Məhkəmə qərarları › İş №2-1(103)-2200/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2200/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2200/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-801/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə iddiaçıya ayrılmış Ləhiş bağlar sahəsində 48 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 4260a nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqularının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın təqdim edilməs” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək “ “Bakı şəhəri İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə iddiaçıya ayrılmış Ləhiş bağlar sahəsində 48 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 4620a nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqularının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın təqdim edilməs”na dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzr qəbul etdiyi 10 aprel 2023-cu ıl tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə müraciət edərək, “X6 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə ayrılmış Ləhiş bağlar sahəsində 48 nömrəli ВТК nəzdində 0.12 hektar torpaq sahəsi olan 4620a nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-801/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 3-21-3-30/2- Ş-0216-8/2022 **********98 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, orderin nüsxəsi idarənin arxivində aşkar edilməmiş, torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən məktubda həmin fiziki şəxsin adı yazılmamışdır. 2022-ci ildə bağ sahəsinin X6 adına rəsmiləşdirilməsi iddiaçıya məlum deyildi. Mübahisələndirilən çıxarış cavabdeh tərəfindən hazırki günədək rəsmi qaydada iddiaçıya təqdim edilməmişdir. İddiaçı məhkəmə prosesi gedişində qeydiyyat sənədləri və xx.xx.2021-ci il tarixli çıxarış ilə tanış olmuşdur. Bu səbəbdən məhkəmənin iddiaçı tərəfindən çıxarışın ləğvi tələbinə dair iddia müddətinin ötürülməsi ilə irəli sürdüyü dəlillər əsassızdır. Məhkəmə qəbul etdiyi qərardadı iddiaçının qeydiyyatda olduğu ünvana göndərməmişdir. Bu səbəbdən iddiaçı qərarı əldə etmək üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yalnız xx.xx.2024 tarixində iddiaçının müvafiq ərizəsinə cavab olaraq məhkəmənin qərardadı ona təqdim edilmişdir. Bu səbəbdən iddiaçı yalnız xx.xx.2024 tarixində qərardaddan apellyasiya şikayəti vermişdir. Məhkəmə hesabetmişdir ki, “İddia tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X6 adına verilmiş Bakı şəhəri. Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi” hissəsində iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.” Bununla əlaqədar bildirir ki, İddiaçı bağ sahəsinin X6 bağ sahəsi ilə üst-üstə düşməsi məhkəmə başlanmazdan əvvəl və iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilməmişdən əvvəl iddiaçıya məlum deyildi. Bundan başqa iddiaçının mübahisələndirdiyi X6 adına verilmiş çıxarışın surəti heç vaxt rəsmi qaydada İddiaçı və yaxud onun nümayəndəsinə təqdim edilməmişdir. Bağ sahələrinin iist-iistə düşməsi faktını təsdiq edən ekspert rəyi hazırki iş üzrə hakimin təyin etdiyi ekspert tədqiqatı zamanı ortaya çıxmışdır. Bu səbəbdən ekspert rəyi ilə tanış olandan sonra iddiaçı»iddia tələbini dəqiqləşdirmişdir və onun iddiasının təmin edilməsinə maneə yaradan inzibati aktı da mübahisələndirmişdir. Daha əvvəl həmin faktlar hələ müəyyən edilmədiyindən iddiaçı məhkəmədə həmin çıxarışın ləğvinə dair iddia qaldıra bilməzdi. Məhkəmə araşdırması mərhələsində iddiaçının inzibati aktı mübahisələndirmək hüququ əmələ gəlmişdir. Çünki məhkəmənin də ekspert rəyi ilə razılaşacağı iddiaçıya məlum deyildi. Bu səbəbdən də iddianın mümkünlüyü barədə məhkəmənin mövqeyi yanlışdır, heç bir hüquqi əsası mövcud deyil. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun -1.1. Bu Qanun inzibati aktların qəbul-edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. - 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. - 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. - 52.5. inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ərizədən görünür ki, o, Bakı şəhər İcra Hakimiyyətinin 13 sentyabr 1996-cı il tarixli, 1248 saylı sərəncamı ilə ayrılmış Ləhiş bağlar sahəsində 48 nömrəli ВТК nəzdində 0.12 hektar torpaq sahəsi olan 4620 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsini cavabdeh inzibti orqandan xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı nümayəndəsi X4 ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Ş-0216-8/2022 **********98 nömrəli məktubuna əsasən aşağıdakılar bildirilmişdir- Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən “4620a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı - “X6 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi” barədə tələblə cavabdehə müraciət etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiya hesab edir ki, iddia tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X6 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi” hissəsində iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə Kollegiyası nəzərə alır ki, hazırkı iş üzrə cavabdehin imtinasının və etirazının dəlillərindən biri iddiaçının iddia etdiyi torpaq sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-10493/2023 **********93 nömrəli cavab məktubuna əsasən, sorğuda göstərilən torpaq sahəsinə dair müayinə aktı və koordinat məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, göstərilən bağ sahəsi hasar daxilindədir, darvazası yoxdur, sahədə tikili yoxdur. Məhkəmənin “Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan mübahisəli bağ sahəsinin X6 adına **********41 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmasına əsas olmuş arxiv sənədlərinin təqdim edilməsi” barədə sorğusu cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X3 və İstismarı Birliyinin 44 nömrəli, orderinə əsasən, X8 Bakı şəhər İcra Hakimiyyətinin 15 fevral 1989-cu il tarixli, 1/12 saylı qərarına əsasən ona Ləhiş bağlar sahəsində 48 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4619 saylı bağ ayrılmış, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4619 saylı bağ sahəsi X6 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı”nda torpağa aid məlumatlar öz əksini tapmışdır: torpaq sahəsinin kadastr göstəriciləri, torpaq sahəsinin koordinatları, döngə nöqtələri (nöqtələri və məsafələr) rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, torpaq sahəsinin qonşu sərhədləri (şərti işarələr). İmtinaya əsas olmuş halın araşdırılması məqsədi ilə məhkəmə tərəfindən məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur - İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 48 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4620a nömrəli bağ sahəsi ilə X7 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, 4619 nömrəli bağ sahəsi eyni torpaq sahəsidirmi? göstərilən torpaq sahələri üst-üstə düşürmü? Düşürsə hansı hissədə? Ekspertizanın baş tutması həlli istiqamətində ekspertin vəsatəti nəzərə alınaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssis rəyi ekspertə təqdim edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/9124 nömrəli ekspert rəyinin nəticəsi hissəsində qeyd edilmişdir ki, 4620a saylı bağ sahəsi kimi iddia edilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.1392 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə 4169 saylı bağ sahəsi kimi 0.12 ha digər fiziki şəxslərin adına qeydiyyatdan keçmişdir. Bundan əlavə ümumi ərazidə bağ sahələrinin hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından və 48 nömrəli BTK-nın sxemində 4620 a saylı bağ nömrəsi göstərilmədiyindən iddia olunan sahəsinin 4620 saylı bağ sahəsinə aid olub-olmamasını dəqiqləşdirmək mümkün olmadı. Məhkəmə tərəfindən 22 yanvar 2024-cü il tarixli yerində baxış təyin edilmiş və 22 yanvar 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili və üçüncü şəxsin iştirakı ilə mübahisəli torpaq sahəsinda müayinə aparılaraq müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi eyni ərazidir, torpaq sahəsi hasara alınmış və darvaza qoyulmuşdur. Beləliklə, iddiaçının iddia etdiyi və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi eyni ərazi olmasına və həmin ərazinin X6 adına **********41 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmasına əsas olmuş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X3 və İstismarı Birliyinin 44 nömrəli orderinə, həmçinin Bakı şəhər İcra Hakimiyyətinin 15 fevral 1989-cu il tarixli, 1/12 saylı qərarına istinad olunmasına baxmayaraq həmin ilkin sənədlər də iddiaçı tərəfindən aidiyyatı cavabdehə qarşı iddia qaldırmaqla mübahisələndirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-801/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar