Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2202/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X5 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(112)-1621/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********731500 nömrəli qərarının ləğv edilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş İdarəsi İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətinin araşdırılmasının nəticəsinə dair **********208200 nömrəli 10 iyun 2022-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərar və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********731500 nömrəli qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, şirkətin balansında olan ekskavatorun 1 dəst sep və 4 ədəd katoku yarasız vəziyyətə düşməsi səbəbindən həmin ehtiyat hissələrinin alınması üçün mövcud daxili bazarda axtarışlaraparılmışdır. Belə ki həmin ehtiyat hissələrinin xaricdən idxal edilməsi vaxt itkisi və qiyməti baxımından sərfəli olmamışdır. Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən mağazada həmin malların satıldığı müəyyən edilmiş, mağazadan satışda olan həmin ehtiyat hissələrinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (bundan sonra "xxxx" MMC) məxsus olduğu bildirilmiş, MMC-nin direktoru X2 ilə əldə olunmuş razılaşmaya əsasən malların dəyərinə (cəmi 12.000 manat) uyğun müqavilə tərtib edilərək, şirkətə göndərilmişdir. Araşdırma nəticəsində "xxxx" MMC-nin risqli vergi ödəyiciləri siyahısına daxil edilmədiyini müəyyən etmişlər. Nəticədə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə şirkətləri arasında 12000,00 manat dəyərində 1 dəst sep (ekskovator üçün) və 4 ədəd katok (ekskovator üçün) alqı satqı müqaviləsi imzalanmışdır. Müqavilənin icra edilməsi üçün e-qaimə təqdim edilmiş, malların dəyəri tərəflərindən "xxxx" MMC-nin bank hesabına ödənildikdən sonra "xxxx" MMC-nin rəhbəri tərəfindən 1 dəst sep (ekskovator üçün) və 4 ədəd katok (ekskovator üçün) şirkətlərinin nümayəndəsinə təhvil verilmişdir. Ekskavator Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən qeyri-yaşaış sahəsində təmir edildiyindən, ehtiyat hissələri birbaşa ekskavatorun olduğu yerə çatdırılmaqla, üzərinə quraşdırılmış və bu barədə akt tərtib edilmişdir. Cari ilin əvvəlində həmin ehtiyat hissələri 2021-ci ilin mənfəət vergi bəyannaməsində xərclər bölməsində malın dəyəri sətrində bəyan edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********731500 nömrəli qərarla həmin xərc müəssisənin gəlirinə aid edilərək, şirkətə 2400 manat mənfəət vergisi hesablanmışdır. Qərarda əsas olaraq "xxxx" MMC-nin satdığı həmin ehtiyat hissələrinin cəmiyyətdən (VÖEN **********) əldə etməsi, “həmin vergi ödəyicisinin şirkətə təqdim etdiyi elektron qaimə-fakturada qeyd olunan malların əldə etdikləri elektron qaiməfaktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarlına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilmişdir”. Vergi orqanının mövqeyinə görə açıq bazardan "mal" satın aldıqda tərəflərindən mal satan təşkilatın, gömrük, vergi orqanlarından, eləcədə bütün dövlət orqanlarından fəaliyyəti barədə “arayış” tələb etməlidirlər. Halbuki belə tələb heç bir normada nəzərdə tutulmayıb. Əgər satıcı "xxxx" MMC hər hansı normaları pozmaqla gəlir əldə edibsə, buna görə həmin hüquqi şəxs məsuliyyət daşımalıdır. Tərəflərindən real olmayan heç bir əməliyyət aparılmamışdır. Aparılan əməliyyat zamanı qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilmişdir. "xxxx" MMC şirkətləri ilə əməliyyat apardıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC-nin, riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********273700 nömrəli qərar qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, vergi ödəyicisində aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində "xxxx" MMC ilə aparılmış 12000,00 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********631400 nömrəli uyğunsuzluq məktubu göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 2400,0 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********731500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********473400 nömrəli) inzibati şikayətlə Dövlət Vergi Xidmətinə müraciət etmiş, 2021-ci il üçün hesablanmış 2400,00 manat mənfəət vergisinin azaldılmasını xahiş etmiş, şikayət araşdırılaraq xx.xx.2022-ci il tarixli **********208200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi” barədə qərar qəbul edilmiş, müvafiq qərara əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********731500 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 291936,84 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 280167,27 manat ümumi gəlirdən çıxılan xərc (o cümlədən, 105766,02 manat malın dəyəri) göstərilərək, 11769,57 manat vergiyə cəlb edilən mənfəət olmaqla 2353,91 manat mənfəət vergisi bəyan edilmişdir. Kameral vergi yoxlaması zamanı 2021-ci ilin mənfəət vergisi bəyannaməsində ‘Xərclər” bölməsinin “Malın dəyəri” sətrində qeyd olunan 105766,02 manat məbləğin 12000,00 manat məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 2400,00 manat mənfəət vergisi hesablanmışdır. İnzibati şikayət üzrə araşdırma zamanı şirkət tərəfindən 2021-ci il ərzində 187876,94 manat dəyərində elektron qaiməfaktura əldə etməsi, bundan 12000,00 manat hissəsində olan elektron qaimə- fakturanın "xxxx" MMC-dən əldə etməsi, həmin vergi ödəyicisinin şirkətə təqdim etdiyi elektron qaimə-fakturada qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alışaktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilmişdir. Bu səbəbdən yuxanda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********273700 nömrəli qərar qəbul edilmişdir. Beləliklə, şirkət tərəfindən "xxxx" MMC-dən elektron qaimə-faktura əsasında 12000,0 manat dəyərində əldə etdiyini iddia etdiyi müxtəlif çeşidli malların uçot baza məlumatlarına, o cümlədən əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadığı malları İddiaçınə satdığı, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəfin (mal satanın) araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin araşdırmada iştirakının təmin olunmadığı, tələb olunan sənədlərin təqdim edilmədiyi, araşdırma zamanı qeyd edilən vergi ödəyicisi tərəfindən təqdim edilmiş həmin elektron qaimə fakturanın riskli əməliyyat olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək, həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildiyi, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi, vergidən yayınma sxemi olmasını şərtləndirdiyi nəzərə alınaraq Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(112)-1621/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********731500 nömrəli qərarı ləğv edilmiş və Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən (VÖEN: **********, Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, ev 17) (VÖEN: **********) 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(112)-1621/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1998-ci il tarixdə 385 № ilə (hazırki qeydiyyat nömrəsi VÖEN **********) dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin ünvanı Bakı şəhəri Nizami rayonu, Əlişir Nəvai, ev 17, qanuni təmsilçisi (hazırki) X4 qeyd olunmuşdur. - "xxxx" MMC (“Satıcı”) ilə İddiaçı (“Alıcı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05 №-li alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, bu müqavilə üzrə “Satıcı” “Alıcı”ya X6 göstərilən malları müavilənin şərtlərinə əsasən satır, “Alıcı” isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir (bənd 1.1.). “Satıcı” malları müvafiq sənədlərlə yəni, elektron qaimə-faktura və hesabfaktura ilə birgə “Alıcı”ya təhvil verir (bənd 2.1). Müqavilənin ümumi məbləği X6 göstərilib (bənd 4.1). - "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05 nömrəli Müqaviləyə 1 №-li əlavə - “X1”ndan müəyyən olunur ki, alqı-satqı əsasında alınacaq malların dəyəri aşağıdakı kimi müəyyən olunmuşdur: 4 ədəd katok (ekskavotor üçün) 2000.00 (4 x 5.000) manat, 1 dəst sep (ekskovator üçün) 10000.00 manat, cəmi 12000.00 manat. - "xxxx" MMC tərəfindən (“Təqdim edən”) İddiaçınə (“Alıcı”) təqdim olunmuş xx.xx.2021ci il tarixli, EBBO seriyalı 602582 №-li elektron qaimənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli 05 №-li müqaviləyə əsasən alınacaq malların dəyəri 12000.00 manat dəyərində qeyd olunmuşdur. - "xxxx" MMC tərəfindən (“Mal satan”) İddiaçınə (“Alıcı”) 4 ədəd katok (ekskavotor üçün) 2000.00 manat, 1 dəst sep (ekskovator üçün) 10000.00 manat, cəmi 12000.00 məbləğinə dair 02 №li hesab-faktua təqdim olunmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ******* №li ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, EBBO seriyalı 602582 №-li elektron qaiməyə əsasən alınan ehtiyat hissələrinə görə "xxxx" MMC-yə 12.0000 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2021-ci il tarixli malların təhvil-təslim aktının surətindən müəyyən olunur ki, həmin akt "xxxx" MMC ilə İddiaçı arasında 4 ədəd katok (ekskavotor üçün) 2000.00 manat, 1 dəst sep (ekskovator üçün) 10000.00 manat, cəmi 12000.00 malların təhvil verilməsinə dair tərtib olunmuşdur. - xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, “LİEBHERR – 912 LC” markalı, AZ 10 N-003 qeydiyyat nişanlı olan tırtıllı ekskavatorun 4 ədəd katoku istismara yararsız olduğuna görə, alınan 4 ədəd katok; “LİEBHERR – 912 LC” markalı, AZ 10 N-003 qeydiyyat nişanı olan tırtıllı ekskavatorun 1 dəst sepi istismara yarasız olduğuna görə, alınan 1 dəst sep quraşdırılmışdır. - 02.04.2005-ci il tarixdə verilmiş TH seriyalı 087527 №li qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “LİEBHERR – 912 LC” markalı AZ 10 N-003 qeydiyyat nişanlı (buraxılış ili 1990; rəngi sarı; mühərrikin markası D-904 T; nömrəsi 927 0241; zavod №-si 3460676) tırtıllı ekskavator İddiaçı mülkiyyətindədir. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********731500 №-li xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçınə 2021-ci il mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə şirkət tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 2.353,91 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 4.753,91 manat olduğu nəzərə alınmaqla, şirkətə 2.400,00 manat vergi borcu (əlavə hesablanmış vergi və ya sığorta məbləği) hesablanmışdır. Əlavə hesablanmış verginin hesablanmasına əsas kimi şirkət tərəfindən "xxxx" MMC ilə aparılmış 12.000 manat məbləğində qarşılıqlı əıməliyyatlar zamanı alınmış malların və xidmətlərin həcminin və çeşidinin şirkətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edilməsi göstərilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 10 iyun 2022-ci il tarixli **********208200 №-li qərarın surətindən müəyyən olunur ki, İddiaçı şikayətində 2021-ci il üçün hesablanmış 2400,00 manat mənfəət vergisinin azaldılmasını xahiş etmişdir. Uçot-baza məlumatına əsasən vergi ödəyicisinin xx.xx.1998-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2018-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyətinin “yardımçı-texniki xidmətlərin fəaliyyəti” olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin, "xxxx" Şirkətinin (VÖEN: **********, Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, ev 17) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********473400 nömrəli) inzibati şikayətinin araşdırılması nəticəsində aşağıda qeyd olunanlar qərara alınmışdır: - İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi; - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixl **********731500 nömrəli qərarının dəyişdirilmədən saxlanılması. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi (ekspert X7) tərəfindən verilmiş 9/8513 №li xx.xx.2023-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən, Mərkəzdə olan məlumatlardan və iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05 №li alqı-satqı müqaviləsinə əlavə - “X1”ndan istifadə etməklə adları sadalanan malların - 2021-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8500,0 manat müəyyən olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X7 məhkəmə iclasında verdiyi izahatında məhkəmənin ekspertiza qarşısında qoyulmuş “"xxxx" MMC (“Satıcı”) ilə İddiaçı (“Alıcı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05 №-li alqı-satqı müqaviləsinə əlavə - “X1”nda əks olunmuş hissələrin (4 ədəd katok (ekskavotor üçün); 1 dəst sep (ekskovator üçün)) İddiaçınə məxsus tırtıllı ekskavatorda (qeydiyyat şəhadətnaməsi TH seriyalı 087527 №li “LİEBHERR – 912 LC” markalı AZ 10 N-003 qeydiyyat nişanlı (buraxılış ili 1990; rəngi sarı; mühərrikin markası D-904 T; nömrəsi 927 0241; zavod №-si 3460676) iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktda qeyd olunan dövrdə (aşınması nəzərə alınmaqla) kimi əvəzləndirildiyi müəyyən olunurmu?” sualının cavablandırılmasının Məhkəmə Ekspertizası Mərkəzinin predmetinə aid olmadığını və bu məzmunda sualların ixtisaslaşdırılmış avtomobil təmiri müəssisələrinin mütəxəssis rəyləri ilə müəyyənləşdirildiyini bildirdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 maddəsinə əsasən; - 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən; - 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır Göründüyü kimi vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********731500 saylı qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri- rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırkı işdə cavabdeh vergi orqanı iddiaçı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində "xxxx" MMC ilə aparılmış 12000,00 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edildiyi üçün bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirildiyini və kənarlaşmanın yaranmasına səbəb olduğunu iddia etsə də, onun əsasları hər hansı mənbəyi bəlli sübutla təsdiq edilmir. İddiaçı yoxlama dövrü üzrə (mübahisələndirilən hissədə) xərclərinə (vergitutulan dövriyyəsinə) dair təsdiqedici sənədləri məhkəməyə təqdim etməklə heç bir vergidənyayınma halına yol vermədiyini, vergi uçotunun düzgün formada həyata keçirdiyini sübuta yetirmişdir. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarların qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(112)-1621/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(112)-1621/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2202/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2202/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver