Məhkəmə qərarları › İş №2-1(103)-2205/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2205/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2205/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X9 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1459/2024 saylı 01 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 47 № li qərarında qeyd olunur ki, SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və X15 Xəstəxanasında xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: «Sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-keçən güllə yaralanması». (Daxili İşlər Nazirliyinin X3 R/10510 nömrəli xx.xx.2015-ci il tarixli göndərişi. SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli 4387 nömrəli göndəriş və arayış. X15 Xəstəxanasından çıxarış epikrizi. DQBi Arxivindən 1364 nömrəli xx.xx.2015-ci il tarixli arayış. Hərbi biletin surəti.). «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». İddiaçı Bakı şəhər 13 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır və onun adına açılmış X11 Kartasında görünür ki, 2015-ci il tarixdən davamlı olaraq müayinə və müalicələrdə olur. İddiaçı Bakı şəhər 13 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır və onun adına açılmış X11 Kartasından görünür ki, 2015-ci il tarixdən davamlı olaraq müayinə və müalicələrdə olur. İddiaçı xx.xx.2017-ci il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin Bakı Sağlamlıq Mərkəzində xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müayinə olunmuşdur. Sol budun aşağı 3/1 - nin arxa səthinin dəlib keçən güllə yaralanmasından sonrakı gecikmiş geridönməz ağırlaşması - Sol aşağı ətrafın mono parezi “sallanan pəncə” və hərəkətin məhdudlaşması və daimi ağrı sindromu. Sağ saidin ön səthinin dəlib keçən güllə yarası, sağ əlin İ - İİ barmaqlarının hərəkət məhdudluğu və hissiyyat pozğunluğu ilə. Yanaşı: ÜİX, gərginlik stenokardiyası, tez - tez baş verən krizlərlə. Qan dövranı çatmamazlığı – İİ stadia diaqnozu qoyulmuşdur. İddiaçıya xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, 5 il müddətində İİ dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Diaqnoz - Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya. ÜİX. Gərginlik stenokardiyası, tez-tez baş verən krizlərlə. Budun açıq yarası. Sağ baldırın aşağı 3/1-nin arxa səthinin dəlib keçən güllə yarasından sonrakı gecikmiş geridönməz ağırlaşması. Sol aşağı ətrafın monaparezi "sallanan pəncə", “hərəkatin məhdudlaşması və daimi ağrı sindromu. Sağ saidin ön səthinin dəlib keçən güllə yarası, sağ əlin l-ll barmaqlarının hərəkət məhdudluğu və hissiyyat pozğunluğu ilə. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. QDÇ İİ dərəcə. İddiaçının adına “Azərbaycan X5 və Ortopediya İnstitutu” Phş-də tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı arayışda qeyd edilmişdir ki, ona komissiya tərəfindən aşağıdakı diaqnoz müəyyən edilmişdir. Diaqnoz: Odlu silah yaralanması, sol budun orta Anin arxa səthinin dəlib-keçən güllə yaralanması, posttravmatik kobud kelloid çapıqlar, sol diz oynağının bükücü-açıcı kontrakturası: açma150 dərəcə, bükmə-115 dərəcə, sol saidin orta A-nin odlu silah yaralanması, mil sümüyünün köhnəlmiş, bitişmiş sınığı, oynaq səthinin nahamarlığı, mil sinirinin nevriti, milbilək oynağının kontrakturası, saidin aşağı Adə arxa səthdə kobud kelloid çapıq, sağ əlin funksiya pozğunluğu, daimi ağrı sindromu ilə (W-32, W-33, Y36.4, M24.5, S52, L91.0, R52.0, R26.8). İddiaçıya “Bakı Baş Səhiyyə İdarəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, H00075620QZM saylı Forma 088 göndərişi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Komissiyası tərəfindən əlillik təyin edilməsindən imtina edilmişdir. İmtina əsası kimi diaqnozun əlillik təyin etməməsi göstərilmişdir. Həmin xx.xx.2023-cü il tarixli göndərişdə qeyd edilmişdir: “Xəstəliyin başlanma tarixi: xx.xx.2022-ci il, gedişi xronikidir. XBT 10 kodu ilə; Əsas diaqnoz: G63*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya, sağ ulnar və medial sinirlərinin posttravmatik neyropatiyası; Ağırlaşma: R29-sinir və sümük əzələ sisiteminə aid olan digər simptomlar və sağ yuxarı ətrafın distal hissəsinin hipotrofıyası; Z74-yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər. Qismən kənar şəxsin qulluğuna ehtiyacı var. Yanaşı xəstəliklər: R36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla sol budun aşağı A-nin arxa səthinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət (1993); İddiaçının adına tərtib edilmiş qiymətləndirmə nəticələrində qeyd edilmişdir: “Müayinə tarixi: xx.xx.2023-ci il; Akt nömrəsi: xxxxxxx0005; Müvəqqəti əmək qabiliyyəti itirilməməişdir. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla sol budun aşağı A-nin arxa səthinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət (1993); digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya, sağ ulnar və medial sinirlərinin posttravmatik neyropatiyası; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdehin Ekspert Komissiyasında xx.xx.2023-cü il tarixdə əyani müayinə olunmuşdur. Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2127/2023-cü il saylı qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixli əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 47 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-kecən güllə yaralanması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sol aşağı ətrafda və sağ əlin hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ budun aşağı 1/3-də, sağ saidin orta 1/3-də çapıq toxuma izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst, əzələ inkişafı paralel, reflekslər canlı alınmış, D=S, atrofiya, parez, iflic izlənilməmişdir. Arterial təzyiqi 180/100 mm.cc.s müəyyənləşdirilmişdir. Bakı şəhər Baş Səhiyyə idarəsinin 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli Tibbi Rəyində diaqnoz Odlu silah yaralanmasından sonrakı Sağ ulnar və medial sinirlərin posttravmatik, sol oturaq sinirin posttravmatik nevropativası. Sağ yuxarı ətrafın monoparezi. Sağ əlin funksiyasının kəskin pozulması, çoxsaylı çapıqlar” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 və Ortopediya institutunun PHŞ xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışda qeyd olunmuş diaqnoz Odlu silah yaralanması. Sol budun orta 1/3-nin dəlib keçən güllə yaralanması. Posttravmatik kobud-kelloid çapıqlar. Sol dizoynağının bükücü-açıcı kontrakturası açma 150 dərəcə, bükmə 115 dərəcə. Sol saidin aşağı 1/3-nin odlu silah yaralanması, mil sümüyünün köhnəlmiş bitişmiş sınığı, oynaq səthinin nahamarlığı mil sinirin nevriti. Mil-bilək oynağının kontrakturası. Saidin asağı 1/3- də arxa səthində kobud kelloid çapıq. Sağ əlin funksiyasının pozğunluğu. Daimi ağrı sindromu ilə" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol qulaqcıq genişlənib (4.4 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min AR. Perikard təmizdir* kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək ona xx.xx.2023-cü il tarixli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik dərəcəsinin verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixdə DİN-in Daxili Qoşunlarında hərbi xidmətə başlayıb. Hərbi xidmət zamanı Ağdərə bölgəsində ermənilərə qarşı döyüşlərdə iştirak edib. Müharibə zamanı dəfələrlə yaralanıb. xx.xx.1993-cı il tarixdə ayağından güllə yarası, 1993-cü ilin axırlarında isə Füzuli rayonunun müdafiəsi zamanı sağ qolundan qəlpə yarası alıb. Hal-hazırda da bədən müxtəlif nahiyələrində güllə və çoxsaylı qəlpə yaraları vardır. Bunun nəticəsində 2- ci qrup Qarabağ müharibəsi əlili olub. Axırıncı dəfə xx.xx.2017-ci il tarixdə 5 illik müddətlə komissiyadan keçib. Buna baxmayaraq 13 mart 2023-cü il tarixdə tibbi komissiya tərəfindən onu yenidən müayinə etdikdən sonra xəbəri olmadan hətta səhhətində ağırlaşmaların olduğu (sinir ağrıları) müəyyən edilsə də, xx.xx.2023-cü il tarixli qərarla əsassız olaraq ona rəsmi qaydada əlillik əlamətinin təyin olunmaması diaqnoz qoyulmuş və bu barədə səhhətində hətta ağırlaşmaların olduğu müəyyən olunsa da, komissiya tərəfindən əlilliyin təyin olunması üçün əsas olmadığı göstərilmişdir. Komissiya tərəfindən həmin qərar ona may ayının ortalarında (2-ci yarısında) verilmişdir. Səhhətində olan ağırlaşmalarla bağlı mütəmadi olaraq müayinələr və müalicələr almağına baxmayaraq, cavabdeh ona 2-ci qrup əlilik verilməsindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan yazılı etirazında "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın müvafiq normaları sadalanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1459/2024 saylı 01 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2023-cü il tarixli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik dərəcəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silahla sol budun aşağı aşağı 1/3-nin arxa səthinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət (1993) Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya, Sağ unar və medial sinirlərinin postravmatik neyropatiyası? Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixli əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 47 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol budun aşaqı 1/3-nin arxa səthinin dəlib-keçən qüllə yaralanması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sol aşağı ətrafda və sağ əlin hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ budun aşağı 1/3-də, sağ saidin orta 1/3-də çapıq toxuma izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst, əzələ inkişafı paralel, reflekslər canlı alınmış, D=S, atrofiya, parez, iflic izlənilməmişdir. Arterial təzyiqi 180/100 mm.cc.s müəyyənləşdirilmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsinin 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023- cü il tarixli Tibbi Rəyində diaqnoz “Odlu silah yaralanmasından sonrakı Saq ulnar və medial sinirlərin posttravmatik, sol oturaq sinirin posttravmatik neyropatiyası. Saq yuxarı ətrafın monoparezi. Saq əlin funksiyasının kəskin pozulması, çoxsaylı çapıqlar” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun PHŞ xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışda qeyd olunmuş diaqnoz “Odlu silah yaralanması. Sol budun orta 1/3-nin dəlib keçən qüllə yaralanması. Posttravmatik kobud-kelloid çapıqlar. Sol diz oynağının bükücü-açıcı kontrakturası açma 150 dərəcə, bükmə 115 dərəcə. Sol saidin aşaqı 1/3-nin odlu silah yaralanması, mil sümüyünün köhnəlmiş bitişmiş sınığı, oynaq səthinin nahamarlığı mil sinirin nevriti. Mil-bilək oynağının kontrakturası, Saidin aşaqı 1/3də arxa səthində kobud kelloid çapıq. Saq əlin funksiyasının pozğunluğu. Daimi aqrı sindromu ilə” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol qulaqcıq genişlənib (4.4 sm). Sol mədəciyin sistola-diastollk ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Mln M R, Min AR. Perikard təmizdir kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyini səhv tövsif edərək, şəxsdə diaqnozun olması səbəbindən iddianı təmin etmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Aorta sərtləşib. Sol qulaqcıq genişlənib (4.4 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR, Min AR. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddəti ötürülmədiyi üçün iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi” barədədir. İddiaçının bu barədə tələbi inzibati orqan tərəfindən təmin olunmadığı üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası bağlı instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İş materiallarından aydın olur ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 47 № li qərarına əsasən SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı (bundan sonra – iddiaçı) hərbi xidmət dövründə aldığı və X15 Xəstəxanasında xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək müayinə və müalicə olunduğu xəstəlikdiaqnoz: «Sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-keçən güllə yaralanması». (Daxili İşlər Nazirliyinin X3 R/10510 nömrəli xx.xx.2015-ci il tarixli göndərişi. SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli 4387 nömrəli göndəriş və arayış. X15 Xəstəxanasından çıxarış epikrizi. DQBi Arxivindən 1364 nömrəli xx.xx.2015-ci il tarixli arayış. Hərbi biletin surəti.). «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». İddiaçı Bakı şəhər 13 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır və onun adına açılmış X11 Kartasında görünür ki, 2015-ci il tarixdən davamlı olaraq müayinə və müalicələrdə olur. İddiaçı xx.xx.2017-ci il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin Bakı Sağlamlıq Mərkəzində xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müayinə olunmuşdur. Sol budun aşağı 3/1 - nin arxa səthinin dəlib keçən güllə yaralanmasından sonrakı gecikmiş geridönməz ağırlaşması - Sol aşağı ətrafın mono parezi “sallanan pəncə” və hərəkətin məhdudlaşması və daimi ağrı sindromu. Sağ saidin ön səthinin dəlib keçən güllə yarası, sağ əlin İ - İİ barmaqlarının hərəkət məhdudluğu və hissiyyat pozğunluğu ilə. Yanaşı: ÜİX, gərginlik stenokardiyası, tez - tez baş verən krizlərlə. Qan dövranı çatmamazlığı – İİ stadia diaqnozu qoyulmuşdur. İddiaçıya xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, 5 il müddətində İİ dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Diaqnoz - Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya. ÜİX. Gərginlik stenokardiyası, tez-tez baş verən krizlərlə. Budun açıq yarası. Sağ baldırın aşağı 3/1-nin arxa səthinin dəlib keçən güllə yarasından sonrakı gecikmiş geridönməz ağırlaşması. Sol aşağı ətrafın monaparezi "sallanan pəncə", “hərəkatin məhdudlaşması və daimi ağrı sindromu. Sağ saidin ön səthinin dəlib keçən güllə yarası, sağ əlin l-ll barmaqlarının hərəkət məhdudluğu və hissiyyat pozğunluğu ilə. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. QDÇ İİ dərəcə. İddiaçının adına “Azərbaycan X5 və Ortopediya İnstitutu” Phş-də tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı arayışda qeyd edilmişdir ki, ona komissiya tərəfindən aşağıdakı diaqnoz müəyyən edilmişdir. Diaqnoz: Odlu silah yaralanması, sol budun orta Anin arxa səthinin dəlib-keçən güllə yaralanması, posttravmatik kobud kelloid çapıqlar, sol diz oynağının bükücü-açıcı kontrakturası: açma150 dərəcə, bükmə-115 dərəcə, sol saidin orta A-nin odlu silah yaralanması, mil sümüyünün köhnəlmiş, bitişmiş sınığı, oynaq səthinin nahamarlığı, mil sinirinin nevriti, milbilək oynağının kontrakturası, saidin aşağı Adə arxa səthdə kobud kelloid çapıq, sağ əlin funksiya pozğunluğu, daimi ağrı sindromu ilə (W-32, W-33, Y36.4, M24.5, S52, L91.0, R52.0, R26.8). İddiaçıya “Bakı Baş Səhiyyə İdarəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, H00075620QZM saylı Forma 088 göndərişi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Komissiyası tərəfindən əlillik təyin edilməsindən imtina edilmişdir. İmtina əsası kimi diaqnozun əlillik təyin etməməsi göstərilmişdir. Həmin xx.xx.2023-cü il tarixli göndərişdə qeyd edilmişdir: “Xəstəliyin başlanma tarixi: xx.xx.2022-ci il, gedişi xronikidir. XBT 10 kodu ilə; Əsas diaqnoz: G63*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya, sağ ulnar və medial sinirlərinin posttravmatik neyropatiyası; Ağırlaşma: R29-sinir və sümük əzələ sisiteminə aid olan digər simptomlar və sağ yuxarı ətrafın distal hissəsinin hipotrofıyası; Z74-yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər. Qismən kənar şəxsin qulluğuna ehtiyacı var. Yanaşı xəstəliklər: R36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla sol budun aşağı A-nin arxa səthinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət (1993); İddiaçının adına tərtib edilmiş qiymətləndirmə nəticələrində qeyd edilmişdir: “Müayinə tarixi: xx.xx.2023-ci il; Akt nömrəsi: xxxxxxx0005; Müvəqqəti əmək qabiliyyəti itirilməməişdir. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla sol budun aşağı A-nin arxa səthinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət (1993); digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya, sağ ulnar və medial sinirlərinin posttravmatik neyropatiyası; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdehin Ekspert Komissiyasında xx.xx.2023-cü il tarixdə əyani müayinə olunmuşdur. Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2127/2023-cü il saylı qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixli əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 47 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-kecən güllə yaralanması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sol aşağı ətrafda və sağ əlin hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ budun aşağı 1/3-də, sağ saidin orta 1/3-də çapıq toxuma izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst, əzələ inkişafı paralel, reflekslər canlı alınmış, D=S, atrofiya, parez, iflic izlənilməmişdir. Arterial təzyiqi 180/100 mm.cc.s müəyyənləşdirilmişdir. Bakı şəhər Baş Səhiyyə idarəsinin 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli Tibbi Rəyində diaqnoz Odlu silah yaralanmasından sonrakı Sağ ulnar və medial sinirlərin posttravmatik, sol oturaq sinirin posttravmatik nevropativası. Sağ yuxarı ətrafın monoparezi. Sağ əlin funksiyasının kəskin pozulması, çoxsaylı çapıqlar” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 və Ortopediya institutunun PHŞ xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışda qeyd olunmuş diaqnoz Odlu silah yaralanması. Sol budun orta 1/3-nin dəlib keçən güllə yaralanması. Posttravmatik kobud-kelloid çapıqlar. Sol dizoynağının bükücü-açıcı kontrakturası açma 150 dərəcə, bükmə 115 dərəcə. Sol saidin aşağı 1/3-nin odlu silah yaralanması, mil sümüyünün köhnəlmiş bitişmiş sınığı, oynaq səthinin nahamarlığı mil sinirin nevriti. Mil-bilək oynağının kontrakturası. Saidin asağı 1/3- də arxa səthində kobud kelloid çapıq. Sağ əlin funksiyasının pozğunluğu. Daimi ağrı sindromu ilə" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol qulaqcıq genişlənib (4.4 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min AR. Perikard təmizdir* kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “ekspert rəyi iddiaçının əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş göndərişdə qeyd olunan diaqnoz onun stasionarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. İddiaçının adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, H00075620QZM saylı Forma 088 göndərişinə əsasən XBT 10 kodu ilə ona qoyulmuş “Əsas diaqnoz: G63-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya, sağ ulnar və medial sinirlərinin posttravmatik neyropatiyası; Ağırlaşma: R29-sinir və sümük əzələ sisiteminə aid olan digər simptomlar və sağ yuxarı ətrafın distal hissəsinin hipotrofiyası; Z74-yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, qismən kənar şəxsin qulluğuna ehtiyacı var. Yanaşı xəstəliklər: R36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət (1993)” diaqnozdakı xəstəliklər Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar gedən döyüşlər zamanı alınmışdır (Əsas: DİN DQ-ın HHK- nın xx.xx.2015-ci il, 47 №-li qərarı) Yuxarıda qeyd edilən diaqnozla ona xx.xx.2017-ci il tarixdə əlillik dərəcəsi təyin olunduğu diaqnoz arasında olan fərq “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, gərginlik stenokardiyası, tez-tez baş verən krizlərlə, qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları, QDÇ İİ dərəcə” xəstəlikləri olmuşdur ki, bu xəstəliklərlə də əlaqədar ona ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən X8 İnstitutuna göndərilmiş və xx.xx.2024-cü il tarixdə müayinəsi zamanı “İ51.4-miokarditdən sonrakı vəziyyət. İİ 1.0-arterial hipertoniya İİ mərhələ, İ20.8- ÜİX, gərginlik stenokardiyası İ (bir) FS. İ50.0- xroniki ürək çatmamazlığı İİ (iki) dərəcə, EF=40% (qırx)” diaqnozu qoyulmuşdur. O, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir. İddiaçının xəstəliklərinin reabilitasiyası müalicə ilə mümkün deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının adına tərtib olunmuş göndərişlərdə qeyd olunan xəstəliklər onun təqdim etdiyi tibbi sənədlərdə öz təsdiqini tapmışdır. Buna görə də birinci instansiya məhkəməsi iddiaçıya tələb etdiyi əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. İşin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 47 № li qərarına əsasən verilmiş hərbi xidmət dövründə aldığı və X15 Xəstəxanasında xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək müayinə və müalicə olunduğu xəstəlik-diaqnozu («Sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-keçən güllə yaralanması».) ilə sonuncu dəfə ona 5 illik əlilliyin təyin edilməsi üçün əsas olan Diaqnoz - Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya. ÜİX. Gərginlik stenokardiyası, tez-tez baş verən krizlərlə. Budun açıq yarası. Sağ baldırın aşağı 3/1-nin arxa səthinin dəlib keçən güllə yarasından sonrakı gecikmiş geridönməz ağırlaşması. Sol aşağı ətrafın monaparezi "sallanan pəncə", “hərəkatin məhdudlaşması və daimi ağrı sindromu. Sağ saidin ön səthinin dəlib keçən güllə yarası, sağ əlin l-ll barmaqlarının hərəkət məhdudluğu və hissiyyat pozğunluğu ilə. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. QDÇ İİ dərəcə.” arasında səbəbli əlaqə vardırmı?

2. İddiaçı Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 47 № li qərarına əsasən verilmiş hərbi xidmət dövründə aldığı və X15 Xəstəxanasında xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək müayinə və müalicə olunduğu xəstəlik-diaqnozu («Sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-keçən güllə yaralanması».) ilə “Bakı Baş Səhiyyə İdarəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, H00075620QZM saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qoyulmuş diaqnoz (“Əsas diaqnoz: G63-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya, sağ ulnar və medial sinirlərinin posttravmatik neyropatiyası; Ağırlaşma: R29-sinir və sümük əzələ sisiteminə aid olan digər simptomlar və sağ yuxarı ətrafın distal hissəsinin hipotrofiyası; Z74-yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, qismən kənar şəxsin qulluğuna ehtiyacı var. Yanaşı xəstəliklər: R36.2- hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət (1993)” arasında səbəbli əlaqə vardırmı? xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsinin T529/2024 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuş və rəyin nəticə hissəsində Kollegiyanın suallarına aşağıdakı məzmunda cavab verilmişdir: - “Vətəndaş E.Z.X13 Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, 47 № li qərarına əsasən “Sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-keçən güllə yaralanması” ilə sonuncu dəfə ona 5 illik əlilliyin təyin edilməsi üçün əsas olan “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, gərginlik stenokardiyası, tez-tez baş verən krizlərlə qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları, QDÇ İİ dərəcə” diaqnoz istisna olmaqla digərləri arasında səbəbli əlaqə vardır. - Vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı “Sol budun arxa səthinin dəlibkeçən güllə yaralanması” diaqnozu ilə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, H00075620O7M Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş diaqnoz arasında birbaşa səbəb əlaqə olsa da xx.xx.2024-cü il tarixdə özünün əyani müayinəsi zamanı sağlamlıq durumu ilə bağlı ciddi patofunksional dəyişikliklər aşkar edilmədi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il “ 26” dekabr tarixli “19- 1” nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 1.1-ci bəndinə əsasən bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. Həmin Təlimatın 2.1-ci bəndinə əsasən tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu:https://eqanun.az/framework/37558 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Həmin Təlimatın 3.1-ci bəndinə əsasən şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Həmin Təlimatın 3.2-ci bəndinə əsasən hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Həmin Təlimatın 3.3-cü bəndinə əsasən hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. Həmin Təlimatın 3.4-cü bəndinə əsasən xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHKna göndərilir. Həmin Təlimatın 3.5-ci bəndinə əsasən hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Meyarların 3.1-ci bəndinə görə anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: (3.1.1) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; (3.1.2) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; (3.1.3) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İş materiallarında olan iddiaçıya “Bakı Baş Səhiyyə İdarəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, H00075620QZM saylı Forma 088 göndərişi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Komissiyası tərəfindən əlillik təyin edilməsindən imtina edilmişdir. İmtina əsası kimi diaqnozun əlillik təyin etməməsi göstərilmişdir. Həmin xx.xx.2023-cü il tarixli göndərişdə qeyd edilmişdir: “Xəstəliyin başlanma tarixi: xx.xx.2022-ci il, gedişi xronikidir. XBT 10 kodu ilə; Əsas diaqnoz: G63*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya, sağ ulnar və medial sinirlərinin posttravmatik neyropatiyası; Ağırlaşma: R29-sinir və sümük əzələ sisiteminə aid olan digər simptomlar və sağ yuxarı ətrafın distal hissəsinin hipotrofıyası; Z74-yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər. Qismən kənar şəxsin qulluğuna ehtiyacı var. Yanaşı xəstəliklər: R36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla sol budun aşağı A-nin arxa səthinin dəlibkeçən güllə yaralanmasından sonrakı vəziyyət (1993);nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, 5 il müddətində İİ dərəcə əlillik təyin edilməsinə və yuxarıda qeyd edilən göndərişdə iddiaçıya qoyulan əsas diaqnoz “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.8-ci bəndində G63* XBT 10 kodu ilə və ağırlaşma isə R29 XBT 10 kodu ilə 6.1.10-cu bəndində nəzərdə tutulmasına və həmiçinin işin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunan ekspert rəyində də baxmayaraq cavabdeh əvvəlki davranışından fərqli qaydada hərəkət etmişdir ki, bu zaman da həmin hərəkətinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, nəticədə əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçının xəstəlikləri Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travma bağlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Eyni zamanda oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır. Bununla yanaşı, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (2-1(102)-764/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)671/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)-589/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)-555/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)- 437/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarları və s.) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə əlillik təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Bununla yanaşı qeyd edilməlidir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza nəticəsində verilmiş rəyə əsasən iddiaçının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 47 No-li qərarına əsasən verilmiş hərbi xidmət dövründə aldığı «Sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-keçən güllə yaralanması» ilə sonuncu dəfə ona 5 illik əlilliyin təyin edilməsi üçün əsas olan diaqnozlardan biri olan- “Budun açıq yarası. Sağ baldırın aşağı 3/1-nin arxa səthinin dəlib keçən güllə yarasından sonrakı gecikmiş geridönməz ağırlaşması. Sol aşağı ətrafın monaparezi "sallanan pəncə", “hərəkətin məhdudlaşması və daimi ağrı sindromu. Sağ saidin ön səthinin dəlib keçən güllə yarası, sağ əlin l-ll barmaqlarının hərəkət məhdudluğu və hissiyyat pozğunluğu” diaqnozu arasında səbəbli əlaqə olduğundan cavabdehin imtinası əsassız olmuşdur, bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilərək ona xx.xx.2023-cü il tarixli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1459/2024 saylı 01 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1459/2024 saylı 01 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar