Məhkəmə qərarları › İş №2-1(103)-2204/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2204/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2204/2024 22.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4, Məhkəmə-tibbi eksperti X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “2-ci dərəcə əlillik qrupunun təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1133/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “iddiaçıya 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi barədə cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ona 2-ci dərəcə əlillik qrupunun təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN-nin TSEK-nın xx.xx.2017-ci il tarixli müayinə aktına əsasən iddiaçıya 5 illik müddətə-xx.xx.2022-ci ilədək 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. (Diaqnoz: əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma G90.8 Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, Veqetativ damar distoniyası sindromu, tez-tez təkrarlanan simpato-adrenal tipli paroksizmlərlə. Ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar hövzədə beyin qan dövranının xr.çatmamazlığı. Ağırlaşma R27 Digər koordinasiya pozğunluğu. Ağırlaşma F43.1 Posttravmatik stress pozuntusu Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər 167.4 Hipertenziv ensefalopatiya, Dissirkulyator ensefalopatiya. Yanaşı xəstəliklər M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel-oma fəqərələrinin yayılmış osteoxondrozu. Diski protruziyası, kökçük ağrıları ilə ). Bu müddət ərzində iddiaçı dəfələrlə müxtəlif tibb müəssisələrində müayinədə və müalicədə olmuşdur. Əlillik müddəti bildikdən sonra əlilliyin uzadılması (qiymətləndirilməsi) məqsədi ilə üçün xx.xx.2023-cü il tarixdə qeydiyyatda olduğu 3 №-li şəhər Poliklinikası tərəfindən tibbi sosial ekspertiza müayinəsinə göndəriş (Forma 88) verilmiş və həmin göndəriş AR ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik alt sisteminə ötürülmüşdür, (göndərişin nömrəsi: P 00066415YDY) Lakin onun əlilliyi növbəti müddət üçün təsdiqlənməmiş və TSEK tərəfindən xx.xx.2023-cü il tarixli müayinə aktı ilə ona imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, diaqnoz əlillik əlaməti təyin etmir, diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1133/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, anoloji işlərdə yalnızca ekspert rəyinə əsaslanaraq qətnamə qəbul edilməsi yolverilməzdir. Belə ki, məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, ekspertiza üçün əhəmiyyətli və şikayətlərinə uyğun ilə instrumental müayinə nəticələri (KT, MRT, EEQ) təqdim edilməmiş, nevroloji ocaqlı əlamətlər müəyyən edilməmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluqunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə apelyasiya şikayətini müdafiə edərək qərarın ləvğ edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə 2750003AADB9 nömrəli forma 88 əsasında (Diaqnoz T90.5 kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, ağırlaşma G90.8 vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, veqetativ damar distoniyası sindromu, tez-tez təkrarlanan simpato-adrenal tipli paroksizmlərlə. Ağırlaşma G45.0 vertebrobazilyar atreial sistem sindromu, Vertebrobazilyar hövzədə beyin qan dövranının xr. Çatmamazlığı, ağırlaşma R27 Digər koordinasiya pozğunluğu, ağırlaşma F43.1 Posttravmatik stress pozuntusu, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər İ67.4 Hipertenziv ensefalopatiya, dissirkulyator ensefalopatiya, yanaşı xəstəliklər M51.1 bel və digər şöbələrinn fəqərarası disklərinin radikulopatiya ilə, bel-oma fəqarələrinin yayılmış osteoxondrozu. Diski protruziyası, kökçük ağrıları ilə) xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatına əsasən, iddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdə 2750003AAF69 nömrəli forma 88 əsasında (diaqnoz kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, kəskin ifadə olunmuş astesno-nevrotik vəziyyət) qiymətləndirilmiş,diaqnoz əlillik əlaməti təyin edilməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. Tətbiq edilən hüquq normaları: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 3.1.: Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”. - 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.. - 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - “1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavənin 6.ci (Sinir sistemi xəstəlikləri) hissəsinə əsasən: Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. -6.1 Başın travmaları : başın travmalarının nəticələri (T 90) İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 512 nömrəli, xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir - Bakı ş. Yasamal RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə xx.xx.2001ci ildə aldığı və xx.xx.2001 -ci ildən xx.xx.2001-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə-beyin travması, zəif kliniki əlamətlərlə təzahür edən baş-beyin silkələnməsi" (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş Yasamal rayon idarəsinin xx.xx.2015-ci il tarixli 3765 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli 441 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2001-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, və xx.xx.2007-ci ildə, xx.xx.2007-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “Vegetativ-damar distoniyası”, xx.xx.2008-ci ildə MN МНР-da müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Soltərəfli üçlü sinirin nevralgiyası. Asteno-nevrotik təzahürlər’, xx.xx.2009-cu ildə və xx.xx.2009-cu ildə MN МНР-da müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz "Vegetativ-damar distoniyası", xx.xx.2009-cu ildən 2.3.07.2009-cu ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz. "Vegetativ damar distoniyası", xx.xx.2010-cıı ildə ambulator müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Vegetativ-damar distoniyası", xx.xx.2013-cü ildə SQ BKH-ın nevropatoloqu tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz: “Vertebrogen lümbalgiya” və xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Vertebrogen lümbalgiya. Vegetativ-damar distoniyası” (tibbi kitabçadan çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli məlumatına əsasən, iddiaçının əlilliyi xx.xx.2017-ci il tarixdə 2750003AADB9 nömrəli forma 88 əsasında (Diaqnoz T90.5 kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, ağırlaşma G90.8 vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, veqetativ damar distoniyası sindromu, tez-tez təkrarlanan simpato-adrenal tipli paroksizmlərlə. Ağırlaşma G45.0 vertebrobazilyar atreial sistem sindromu, Vertebrobazilyar hövzədə beyin qan dövranının xr. Çatmamazlığı, ağırlaşma R27 Digər koordinasiya pozğunluğu, ağırlaşma F43.1 Posttravmatik stress pozuntusu, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər İ67.4 Hipertenziv ensefalopatiya, dissirkulyator ensefalopatiya, yanaşı xəstəliklər M51.1 bel və digər şöbələrinn fəqərarası disklərinin radikulopatiya ilə, bel-oma fəqarələrinin yayılmış osteoxondrozu. Diski protruziyası, kökçük ağrıları ilə) qiymətləndirilmiş və ona xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 3 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən 2673 nömrəli, 09 mart 2022-ci il tarixli rəyində bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru professor Fuad İsmayılov tərəfindən müayinə olunub; üzvi mənşəli (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu F07.0 diaqnozu müəyyən olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatına əsasən, iddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdə 2750003AAF69 nömrəli forma 88 əsasında (diaqnoz kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, kəskin ifadə olunmuş astesno-nevrotik vəziyyət) qiymətləndirilmiş,diaqnoz əlillik əlaməti təyin edilməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Ekspertiza və X2-sosial ekspert komissiyasının oktyabr 2022- ci il tarixli Qərarına əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və X2 - sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə İddiaçı əlillik vəziyyətini qiymətləndirilməsi üçün əyani müayinəsini həyata keçirmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imknaları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-3- 1839/2023 nömrəli, 30 mart 2023-cü il tarixli Qərarına əsasən İddiaçı əlillik vəziyyətini qiymətləndirilməsi üçün əlavə əyani müayinə aparılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin Məhkəmənin 31 oktyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmətibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -xx.xx.1976-cı il təvəllüdlü İddiaçı orqanizminin funksiyalarının məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? - İddiaçı olan xəstəlik, travma və ya qüsurlar əsasında müəyyən edilən orqanizmin funksiyalarının pozulması nəçə faizdir? - Bu xəstəliyin(travma və qüsurların) səbəb əlaqəsi nədir, xəstəlik hərbi travma nəticəsində yaranıbmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T 913/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “1. Vətəndaş İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, P00066415YDY nömrəli Forma 088 göndərişində qeyd edilən “Əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi; F06.7-yüngül koqnitiv pozuntu, koqnitiv funksiyaların zəifləməsi, F06.3-əhvalm üzvi mənşəli (affektiv pozuntusu, depressiv daxil olmalarla, G45.0- vertebrobazilyar arterial sindromu, vertebrobazilyar hövzədə beyin qan dövranının xroniki çatmamazlığı, R27-digər koordinasiya pozğunluğu, koordinator pozğunluqlar. Yanaşı xəstəliklər: M51.1-bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel-oma fəqərələrinin diskopatiyası” xəstəliklərinə düçar olmuşdur.

2. Həmin xəstəliklər nəzərə alınmaqla orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin və müddətinin təyini əlillik dərəcəsinin təyininə aid olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir”. İş materiallarında olan tibbi arayışlara əsasən İddiaçı travmanı hərbi xidmət vəzifəsini yerinə yetirərkən almışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, eskpert iddiaçıda müəyyən olunmuş xəstəliklər və qüsurların ona əliliyinin təyin edilməsinə əsas olması qənaətinə gəlmişdir. Belə olan halda iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən verilmiş imtina əsassız olmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən mövqeyi ilə razılaşmayaraq apelyasiya şikayətində qeyd etmişdir ki, ekspertiza üçün əhəmiyyətli və şikayətlərinə uyğun ilə instrumental müayinə nəticələri (KT, MRT, EEQ) təqdim edilməmiş, nevroloji ocaqlı əlamətlər müəyyən edilməmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluqunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün deyil. İşin obyektiv araşdırılması məqsədi ilə Kollegiyanın 2-1(103)-2204/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və araşdırılması üçün məhkəmə-tibbi ekspertizası qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı müvafiq diaqnostik müayinə metodları əsasında canlı müayinə olunmaqla hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin dinamikası, klinik proqnozlarına əsaslanan sağlamlıq vəziyyətinin real və obyektiv qiymətləndirilməsini aparılmaqla onda müəyyən edilən xəstəlik və ağırlaşmaları hansılardır? 2) İddiaçıda aparılan müayinənin nəticəsində xx.xx.2023-cü il tarixli, P00066415YDY nömrəli Forma 088 göndərişində göstərilən diaqnozlar öz əksini tapırmı? 3) xx.xx.2023-cü il tarixli, P00066415YDY nömrəli Forma 088 göndərişində göstərilən diaqnozlar təsdiqini tapdığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” (ləğv edilmiş) və ya hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilmiş xəstəliklərin beynəlxalq təsnifat üzrə hansı kodlarına uyğundur? 4) İddiaçının sağlamlıq vəziyyəti (xəstəlik və ağırlaşmaları) bərpa olunandırmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin T 581/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: 1-3. Vətəndaş İddiaçı 25.07-xx.xx.2024-cü il tarixlərdə “X8” phş-də müalicədə olarkən kliniki və instrumental müayinələri əsasında “Xroniki posttravmatik başağrısı, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri, kəllədaxili hipertenziya, posttravmatik ensefalopatiya, vegatativ damar distoniyası tez-tez təkrarlanan paroksizmlərlə, baş beyinin atrofiyası, vertebrobazilyar arterial sistem sindromu, L5-S1 fəqərəarası diskin protruziyası, bel-oma diskogen radikulopatiya; (G44.3; T90.5; G93.2; G90.8; H81.1; G31.0; G45.0; M51.1.)” diaqnozu qoyulmuşdur. İş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, P00066415YDY saylı Forma 088 göndərişində XBT10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: T90.5- Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşmalar: G45vertebrobazilyar arterial sistem sindromu, vertebrobazilyar hövzədə beyin qan dövranının xroniki çatmamazlığı, F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (qapalı kəllə- beyin travması) nəticəsində şəxsiyyət dəyikliyi; F06.7-yüngül koqnitiv pozuntu, koqnitiv funksiyaların zəifləməsi, F06.3-əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, depressiv daxil olmalarla, R27-digər koordinasiya pozğunluğu, koordinator pozğunluqlar. Yanaşı xəstəliklər: M51.1-bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel oma fəqərələrinin diskopatiyası” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu, səmərəliliyi qənaətbəxş olmuşdur. İddiaçı həmin xəstəliklərə düçar olmuşdur. - Xəstəliklər nəzərə alınmaqla orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti əlillik dərəcəsinin təyininə aid olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

4. Vətəndaş FEN.Əliyevin xəstəlikləri xroniki olduğundan bərpa olunan deyildir. Beləliklə, qeyd olunan iş materiallarına əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçıda mövcud olan xəstəliklər ona 2-ci dərəcə əlilliyin təyin edilməsi üçün əsasdır. Cavabdeh iddiaçıya mövcud olan xəstəliklərin ağırlaşmalarının mövcud olmadığını bildirsə də, apelyasiya instansiya məhkəməsinə təqdim edilən ekspert rəyi ilə cavabdehin sözügedən dəlili təkzib edilir. Eyni zamanda Kollegiya qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 2001-ci ildə hərbi xidmət dövründə qapalı kəllə-- beyin travması almış, ilkin N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Sonrakı dövrdə: 2007-ci, 2008-ci, 2009-cu illərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunmuşdur. xx.xx.2010-cu ildə ambulator müayinə və müalicə olunduğu xəstəlik “vegetativ-damar distoniyası", xx.xx.2013-cü ildə SQ BKH-ın nevropatoloqu tərəfindən təyin edilmiş xəstəlik “vertebrogen lümbalgiya” və xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik “vertebrogen lümbalgiya. vegetativ-damar distoniyası” olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin və nevropatoloqun rəyləri ilə iddiaçının başın travması nəticəsində yaranmış xəstəliklərin hərbi xidmət dövründə alınması təsdiq edilmişdir. Həmin travma nəticəsində yaranmış xəstəliklər isə cavabdeh imtina edənə qədər 21 il ərzində davam etmişdir. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1133/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar