Məhkəmə qərarları › İş №2-1(103)-2200/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2200/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2200/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Vergilərin, sosial sığorta və işsizlik sığortası thaqlarının hesablanması barədə” **********540500 saylı 30 aprel 2020-ci il tarixli qərardan görünür ki, yanvar 2019-cu il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 6915,75 manat; - **********608200 saylı 07 may 2020-ci il tarixli qərara əsasən 2018-ci il mənfəət vergisi üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 46.244,42 manat; - **********866100 saylı 22 may 2020-ci il tarixli qərara əsasən 2017-ci il əlavə dəyər vergisi üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 11.625,63 manat; - **********922200 saylı 22 may 2020-ci il tarixli qərara əsasən iyul 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 14.013,35 manat; - **********485600 saylı 31 may 2020-ci il tarixli qərara əsasən iyul 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 16.047,01 manat; - **********486300 31 may 2020-ci il tarixli qərara əsasən oktyabr 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 16.360,85 manat; - **********488700 saylı 31 may 2020-ci il tarixli qərara əsasən avqust 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 25.233,46 manat; - **********551400 saylı 31 may 2020-ci il tarixli qərara əsasən noyabr 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15,811.38 manat; - **********8883500 saylı 31 may 2020-ci il tarixli qərara əsasən sentyabr 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 9.428,22 manat; - **********611600 saylı 08 iyun 2020-ci il tarixli qərara əsasən fevral 2020-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 762,85 manat; - **********687000 saylı 05 oktyabr 2020-ci il tarixli qərara əsasən iyul 2018-ci il hesabat dövrü üzrə aksiz vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5.194,00 manat; - **********688700 saylı 05 oktyabr 2020-ci il tarixli qərara əsasən dekabr 2018-ci il hesabat dövrü üzrə aksiz vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 31.377,80 manat; - **********689400 saylı 05 oktyabr 2020-ci il tarixli qərara əsasən yanvar 2019-cu il hesabat dövrü üzrə aksiz vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 17.571,20 manat; - **********690800 saylı 05 oktyabr 2020-ci il tarixli qərara əsasən fevral 2019-cu il hesabat dövrü üzrə aksiz vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 0,00 manat; - **********299700 saylı 02 mart 2021-ci il tarixli qərara əsasən dekabr 2020-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 57.600,36 manat təşkil etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 yanvar 2021-ci il tarixli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı X5 kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020ci il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********058600 saylı xx.xx.2020-ci il tarixli və **********864800 saylı xx.xx.2020-ci il tarixli qərarları ləğv edilmiş, **********687000 saylı xx.xx.2020-ci il tarixli, **********688700 saylı, **********689400 saylı və **********690800 saylı qərarlar qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinə “avqust 2020-ci il aksiz vergisi üzrə **********058600 saylı xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi” hissəsində cavabdeh tərəfindən “İnzibati şikayətin qismən təmin edilməsi barədə” 06 yanvar 2021-ci il tarixli qərarla “avqust 2020-ci il aksiz vergisi üzrə **********058600 saylı xx.xx.2020-ci il tarixli qərar” ləğv edilərək iddiaçının tələbi təmin edildiyindən həmin hissədə icraata xitam verilmişdir. Hazırda İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia verərək “cavabdehin **********540500 saylı 30 aprel 2020-ci il tarixli, **********08200 saylı 07 may 2020-ci il tarixli, **********866100 saylı 22 may 2020-ci il tarixli, **********922200 saylı 22 may 2020-ci il tarixli, **********485600 saylı 31 may 2020-ci il tarixli, **********486300 saylı 31 may 2020-ci il tarixli, **********488700 saylı 31 may 2020-ci il tarixli, **********551400 saylı 31 may 2020-ci il tarixli, **********883500 saylı 31 may 2020ci il tarixli, **********611600 saylı 08 iyun 2020-ci il tarixli, **********687000 saylı 05 oktyabr 2020-ci il tarixli, **********688700 saylı 05 oktyabr 2020-ci il tarixli, **********1689400 saylı 05 oktyabr 2020-ci il tarixli, **********690800 saylı 05 oktyabr 2020-ci il tarixli, **********299700 saylı 02 mart 2021-ci il tarixli qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il üçün mənfəət vergisi bəyannaməsi 2019-cu ilin müəyyən olunmuş hesabat dövründə vergi orqanına təqdim edilmişdir. Lakin, vergi orqanı tərəfindən bildirilmişdir ki, təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı uyğunsuzluqların olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və 2018-ci il üçün mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqlar aradan qaldırılaraq, müvafiq izahatlar verilmiş, sənədlər təqdim edilmişdir. Buna baxmayaraq, xx.xx.2019-cu il tarixli **********348500 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral olaraq şəxsi hesab vərəqinə 2018-ci il üzrə mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması haqqında həmin qərar rəsmi qaydada onlara təqdim edilməyib və həmin qərarla kameral hesablanmış mənfəət vergisi əsassız olaraq hesablanmışdır. 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqlar 10 mart 2020-ci il tarixində sonuncu dəqiqləşmiş bəyannamə ilə aradan qaldırılmış və kameral vergi yoxlamasının aparılması üçün vergi orqanına təqdim edilmişdir. Eyni zamanda, xx.xx.2020-ci il tarixli, **********566700 saylı və xx.xx.2020-ci il tarixli **********570200 saylı məktublarla Vergilər Nazirliyinə müraciət edərək, elektron kameral hesablama barədə qərarın ləğv edilməsinə göstəriş verilməsini və hesablanmış 47 362.29 manat kameral məbləğinin geri qaytarılmasını xahiş etmişlər. Müraciətlərinə xx.xx.2020-ci il taixli **********846300 saylı məktubla cavab verilərək bildirilmişdir ki, kameral vergi yoxlaması barədə Vergilər Nazirliyinə daxil olmuş müraciətlərinə baxılır və qanunvericilikdə müəyyən edilmiş müddətdə cavab veriləcəkdir. Lakin, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixli, **********731900 saylı, xx.xx.2020-ci il tarixli, **********286100 saylı və xx.xx.2020-ci il tarixli, **********772800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublarla 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqların aradan qaldırılmasını və dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsini tələb etmişlər. Eyni zamanda bildirilmişdir ki, vergi bəyannaməsi və zəruri sənədlər 5 iş günü ərzində təqdim edilməsə, vergi orqanı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarını yenidən hesablayacaqdır. Bu günə kimi təqdim etdikləri sonuncu dəqiqləşmiş 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsinə vergi orqanı tərəfindən kameral münasibət bildirilməmiş və kameral vergi yoxlaması həyata keçirilməmişdir. Bununla da, vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. xx.xx.2020-ci il tarixli, **********192900 saylı, xx.xx.2020-ci il tarixli, **********499900 saylı və xx.xx.2020-ci il tarixli, **********079400 saylı şikayət ərizələri ilə Vergilər Nazirliyinə müraciət edərək, 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsindəki uyğunsuzluqların sonuncu dəqiqləşmiş bəyannamə ilə aradan qaldırıldığını, xx.xx.2019-cu il tarixli, **********348500 saylı elektron kameral hesablama barədə qərarın ləğv edilməsinə göstəriş verilməsini, hesablanmış 47362.29 manat kameral məbləğinin geri qaytarılmasını, göstərilənlərə uyğun olaraq təsdiqlənməmiş azalmanın təsdiq olunmasını və şəxsi hesab vərəqəsində azalma kimi yazılmasını xahiş etmişlər. Şikayətləri nəticəsiz qalmış və mənfəət vergisi bəyannaməsinə vergi orqanı tərəfindən kameral münasibət bildirilməmiş və kameral vergi yoxlaması həyata keçirilməmişdir. Bununla əlaqədar, olaraq şikayətləri icrasız qaldığından hər hansı cavab ala bilməmələri səbəbindən, məhkəməyə müraciət etmişlər. İddia ərizəsinə göstərilmiş qanunvericilik aktlarına əsasən hesab edirlər ki, cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sonuncu dəqiqləşmiş 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsinə kameral münasibət bildirməməsi və kameral vergi yoxlamasını həyata keçirməməsi qanunsuzdur. Vergi orqanı hər bir halda təqdim olunmuş sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və digər sənədlər əsasında yenidən kameral yoxlama keçirilməlidir. Eyni zamanda, xx.xx.2019-cu il tarixli **********348500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı qanunsuz çıxarılmış və vergilərin hesablanması barədə qərarla kameral olaraq hesablanmış vergilər, maliyyə sanksiyaları və faizlər əsassız olaraq hesablanmışdır. Vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyinə görə həmin qərar da ləğv olunmalıdır. İddiaçı tərəfindən məhkəmə icraatının gedişatında bir neçə dəfə iddia tələbi dəqiqləşdirilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, cavabdehin 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı, xx.xx.2020-ci il tarixli 2020-ci il avqust ayı aksiz vergisi üzrə **********058600 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 15652,83 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (91865,29 manat) məbləğdən 76212,46 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********897400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2017ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 11 625,63 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********866100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilir ki, (VÖEN: **********) tərəfindən təqdim olunmuş İE seriyalı 462828 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********639500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020-ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 762.85 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********611600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin fevral ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 60100,0 manat vergi məbləği azaldılmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********515800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin fevral ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 60100.00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********690800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma nəticəsində 2020-ci ilin yanvar-dekabr aylarında təqdim edilmiş elektron qaimə-fakturalara əsasən həmin elektron qaimə-fakturaları əldə edən vergi ödəyiciləri tərəfindən 208 176,89 manat əsas məbləğ üzrə 37471,84 manat ƏDV məbləğinin əvəzləşdirməsinə və həmin dövr üzrə onlayn kassa aparatlarının çıxarışlarına əsasən 0,00 manat dövriyyə aşkar edilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən həmin dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 425 273,50 manat dövriyyə məbləği (dəqiqləşdirilən artırılan və azaldılan dövriyyə məbləğləri nəzərə alınmaqla) göstərildiyi aşkar edilmişdir ki, nəticədə xx.xx.2020-ci il tarixinə avans məbləği də nəzərə alınmaqla 529746,33 manat məbləğində dövriyyənin azaldılması kimi qiymətləndirilir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********892100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 57600.36 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********299700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********058600 nömrəli qərarla bağlı bildirilir ki, 2020-ci ilin avqust ayı üçün aksiz vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği azaldılmış və bu barədə xx.xx.2021-ci il tarixli **********017800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarlarının vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 51.906,60 manat ƏDV məbləği istisna edilməklə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 15652,83 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (91865,29 manat) məbləğdən 76212,46 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********897400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2017ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 11 625,63 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********866100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. (VÖEN:**********) tərəfindən təqdim olunmuş İE seriyalı 462828 nömrəli elektron qaiməfaktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********639500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020-ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 762.85 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********611600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin fevral ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 60100,0 manat vergi məbləği azaldılmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********515800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin fevral ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 60100.00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********690800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma nəticəsində 2020-ci ilin yanvar-dekabr aylarında təqdim edilmiş elektron qaimə-fakturalara əsasən həmin elektron qaimə-fakturaları əldə edən vergi ödəyiciləri tərəfindən 208 176,89 manat əsas məbləğ üzrə 37471,84 manat ƏDV məbləğinin əvəzləşdirməsinə və həmin dövr üzrə onlayn kassa aparatlarının çıxarışlarına əsasən 0,00 manat dövriyyə aşkar edilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfinizdən həmin dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 425 273,50 manat dövriyyə məbləği (dəqiqləşdirilən artırılan və azaldılan dövriyyə məbləğləri nəzərə alınmaqla) göstərildiyi aşkar edilmişdir ki, nəticədə xx.xx.2020-ci il tarixinə avans məbləği də nəzərə alınmaqla 529746,33 manat məbləğində dövriyyənin azaldılması kimi qiymətləndirilir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********892100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 57600.36 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021 -ci il tarixli **********299700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. parılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2018-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 1 420 868,78 manat dövriyyə göstərilməsinə baxmayaraq mənfəət vergisi bəyannaməsinin göstəricisiz təqdim edildiyi müəyyən edilmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2019-ci il tarixli **********433500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş və müvafiq dövr üzrə cari bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 1 420 868,78 manat gəlirinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” uyğun olaraq 1 184 057,32 manat xərc müəyyən edilməklə xx.xx.2020-ci il tarixdə 2018-ci il üzrə 47 362,29 manat Mənfəət vergisi hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2019-ci il tarixli **********348500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi xx.xx.2020-ci ildə dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, bundan sonra kameral vergi yoxlaması ilə mənfəət vergisi bəyannaməsi üzrə 2018-ci il mənfəət vergisi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” uyğun olaraq, 46.244,42 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il il tarixli **********608200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixində dəqiqləşdirilmiş bəyannamələr təqdim edilərək, 2018-ci ilin iyul ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 5 194,0 manat, 2018-ci ilin dekabr ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 31 377,8 manat vergi məbləği azaldıldığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********515800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 2018-ci ilin iyul ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 5 194,0 manat, 2018ci ilin dekabr ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 31 377,8 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********687000 və **********688700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarları göndərilmişdir. Aparılmış araşdırma zamanı 2019-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş HW seriyalı 509690 nömrəli VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olması səbəbindən kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********653800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 2019-cu ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə 6 915,75 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********540500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixində dəqiqiləşdirilmiş bəyannamə təqdim edilərək 2019-cu ilin yanvar ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 17 571,2 manat vergi məbləği azaldıldığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********515800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 2019-ci ilin yanvar ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 17 571,2 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********689400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildiririk ki, vergi orqanının xx.xx.2017-ci il tarixli **********7232 nömrəli qərarı ilə iddiaçıya məxsus “Şərab istehsalı” adlı obyektdə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 000094 saylı xx.xx.2017-cı il tarixli yekun akt tərtib edilmişdir. Həmin akta əsasən vergi ödəyicisinin orta günlük dövriyyəsi 4.374,53 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, vergi ödəyicisinin 2017-ci ilin iyun ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 78.741,68 (4.374,53 x 18 gün) manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 15.069,08 dövriyyənin göstərildiyi müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********3459000 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və ətraflı izahat məktubu tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2017-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanaraq xx.xx.2020-ci il tarixli **********485600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisinin 2017-ci ilin iyul ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 91.865,29 (4.374,53 x 21 gün) manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 0 dövriyyənin göstərildiyi müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri oıar sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********936600 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və ətraflı izahat məktubu tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2017-ci ilin iyul ayı üçün əlavə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanaraq xx.xx.2020-ci il tarixli **********922200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisinin 2017-ci ilin avqust ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 100.614,36 (4.374,53 x 23 gün) manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 20.302,53 dövriyyənin göstərildiyi müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuş, kameral vergi yoxlaması ilə 2017-ci ilin avqust ayı üçün ə avə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanaraq xx.xx.2020-ci il tarixli **********488700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar göndərilmişdir.Vergi ödəyicisinin 2017-ci ilin oktyabr ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 96.239.83 (4.374,53 x 22 gün) manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 14.631,08 dövriyyənin göstərildiyi müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********546600 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və ətraflı izahat məktubu tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2017-ci ilin oktyabr ayı üçün əlavə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanaraq xx.xx.2020-ci il tarixli **********486300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisinin 2017-ci ilin noyabr ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 91.865,29 (4.374,53 x 21 gün) manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 22.076,37 dövriyyənin göstərildiyi müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********014100 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və ətraflı izahat məktubu tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2017-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanaraq xx.xx.2020-ci il tarixli **********551400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadlara əsasən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyləri məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır. Sözügedən ekspert rəyləri məhkəmə qərardadının məzmunu və cavabdehin etirazı köçürülməklə yazılmış, hesablama ilə bağlı heç bir fakta əsaslanmayan ümumi sözlərlə rəy verilmişdir. Belə ki, rəyə əsasən, iş materiallarında olan mühasibat sənədlərinə əsasən, 2017-ci ilin may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113191,03 manat məbləğində deyil, ümumilikdə, 51906,60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunmuş, digər qərarlarda göstərilən dövrlər üzrə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyünün müəyyən edilmədiyi qeyd olunmuşdur. Qeyd etmək zəruridir ki, mübahisələndirilən qərarlarda 2017-ci ilin dekabr ayı üzrə ƏDV məbləği ilə bağlı iş materiallarında hər hansı sənəd, eləcə də vergi orqanının qərarı mövcud deyil. Eləcə də, müvafiq dövrlər üzrə ayrı-ayrılıqda hesablamanın azalmasına səbəb olacaq hallar barədə qeyd olunmamış, məhz hansı mühasibat sənədləri əsasında məbləğin azldılması qeyd olunmamış, əsaslandırma aparılmadan sadəcə hesablanmış vergi məbləğinin düzgünlüyünün müəyyən olunmadığı bildirilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk oöncə onu qeyd edir ki, hazırki iş üzrə apellyasiya şikayəti caavbdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı məhz iddianın təmin edildiyi hisssədə yoxlanılır. Belə ki, qərardan iddianın təmin edilmədiyi hissədə iddiaçı tərəfindən şikayət verilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən qərarların ləğvi ilə bağlı məhkəməyə vaxtında müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. İddianın mümkün məsələsi cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********540500 saylı 30 aprel 2020-ci il tarixli, **********08200 saylı 07 may 2020-ci il tarixli, **********866100 saylı 22 may 2020-ci il tarixli, **********922200 saylı 22 may 2020-ci il tarixli, **********485600 saylı 31 may 2020-ci il tarixli, **********486300 saylı 31 may 2020-ci il tarixli, **********488700 saylı 31 may 2020ci il tarixli, **********551400 saylı 31 may 2020-ci il tarixli, **********883500 saylı 31 may 2020-ci il tarixli, **********611600 saylı 08 iyun 2020-ci il tarixli, **********687000 saylı 05 oktyabr 2020-ci il tarixli, **********688700 saylı 05 oktyabr 2020-ci il tarixli, **********1689400 saylı 05 oktyabr 2020-ci il tarixli, **********690800 saylı 05 oktyabr 2020ci il tarixli, **********299700 saylı 02 mart 2021-ci il tarixli qərarları ilə Firmaya həmin illər üzrə kameral yoxlama nəticəsində əlavə vergilər hesablanmışdır. Hazırda Best” X8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sözügedən qərarlarının ləğv edilməsi”ni tələb edir. İş üzrə birinci instansiya məhkəməsi ekspert rəylərinin qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilməsinə və işdəki digər sənədlərlə öz təsdiqini tapmasına istinad edərək, iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərə və ekspert rəylərinə əsasən 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********8200 saylı, 22 may 2020-ci il tarixli, **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il **********488700 saylı, 31 may 2020-ci il **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020- ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il **********687000 saylı, 05 oktyabr 2020ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixli **********299700 saylı, 05 aprel 2022-ci il tarixli **********79630 saylı qərarlar üzrə tədqiqat aparılaraq, iş materiallarında olan mühasibat sənədlərinə (Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113.191,03 manat məbləğində deyil, ümumilikdə 51.906,60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunduğundan, digər qərarlarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmadığından, cavabdehin 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 22 may 2020-ci il tarixli **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il tarixli **********488700 saylı, 31 may 2020-ci il tarixli **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 51.906,60 manat ƏDV məbləği istisna edilməklə ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş: - **********866100 saylı 22 may 2020-ci il tarixli qərardan görünür ki, may 2017-ci ilin əlavə dəyər vergisi üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 11.625,63 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, ƏDV bəyannaməsinin 305-ci sətrindəki C1 və C2 sütunlarının cəmi 15652,83 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 91865,29 manat) müşahidələrin nəticələrindən 76212,46 manat azdır. Təqdim edilmiş bəyannamənin “muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş 37 nəfər işçi sayı bildiriş bazasında qeyd edilmiş 40 nəfər işçi sayından 3 nəfər az əks olunmuşdur. Təqdim edilmiş bəyannamənin “muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş 7211,90 manat gəlirin məbləği bildiriş bazasında qeyd edilmiş 8690 manatgəlir məbləğindən 1478,10 manat az əks olunmuşdur. Təqdim edilmiş əlavə dəyər vergisinin bəyannaməsinin 310-cu (idxalda ƏDV-yə cəlb olunmuş mallara, işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ və 311-ci (idxalda ƏDV-dən azad olunan malların (işlərin, xidmətlərin dəyəri) sətirlərinin “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) xanalarda göstərilmiş cəmi 0 manat məbləğ hesabat dövrü ərzində idxal edilmiş mallar barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 23160,51 manat az əks etdirilmişdir. - **********485600 saylı 31 may 2020-ci il tarixli qərardan görünür ki, iyun 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 16.047,01 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamənin 301. ƏDV-nə 18 faiz dərəcəsi cəlb olunan əməliyyatlar sərtnin dövriyyə məbləği (ƏDV daxil) sütununda 15069.08 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş 78741.68 manat məbləğdən 63672.60 manat azdır. Təqdim edilmiş bəyannamənin 3 saylı Muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması haqqında məlumat bölməsinin müvafiq sətrlərində göstərilmiş 37 nəfər işçi sayı göstərilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin bildiriş bazasında 39 nəfər işçi sayı qeyd edilməsi səbəbindən işçi sayında 2 nəfər fərq yaranmışdır. 2017-ci ilin təqvim ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci sətirlərinin Dövriyə məbləği sütunlarının cəmində 201574.77 manat məbləğ göstərilməsinə baxmayaraq həmin hesabat ili üzrə təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinin 200-cü sətri üzrə 594116.10 manat +201-ci sərti üzrə 0 manat+ 202-ci sətri üzrə 0 manat+203-cü sətri üzrə 0 manat+206-cı sətri üzrə 0 manat+217-ci sətri üzrə 0 manat, bəyannamənin 1 saylı Əlavəsinin 2.2.1.2-ci sətrinin hesabat dövrünün sonuna olan 0 manat avans məbləği ilə hesabat dövrünün əvvəlinə olan 0 manat avans məbləğinin fərqi 0 manat, cəmi 594116.10 manat məbləğində hesabat dövrü üzrə gəlirlər əks etdirilmişdir ki, nəticədə də 392.541.33 manat məbləğində fərq yaranmışdır. -**********922200 saylı 22 may 2020-ci il tarixli qərardan görünür ki, iyul 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 14.013,35 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamənin 301. ƏDV-nə 18 faiz dərəcəsi cəlb olunan əməliyyatlar sərtnin dövriyyə məbləği (ƏDV daxil) sütununda 0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş 91865.29 manat məbləğdən 91865.29 manat azdır. Təqdim edilmiş bəyannamənin 3 saylı Muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması haqqında məlumat bölməsinin müvafiq sətrlərində göstərilmiş 37 nəfər işçi sayı göstərilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin bildiriş bazasında 39 nəfər işçi sayı qeyd edilməsi səbəbindən işçi sayında 2 nəfər fərq yaranmışdır. 2017-ci ilin təqvim ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci sətirlərinin Dövriyə məbləği sütunlarının cəmində 201574.77 manat məbləğ göstərilməsinə baxmayaraq həmin hesabat ili üzrə təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinin 200-cü sətri üzrə 594116.10 manat +201-ci sərti üzrə 0 manat+ 202-ci sətri üzrə 0 manat+203-cü sətri üzrə 0 manat+206-cı sətri üzrə 0 manat+217-ci sətri üzrə 0 manat, bəyannamənin 1 saylı Əlavəsinin 2.2.1.2-ci sətrinin hesabat dövrünün sonuna olan 0 manat avans məbləği ilə hesabat dövrünün əvvəlinə olan 0 manat avans məbləğinin fərqi 0 manat, cəmi 594116.10 manat məbləğində hesabat dövrü üzrə gəlirlər əks etdirilmişdir ki, nəticədə də 392.541.33 manat məbləğində fərq yaranmışdır. -**********488700 saylı 31 may 2020-ci il tarixli qərardan görünür ki, avqust 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 25.233,46 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş H) seriyalı 670652 nömrəli elektron qaimə-fakturası üzrə **********-a 15.90 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elktron qaimə-fakturası üzrə əvəzləşdirmə aparıla bilməz. **********2619. Təqdim edilmiş bəyannamənin 3 saylı Muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması haqqında məlumat bölməsinin müvafiq sətrlərində göstərilmiş 37 nəfər işçi sayı göstərilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin bildiriş bazasında 39 nəfər işçi sayı qeyd edilməsi səbəbindən işçi sayında 1 nəfər fərq yaranmışdır. 2017-ci ilin təqvim ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci sətirlərinin Dövriyə məbləği sütunlarının cəmində 201574.77 manat məbləğ göstərilməsinə baxmayaraq həmin hesabat ili üzrə təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinin 200-cü sətri üzrə 594116.10 manat +201-ci sərti üzrə 0 manat+ 202-ci sətri üzrə 0 manat+203-cü sətri üzrə 0 manat+206-cı sətri üzrə 0 manat+217-ci sətri üzrə 0 manat, bəyannamənin 1 saylı Əlavəsinin 2.2.1.2-ci sətrinin hesabat dövrünün sonuna olan 0 manat avans məbləği ilə hesabat dövrünün əvvəlinə olan 0 manat avans məbləğinin fərqi 0 manat, cəmi 594116.10 manat məbləğində hesabat dövrü üzrə gəlirlər əks etdirilmişdir ki, nəticədə də 392.541.33 manat məbləğində fərq yaranmışdır. -**********8883500 saylı 31 may 2020-ci il tarixli qərardan görünür ki, sentyabr 2017ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 9.428,22 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş HP seriyalı 336682 nömrəli elektron qaimə-fakturası üzrə **********-a 298.24 manat ƏDV məbləği ödənilmədiyi üçün bu elektron qaiməfakturası üzrə əvəzləşdirmə aparıla bilməz. **********5704. Təqdim edilmiş bəyannamənin 301 ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin dövriyyə məbləği sütununda olan 23264.81 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş 83116.21 manat məbləğdən 59851.40 manat azdır. Təqdim edilmiş bəyannamənin 3 saylı Muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması haqqında məlumat bölməsinin müvafiq sətrlərində göstərilmiş 37 nəfər işçi sayı göstərilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin bildiriş bazasında 39 nəfər işçi sayı qeyd edilməsi səbəbindən işçi sayında 1 nəfər fərq yaranmışdır. 2017-ci ilin təqvim ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci sətirlərinin Dövriyə məbləği sütunlarının cəmində 201574.77 manat məbləğ göstərilməsinə baxmayaraq həmin hesabat ili üzrə təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinin 200-cü sətri üzrə 594116.10 manat +201-ci sərti üzrə 0 manat+202-ci sətri üzrə 0 manat+203-cü sətri üzrə 0 manat+206-cı sətri üzrə 0 manat+217-ci sətri üzrə 0 manat, bəyannamənin 1 saylı Əlavəsinin 2.2.1.2-ci sətrinin hesabat dövrünün sonuna olan 0 manat avans məbləği ilə hesabat dövrünün əvvəlinə olan 0 manat avans məbləğinin fərqi 0 manat, cəmi 594116.10 manat məbləğində hesabat dövrü üzrə gəlirlər əks etdirilmişdir ki, nəticədə də 392.541.33 manat məbləğində fərq yaranmışdır. -**********486300 31 may 2020-ci il tarixli qərardan görünür ki, oktyabr 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 16.360,85 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş 301 ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin dövriyyə məbləği sütununda olan 14631.08 manat məbləğ, rəsmiləşdiriliş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş 96239.83 manat məbləğdən 81608.75 manat azdır. 2017-ci ilin təqvim ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci sətirlərinin Dövriyə məbləği sütunlarının cəmində 201574.77 manat məbləğ göstərilməsinə baxmayaraq həmin hesabat ili üzrə təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinin 200-cü sətri üzrə 594116.10 manat +201-ci sərti üzrə 0 manat+202-ci sətri üzrə 0 manat+203-cü sətri üzrə 0 manat+206-cı sətri üzrə 0 manat+217-ci sətri üzrə 0 manat, bəyannamənin 1 saylı Əlavəsinin 2.2.1.2-ci sətrinin hesabat dövrünün sonuna olan 0 manat avans məbləği ilə hesabat dövrünün əvvəlinə olan 0 manat avans məbləğinin fərqi 0 manat, cəmi 594116.10 manat məbləğində hesabat dövrü üzrə gəlirlər əks etdirilmişdir ki, nəticədə də 392.541.33 manat məbləğində fərq yaranmışdır. -**********551400 saylı 31 may 2020-ci il tarixli qərardan görünür ki, noyabr 2017-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15,811.38 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş 301 ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin dövriyyə məbləği sütununda olan 22076.37 manat məbləğ, rəsmiləşdiriliş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş 91865.29 manat məbləğdən 69788.92 manat azdır. 2017-ci ilin təqvim ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci sətirlərinin Dövriyə məbləği sütunlarının cəmində 201574.77 manat məbləğ göstərilməsinə baxmayaraq həmin hesabat ili üzrə təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinin 200-cü sətri üzrə 594116.10 manat +201-ci sərti üzrə 0 manat+202-ci sətri üzrə 0 manat+203-cü sətri üzrə 0 manat+206-cı sətri üzrə 0 manat+217-ci sətri üzrə 0 manat, bəyannamənin 1 saylı Əlavəsinin 2.2.1.2-ci sətrinin hesabat dövrünün sonuna olan 0 manat avans məbləği ilə hesabat dövrünün əvvəlinə olan 0 manat avans məbləğinin fərqi 0 manat, cəmi 594116.10 manat məbləğində hesabat dövrü üzrə gəlirlər əks etdirilmişdir ki, nəticədə də 392.541.33 manat məbləğində fərq yaranmışdır. təqdim edilən bəyannamənin 305-ci əməliyyatlar üzrə cəmi sətrinin ƏDV nəzərə alınmadan dövriyyə məbləği sütununda 18708.79 manat məbləğində dövriyyə göstərilməsinə baxmayaraq e-VHF məlumatlarına əsasən hesabat dövrü ərzində təqdim edilmiş malların ƏDV-siz ümumi dəyərinin 25830.98 manat göstərilməsi nəticəsində 7122.19 manat məbləğində fərq müəyyən edilmişdir. -**********608200 saylı 07 may 2020-ci il tarixli qərardan görünür ki, 2018-ci il mənfəət vergisi üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 46.244,42 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu-ci il tarixli məktubda qeyd edilmişdir ki, əvvəlki illər üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin və ya təqdim olunmuş sonuncu sadələşdirilmiş verginin bəyannaməsinin 1 saylı əlavəsinin 1-ci sətrinin hesbat dövrü sonuna sütununda əks etdirilmiş 3785517.19 manat məbləğ+cari il üzrə təqdim edilmiş bəyannamənin 1 saylı Əlaəvsinin eyni sətrinin dövr ərzində daxil olunmuşdur sütununda əks etdirilmiş 0 manat məbləğ - təqdim edilmiş, silinmiş və ləğv edilmişdir sütununda əks etdirilmiş 0 manat məbləğlərinin fərqi ilə heabat dövrünün sonuna sütununda əks etdirilimiş 0.00 manat məbləğ arasında 3785517.19 manat məbləğində fərq yaranmışdır. Əvvəlki illər üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin və ya təqdim olunmuş sonuncu sadələşdirilmiş verginin bəyannaməsinin 1 saylı əlavəsinin 2-ci sətrinin hesbat dövrü sonuna sütununda əks etdirilmiş 3785517.19 manat məbləğ+cari il üzrə təqdim edilmiş bəyannamənin 1 saylı Əlaəvsinin eyni sətrinin dövr ərzində daxil olunmuşdur sütununda əks etdirilmiş 0 manat məbləğ - təqdim edilmiş, silinmiş və ləğv edilmişdir sütununda əks etdirilmiş 0 manat məbləğlərinin fərqi ilə heabat dövrünün sonuna sütununda əks etdirilimiş 0.00 manat məbləğ arasında 3785517.19 manat məbləğində fərq yaranmışdır. Uçot baza məlumatlarına əsasən firmanın mülkiyyətində təsərrüfat subyektinin olmasına baxmayaraq cari il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin 1 saylı Əlavəsinin 1.1.1 kodlu sətrində göstəricilər əks etdirilməmişdir. Təqdim edilmiş mənfəət vegisinin bəyannaməsinin 200.1 sətrində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində idxal edilmiş və e-VHF əsasında alınmış mallar varədə Nazirliyin məlumat bazasında olan məbləğdən 582824.50 manat az əks etdirilmişdir. Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduöu ilin müvafiq dövrlərində mallar idxal edilmsinə və e- VHF əsaınd mallar alınmasına baxmayaraq bəyannamənin aktivlər, öhdəliklər və kapitallar barədə 1 saylı Əlaəsi təqdim edilməmişdir. Təqdim edilmiş bəyannamənin 200-203-cü sətrlərinin cəmi üzrə hesabat dövrü üçün 0 manat məbləğində gəlir göstərilməsinə baxmayaraq bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 4672144.09 manat artıq yəni 4672144.09 manat məbləğində dövriyyə məbləğləri əks etdirilməsinə baxmayaraq bəyannamənin 1 saylı əlavəsinin 1.42-ci sətrində əks etdirilmiş debitor borcların məbləği heabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0 manat artmışdır. Kassa metodu ilə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200-cü sətrin A1 sütütnunda 0.00 manat-200.2.1-ci sətrinin A1 sütununda 0.00+201-ci sətrinin A1 sütununda 0.00 manat+202-ci sətrinin A1 sütununda 0.00 manat+203-cü sətrinin A1 sütütnunda 0.00 manat+217-ci sətrinin A1 sütununda 0.00 manat+cəmi 0.00 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 307-ci sətrinin C1, B1 sütununda 1420868.78-həmin bəyannamələrin 3 saylı Əlavələrinin 301.1.8-ci sətrinin C1 sütununda 0.00 manat-301.2.7-ci cətrinin C1 sütununda 0.00 manathəmin bəyannamələrin 4 saylı əlavələrinin 302.8-ci sətrinin C1 sütununda 0.00 manathəmin bəyannamələrin 5 saylı əlavələrinin 303.18-ci sətrinin C1 sütununda 0.00 manattəqvim ili üzə təqdim edilən aksiz bəyannamələrinin 404-cü sətrinin C2 sütununda 528870.10 manat məbləğin fərqindən kiçik olduğuna görə. -**********540500 saylı 30 aprel 2020-ci il tarixli qərarından görünür ki, yanvar 2019cu il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 6915,75 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İA seriyalı 637057 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə (**********)-a 88.89 manat ƏDV məbləği ödənilmədiyi üçün bu elektronqaimə fakturası (VHF*si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********4701. Təqdim edilən bəyannamənin 305-ci əməliyyatlar üzrə cəmi sətrinin ƏDV nəzərə alınmadan dövriyyə məbləği sütununda 108783.46 manat məbləğində dövriyyə göstərilməsinə baxmayaraq, elektron qaimə-faktura məlumatlarına əsasən hesabta dövrü ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz ümumi dəyərinin 125899.95 manat göstərilməsi nəticəsində 17119.49 manat məbləğində fərq müəyyən edilmişdir. -**********689400 saylı 05 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, yanvar 2019-cu il hesabat dövrü üzrə aksiz vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 17.571,20 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” 27 mart 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş 509690 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. -**********687000 saylı 05 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, iyul 2018-ci il hesabat dövrü üzrə aksiz vergi məbləğinin azaldılmasına əsas verə biləcək təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün dövriyyə bərpa edilir. -**********688700 saylı 05 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, dekabr 2018-ci il hesabat dövrü üzrə vergi məbləğinin azaldılmasına əsas verə biləcək təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün dövriyyə bərpa edilir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” 05 aprel 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş vergi hesab fakturaları üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyükdür. Təqdim edilmiş bəyannamənin Muzdlu işlə əlaqədar vergi bölməsində göstərilmiş 12065,77 manat gəlirin məbləği 2018-ci il üçün təqdim edilmiş illik MÖMV bəyannaməsinin 2 nömrəli əlavəsində 12-ci ay üzrə qeyd edlmiş 12265,77 manat gəlir məbləğindən fərqlidir. Həmin bölmədə göstərilmiş ğ12065,77 manat gəlirin məbləği bildiriş bazasında qeyd edilmiş 12390 manat gəlir məbləğindən 324,23 manat az əks etdirilmişdir. -**********690800 saylı 05 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, fevral 2019-cu il hesabat dövrü üzrə aksiz vergi məbləğinin azaldılmasına əsas verə biləcək təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün dövriyyə bərpa edilir. Yuxarıda qeyd olunan **********687000 saylı 05 oktyabr 2020-ci il tarixli və **********690800 saylı 05 oktyabr 2020-ci il tarixli qərarlarla bağlı vergi ödəyicisinə göndərilmiş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” məktubda qeyd olunmuşdu ki, xx.xx.2020-ci ildə təqdim edilmiş 2019cu ilin yanvar ayı üçün aksiz vergi bəyannaməsi üzrə 17571,2 manat, 2019-cu ilin fevral ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 60100 manat, xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2018-ci ilin iyul ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 5194 manat, 2018-ci ilin dekabr ayı üçün aksiz vergisi bəyannaməsi üzrə 31377,8 manat vergi məbləği azaldılmışdır. -**********611600 saylı 08 iyun 2020-ci il tarixli qərardan görünür ki, fevral 2020-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 762,85 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş İE-seriyalı 462828 nömrəli elektron qaiməfaktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. -**********299700 saylı 02 mart 2021-ci il tarixli qərardan görünür ki, dekabr 2020-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 57.600,36 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” 04 fevral 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 2020-ci ilin yanvar-dekabr aylarında təqdim edilmiş elektronqaimə fakturalara əsasən həmin elektron qaimə fakturaları əldə edən vergi ödəyiciləri tərəfindən 208176,89 manat əsas məbləğ üzrə 37471,84 manat ƏDV məbləğinin əvəzləşdirilməsinə və həmin dövr üzrə onlayn kassa aparatlarının çıxarışlarına əsasən 0 manat dövriyyə aşkar edilməsinə baxmayaraq həmin dövr üçün təqdim edilmiş ƏDV bəyannamələrində 425273,50 manat dövriyyə məbləği göstərildiyi aşkar edilmişdir ki, nəticədə xx.xx.2020-ci il tarixinə avans məbləği də nəzərə alınmaqla 529746,33 manat məbləğində dövriyyənin azadılması kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-233/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4898 saylı rəyində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan mühasibat sənədlərinə (Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə və bütün yuxarıda göstərilənlərə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113.191,03 manat məbləğində deyil, ümumilikdə 51.906,60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablandığı müəyyən olunur. Ekspertiza təyini haqqında qərardadda öz əksini tapmış digər suallarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur, eyni zamanda təqdim edilmiş iş materiallarında olan mühasibat sənədlərinə və Vergi Məcəlləsinin tələblərinə görə 2017-ci ilin sentyabr ayı üzrə büdcəyə 11.956,56 manat artıq hesablaması müəyyən olunur. Bundan başqa ekspert qarşısında qoyulmuş sualda soruşulanlar üzrə qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında İddiaçı X5 ayrıayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi ödəyicisinin tətbiq etdiyi metodun və vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Məhkəmənin 2-1(112)-233/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8339 saylı rəyində qeyd edilmişdir ki, ilkin ekspertiza tədqiqatı zamanı soruşulan 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********8200 saylı, 22 may 2020-ci il tarixli, **********866100 saylı, 22 may 2020-ci il tarixli **********922200 saylı, 31 may 2020-ci il tarixli **********485600 saylı, 31 may 2020-ci il tarixli **********486300 saylı, 31 may 2020-ci il **********488700 saylı, 31 may 2020-ci il **********551400 saylı, 31 may 2020-ci il tarixli **********883500 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixli **********299700 saylı, 05 aprel 2022-ci il tarixli **********79630 saylı qərarlar üzrə tədqiqat aparılaraq, iş materiallarında olan mühasibat səndələrinə (Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113.191,03 manat məbləğində deyil, ümumilikdə 51.906, 60 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunmuş, digər qərarlarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır. Bakı İnzibati Məhkəməsinin hazırki qərardadı ilə təyin edilmiş ekspertiza üzrə ekspert qarşısında qoyulmuş suallarda qeyd olunan qərarlar üzrə də təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən dövlət büdcəsinə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmadı. Beləliklə, ekspert qarşısında qoyulmuş sualda soruşulanlar üzrə qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən ekspertiza təyini haqqında məhkəmənin qərardadında öz əksini tapmış suallarda göstərilən dövrlər üzrə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır. Rəyin nəticəsinə əsasən təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən ekspertiza təyini haqqında məhkəmənin qərardadında öz əksini tapmış suallarda göstərilən dövrlər üzrə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır. Cavabdeh tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin 9/8339 nömrəli ekspert rəyinə etiraz olunduğu üçün hazırki işin apellyasiya baxışı zamanı 9/4897 saylı 08 sentyabr 2022-ci il tarixli ekspert rəyini tərtib etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Toğrul Cəfərli məhkəmə iclasına dəvət edilmişdir. Ekspert məhkəmə iclasında verdiyi rəyə açıqlama verərək ifadəsində bildirmişdir ki, rəy verərkən ona təqdim olunmuş mühasibat sənədləri, o cümlədən Elektron VHF, E-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s. hesabatlar tərəfindən tədqiq olunmuş və bəyannamə ilə təqdim edilmiş sənədlər arasında yoxlama aparmış, sənədlərin eynilik təşkil etdiyi məlum olmuş, həmçinin xronometraj müşahidə ilə müəyyən edilmiş dövriyyə və tərtib edilmiş akt, malların alış və əvəzləşmə sənədləri də tərəfindən nəzərə alınmışdır. Tədqiqat zamanı müəyyən olunmuşdu ki, 2017-ci ilin aprel ayı üzrə vergi orqanı tərəfindən 4671,13 manat məbləğində kameral vergi hesablandığı halda, ekspertiza zamanı bu məbləğin 5326.74 manat olması, may ayı üzrə vergi orqanı tərəfindən 11625.63 manat hesablandığı halda, ekspertiza zamanı bu məbləğin 9549.35 manat, iyun ayı üzrə 16047,01 manat hesablandığı halda, ekspertiza zamanı bu məbləğin 7489,08 manat, iyul ayı üzrə 14013.35 manat hesablandığı halda, ekspertiza zamanı bu məbləğin 10129,18 manat, avqust ayı üzrə vergi orqanı tərəfindən 25233,46 manat hesablandığı halda, ekspertiza zamanı bu məbləğin 1489,65 manat, sentyabr ayı üzrə vergi ödəyicisinin 11956,56 manat artıq hesablamasının olduğu, oktyabr ayı üzrə vergi orqanı tərəfindən 16360,85 hesablandığı halda, ekspertiza zamanı bu məbləğin 9619,73 manat, noyabr ayı üzrə vergi orqanı tərəfindən 15811,38 manat hesablandığı halda, bu məbləğin ekspertiza zamanı 8302,86 manat hesablandığı müəyyən olunmuş, beləliklə, vergi orqanı tərəfindən 2017-ci ilin aprel, may, iyun, iyul, avqust, oktyabr, noyabr ayları üzrə ümumilikdə 51906,59 manat məbləğində əlavə vergilərin düzgün hesablandığı, 2017-ci ilin sentyabr ayı üzrə 11956,56 manat ƏDV-nin artıq hesablaması olduğundan **********883500 saylı 31 may 2020-ci il tarixli qərarı ilə əlavə verginin hesablanması və 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarlarla hesablanmış vergilərin təmamilə əsassız olduğu məyyən edilmişdir. Beləliklə, məlum olmuşdur ki, ekspert rəyi ilə vergi orqanının 2017-ci ilin may, iyun, iyul, avqust, oktyabr, noyabr və dekabr ayları üçün əsassız hesabladığı göstərilən 51906,59 manat vergi məbləğinin ekspertin verdiyi açıqlamadan sonra aprel ayı da daxil olmaqla, may, iyun, iyul, avqust, oktyabr və noyabr ayları üzrə verilmiş hesabatlar əsasında hesablandığı məlum olmuşdur, hansı ki, həmin hesablamanın tərkibində “aprel 2017-ci il” dövrü də əks olunmuşdur. Lakin vergi orqanının həmin dövrlə bağlı qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi işin bu halını nəzərə almamış, iddiaçının mübahisələndirmədiyi “aprel 2017” dövrü üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarla hesablanmış 4671,13 manat verginin deyil, ekspert rəyinə əsasən 5326,74 manat əlavə verginin hesablanmalı olduğunu və həmin məbləğin də daxil olduğu 51906,59 manat əlavə verginin hesablanması istisna olmaqla mübahisələndirilən qərarları digər hissələrdə ləğv etmişdir ki, bununla da qeyri-müəyyənliyə yol vermişdir. Məhkəmə kollegiyası aparılan araşdırmalar, ekspertin verdiyi rəy və onun açıqlamasına dair verdiyi izahat nəticəsində hesab edir ki, iddiaçının mübahisələndirdiyi 2017-ci ilin may ayı üzrə qəbul etdiyi 22 may 2020-ci il tarixli **********866100 saylı qərarı 9549,35 manat, 2017-ci ilin iyun ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********485600 saylı qərarı 7489,08 manat, 2017-ci ilin iyul ayı üzrə qəbul etdiyi 22 may 2020-ci il tarixli **********922200 saylı qərarı 10129,18 manat, 2017-ci ilin avqust ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********488700 saylı qərarı 1489,65 manat, 2017-ci ilin oktyabr ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********486300 saylı qərarı 9619,73 manat, 2017-ci ilin noyabr ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********551400 saylı qərarı 8302,86 manat, ümumilikdə 46579,85 manat əlavə vergilərin hesablanması istisna olmaqla, 2017-ci ilin sentyabr ayı üzrə vergi orqanı tərəfindən 9428,22 manat vergi hesablansa da, ekspert tərəfindən vergi ödəyicisinin həmin dövr üzrə 11956,56 manat artıq hesablaması müəyyən olunduğundan və buna görə də həmin dövrə vergilərin hesablanması əsassız olduğu üçün 31 may 2020-ci il tarixli **********883500 saylı qərarı bütövlükdə və 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları əlavə vergilərin hesablanması əsassız olduğundan bütövlükdə ləğv edilməlidir. Məhkəmə araşdırmaları zamanı vergi orqanı 2017-ci ilin may, iyun, iyul, avqust, oktyabr və noyabr ayları üzrə ümumilikdə 46579,85 manat istisna olmaqla qalan hissələrdə, həmçinin 2017-ci ilin sentyabr dövrü üzrə 31 may 2020-ci il tarixli **********883500 saylı qərarı və digər- vergi orqanının qəbul etdiyi mübahisələndirilən- 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları ilə iddiaçıya əlavə vergi məbləğlərinin tətbiq olunmasının qanuni və əsaslı olmasını əsaslandıra bilməmişdir. Halbuki Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.2, 3.3 və 3.5-ci maddələrinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın qismən təmin olunması” ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da qeyd edir ki, məhkəmə qərarının nəticəvi hissəsində mübahisələndirilən vergi orqanının qərarlarının məhz hansı hissədə ləğv olunması dəqiq göstərilmədiyi üçün həmin hissədə məhkəmə qərarı qeyri-müəyyənlik yaradır. Odur ki, apellyasiya baxışı zamanı ekspertin verdiyi dəqiqləşməyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, vergi orqanının əlavə dəyər vergisi ilə bağlı 2017-ci ilin may ayı üzrə qəbul etdiyi 22 may 2020-ci il tarixli **********866100 saylı qərarı 9549,35 manat, 2017-ci ilin iyun ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********485600 saylı qərarı 7489,08 manat, 2017-ci ilin iyul ayı üzrə qəbul etdiyi 22 may 2020-ci il tarixli **********922200 saylı qərarı 10129,18 manat, 2017-ci ilin avqust ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********488700 saylı qərarı 1489,65 manat, 2017-ci ilin oktyabr ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********486300 saylı qərarı 9619,73 manat, 2017-ci ilin noyabr ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********551400 saylı qərarı 8302,86 manat, ümumilikdə 46579,85 manat əlavə vergilərin hesablanması istisna olmaqla, 2017-ci ilin sentyabr ayı üzrə vergi orqanı tərəfindən 9428,22 manat vergi hesablansa da, ekspert tərəfindən vergi ödəyicisinin həmin dövr üzrə ƏDV-nin 11956,56 manat artıq hesablaması müəyyən olunduğundan və buna görə də həmin dövrə vergilərin hesablanması əsassız olduğu üçün 31 may 2020-ci il tarixli **********883500 saylı qərarı bütövlükdə və 30 aprel 2020-ci il tarixli **********540500 saylı, 07 may 2020-ci il tarixli **********08200 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları əlavə vergilərin hesablanması əsassız olduğundan bütövlükdə ləğv edilməli, bununla da vergi orqanının apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əlavə dəyər vergisi ilə bağlı 2017-ci ilin may ayı üzrə qəbul etdiyi 22 may 2020-ci il tarixli **********866100 saylı qərarı 9549,35 manat, 2017-ci ilin iyun ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********485600 saylı qərarı 7489,08 manat, 2017-ci ilin iyul ayı üzrə qəbul etdiyi 22 may 2020-ci il tarixli **********922200 saylı qərarı 10129,18 manat, 2017-ci ilin avqust ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********488700 saylı qərarı 1489,65 manat, 2017-ci ilin oktyabr ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********486300 saylı qərarı 9619,73 manat, 2017-ci ilin noyabr ayı üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli **********551400 saylı qərarı 8302,86 manat, ümumilikdə 46579,85 manat əlavə vergilərin hesablanması istisna olmaqla, 2017-ci ilin sentyabr ayı üzrə qəbul edilmiş 31 may 2020-ci il tarixli **********883500 saylı qərarı və digər- **********540500 saylı 30 aprel 2020-ci il tarixli , 07 may 2020-ci il tarixli **********08200 saylı, 08 iyun 2020-ci il tarixli **********611600 saylı, 05 oktyabr 2020-ci il tarixli **********687000 saylı, 05 oktyabr 2020-ci il tarixli **********688700 saylı, 05 oktyabr 2020-ci il tarixli **********1689400 saylı, 05 oktyabr 2020-ci il tarixli **********690800 saylı, 02 mart 2021-ci il tarixi **********299700 saylı qərarları əlavə vergilərin hesablanması əsassız olduğundan bütövlükdə ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar