Məhkəmə qərarları › İş №2-1(103)-2203/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2203/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2203/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “tibbi göstərişin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2024 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. Döyüş əməliyyatları zamanı, 14 oktyabr 2020-ci il tarixdə başından güllə yarası almış və ona ikinci dərəcə əlillik təyin olunmuşdur. Ona verilmiş ********** saylı əlillik haqqında arayışda diaqnozu: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə beyin travması, baş beynin sağ təpə payının əzilməsinin qalıq əlamətləri, Sol tərəfli hemiparez., Sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyəsinin rezeksion-dekompression trepenasiya əməliyyatından və sağ təpə nahiyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021) c/ə sonrakı təpə sümüyünün plastik materialla əvəz edilmiş 21 sm. Sümük defekti, Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş, hərəkət, tutma funksiyasının pozulması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə X7 Şəxsi tərəfindən verilmiş 1785 saylı “Xəstənin stasionar tibbi kartından çıxarışın (epikriz) surətindən görünür ki, KT müayinəsi: sağ təpə sümüyünün yuxarı sinusun həmən qonşuluğunda çoxsaylı qəlpəli kobud sınıqlar, beyin toxumasının 5 sm. qədər nüfuz edən, beyin toxumasının həmin nahiyədə əzilməsi təyin olunur. xx.xx.2020-ci il tarixdə cərrahi əməliyyat edilmiş, yaranın təftişi basılmış sümük qəlpələrin, beyin detritin xaric edilməsi, duraplastika icra edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə X7 Şəxsi tərəfindən verilmiş 607 saylı “Xəstənin stasionar tibbi kartından çıxarışın (EPİKRİZ) surətindən görünür ki, KT müayinəsi: sağ təpə nahiyədə 56 x 38 mm. ölçüdə sümük defekti, təpə payında ensefalomalyasiya sahəsi qeyd edilir. xx.xx.2021-ci il tarixdə cərrahi əməliyyat edilmiş, sağ təpə nahiyədə sümük defektinin titan lövhə ilə plastikası icra edilmişdir. X9 tərəfindən verilmiş arayışdan görünür ki, onda sağda parietal sümükdə 6 sm. enində geniş kraniotomiya defekti diqqət çəkdi, sağda maksilyar sinusda 2 sm ölçüdə mukozal retansion kistası diqqət çəkdi. Sağ parietal payda psterior medialda 4 x 4.5 x 2.5 sm. sahəni əhatə edən keçirilmiş serebrovaskulyar hadisəyə və ya travmaya ikincili kistikensefalomalozik sahə diqqət çəkdi. Kəpəz Hospital tərəfindən verilmiş arayışdan görünür ki, sağ təpə sümüyündə postop kranioektomiya deffekti izlənilir. Sağ alın təpə nahiyəsində medialda 44 x 31 mm. ölçüdə kortikosubkortikal ensefalomalaziya sahəsi və ətrafında qliozisə aid T2, Flair hiperintens siqnal dəyişikliyi izlənilir. DWİ rejimlərdə restriksiya izlənilmədi. Sağ maksillar sinusda 28 mm ölçüdə retenziya kistası izlənilir. Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarı: -Sağ təpə nahiyəsinin kəllə boşluğuna nüfuz edən dəlib-keçən güllə yaralanmasına (xx.xx.2020), baş beynin sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyəsinin rezeksion-dekompression trpanasiya əməliyyatından və sağ təpə nahiyəsinin sümük defektinin titan lövhə ilə plastikası (xx.xx.2021) cərrahi əməliyyatdan sonrakı təpə sümüyünün plastik materialla əvəz edilmiş 21 sm. sümük defekti. - Odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə-beyin travması, baş beyinin sağ təpə payının əzilməsinin sol tərəfli mülayim hemiparezlə nəticələnən qalıq əlaməti. - Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Azərbaycan Respublikasının Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli, 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli, 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikasının Baş Nazirinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikasının Müdafiə nazirinin 03 noyabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif edilmişdir. Sənəd və sübutlarla minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi üçün cavabdeh Agentliyə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən əsassız olaraq ərizənin təmin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubu ona 07 iyul 2023-cü il tarixdə təqdim edilmişdir. Cavadehin formal mülahizəyə əsasən imtina etməsi əsassız olmaqla onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, Agentliyin Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli № 3-17-4/3-3- 19263/2023 saylı Qərarının ləğv edilməsini və onun adına minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması(xx.xx.2020.) nəticəsində keçirilmiş açıq kəllə beyin travması ,baş beynin sağ təpə payının əzilməsinin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyyəsinin rezeksion dekompressıon trepenasiya əməliyyatından və sağ təpə nahiyyəsinin sümüük defektinin titan lövhə ilə plastika (xx.xx.2021.) c/ə sonrakı təpə sümüyünün plastik materilla əvəz edilmiş 21 sm sümük defekti. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yeriş, hərəkət, tutma funksiyasının pozulması.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə baxılmış və Diaqnozun mətni: Sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyyəsinin rezeksion -dekompression trepenasiya əməliyyatından və sağ təpə nahiyyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021.) c/ə sonrakı təpə sümüyünün plastik materilla əvəz edilmiş 21 sm sümük defekti. Tsekin əlavə diaqnozu: ağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyyəsinin rezeksion dekompression trepenasiya əməliyyatından və sağ təpə nahiyyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021.) c/ə sonrakı təpə sümüyünün plastik materilla əvəz edilmiş 21 sm sümük defekti; Əlavə müayinələrin nəticələri: Sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyyəsinin rezeksion -dekompression trepenasiya əməliyyatından və sağ təpə nahiyyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021.) c/ə sonrakı təpə sümüyünün plastik materilla əvəz edilmiş 21 sm sümük defekti; 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3-cü bəndində qeyd edilmişdir ki, 3.1 Minik avtomobil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə əsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çemobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik nvtomobili ilə növbədənkənar təmin olunurlar. 3.4. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya müıərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün şəxsə dair məlumatlar MEİS-dəki növbə ilik siyahısına daxil edilir. 3.5. Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial" internet portalından əldə edə bilər. 3.6. Tibbi göstərişlərdə Şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, Şəxsin seçimi ilə onlardan biri təyin edilir. 3.7. Şəxs bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq hər iki reabilitasiya vasitəsini əldə etmək istədikdə, ikinci reabilitasiya vasitəsi ona ödənişli əsaslarla növbədənkənar verilir. 3.8. Tibbi göstəriş olduğu halda, Şəxs həm açıq məkanda (mühərrikli təkərli oturacaqla təmin edilənlər istisna olmaqla), həm də qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin olunur. Təkərli oturacaqlar təyin edilərkən, şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. 3.9. Bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 3.11. Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan şəxslərə minik avtomobili verilmir. 3.12. Şəxs üçün mühərrikli və mexaniki təkərli oturacaqların idarə edilməsi bacarıqları üzrə təlimlər Agentlik tərəfindən təşkil edilir. 3.13. Mühərrikli təkərli oturacaq bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.14. Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. 3.15 Minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər şəxsə verilir. 3.16. Şəxsə verilmiş mexaniki təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzdə həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyası tərəfindən protokol tərtib edilməklə Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.17. Hüququ yarandığı halda Şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur" səbəbi ilə imtina verilmişdir. İPM-nin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə avtomobil və motorlu araba ilə təmin edilməsindən imtina edilməsi barədə verilən qərardan o iddia müddətini ötürərək məhkəməyə şikayət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2024 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli № 3-17-4/3-3-19263/2023 saylı Qərarı ləğv edilsin və İddiaçı adına minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1686/2024 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.2011-ci ildə Lənkəran şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş 13661 №li, xx.xx.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən Silahlı Qüvvələrdədir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 943 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi- həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. -Xəstəlik haqqında şəhadətnamənin 12-ci bəndində qeyd olunmuşdur ki,: Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır. -HHK-nın xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 81a, 23b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşmaya əsasən - Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır (13-cü bənd). -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş ********** №-li xx.xx.2022-ci il tarixli əlillik haqqında arayışın surətindən müəyyən olunur ki, xx.xx.2001- ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik qrupu: 2.2 ikinci dərəcə əlillik -=>2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vgetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20, G23.9, G25- G26, G35-G37.8, G45-G46.8, G95- G95.9); Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə beyin travması, baş beyinin sağ təpə payının əzilməsinin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Sağ təpə paynın əzilməsinə görə aparılmış sağ təpə nahiyyəsinin rezeksion-dekompression treoenasiya əməliyyatından və sağ təpə nahiyyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021) c/ə sonrakı təpə sümüyünün plastik materiala əvəz edilmiş 21 sm. sümük defekti. Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, yeriş, hərəkət, tutma funksiyasının pozulması. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2022-ci il tarixli xxxxxxx0002 №-li qərarı ilə İddiaçı 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş verilməsi meyarından imtina edilmişdir. -İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-17-4/2-A-16140/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi barədə daxil olmuş təkrar müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Azərbaycan Respublikasının Nazirlər Katinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər tibbi göstəriş olduğu halda növbəlilik qaydasında dövlət büdcəsi vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, ona xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən beş (5) il müddətinə (xx.xx.2026-cı il tarixədək) ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq, o minik avtomobilinin təyinatına tibbi göstərişin müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilən araşdırmanın nəticəsinə görə göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən onun minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi mümkün olmamışdır. -Bakı İnzibati Məhkəməsinin iddiaçının əyani müayinə olunmaqla, müvafiq qərar qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardadına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış “Vətəndaşın əyani müayinə olunması haqqında” 3-17-4/2-32168/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Katinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər tibbi göstəriş olduğu halda növbəlilik qaydasında dövlət büdcəsi vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər. İddiaçı reabilitasiya vasitəsi kimi minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilən araşdırmanın nəticəsinə görə göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Məktuba əlavə olunmuş Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-19263/2023 saylı 30 noyabr 2023-cü il tarixli qərarı ilə Bakı şəhər sakini xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində DTSERA- da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS: **********8). Dz: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri İlə törədilmiş zədələnmələr. Odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə beyin travması, baş beynin sağ təpə payının əzilməsinin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyəsinin rezeksion-dekompression trepenasiya əməliyyatından və sağ təpə nahiyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021.) c/ə sonrakı təpə sümüyünün plastik materialla əvəz edilmiş 21 sm sümük defekti. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş, hərəkət, tutma funksiyasının pozulması. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 11992/2023 nömrəli qərardadı əsasında vətəndaşın minik avtomobili ilə bağlı əlavə əyani müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarında zəiflik, hərəkət məhdudluğu, dizlərində boşluq, hərəkətlərini idarə edə bilməməsindən şikayətlənmişdir. Müayinə zamanı sol aşağı ətrafında diz nahiyəsində korset olduğu müşahidə edilmiş, başın təpə nahiyəsində ~5x3 sm ölçüdə deffekt hiss olunmuş, deffektin 1/2 hissəsi əllənmişdir. Nevroloji baxış zamanı Romberq vəziyyətində dayanıqlı, refiekslər canlı alınmış S>D, patoloji reflekslərdən sol aşağı ətrafda “Babinski” müsbət olmuş, soltərəfli piramidal əlamətlər qeyd olunsa da, parez, iflic aşkarlanmamışdır. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qəran ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X4 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X5 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X4 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə-qilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.5-ci bəndinə əsasən Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 57-ci bəndində Minik avtomobilləri aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:

1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;

2. ağciyər çatışmazlığı, İİ dərəcəli;

3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;

4. hemiplegiya, nəzərəçarpan hemiparez;

5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;

6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;

7. hər iki aşağı ətrafın fillik xəstəliyi;

8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;

9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;

10. hər iki bud-çanaq oynağının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr;

12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə);

13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;

15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 30- cu maddəsinə əsasən, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (30.2); Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir(30.3) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153- VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli № 213 Fərmanının 1.1.18-ci bəndinə əsasən, həmin Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı hərbi xidmət keçdiyi dövrdə aldığı xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə 57-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi yuxarıda qeyd edilən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğundur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2024 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2024 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar