Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2205/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinasının qanunsuz hesab edilərək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X19 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Günel Firudin qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “257 “g” saylı bağ üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinasının qanunsuz hesab edilərək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1280/2021 saylı 19 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X5 və istismarı birliyinin Goradil bağlar sahəsi 102 nömrəli kooperativinin X14 aid orderinin surətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən ona Goradil bağlar sahəsində 102 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 257 k nömrəli bağ ayrılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İddiaçı ünvanladığı K-21-112 saylı 20.02.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2007-ci ilə dair sərəncamlar kitabında aşağıdakı sərəncamlar vardır: 16.04.2007-ci il tarixli 143 nömrəli X8 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında sərəncamı– “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X5 və İstismarı Birliyinin 14 aprel 2007-ci il tarixli 02 nömrəli protokolu təsdiq edilsin. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X4 inkişafı və istismar Biriliyi “Goradil ərazisindəki 257g nömrəli bağın istifadəyə verilməsi haqqında 40207 saylı 17 aprel 2007-ci il tarixli müqavilədən görünür ki, Binəqədi rayonu, Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 257g nömrəli bağ sahəsi 17 aprel 2017-ci il tarixə kimi İddiaçı istifadəsinə verilmişdir. 2009-2019-cu illərə aid “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün 059354, 439341, 038834, 044760, 157440, 044760, 157440 saylı qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən Goradil bağ massivi ərazisindəki 257g nömrəli bağ sahəsinə dair torpaq vergisi ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.01.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 257 k saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X4 inkişafı və istismar Biriliyi “Goradil ərazisindəki 257k nömrəli bağın istifadəyə verilməsi haqqında 36732 saylı 26 dekabr 2005-ci il tarixli müqavilənin surətindən görünür ki, Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 257k nömrəli bağ sahəsi X1 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının vəkili Vəkil sorğusuna cavab olaraq ünvanlanmış 23.07.2020-ci il tarixli cavab məktubunda aşağıdakılar qeyd edilmişdir: 1) “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır və həmin tarixdən bağların bölgüsünə dair sxematik xəritələr aktlaşdırılaraq 1 saylı Bakı Ərazi İdarəsinə verilmişdir. 2) İddiaçı verilmiş 257 “g” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. 3) Bağların bölgüsünə dair sxematik xəritəsində 260 “V” saylı bağ sahəsi öz əksini tapmışdır, lakin ümumi ərazidə hasarlanma işləri düzgün aparılmadığından göstərilən ərazinin naturada dəqiqləşdirilərək hansı bağın ərazisi olmasını müəyyənləşdirmək mümkün deyildir. Həmçinin, 257 “g” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından üst-üstə düşmə halını təyin etmək mümkün olmamışdır. 4) 13 saylı DNKnın 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 21.10.2017-ci il tarixli X-323 saylı məktubu barədə məlumat aşkar edilməmişdir. 5) Hal-hazırda 257 “g” və 260 “v” saylı bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı Binəqədi rayonu, Göradil bağ massivi ünvanında yerləşən 257G saylı bağ sahəsinin onun adına sənədləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********97 saylı 19.03.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, bağların bölgüsünə dair sxematik xəritədə 257”g” nömrəsi öz əksini tapmamış, həmçinin göstərilən əraziyə 260 “v” saylı bağ sahəsi kimi digər şəxsiin müraciəti mövcuddur. Qeyd edilən imtina məktubundan narazı qalan İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Goradil bağ massivi ərazisində yerləşən 0,12 ha sahəsi olan 257 “g” saylı bağ üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinasının qanunsuz hesab edilərək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 inkişafı və İstismarı Birliyi arasında bağlanmış 40207 saylı 17 aprel 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Gorədil bağ massivi ərazisində yerləşən və 0.12 ha sahəsi olan 257g saylı bağ onun istifadəsinə verilmişdir. Hazırda sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə müvafiq çıxarışın verilməsi barədə cavabdehə etdiyi müraciəti təmin edilməmişdir. O, cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, 2007-ci ildən indiyə kimi bağ sahəsi onun sahibliyində və istifadəsindədir. Bu illər ərzində bağın hasarlanmasını tamamlamış, bağda 100-ə qədər meyvə ağacı əkmiş, “Azərsu” ilə müqavilə bağlayaraq, sahəyə su xətti çəkdirmiş, mütəmadi olaraq gedib-gələrək bağa qulluq etmişdir. Qonşuları bu illər ərzində onu tanımışdır. Bələdiyyəyə 2007-ci ildən etibarən bu günədək bu bağ sahəsinə görə hər il torpaq vergisini ödəmişdir. 257g saylı bağ sahəsi iddiaçıdan əvvəl X20 adlı şəxsdə olmuşdur. Hümbət və bacanağı X3 bir yerdə işləmiş və 90-cı ilin əvvəllərində iş yerlərindən hər ikisinə bir-birinə bitişik yerləşən bağ sahələri verilmişdir. Bacanağının həmin bağ sahəsi indi də özündədir (hal-hazırda qonşudurlar). Hümbət isə öz bağ sahəsində ev tikmək üçün beton bloklar alıb gətirmiş və hazırlıq işlərini görmüşdür. Lakin 2000-ci ildə Hümbət vəfat etmiş, bir müddət sonra ailəsi bağ sahəsini satmaq fikrinə gəlmişlər. Bu barədə bacanağı Məhəmməd iddiaçıya demişdir. O, Hümbətin ailəsi ilə razılaşaraq bağ sahəsini 2007-ci ildə onlardan almışdır. Beləliklə, bağ sahəsinin əvvəlki sahibi də bəllidir, illərdir bağ sahəsinin yerinə görə hər hansı mübahisə iddia olmamışdır. Başqa sözlə, bağ sahəsi hazırda öz yerində və qanuni sahibindədir. Qanuni əsaslarla ona məxsus olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün cavabdehin gətirdiyi əsaslar qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1280/2021 saylı 19 may 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə əsasən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağ sahəsinin nömrəsi bağlara uyğun gəlmir. Həmçinin sözügedən sahəyə digər fiziki şəxs-X15 tərəfindən 260V bağ nömrəsi ilə müraciət olunmuşdur. Bununla bağlı ərizənin icrası mümkün olmamışdır. Məhkəmə tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, aidiyyəti qurumlar və şəxslər 3-cü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş və nəticədə qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 01.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında 3-cü şəxs X16 (X9 vərəsəsi) lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs X10 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubu 19.03.2020-ci il tarixlidir. İddiaçı iddia ilə məhkəməyə 24.07.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri Goradil bağ massivi ərazisində yerləşən 0,12 ha sahəsi olan 257 “g” saylı bağ üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinasının qanunsuz hesab edilərək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu bağların bölgüsünə dair sxematik xəritədə 257 ”g” nömrəsinin öz əksini tapmamasına, həmçinin göstərilən əraziyə 260 “v” saylı bağ sahəsi kimi digər şəxsin müraciətinin mövcud olmasına istinad edərək onun tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə sözügedən torpaq sahəsinin qanuni əsaslarla iddiaçının istifadəsinə verilməsinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasdır (8.0.7). Hazırki işdə iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyi arasında bağlanmış Binəqədi rayonunun Goradil ərazisində 0,12 ha torpaq sahəsi olan 257 “g” saylı bağın iddiaçının istifadəsinə verilməsi barədə 17 aprel 2007-ci il tarixli 40207 saylı müqavilə və Bakı şəhər İcra Hakimiyyətinin 17.03.1997-ci il tarixli 233 nömrəli sərəncamı mövcuddur. Həmin torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi Bakı şəhər İcra Hakimiyyətinin başçısının 1085 saylı 05 avqust 1994-cü il tarixli sərəncamından görünür ki, “Bağ sahələrinin ayrılması, bölünməsi və ada keçirilməsinə dair” bağ məsələləri üzrə komissiya yığıncağının 61 saylı 05.08.1994-cü il tarixli protokoluna əsasən X12 Goradil BTK 89 260 “v” saylı bağ sahəsi ayrılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin 23 saylı orderindən görünür ki, Goradil bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 260 “v” saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 1085 saylı 5 avqust 1994-cü il tarixli qərarı ilə X12 verilmişdir. Səmayə İbrahimova 03.03.2017-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət edərək bağ sahəsinin plan və ölçüsünün təqdim olunması, plan və sxem olmadığı təqdirdə isə tərtib edilərək verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Səmayə İbrahimovaya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir, sözügedən bağ sahəsinin yerləşdiyi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, bağ sahəsi mübahisəlidir və göstərilən sahəyə 257G saylı bağ nömrəsi ilə digər vətəndaş (məhkəmə icraatı zamanı məlum oldu ki, həmin digər vətəndaş hazırki işdə olan iddiaçıdır) iddia edir. İşə birinci instansiya qaydasında baxılarkən 3-cü şəxs X10 (X9 vərəsəsi) vəkili Ağalar Quliyev izahat verərək bildirmişdi ki, iddiaçının istifadə etdiyi torpağa onun təmsil etdiyi şəxsin heç bir iddiası yoxdur, iddiaçı ilə 3-cü şəxs Samir İbrahimov arasında sözügedən torpaq üzrə mübahisə mövcud deyil, buna görə yekun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Beləliklə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Goradil ərazisində yerləşən sahəsi 0,12 hektar olan 257g nömrəli bağ sahəsi 40207 saylı 17 aprel 2007-ci il tarixli müqavilə və Bakı şəhər İcra hakimiyyətinin 233 saylı17.03.1997-ci il tarixli sərəncamı əsasında iddiaçının istifadəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edərkən cavabdeh inzibati orqan bu tələbin təmin olunmasından həmin torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığına istinad etmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı adı çəkilən sərəncam və müqavilə ilə verilmiş 257 “g” saylı bağ nömrəsi bağların bölgüsünə dair cavabdeh inzibati orqanın təqdim etdiyi sxematik xəritədə öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya verilmiş torpaq sahəsi ilə bağlı onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuna zidd olmaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin, X9 iş üzrə 3-cü şəxslər qismində cəlb edilməsi və ekspertiza təyin edilməsi” barədə dəlilinə, bu barədə dəlil cavabdeh tərəfindən əsaslandırılmadığı üçün və hazırki işdə həmin şəxslərin işə cəlb olunması və ekspertiza təyin olunmasına zərurət olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1280/2021 saylı 19 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1280/2021 saylı 19 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2205/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2205/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver