Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2206/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X28 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-794/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik haqqlarının hesablanması barədə” Qərarına əsasən müəssisəyə yanvar 2022-ci il hesabat dövrü üzrə 829466,06 manat məbləğində ƏDV hesablanmışdır. Sözügedən qərar əsassızdır və məhkəmə qaydasında ləğv edilməldir. İlk növbədə, cavabdehlə yaranmış mübahisənin səbəbi cavabdehin müəssisənin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmasını qəbul etməməsidir. Belə ki, iddiaçı tərəfindən 2020-2021-ci illər üzrə ümumi dəyəri 9203462,59 manat olan müxtəlif növ kənd təsərrüfatı məhsulları Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir. Həmin məhsullardan 3593277,94 manat dəyərində olan hissəsi daxili qaydada əldə edilmiş 5610184,65 manat dəyərində olan müxtəlif növ bostan bitkiləri isə (kartof, soğan, kök, çuğundur və s) istehsal edilmişdir. İstehsal fəaliyyəti ilə məşğul olmaq üçün cəmiyyətlə X23 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Bərdə rayonu Həsənqaya kəndində yerləşən 25100 kv.m torpaq sahəsi icarəyə götürülmüş və qeyd olunan təsərrüfat subyekti **********9 nömrəli arayış əsasında vergi orqanında uçota alınmışdır. X23 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Bərdə rayonu Həsənqaya kəndində yerləşən 10000 kv m torpaq sahəsi icarəyə götürülmüş və qeyd olunan təsərrüfat subyekti **********0 nömrəli arayış əsasında vergi orqanında uçota alınmışdır. X13 ilə bağlanmış 22 iyun 2021-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Şəki rayonu, Turan qəsəbəsində yerləşən 18.7 ha torpaq sahəsi icarəyə götürülmüş və qeyd olunun təsərrüfat subyekti **********7 nömrəli arayış əsasında vergi orqanında uçota alınmışdır. X29 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 1.6371 ha torpaq sahəsi, X30 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 1.62 ha torpaq sahəsi, X29 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 2.5107 ha torpaq sahəsi, və X29 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 3.4007 ha torpaq sahəsi icarəyə götürülmüşdür. X17 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 200 kv m qeyri-yaşayış sahəsi icarəyə götürülmüş və qeyd olunun təsərrüfat subyekti **********4 nömrəli arayış əsasında vergi orqanında uçota alınmışdır. X24 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 21.6 kv m qeyri-yaşayış sahəsi icarəyə götürülmüş və qeyd olunun təsərrüfat subyekti **********9 nömrəli arayış əsasında vergi orqanında uçota alınmışdır. Müəssisənin bostan bitkilərinin əkin-biçini ilə məşğul olmasına dair Bərdə rayon Həsənqaya bələdiyyəsi tərəfindən 17 nömrəli xx.xx.2021-ci il tarixli, 35 nömrəli xx.xx.2021-ci il tarixli, Bərdə rayon İcra hakimiyyəti başçısının Həsənqaya kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 748 nömrəli xx.xx.2021-ci il tarixli, 394 nömrəli xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bərdə X42 Mərkəzi tərəfindən arayış təqdim edilmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən aparılmış əməliyyatları ümumilikdə ƏDV-yə cəlb etmiş, tərəfindən istehsal edilmiş kənd təsərrüfatı məhsullarının təqdim edilməsinə də ədv-yə cəlb olunan əməliyyat kimi yanaşmışdır. Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır. Eyni zamanda, mövcud hesablama 2022-ci ilin yanvar ayı üzrə aparılmışdır. Halbuki müəssisənin 2022-ci ilin yanvar ayında hər hansı vergi tutulan əməliyyatı olmamışdır. Vergi Məcəlləsinin 166.1-cı maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; Məcəllənin 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Məcəllənin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Bununla belə nəzərə alsaq ki, hesablamanın dövrünə münasibətdə vergi orqanı tərəfindən hər hansı yalnışlığa yol verilməmişdir, bu halda da cavabdeh tərəfindən vergilərin hesablanma qaydası pozulmuşdur. Vergi Məcəlləsinin 153.3-cü maddəsinə əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Sadalanan normalarının qarşılıqlı təhlilindən məlum olduğu kimi, müəssisənin apardığı əməliyyatlar üzrə vergi hesablamaları müvafiq olaraq təqdim edilmiş malların dəyəri müəssisənin bank hesabına daxil olduğu ay üzrə aparılmalıdır. Nəzərə alsaq ki, hesablama 2022-ci ilin yanvar ayı üzrə aparılıb, bu zaman hesablama ümumi dövriyyədən deyil, məhz ticarət əlavəsindən hesablanmalı idi. Həmçinin, nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar qəbul edilməsilə nəticələnən inzibati icraat düzgün aparılmamış və inzibati orqan tərəfindən inzibati icraatın aparılması üçün qanunvericiliklə müəyyən olunmuş prossessual qaydaya əməl edilməmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, lakin inzibati orqan həmin bəyannamə üzrə hansı çatışmazlıqların olmasını müəyyən etmədən, bununla bağlı əlavə sənəd, məlumat, izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı iddiaçının iştirakı olmadan aparmış və nəticədə bəyannaməni qəbul etməyərək xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında ona 829466,06 manat məbləğində ƏDV hesablamışdır. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, xx.xx.2020-ci il tarixdən vergi orqanı tərəfindən məcburi qaydada ƏDV qeydiyyatına qoyulduğu, əsas fəaliyyət növünün “tərəvəz, bostan, kökümeyvəli və köküyumruların becərilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş elektron qaimə fakturalara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 2020-ci ildə 2197313,0 manat (ƏDV-si 335183,34 manat), 2021-ci ildə 8413596,56 manat (ƏDV-si 1283429,98 manat), cəmi 10610909,56 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, xx.xx.2020-xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ƏDV bəyannaməsində təqdim edilmiş malların dəyərinin 3 593 277,83 manat (ƏDV məbləği 646790,01) göstərildiyi, nəticədə minimum dövriyyə üzrə hesablanmalı 1618613,36 manat (10610909,81/1.18x18%) ƏDV məbləğindən 971 823,35 manatın (1618613,36-646790,01) hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar barədə vergi ödəyicisinə müvafiq olaraq **********430300, **********353800 nömrəli uyğunsuzluq məktubları göndərilmişdir. Vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən müvafiq dövr üzrə 829 466,06 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Belə ki, uçot-baza məlumatlarının araşdırılması zamanı xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (VÖEN **********) ümumi dəyəri 10610909,81 manat olan müxtəlif meyvə və tərəvəzlərin (təbii bal, banan, ananas, armud, kartof, pomidor, xiyar, sarımsaq, yerkökü, soğan, çuğundur, kələm, limon, göyərti, mandarin, portağal, qreypfrut, kivi, zəncəfil, qabaq, manqo, badımcan) təqdim edildiyi, bu dövr ərzində "xxxx" MMC-dən (VÖEN **********) 3205899,58 manat (ƏDV-si 576994,33 manat) dəyərində meyvətərəvəzlərin, "X32" MMC-dən (VÖEN **********) 11500,0 manat (ƏDV-si 2070,0 manat) dəyərində 1 ədəd mebel dəstinin, "xxxx" ASC-dən (VÖEN **********) 8,47 manat (ƏDV-si 1,53 manat), "xxxx" Siğorta Şirkəti ASC-dən (VÖEN **********) 376,35 manat dəyərində elektron qaimə-fakturaların əldə edildiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlirlər 7837452,88 manat, o cümlədən malların təqdim edilməsindən 3200798,05 manat, gəlirlər üzrə azadolmalar və güzəştlər 4636654,83 manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 3268855,59 manat, o cümlədən malın dəyəri 3194014,72 manat, bəyannamənin 1 nömrəli əlavəsində hesabat dövrünün sonuna mal qalığının 0,0 manat olduğu bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən elektron qaimə-fakturalarla əldə edilmiş və təqdim edilmiş malların çeşidi, miqdarı araşdırılan zaman kənarlaşmaların olduğu müəyyən edilmişdir. Belə ki, Cəmiyyət elektron qaimə-faktura ilə 546529,97 kq banan almasına baxmayaraq, 106139,89 kq təqdim etmiş (qalıq 440390,08 kq), 386978,87 kq limon almasına baxmayaraq, 16060,0 kq təqdim etmiş (qalıq 370918,87 kq), 332316,05 kq portağal almasına baxmayaraq, 40102,0 kq təqdim etmiş (qalıq 292214,05 kq), 108452,5 kq mandarin almasına baxmayaraq, 32500,0 kq təqdim etmiş (qalıq 75952,5 kq), 93806,0 kq ananas almasına baxmayaraq, 22920,0 kq təqdim etmiş (qalıq 70886,0 kq), 58106,0 kq badimcan almasına baxmayaraq, 3487,0 kq təqdim etmiş (qalıq 54619,0 kq), 40593,0 kq zəncəfil almasına baxmayaraq, 5500,0 kq təqdim etmiş (qalıq 35093,0 kq), 33580,0 kq kivi almasına baxmayaraq, 6500,0 kq təqdim etmiş (qalıq 27080,0 kq), 32934,0 kq qreypfrut almasına baxmayaraq, 7400,0 kq təqdim etmiş (qalıq 25534,0 kq), 28364,0 kq armud almasına baxmayaraq, 12071,62 kq təqdim etmiş (qalıq 16292,38 kq), 14131,0 kq qabaq almasına baxmayaraq, 4700,0 kq təqdim etmiş (qalıq 9431,0 kq) və 2674,0 kq manqo almasına baxmayaraq, 1637,0 kq təqdim etmişdir (qalıq 1037,0 kq). Həmçinin, ümumi dəyəri 377653,98 manat (ƏDV-si 67977,78 manat) olan 40882,0 kq bibər (rəngli), 19885,0 kq avokado, 14499,0 kq bibər, 14173,5 kq albalı, 12315,0 kq gül kələmi, 11645,98 kq bibər (dolma), 9960,0 kq brokkoli, 8665,0 kq kərəviz, 7077,79 kq ərik, 4348,0 kq lobya, 3440,0 kq gilas, 3412,0 kq gavali, 2250,0 kq üzüm, 1760,0 kq yemiş, 1393,0 kq kəvər (soğan), 1145,0 kq nar, 1138,57 kq qaragilə, 804,0 kq şallot, 801,5 kq laym, 689,0 kq kahı, 576,0 kq çin kələmi, 336,99 kq kokos, 207,0 kq şirin kartof, 200,0 kq brüssel kələmi, 72,0 kq qarağat, 60,0 kq pitayya, 50,0 kq fizalis, 40,0 kq qulançar, 30,0 kq həvəs çiçəyi, 25,0 kq mangostan məhsullarının alınmasına baxmayaraq bu malların satışı üzrə elektron qaiməfakturaların təqdim edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı, 1654183,89 kq adları məlum olmayan “kənd təsərüfatı məhsulu" kimi qeyd olunmuş malların, 2961,0 kq göyərti, 4876,8 kq təbii bal, 167107,0 kq pomidor, 4981354,0 kq kartof, 995069,0 kq soğan, 671218,0 kq yerkökü, 377665,0 kq çuğundur, 113417,88 kq sarımsaq, 82753,0 kq xiyar məhsulunun alışını təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir. İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********343600 nömrəli) və xx.xx.2022- ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********525700 nömrəli) inzibati şikayətlərlə müraciət etmiş, “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********197300 saylı qərar qəbul edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********730700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı inzibati şikayətdə və iddia ərizəsində kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olduğunu, təqdim edilmiş malların bir hissəsinin Bərdə rayonu, Həsənqaya kəndi ərazisində X7 3.51 ha torpaq sahəsini, X8 7,5485 ha torpaq sahəsini, X9 1,62 ha torpaq sahəsini, Şəki rayonu, Turan qəsəbəsi ərazisində X5 18,7 ha torpaq sahəsini, Neftçala rayonunda X10 0,7 ha torpaq sahəsini icarəyə götürməklə becərildiyini qeyd etmişdir. Lakin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bərdə X42 Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda X11 yonca, X14 buğda, X15 buğda məhsulunun əkilib becərilməsi barədə məlumatların Elektron X12 Sisteminə daxil etdiklərini qeyd etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Şəki X42 Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda X6 payızlıq arpa bitkisinin əkilib becərilməsi barədə məlumatların Elektron X12 Sisteminə daxil etdiyini qeyd etmişdir. Eyni zamanda 11 saylı Ərazi Vergilər Baş İdarəsinin işçiləri tərəfindən X6 nümayəndəsi (atası) Cavanşir Qurbanovun iştirakı ilə xx.xx.2021-ci il əkin sahəsinə baxış keçirilmiş, baxış zamanı qeyd olunan ərazidə faktiki olaraq taxıl məhsulunun əkildiyi, meyvə bağlarının olmadığı, tərəvəz əkilmədiyi müəyyən edilmiş və bu hal müvafiq olaraq aktla rəsmiləşdirilmişdir. Həmçinin, X31 tərəfindən təqdim edilmiş izahatda Neftçala rayonunda ona məxsus torpaq sahəsinin olmadığını bildirmiş, Neftçala rayonu İcra Hakimiyyəti Başçısının Bankə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda X18 məxsus Neftçala rayonu Bankə qəsəbəsində torpaq sahəsinin olmadığı qeyd edilmişdir. Eyni zamanda uçot-baza məlumatlarının və bəyannamə göstəricilərinin araşdırılması zamanı Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin dekabr ayı üzrə təqdim edilmiş cari ƏDV bəyannaməsində 4703378,97 manat, o cümlədən ƏDV-dən azad olunan dövriyyə 1502580,92 manat, ƏDV-yə cəlb olunan dövriyyə məbləği 3200798,05 manat (ƏDV-si 576143,65 manat), əvəzləşdirilən dövriyyə məbləği 3194014,72 manat (ƏDV-si 574922,65 manat) bəyan edilməklə 1221,0 manat büdcəyə hesablama aparıldığı müəyyən edilmişdir. Daha sonra Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan hesabat aylarına, yəni 13 ay üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilərək 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə məbləğlərinin 392479,89 manat (ƏDV-si 70646,38 manat) artıraraq 3593277,94 manat (ƏDV-si 646790,01 manat), ƏDV-dən azad olunan dövriyyə məbləğlərinin 2843521,48 manat artıraraq 4346102,40 manat bəyan edilmiş, həmçinin elektron qaimə-fakturalarla əldə edilmiş mallara görə ödənilmiş 574922,65 manat ƏDV məbləğlərinin (əsas dəyəri 3194014,75 manat) hissələrlə əvəzləşdirilən dövriyyəyə daxil etdiyi müəyyən edilmişdir. Əlavə olaraq araşdırma zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə Cəmiyyətin banklarda hesablaşma hesabına 9860879,45 manat vəsaitlərin daxil olduğu müəyyən edilmişdir. Beləliklə, Cəmiyyətin Bərdə rayonu, Həsənqaya kəndində, Şəki rayonu, Turan qəsəbəsində və Neftçala rayonunda icarəyə götürülmüş torpaq sahələrində kənd təsərrüfatı məhsullarının əkilib becərildiyini bildirməsinə baxmayaraq, torpaq sahələrini icarəyə vermiş şəxslərin faktiki olaraq taxıl, yonca bitkilərinin əkildiyini və X42 Mərkəzlər tərəfindən təqdim edilmiş məktublarda "xxxx" MMC-nin Elektron X12 Sistemində heç bir məlumat bəyan etmədiyini, əkin sahəsinə baxış zamanı faktiki olaraq taxıl məhsulunun əkildiyini, Cəmiyyət tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı (meyvə və tərəvəz) ilə məşğul olması faktının inzibati araşdırma ilə təsdiqlənməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-794/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş materiallarına əlavə edilmiş sübutları, o cümlədən şəxsi hesab vərəqəsini kifayət qədər araşdırmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə 2021-ci ilin iyul ayı ƏDV üzrə vergi orqanı tərəfindən kameral vergi hesablaması barədə qərar qəbul edilmiş, müvafiq hesablama şəxsi hesab vərəqəsində əksini tapmışdır (şəxsi hesab vərəqəsinin surəti əlavə olunur). Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə ƏDV 2021/07 dəqiqləşmiş vergi bəyannaməsi təqdim edilərək 56.112,91 manat vergi məbləği hesablanmış, vergi orqanının xx.xx.2022-ci il tarixli **********380000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarla 14.215,36 manat əlavə vergi məbləği hesablanmışdır. Müvafiq qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir və hal-hazırda qüvvədədir. Məhkəmə hər iki tərəfin təqdim etdiyi arayışların eyni qurum tərəfindən imzalanmasını, lakin bir-birinə zidd olmasını qeyd etməklə kifayətlənmiş, bu ziddiyyətə əsas verən hallara aydınlıq gətirmək üçün hər hansı tədbir görməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin də qeyd etdiyi kimi, iddiaçı inzibati şikayətdə və iddia ərizəsində kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olduğunu, təqdim edilmiş malların bir hissəsinin Bərdə rayonu, Həsənqaya kəndi ərazisində X7 3.51 ha torpaq sahəsini, X8 7,5485 ha torpaq sahəsini, X9 1,62 ha torpaq sahəsini, Şəki rayonu, Turan qəsəbəsi ərazisində X5 18,7 ha torpaq sahəsini, Neftçala rayonunda X10 0,7 ha torpaq sahəsini icarəyə götürməklə becərildiyini qeyd etmişdir. Cavabdeh tərəfindən məhkəməyə müvafiq halları təkzib edən sübut və digər materiallar əlavə edilsə də, məhkəmə tərəfindən aşağıda qeyd edilən sənədlərə, ümumiyyətlə, münasibət bildirilməmiş, sübut kimi qiymətləndirilməmişdir: - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bərdə X42 Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda X11 yonca, X14 buğda, X15 buğda məhsulunun əkilib becərilməsi barədə məlumatların Elektron X12 Sisteminə daxil etdiklərini qeyd etmişdir; - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Şəki X42 Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda X6 payızlıq arpa bitkisinin əkilib becərilməsi barədə məlumatlarınElektron X12 Sisteminə daxil etdiyini qeyd etmişdir; - Eyni zamanda 11 saylı Ərazi Vergilər Baş İdarəsinin işçiləri tərəfindən X6 nümayəndəsi (atası) Cavanşir Qurbanovun iştirakı ilə xx.xx.20221-ci il əkin sahəsinə baxış keçirilmiş, baxış zamanı qeyd olunan ərazidə faktiki olaraq taxıl məhsulunun əkildiyi, meyvə bağlarının olmadığı, tərəvəz əkilmədiyi müəyyən edilmiş və bu hal müvafiq olaraq aktla rəsmiləşdirilmişdir; - Həmçinin, X31 tərəfindən təqdim edilmiş izahatda Neftçala rayonunda ona məxsus torpaq sahəsinin olmadığını bildirmiş, Neftçala rayonu İcra Hakimiyyəti Başçısının Bankə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda X18 məxsus Neftçala rayonu Bankə qəsəbəsində torpaq sahəsinin olmadığı qeyd edilmişdir. 2022-ci ilin yanvar ayı ƏDV üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********449300 nömrəli qərarı qəbul edilmiş (vergi məbləği 900,112.40 manat), “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********197300 saylı qərara əsasən xx.xx.2022-ci il tarixli, **********449300 nömrəli qərarı 829466,06 manat verginin hesablanması hissəsində əsaslı hesab olunaraq dəyişdirilmədən qüvvədə saxlanılmış, 70646,34 manat hissəsində ləğv olunmuş, xx.xx.2022-ci il tarixli **********925300 saylı qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilərək 0 manat vergi məbləği qeyd edilmiş, xx.xx.2023-cü il tarixli **********057100 nömrəli qərar qəbul edilmişdir (vergi məbləği 829,466.06 manat). xx.xx.2022-ci il tarixli **********925300 saylı qərarın iş materiallarına əlavə edilməməsi cavabdeh tərəfindən qanunvericilik normalarının pozulması sayılmamaqla yanaşı, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********057100 nömrəli qərarın ləğv edilməsi üçün absurd əsasdır. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən iş materiallarını kifayət qədər araşdırmamış, sübutlar üzrə düzgün qiymətləndirmə aparmamış, qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1.4-ci maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. - Məcəlləyə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.2 vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; -166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz və ya ƏDV məbləğinin dəyərinin ödənilməsi nəzərdə tutulur. -177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. -178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli №**********057100 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 829.466,06 manat məbləğdə əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, uçot baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş eqaimə fakturalara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 2020-ci ildə 1264082,0 manat (ƏDV-si 192826,06 manat), 2021-ci ildə 8413596,56 manat (ƏDV-si 1283429,98 manat), cəmi 9677678,56 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, 2021-ci ilin dekabr ayının ƏDV, bəyannaməsində təqdim edilmiş malların dəyərinin 3776941,70 manat (ƏDV-si 576143,65 manat) göstərildiyi, nəticədə minimum dövriyyə üzrə kənarlaşma yaranmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasının 99 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən qərara alınmışdır: 1. Hüquqi şəxs "xxxx" MMC-nin inzibati şikayəti təmin edilməsin. 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 16 avqust 2022-ci il tarixli **********197300 nömrəli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********925300 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarları dəyişdirilmədə saxlanılsın. İş materiallarında olan icarə müqavilələri: - 01 oktyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X23 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 25100 kv.m torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. - 10 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X30 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 0.5 ha torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. - 08 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X29 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 1.6371 ha torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. - 16 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X29 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 1.62 ha torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. - 21 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X29 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 2.5107 ha torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. – 14 oktyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X29 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 3.4007 ha torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. - 01 oktyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən - X23 ona məxsus olan Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 10000 kv.m – 1 ha torpaq sahəsini İcarəyə götürənə - "xxxx" MMC-yə icarəyə verir. İcarə müddəti xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək müəyyən edilir. İş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyi Bərdə X42 Mərkəzinin arayışına əsasən "xxxx" MMC Həsənqaya kəndində X16 məxsus kənd təsərrüfatı təyinatlı torpaqda bostan bitkilərinin əkib-becərilməsi fəaliyyəti ilə məşğuldur. Bərdə rayon Həsənqaya bələdiyyəsinin: - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC Həsənqaya ərazisində X23 bostan bitkilərinin əkib-becərilməsi ilə məşğuldur. - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC istehsalat ərazisində kənd təsərrüfatı məhsullarının (kartof, çuğundur, kök, soğan) əkib-becərilməsi ilə məşğuldur. Bərdə rayon İcra Hahimiyyəti Başçısının Həsənqaya kənd inzibati dairəsi üzrə nümayəndəliyinin: - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC istehsalat ərazisində kənd təsərrüfatı məhsullarının (kartof, çuğundur, kök, soğan) əkib-becərilməsi ilə məşğuldur. - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC Həsənqaya kəndində X16 məxsus kənd təsərrüfatı təyinatlı torpaqda bostan bitkilərinin əkib-becərilməsi ilə məşğuldur. - xx.xx.2021-ci il tarixli arayışına əsasən Bərdə rayonu Həsənqaya kəndində X11 mülkiyyətində olan 2.51 və 1.0 ha torpaq sahələri Agro Food 17 MMC-yə (VÖEN **********) icarəyə verilmiş və həmin torpaq sahələrində 2020-ci ildə taxıl bitkiləri becərilmişdir. - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X16 məxsus 3.50 ha torpaq sahəsində 2020 ci ilin oktyabr ayından 2021-ci ilin sonuna qədər taxıl məsulları əkilmişdir. - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X19 məxsus 1.62 ha torpaq sahəsində 2020-2021-ci illər ərzində buğda məhsulları əkilmişdir. - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X20 məxsus 7.5 ha torpaq sahəsində 2020-2021-ci illər ərzində buğda məhsulları əkilmişdir. - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X16 məxsus 3.50 ha torpaq sahəsində 2020-2021-ci illər ərzində buğda məhsulları əkilmişdir. Neftçala rayonu İcra Hakimiyyəti Başçısının Bankə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 5 saylı Ərazi Vergilər İdrəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, X21 (AA 2021700) məxsus Bankə qəsəbəsi ərazisində torpaq sahəsi yoxdur. Kənd Təsərrüfatı Nazirliyi Bərdə X42 Mərkəzinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “ünvan 3 sakini X1 Kənd Təsərüfatı İnformasiya Sistemində 2020-2021-ci il üçün 2.51 ha yonca və 1.00 ha yonca cəmi 3.51 ha sahədə yonca bəyanı vermişdir. 2020-2021-ci il mövsümü yonca üzrə məhsuldarlıq 1 ha üzrə təxmini 600 ədəd yonca kipi olmaqla 3.51 ha sahədən 2106 ədəd yonca kipi götürmüşdür. ünvan 3 sakini X3 Kənd Təsərüfatı İnformasiya Sistemində 2020- 2021-ci il üçün: 1.63 ha buğda, 2.51 ha buğda və 3.40 ha buğda cəmi 7.54 ha sahədə buğda bəyanı vermişdir. 2020-2021-ci il mövsümü buğda üzrə məhsuldarlıq rayon üzrə 1 ha sahədə 45.4 sentner olmaqla 7.54 ha sahədən 34.2 ton buğda məhsulu götürmüşdür. ünvan 3 sakini X4 Kənd Təsərüfatı informasiya Sistemində 2020-2021- ci il üçün: 1.62 ha buğda bəyanı vermişdir. 2020-2021-ci il mövsümü buğda üzrə məhsuldarlıq rayon üzrə 1 ha sahədə 45.4 sentner olmaqla 1.62 ha sahədən 7.3 ton buğda məhsulu götürmüşdür. Əlavə olaraq bildiririk ki, "xxxx" MMC X33 informasiya sistemiqdə bəyan üçün heç vaxt müraciət etməmişdir.” Kənd Təsərrüfatı Nazirliyi Şəki X42 Mərkəzinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq Elektron X12 Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə (1 sentyabr-30 dekabr) torpaq sahəsindən istifadə hüququna dair sənədləri və əkinləri barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. “AGRO FOOD-17’’MMC Elektron X12 Sistemində (EKTİS) qeydiyyatdan keçmədiyi üçün 2020-2021-ci əkin ilində əkin bəyanları haqqında məlumat aşkar edilməmişdir. X2 2021-ci ilin məhsulu üçün 2020-ci ilin payızında 18 70 hektar torpaq sahəsində payızlıq arpa bitkisi üzrə bəyan etmişdir. İddiaçı hazırki tələbində cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarını mübahisələndirilir. Qərar onunla əsaslandırılmışdır ki, uçot baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş e-qaimə fakturalara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 2020-ci ildə 1264082,0 manat (ƏDVsi 192826,06 manat), 2021-ci ildə 8413596,56 manat (ƏDV-si 1283429,98 manat), cəmi 9677678,56 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, 2021-ci ilin dekabr ayının ƏDV bəyannaməsində təqdim edilmiş malların dəyərinin 3776941,70 manat (ƏDVsi 576143,65 manat) göstərildiyi, nəticədə minimum dövriyyə üzrə kənarlaşma yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən qərar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə əsassız vergi məbləğləri hesablanmışdır. İşin araşdırılmış hallarından aydın olduğu kimi, vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (13 ay) olan dövr ərzində araşdırma aparılıb. Lakin hesablama 2022-ci ilin yanvar ayı üzrə aparılmışdır. Yəni 13 ay ərzində hansı ayda kənarlaşmanın yaranması vergi orqanı tərəfindən qeyd edilməmiş və 2022-ci ilin yanvar ayında hər hansı vergi tutulan əməliyyatı olmamasına baxmayaraq həmin ay üzrə hesablama aparılmışdır. Həmçinin, iddiaçının şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, vergi ödəyicisi xx.xx.2022-ci il tarixdə xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla mübahisələndirilən 13 ayın dəqiqləşdirilmiş bəyannaməsini təqdim etmişdir. Vergi orqanı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 9 kameral vergi yoxlaması keçirilmiş, dəqiqləşmiş bəyannamələr qəbul edilmiş və sözügedən pozuntular aşkar edilməmiş, bundan sonra xx.xx.2023-cü ildə qərar qəbul edilmişdir. Bundan əlavə vergi orqanının xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının 6-cı sətrində “bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar barədə məlumat (**********925300, xx.xx.2022)” qeyd edilsə də, vergi orqanın xx.xx.2022-ci il tarixli qərarı iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesablamanın mahiyyətinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən 2020-2021-ci illər üzrə ümumi dəyəri 9203462,59 manat olan müxtəlif növ kənd təsərrüfatı məhsulları Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir. Həmin məhsullardan 3593277,94 manat dəyərində olan hissəsi daxili qaydada əldə edilmiş 5610184,65 manat dəyərində olan müxtəlif növ bostan bitkiləri isə (kartof, soğan, kök, çuğundur və s) istehsal edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi istehsal fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçı 2020-ci ilin müxtəlif tarixlərində icarə müqavilələri bağlamışdır. Kənd Təsərrüfatı Nazirliyi Bərdə X42 Mərkəzinin arayışında görünür ki, "xxxx" MMC Həsənqaya kəndində X16 məxsus kənd təsərrüfatı təyinatlı torpaqda bostan bitkilərinin əkib-becərilməsi fəaliyyəti ilə məşğuldur. İddiaçının istehsal fəaliyyəti ilə məşğul olması halı Bərdə rayon Həsənqaya bələdiyyəsinin arayışı ilə də təsdiq edilir. Belə ki, bələdiyənin: - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC Həsənqaya ərazisində X23 bostan bitkilərinin əkib-becərilməsi ilə məşğuldur. - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC istehsalat ərazisində kənd təsərrüfatı məhsullarının (kartof, çuğundur, kök, soğan) əkib-becərilməsi ilə məşğuldur. Eyni zamanda, Bərdə rayon İcra Hahimiyyəti Başçısının Həsənqaya kənd inzibati dairəsi üzrə nümayəndəliyinin: - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC istehsalat ərazisində kənd təsərrüfatı məhsullarının (kartof, çuğundur, kök, soğan) əkib-becərilməsi ilə məşğuldur. - xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" MMC Həsənqaya kəndində X16 məxsus kənd təsərrüfatı təyinatlı torpaqda bostan bitkilərinin əkib-becərilməsi ilə məşğuldur. Cavabdeh iddiaya qarşı etirazında və apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Cəmiyyətin Bərdə rayonu, Həsənqaya kəndində, Şəki rayonu, Turan qəsəbəsində və Neftçala rayonunda icarəyə götürülmüş torpaq sahələrində kənd təsərrüfatı məhsullarının əkilib becərildiyini bildirməsinə baxmayaraq, torpaq sahələrini icarəyə vermiş şəxslərin faktiki olaraq taxıl, yonca bitkilərinin əkildiyi və X42 Mərkəzlər tərəfindən təqdim edilmiş məktublarda "xxxx" MMC-nin Elektron X12 Sistemində heç bir məlumat bəyan etmədiyi, əkin sahəsinə baxış zamanı faktiki olaraq taxıl məhsulunun əkildiyi müəyyən olunmuş, Cəmiyyət tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı (meyvə və tərəvəz) ilə məşğul olması faktı inzibati araşdırma ilə təsdiqlənməmişdir. Həmçinin cavabdeh məhkəməyə iddiaçının da daha öncə təqdim etdiyi arayışları təqdim edərək bildirmişdir ki, Bərdə rayon İcra Hahimiyyəti Başçısının Həsənqaya kənd inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X16 məxsus 3.50 ha torpaq sahəsində 2020 ci ilin oktyabr ayından 2021-ci ilin sonuna qədər taxıl məsulları əkilmişdir. Lakin nümayəndəliyin: - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X19 məxsus 1.62 ha torpaq sahəsində 2020-2021-ci illər ərzində buğda məhsulları əkilmişdir. - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X20 məxsus 7.5 ha torpaq sahəsində 2020-2021-ci illər ərzində buğda məhsulları əkilmişdir. - xx.xx.2022-ci il tarixli arayışına əsasən Agro Food 17 MMC-nin icarəyə götürdüyü X16 məxsus 3.50 ha torpaq sahəsində 2020-2021-ci illər ərzində buğda məhsulları əkilmişdir. İş üzrə tərəflərin təqdim etdiyi Bərdə rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd inzibati dairəsi üzrə nümayəndəliyinin müxtəlif tarixlərdə imzaladığı arayışlar birbirinə zidd olduğu üçün həmin arayışların iş üzrə sübut kimi qəbul edilə bilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini kollegiya əsaslı hesab edir. Həmçinin, X42 Mərkəzlər tərəfindən təqdim edilmiş məktublarda "xxxx" MMC-nin Elektron X12 Sistemində heç bir məlumat bəyan etmədiyi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının məlumatı bəyan etməməsi, onun kənd təsərrüfatı məhsullarının istehsalı (meyvə və tərəvəz) ilə məşğul olmaması anlamına gəlmir. Belə ki, iddiaçı tərəfindən torpaq sahələri icarəyə götürülmüş və qeyd edilən təsərrüfat subyektləri arayışlar əsasında vergi orqanında uçota alınmışdır. Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla ƏDV hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-794/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2206/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2206/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver