalanması barədə məlumatın verilməsi ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, bu qəbildən olan bütün normativ hüquqi aktlar dərc edildiyindən, habelə onların hərbi qulluqçulara rəsmi tədqim edilməsi hazırki cavabdeh inzibati orqan Müdafiə Nazirliyinin vəzifəsi kimi müəyyən edilmədiyindən belə öhdəlik həmin orqanın üzərinə qoyula bilməz. Odur ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi S.Qarayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2574/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-220/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-220/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver