Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-220/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkili X5 (Bakı şəhəri 15 saylı Vəkil Bürosu), Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 (Bakı şəhəri 28 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1946-cı il tarixində Füzuli rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçüsünün ləğv edilməsi, çıxarışın və planölçünün verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)- 371/2021 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 18.11.2019-cu il tarixində cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən faktiki istifadəsində və sahibliyində olan 0.12 ha ibarət 1213 saylı bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və planölçünün verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən 0.25 ha-dan ibarət 1213 saylı bağ sahəsi 1935 saylı icarə müqaviləsi əsasında mərhum X10 məxsus olmuşdur. Həmin bağ sahəsinin 0.12 ha hissəsi 16.10.1990-cı il tarixli, 1935 saylı müqavilə əsasında mərhum X6, 012 ha hissəsi isə X7 (mətnə uyğun) adına icarə müqavilələri bağlanmışdır. Bağın digər hissəsinin sahiblik və istifadə hüquqlarına X15 ilə onun arasında şifahi alğı-satqı müqaviləsi bağlanmış və ona tərəfindən 25 000 (iyirmi beş min) rubl məbləğində pul vəsaiti ödənilmişdir. Bu dediklərinin təsdiqi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2400/15 saylı, 19 may 2015-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Sözügedən bağ sahəsinin 0.12 ha hissəsi üzərində bağ evi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi 13.12.2013-cü il tarixdə, ********** nömrə ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi dörd tərəfdən hasar içərisində yerləşir və orada bir sıra abadlıq və ağacəkmə işləri aparmış və faktiki olaraq onun istifadəsində və sahibliyindədir. Bağ sahəsinin faktiki istifadəsində olan digər 0.12 ha hissəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Adıçəkilən İdarənin mütəxəssisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, arxiv əsaslarında və elektron kadastr məlumatlarına əsasən “1213” saylı bağ digər fiziki şəxsin adınadır və həmin sahəyə ləğv olunmuş DTXK tərəfindən kadastr planı verilmişdir. “1213” saylı bağ sahəsinin adına daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya, protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktubu) təqdim edilməsi zəruridir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və hüquqaziddir. O, yenidən 04 oktyabr 2019-cu il tarixdə sözügedən sahibliyində və istifadəsində olan bağ sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün poçt vasitəsi ilə sənədlərini cavabdeh inzibati orqana göndərmişdir. Sənədləri 04 oktyabr 2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Lakin, onlara təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2400/15 saylı, 19 may 2015-ci il tarixli qətnaməsində məhkəmənin gəldiyi qənaətləri nəzərə almayaraq, şablon əsasında cavab verib icarə müqaviləsi və digər sənədlər tələb olunub. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən faktiki istifadəsində və sahibliyində olan 0.12 ha ibarət olan 1213 saylı bağ sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2021 saylı, 16 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə X16 üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2- 1(112)-371/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən iddiaçının faktiki istifadəsində və sahibliyində olan 0.12 ha ibarət olan 1213 saylı bağ sahəsinə dair R.Kazımovun adına tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh 02.08.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq ünvanda iddiaçının adına 1213 saylı bağ sahəsinin ayrılması barədə İdarənin arxivində hər hansı məlumat aşkar edilməmişdir. Bundan əlavə, sözügedən bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış) təqdim edilməmişdir. Həmçinin bildiririk ki, qeyd olunan ünvanda yerləşən bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi faktiki olaraq 1345,0 kv.m-dir, 145,0 kv.m torpaq sahəsi artıqdır, iki bağ sahəsi ümumi hasar daxilindədir və ara sərhədləri şərtidir. Bundan başqa, İdarənin elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan sahədə digər fiziki şəxsin adına **********5391 nömrəli kadastr planı və sxem verilmişdir. Məlumat üçün bildiririk ki, müvafiq bağ sahəsinə dair digər fiziki şəxslər - X9 və X16 tərəfindən də İdarəyə müraciətlər edilmişdir. Qeyd olunanlardan əlavə, Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli, 2(008)- 8979/2014 saylı qərardadına əsasən Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 1213 saylı bağ sahəsi üzərinə həbs qoyulmuşdur. Həmçinin, müvafiq bağ sahəsi ilə bağlı mübahisə olması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5385/2019 saylı mülki işi üzrə məhkəmə bildirişi daxil olmuş, lakin mübahisənin yekunlaşması barədə yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. 13.08.2021-ci il tarixdə üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağlar massivində yerləşən 0.25 ha ibarət 1213 saylı bağ sahəsi 20 noyabr 1981-ci il tarixli icarə müqaviləsi əsasında üçüncü şəxs X8 mərhum atası X6 istifadəsinə verilmişdir. X15 bağ sahəsinin bir hissəsini yəni 0.12 hektar hissəsini İddiaçı istifadəsinə vermiş, bununlada bağ sahəsinin 0.12 hektar hissəsinə İddiaçı ilə icarə müqaviləsi bağlanmış, qalan 0.12 ha hissəyə isə üçüncü şəxsin atası Rafiq Kazımovun adına yeni müqavilə bağlanmışdır. 20 aprel 2011-ci il tarixdə Rafiq Kazımov vəfat etmiş, bundan sonra miras əmlak Rafiq Kazımovun vərəsələrinin faktiki istifadəsinə keçmiş, bu məqsəd ilə notariat kontoruna müraciət edilmiş, miras əmlak rəsmiləşdirilməsi üçün notariat kontoru tərəfindən Rafiq Kazımovun vərəsəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə çıxarış verilməsi üçün məktub verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq 1213 saylı bağ sahəsinin üzərinə mülki mübahisə ilə əlaqədar olaraq 2014-cü ilə Sabunçu Rayon Məhkəməsinin qərardadı əsasında həbs qoyulduğunu bildirmişdir. İddiaçının vəkili Vəkil1 əvvəlki məhkəmə iclasında iştirak etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməlidir. İş materiallarında olan: - Sabunçu Rayon Məhkəməsinin 2(008)-8979/2014 saylı, 22.10.2014-cü il tarixli qərardadı ilə (hakim G.Əsədova) iddiaçılar X1 və İddiaçı cavabdeh X14 və üçüncü şəxs DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -1 qəsəbəsində yerləşən 1213 saylı bağa və torpaq sahəsinə dair hər hansı bir hərəkətlərin edilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi barədə ərizənin qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -1 qəsəbəsində yerləşən 1213 saylı bağa və torpaq sahəsinin üzərinə həbs qoyulması, qərardadın icrasının DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - Sabunçu Rayon Məhkəməsinin 8(008)-2178/2016 saylı, 15.07.2016-cı il tarixli qərardadı ilə (hakim A.Rzayev) ərizəçilər X1 və İddiaçı Sabunçu Rayon Məhkəməsinin 2(008)-8979/2014 saylı, 22.10.2014-cü il tarixli qərardadına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -1 qəsəbəsində yerləşən 1213 saylı bağa və torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizənin təmin edilməsi qərara alınmışdır. - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********12 nömrəli, 05.11.2019-cu il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -1 bağ massivi ünvanında yerləşən 1213 saylı evin sənədləşməsi ilə bağlı ********** nömrəli, 04.10.2019-cu il tarixli poçt vasitəsilə İdarəyə daxil olmuş ərizəsinə baxılaraq bildirilmişdir ki, sözügedən bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktubu) təqdim edilməmişdir. Həmçinin bildirilmişdir, qeyd olunan ünvanda yerləşən bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. - qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2400/2015 saylı, 19 may 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağlar massivində yerləşən 0.25 ha ibarət 1213 saylı bağ sahəsi 20 noyabr 1981-ci il tarixli icarə müqaviləsi əsasında mərhum X6 istifadəsinə verilmişdir. 1990-cı ildə Rafiq Kazımov bağ sahəsini İddiaçı satmaq barədə razılığa gəlmiş və bağın dəyəri ilə əlaqədar razılaşdıqları məbləği alaraq bağ sahəsini sonuncunun istifadəsinə vermişdir. Tərəflərin razılaşdıqları vaxt qüvvədə olan Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 sentyabr 1990-cı il tarixli sərəncamının tələblərinə əsasən həmin vaxt hər adam üçün 0.12 hektardan artıq bağ sahəsinə icarə müqaviləsinin bağlanmasına icazə verilmədiyi üçün tərəflər belə razılığa gəlmişlər ki, 0.24 ha sahəsinin 0.12 ha sahəsinə İddiaçı ilə icarə müqaviləsi bağlansın, 0.12 ha bağ sahəsinin sonradan İddiaçı adına rəsmiləşdirilməsi şərti ilə icarə müqaviləsi Rafiq Kazımovun adında saxlansın. Tərəflər razılaşdıqları qaydada bağ sahəsinin 0.12 ha hissəsinə İddiaçılə icarə müqaviləsi bağlanmış, qalan 0.12 ha hissəyə Rafiq Kazımovla yeni müqavilə bağlanmış, həmin icarə müqaviləsindən əvvəlki müqavilədən fərqli olaraq Rafiq Kazımovun ailə üzvlərinin adı çıxarılmışdır. 0.24 ha bağ sahəsi həmin vaxtdan bütövlükdə İddiaçı və X1 istifadəsində olmuşdur. 20 aprel 2011-ci il tarixdə Rafiq Kazımov bağ sahəsini İddiaçı adına rəsmiləşdirməsini həyata keçirmədən vəfat etmişdir. Bundan sonra Rafiq Kazımovun vərəsələri bağ sahəsinin Rafiq Kazımovun adına qalan hissənin X1 adına rəsmiləşdirməkdən imtina etmiş və bununla bağlı tərəflər arasında mübahisə yaranmışdır. Eləcə də, həmin qətnamədən görünür ki, iddiaçılar X9 və İddiaçı mərhum Rafiq Kazımovun keçmiş arvadı cavabdeh X14 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia tələbi irəli sürərək X4 Samirə Rafiq qızının müraciəti əsasında mübahisəli bağ sahəsinə dair tərtib edilmiş “torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, bağ sahəsinin yeganə qanuni istifadəçisi və sahibi olmasının tanınması, Rafiq Kazımovun vəfat etdiyi andan onunla bağlanmış icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, bağa dair icarə müqaviləsinin həmin vaxtdan X9 ilə bağlanmalı olması” barədə iddia tələbi irəli sürmüşdür. - Müstəqil tələb irəli sürən 3-cü şəxs kimi tanınmış mərhum X4 Samirə Rafiq qızı cavabdeh X2 və İddiaçı qarşı iddia tələbi irəli sürərək mərhum atasının adına icarə müqaviləsi bağlanmış bağ sahəsindən cavabdehlərin çıxarılmaları, bağ sahəsinin sərhədinin bərpa edilməsi və bağ sahəsinə giriş-çıxışın məhdudlaşdırılmasının aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbləri təmin edilməmiş, 3-cü şəxs X8 iddiası təmin olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv olunaraq ilk iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası hesab etmişdir ki,maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmadığından qətnamə ləğv olunmalı, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. 1213 nömrəli bağ sahəsinin iddiaçılar tərəfindən mərhum Rafiq Kazımovla şifahi olaraq razılaşaraq dəyərini ödəməklə satın almaları işin sübuta yetirilmiş halıdır. 16 oktyabr 1990-cı il tarixdən 1213 və 1213 a saylı bağ sahələrinin əvvəlki qaydada bölünməz olaraq istifadələrində olması halını qonşuluqda yaşayan, iddiaçılar və mərhum Rafiq Kazımovu tanıyan şahidlər təsdiq etmişlər. Hazırkı iş üzrə şahidlərin verdikləri ifadələrin doğruluğunu şübhə altına almağa əsaslar yoxdur. Bu halı qarşı tərəf də, mübahisələndirməmiş, birinci instansiya məhkəməsi də şahid ifadələrinin doğruluğunu şübhə altına almamışdır. Hər iki bağ sahəsinə dair istifadə haqlarının ödənilməsinə dair mədaxil qəbzləri bağdan iddiaçıların istifadə etdiklərini, istifadə haqlarının onlar tərəfindən ödənilməsini təsdiq edən şəksiz sübutdur. Bağ sahəsinin bir hissəsinə dair Rafiq Kazımovun və onun ailə üzvlərinin razılığı ilə İddiaçılə icarə müqaviləsi bağlanması, həmin gün Rafiq Kazımovla qalan hissəyə dair icarə müqaviləsi bağlanması, müqaviləyə Rafiq Kazımovun ailə üzvlərinin adlarının salınmaması, müqavilə bağlanan vaxt 0.12 ha sahədən artıq bağ sahəsinə icarə müqaviləsinin bağlanmasının qadağan olunmasına dair Bakı şəhər İcra Hakimiyyətinin müvafiq normativ aktı olması halları da iddiaçıların dediklərinin həqiqi olmasına dəlalət edən sübutlardır. Qarşı tərəf 1990-cı ildən sonra hazırkı mübahisə başlayana qədər 1213 nömrəli bağ sahəsindən Rafiq Kazımovun və yaxud onun vərəsələrinin istifadə etməsinə dair heç bir sübut təqdim edə bilməmişlər. Ona görə də, məhkəmə kollegiyası 1213 saylı bağ sahəsinin mərhum Rafiq Kazımov tərəfindən qeyri-rəsmi olaraq iddiaçılara satılması faktını sübuta yetirilmiş fakt kimi qəbul edir. Rafiq Kazımovla bağlanmış 16 oktyabr 1990-cı il tarixli icarə müqaviləsinin 7.4-cü bəndinə əsasən “Birliyin” razılığı olmadan bağı başqa şəxslərin istifadəsinə verilməsi qadağandır. Rafiq Kazımov 16 oktyabr 1990-cı ildən sonra bağ sahəsindən nəinki istifadə etməmiş, hətta müqavilə şərtləri ilə nəzərdə tutulmamış qaydada ona sərəncam verərək qeyri-rəsmi olaraq bağ sahəsini özgəninkiləşdirmişdir. Halbuki, Rafiq Kazımovun dövlətin mülkiyyətində olan əmlakı özgəninkiləşdirmək hüququ olmamışdır. Mübahisə yarandığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. R.Kazımovla bağlanmış icarə müqaviləsinin 4-cü bəndinə əsasən icarədar bağdan istifadə haqqı ödəməlidir. İcarədar ödəniş müddətini 3 ayadək gecikdirdikdə icarədar bağdan istifadə etmək hüququndan məhrum edilir. R.Kazımov 16 oktyabr 1990-cı ildən sonra mübahisəli bağ sahəsindən istifadə etməyərək kirayə müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyindən, gələcəkdə də, həmin bağ sahəsindən istifadə etmək niyyətində olmadığını aşkar surətdə nümayiş etdirərək dövlət mülkiyyətində olan əmlakın müqəddəratını qeyri-rəsmi həll etdiyindən onun həmin bağ sahəsinə 3-cü şəxsin istinad etdiyi əsaslarla mülkiyyət hüququ yaranmamışdır. R.Kazımov bağ sahəsini qeyri-rəsmi iddiaçılara sataraq vəfat edənədək bağ sahəsinin özəlləşdirilməsi barədə Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət etməmiş, torpaq sahəsini özəlləşdirməmiş, bağa mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına təşəbbüs göstərməmişdir. Bağdan istifadə haqlarının iddiaçılar tərəfindən ödənilməsi işin sübuta yetirilmiş hallarındadır. X24 1990-cı ildən vəfat edənədək bağın sənədləşdirilməsi ilə bağlı heç bir təşəbbüs göstərməməsi halı onun bağı qarşı tərəfə satması və bağa artıq marağı olmaması anlamına gəlməyə əsas verir. Ona görə, Rafiq Kazımovun bağ sahəsinə 3-cü şəxsin istinad etdiyi əsaslarla mülkiyyət hüququ əldə etməsinə dair dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, mərhum Rafiq Kazımovun bağ sahəsinə mülkiyyət hüquqları yaranmadığına görə 3-cü şəxsin vərəsə kimi bağ sahəsinə dair tələbləri əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası ilk iddianın təmin olunması üçün də, əsaslar görməmişdir. Belə ki, iddia tələbində cavabdeh kimi qeyd olunan X18 iddiaya cavab verməli olan şəxs deyil. Təqdim edilmiş sənədlərdən görünmüşdür ki, cavabdeh mərhum R.Kazımovun arvadı olmuş və bağ sahəsi iddiaçılara satılan vaxt artıq onların nikahları rəsmi qaydada pozulmuşdur. Mübahisəli bağ sahəsinə heç bir hüququ olmayan şəxsin iddia tələbinə cavab verməsi absurddur. İzah olunmuşdur ki, iddiaçılar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Şöbəsinə torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, bağ sahəsinin icarə müqaviləsinin X9 ilə bağlanması barədə həmin orqana müraciət etmədiklərinə görə onların birbaşa məhkəməyə müraciət etmələri əsassızdır. İddiaçılar qeyd olunan orqana ümumi qaydada müraciət edərək, bağa dair hüquqlarını tələb edə bilərlər. Həmin orqan müraciətin təmin olunmasından imtina etdiyi təqdirdə onların hərəkətlərini məhkəmə qaydasında mübahisələndirə bilərlər - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən, 2(103)- 2400/2015 saylı, 19 may 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov, A.Abdullayeva və A.Hüseynov) iddiaçılar X1, İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********93 nömrəli, 27.10.2020-ci il tarixli məktubla təqdim edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 1213 və 1213 a saylı bağ sahələrinə dair sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 452/1213 saylı, ümumi sahəsi 0.25 ha olan bağ sahəsi 1935 nömrəli, 15 avqust 1969-cu il tarixli “bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə müqaviləyə əsasən X6 icarəsinə verilmişdir. Həmin müqavilə 20 noyabr 1981-ci il tarixdə yenilənmişdir. X15 12.09.1990-cı il tarixdə ərizə ilə Bakı şəhəri Bağlar Birliyinin direktoruna müraciət edərək bildirmişdir ki, Vişnyovka sahəsində 1935 saylı müqaviləyə əsasən 1213 saylı bağ onun icarəsinə verilmişdir. Bu bağı götürərək halhazıra kimi qohumu İddiaçı ilə birlikdə ev tikib, hasar çəkib abadlaşdırmışdır. Bir ailə kimi istifadə etmişlər. Bu evin tikintisində onun zəhməti çox olduğu üçün bağların bölünməsi ilə əlaqədar olaraq, ev tərəfdən 0.12 ha bölüb, onlarla təzə müqavilə bağlanması xahiş edilmişdir. Bağ sahəsi ayrılmasına dair İddiaçı tərəfindən də, 18.09.1990-cı il tarixdə Bağlar Birliyinə müraciət edilmişdir. X6 və İddiaçı ərizələri nəzərə alınaraq, 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən, 0.12 ha ölçüdə, 1213 saylı bağ sahəsinə dair X15 ilə, 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən isə 0.12 ha ölçüdə 1213 a saylı bağ sahəsinə dair İddiaçı ilə bağın icarəyə verilməsi haqqında müqavilələr bağlanmışdır. -“Bağların icarəyə verilməsi haqqında” 20270 nömrəli, 22 iyun 2001-ci il tarixli müqaviləyə əsasən Vişnyovka qəsəbəsində 0.12 ha ölçüdə, 1213 a saylı bağ sahəsinə dair İddiaçı ilə yeni müqavilə bağlanmışdır. -Sözügedən 1213 a saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına A seriyalı, 359813 nömrəli, 19.07.2011ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. -Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 626 nömrəli, 21 noyabr 2013-cü il tarixli sərəncamına əsasən, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 1213 a saylı, 1200 kv.m bağ sahəsində tikilmiş bir mərtəbəli, üç yaşayış otağı sahəsi – 45.5 kv.m, köməkçi sahə - 33.9 kv.m-dən ibarət olan bağ evi İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. -Sözügedən 1213 a saylı bağ sahəsinə və bağ sahəsi üzərində yerləşən bağ evinə dair İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13.12.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi, **********52- 11301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bağ evinə dair 12.12.2013cü il tarixdə texniki pasport tərtib edilmişdir. - cavabdeh tərəfindən **********51 nömrəli, 08.05.2021-ci il tarixli məktubla təqdim edilmiş, X6 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Vişnyovka-1 bağ massivi, 1200 kv.m torpaq sahəsi olan 1213 saylı bağ sahəsinə dair 11.08.2014-cü il tarixdə tərtib edilmiş 39473 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin və onun verilməsinə əsas olmuş 1935 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, 1935 nömrəli, 16 oktyabr 1990-cı il tarixli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən 1213 saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 11.08.2014-cü il tarixdə, A seriyalı, 512314 nömrəli torpaq sahəsinin plan və ölçüsü verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri 9 saylı notariat ofisinin 21.05.2021-ci il tarixli məktubuna əsasən qeyd edilmişdir ki, 02.05.1937-ci il təvəllüdlü və 20.04.2011-ci il tarixdə vəfat etmiş, ünvan 4 ünvanında qeydiyyatda olmuş X6 vərəsəlik işi ilə əlaqədar olaraq vərəsəsi X17 notariat ofisinə müraciət etmişdir. Bununla əlaqədar müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi (müqavilə 1935, 16.10.1190-cı il) X6 adınadır. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar ünvan 5 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarışın vərəsəsi X11 verilməsini xahiş edirik. İş materiallarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 452/1213 saylı, ümumi sahəsi 0.25 ha olan bağ sahəsi 1935 nömrəli, 15 avqust 1969-cu il tarixli “bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə müqaviləyə əsasən X6 icarəsinə verilmiş, Həmin müqavilə 20 noyabr 1981-ci il tarixdə yenilənmiş, 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən, 0.12 ha ölçüdə, 1213 saylı bağ sahəsinə dair X15 ilə bağın icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. 1935 nömrəli, 16 oktyabr 1990-cı il tarixli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən 1213 saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 11.08.2014-cü il tarixdə, A seriyalı, 512314 nömrəli torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi şöbəsinə müraciət ünvanlanaraq,vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar ünvan 6 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarışı vərəsəsi X12 verilməsi xahiş edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd edilmişdir ki, “mübahisəli 1213 saylı bağ sahəsinə dair R.Kazımovun vərəsəsi X3 iddia etdiyi əsaslarla , bağ sahəsinin mərhum Rafiq Kazımov tərəfindən İddiaçıa satılması, İddiaçı birbaşa inzibati orqana müraciət edərək, bağa dair hüquqlarını tələb edə bilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Bu səbəbdən də, R.Kazımovun adına qanunvericiliyin normalarının pozulması ilə verilmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edilməklə, sözügedən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. İddiaçının bağ sahəsinə dair hüquqlarını təsdiq edən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur ki, həmin sənədlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən iddiaçının mübahisəli bağ sahəsi üzərində qanuni hüquqları yaranmışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən, 2(103)- 2400/2015 saylı, 19 may 2015-ci il tarixli qətnaməsinə istinad edərək, iddia tələbinin təmin edilməsi qənaətinə gəlsə də, qeyd edilən qətnamənin nəticə hissəsinə əsasən iddiaçılar X1, İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı sözügedən bağ sahəsinə mülkiyyət hüququnun olması qət edilməmiş, əksinə ilkin iddiaçılar X1, İddiaçı ilkin iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qətnaməsi ilə İddiaçı sözügedən bağ sahəsinə mülkiyyət hüququnun olması qət edilmədiyindən, eyni zamanda iş materiallarında iddiaçının ünvan 6 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini almasını və ondan daimi istifadə etməsini müəyyən edən hüquqi faktın təsdiq edilməsi barədə məhkəmə qətnaməsi olmadığından hazırkı iddia tələbi əsassızdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsini xahiş etsə də, qanunvericiliklə nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış) cavabdeh inzibati orqana və məhkəməyə təqdim etməmişdir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əssasız olduğundan ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs X8 apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)-371/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən faktiki istifadəsində və sahibliyində olan 0.12 ha ibarət olan 1213 saylı bağ sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər . Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-220/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-220/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver