Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-220/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-1014/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilmiş əlillik dərəcəsinin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, ona ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xr.astmoid komponentli, diffuz bronxit, tez-tez kəskinləşmələr və boğulma tutmaları ilə başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, hipoxrom anemiya ağ ciyərlərin emfizeması, Xr. tənəffüs çatmazlığı İİ dərəcə diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 2011-ci il tarixdən 2016-cı il tarixədək əlillik dərəcəsi hər dəfə 1 il müddətinə artırılmışdır. 2016-cı il tarixdən 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. 2021-ci il tarixdə əllilik dərəcəsinin uzadılması və daimi olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdehə göndəriş (Forma 88) göndərilmişdir. Cavabdeh əlavə müalicəyə ehtiyacın olması, 2009-cu ildən 2021-ci ilə kimi stasionar müalicənin olmaması, ətraflı müayinə olunmaması, ixtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülməsi əsası ilə əllik dərəcəsinin uzadılmasından imtina etmişdir. 2011-ci il tarixdə ona qanunvericilik normalarına uyğun olaraq əlillik dərəcəsi təyin edilmiş, 10 ildən çox eyni xəstəlikdən əziyyət çəkmişdir. Qanunvericilik normalarına əsasən ikinci dərəcəli əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik dərəcəsi müddətsiz müəyyən edildiyindən cavabdeh tərəfindən əlillik dərəcəsinin uzadılmasından imtina edilməsi qanunsuz və əsassızdır. Buna görə də cavabdehin hərəkətləri əsassız hesab olunmalı, əlillik dərəcəsi bərpa olunmaqla və ömürlük əlillik dərəcəsi təyin edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmazlığı ilə” səbəbi ilə bir il müddətinə əlllik verilmişdir. Həmin xəstəxananın xx.xx.2014cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə, xx.xx.2015-ci il tarixli 0225003AABT6 saylı göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Xr astmatik komponentli diffuz bronxit tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇİİ dər; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR; Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər” səbəbi ilə bir il müddətinə, elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR; Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər.” səbəbi ilə beş il müddətinə əlillik verilmişdir. Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0225003AAKEQ saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış, “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xr.astmoid komponentli, diffuz bronxit, tez-tez kəskinləşmələr və boğulma tutmaları ilə. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Hipoxrom anemiya. Ağ ciyərlərin emfizeması. Xr Tənəffüs çatmamazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb; 2009-cu ildən 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək xəstəliyi olarsa, dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Ağsu rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin iddiaçıya verilmiş əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-1014/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-220/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin “Ağsu Rayon Mərkəzi Xəstəxanasının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə” 2-1(112)-6571/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qərardadı ləğv edilmiş, Ağsu Rayon Mərkəzi Xəstəxanası hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmamış sayılmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-1014/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş, “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J47 - Bronxoektatik xəstəlik; Diaqnozun mətni: Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmazlığı ” meyarı ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş, “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J47 - Bronxoektatik xəstəlik; Diaqnozun mətni: Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmazlığı” meyarı ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0225003AABT6 saylı göndərişi əsasında qiymətləndirilmiş, “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi -> J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xro...; Diaqnozun mətni: Xr astmatik komponentli diffuz bronxit tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ- İİ dər; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR; Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər” meyarı ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdə bir il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, Əsasnamənin 6.1-ci bəndinə əsasən iddiaçının ikinci dərəcə əlilliyi cavabdeh tərəfindən avtomatik olaraq elektron təyinat əsasında eyni diaqnoz ilə beş il müddətinə uzadılmış və növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. 5 illik müddət bitdikdən sonra iddiaçının əlillik vəziyyəti Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0225003AAKEQ saylı göndərişi əsasında qiymətləndirilmiş, “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xr.astmoid komponentli, diffuz bronxit, tez-tez kəskinləşmələr və boğulma tutmaları ilə. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Hipoxrom anemiya. Ağ ciyərlərin emfizeması. Xr Tənəffüs çatmazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb; 2009-cu ildən 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əyani müayinə olunması və əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının müraciətinin yenidən qiymətləndirilməsi üçün cavabdehə müddət verilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, məhkəmənin göstərişinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə əyani müayinə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq iddiaçıya xx.xx.2021-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Hazırda iddaçı cavabdehin ona xx.xx.2021-ci il tarixdən əlillik təyin etməsi ilə razılaşmır və əlilliyin xx.xx.2021-ci il tarixdən bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bəndinə əsasən komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.5-ci bəndinə əsasən bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. – 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-ci bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.7-ci bəndinə əsasən TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Göründüyü kimi Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi cavabdeh tərəfindən qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixdə əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İddiaçı bu qərarı mübahisələndirsə də, eyni zamanda müraciəti əsasında Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə yeni göndəriş verilmiş və sonuncu qiymətləndirmə məhz həmin göndərişə əsasən aparılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixdə yeni göndəriş verilmişdir, deməli, həmin göndərişədək verilmiş əvvəlki göndərişlər, o cümlədən Ağsu Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş 0225003AAKEQ saylı göndəriş də öz qüvvəsini (əhəmiyyətini) itirmişdir. Buna görə də artıq qüvvədə olmayan göndərişə əsasən iddiaçının əlilliyinin qiymətləndirilməsi və həmin göndərişin verildiyi tarixdən iddiaçının əlilliyinin müəyyən edilməsi mümkünsüzdür. İddiaçı barəsində əlilliyin müəyyən edilməsinə dair qərar sonuncu göndərişin verildiyi tarixdən 10 gün müddətində, yəni xx.xx.2021-ci il tarixdə qəbul edildiyindən, qanunvericiliyin tələbinə əsasən iddiaçı həmin tarixdən əlilliyi olan şəxs hesab edilir. Çünki “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla yanaşı, şəxsin əlilliyinin müddəti bitdikdən sonra onun müraciəti əsasında yenidən əlilliyinin müəyyən edilməsinə dair qəbul edilən qərar yeni, müstəqil bir inzibati aktdır və qəbul edildiyi tarixdən şəxsə hüquq və imtiyazlar yaradır. Bu qərar, şəxsin əlilliyinin müddəti bitdiyi tarixdən davam etməsinə səbəb olmur (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın qəbul edildiyi xx.xx.2021-ci il tarixə qüvvədə olan redaksiyasına əsasən). Əlilliyin müəyyən edilməsinə dair hazırkı iddia (müddəti bitmiş əlilliyin növbəti müddətə təyin edilməsi də daxil olmaqla) məcburetmə haqqında iddia növünə aiddir. Bununla əlaqədar, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmə məcburetmə haqqında iddia vasitəsilə özü inzibati orqanın əvəzinə hər hansı bir inzibati akt qəbul etmir və məhkəmə qərarı inzibati aktı əvəz etmir. Məhkəmə inzibati orqanın hərəkətlərini qanunazidd hesab etdiyi halda müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsini cavabdeh orqanın üzərinə qoyur və həmin məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra inzibati orqan iddiaçının xeyrinə müvafiq əlverişli inzibati aktı qəbul etməlidir. Məhz inzibati orqanın həmin qərarı qəbul edildiyi andan iddiaçının müvafiq hüquq və imtiyazları yaranır. Yəni hazırkı halda məhkəmə iddiaçıya verilən imtinanın qanunsuz olduğu qənaətinə gəlsə belə, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərar, məcburetmə haqqında iddianın təmin edilməsi ilə bağlı qəbul edilən məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra, inzibati orqanın özü tərəfindən qəbul edilməlidir. Belə olan halda şəxsin əlilliyi də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən məhz həmin tarixdən yaranacaqdır. Beləliklə, iddiaçıya artıq qüvvədə olmayan göndərişə əsasən və keçmiş tarixə əlilliyin təyin edilməsi mümkünsüzdür, buna görə iddiaçının bu məzmunda iddiası təmin oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-1014/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-220/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-220/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver