Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2206/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Shamsan Almaqtari və X4 Thabitin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçılar İddiaçı1 Shamsan Almaqtarinin və X4 Thabitin, cavabdehin nümayəndəsi Nümayəndə, tərcüməçi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2450/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli, ******* saylı Qərardan görünür ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin rəhbəri olduğu şirkətin fəaliyyətinin olmadığı müəyyən edildiyindən Miqrasiya Məcəlləsinin 50.1.3-cü maddəsinin tələbləri rəhbər tutularaq Yəmən Respublikası vətəndaşı 10384055 nömrəli pasporta malik olan İddiaçı1n müraciəti təmin edilməmişdir.
2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli, ******* saylı Qərardan görünür ki, Miqrasiya Məcəlləsinin 46-cı maddəsində tələb olunan sənədlərdən birini təqdim etmədiyindən Yəmən Respublikası vətəndaşı 10384054 nömrəli pasporta malik olan X4 Thabitin müraciəti təmin edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 Shamsan Almaqtari və X4 Thabit cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin 19 iyul 2023-cü il tarixli Qərarlarının və 18 iyul 2023-cü il tarixli İnzibati Protokolun ləğv edilməsi və Azərbaycan Respublikası ərsazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tərəf sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin İddiaçı1 Shamsan Almaqtari və X4 Thabita Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 iyul 2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin işçisi zəng edərək həyat yoldaşının 11 avqust 2020-ci il tarixdən, yəni 3 il əvvəldən yaşamaq icazəsi olmadan yaşadığına görə cərimə olunduğunu bildirmişdir. 2017-ci ildə Azərbaycana gəldikdən sonra ölkəni tərk etməsə də, müvəqqəti yaşamaqla bağlı qanunu pozmamışdır. Çünki o, həmin zaman Qətər Səfirliyində işləyir və X5 İşlər Nazirliyi vasitəsilə buna cavabdeh olmuşdur. Buna əsasən bütün əməkdaş və ailələrinin 2024-cü ilin iyul ayına qədər yaşamaq üçün icazəsi olmuşdur. Cəriməni 1 gün sonra, yəni 19 iyul 2023-cü ildə müvəqqəti yaşayış icazəsi almaq ümidi ilə ödəmiş, lakin qanunu pozan hər kəsin müddətin uzadılması və ya yeni yaşayış icazəsi almaq hüququ olduğunu bilə-bilə hamı üçün imtina verildi. “Asan Xidmət”-dən bununla bağlı bildirildi ki, qanunu pozduqlarına görə onların hamısına müvvəqti yaşayış üçün icazənin verilməsi müddətinin uzadılmasından imtina verilib. 24 iyul 2023-cü ildə poçtla iddiaçıya məlumat verilmişdir ki, 10 gün ərzində hamı Azərbaycanı tərk etməlidir, ya da 30 gün ərzində məhkəməyə verilməlidir. Bundan sonra da şikayət üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, 15 avqust 2023-cü ildə qeyri-qanuni protokolun sənədlərini Dövlət Miqrasiya Xidmətinə təhvil vermiş, lakin onlar iddiaçıya Dövlət Miqrasiya Xidmətinin müdirinə göndərilən məktuba cavab vermək üçün 2 həftə gözlənilməsini istəmiş və iddiaçı da bütün sənədləri Dövlət Miqrasiya Xidmətinin elektron poçtuna göndərmişdir. 21 avqust 2023-cü il tarixində Dövlət Miqrasiya Xidmətinin əməkdaşı zəng vurub yaxınlaşmağını xahiş etmişdir. 4 sentyabr 2023-cü il tarixində şirkətin bank hesabının çıxarılmasını izləmək üçün Kapital Banka getmiş, lakin müvəqqəti yaşamaq üçün icazəsinin olmadığı üçün bank hesabını təhvil verməkdən imtina edilmişdir. 7 sentyabr 2023-cü ildə yenidən Dövlət Miqrasiya Xidmətinə getmiş və cərimə ilə qarşılaşmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçının və ailəsinin viza müddətinin uzadılmasından imtina etmişdir. Səbəb kimi isə yeni yaratdığı "xxxx" MMC-nin fəaliyyətə başlamaması göstərilmişdir. İddiaçı1 Shamsan Almaqtari və ailəsinə Azərbaycan Respublikasını tərk etmək üçün 10 (on) gün vaxt təyin edilmişdir. İddiaçı1 Shamsan Almaqtari ailəsilə (həyat yoldaşı və 4 övladı) birlikdə 20 ildir ki, Azərbaycanda yaşayır, bu müddət ərzində ali məktəbin bakalavr və magistr pillələrini qırmızı diplomla bitirmişdir. 05 may 2021-ci il tarixdən 05 may 2025-ci il tarixinədək fəlsəfə doktoru üzrə qiyabi təhsilini davam etdirməlidir. Övladlarından ikisi orta məktəbdə təhsil alır, hər ikisi əlaçıdır, digər iki övladı azyaşlıdır. Vətəni Yəmən Respublikasında davam edən müharibədə ata evi yanmış, geri dönüb yaşayacaq yeri yoxdur. Ailəsilə birlikdə Azərbaycanı sevir və Azərbaycana bağlıdırlar, buradan getmək istəmirlər. Bir ay öncə yaratdığı "xxxx" MMC-nin fəaliyyətə başlaması üçün vizanın müddətinin uzadılması vacibdir. Son zamanlar ərəb turistlərinin Azərbaycan Respublikasına axınının əhəmiyyətli dərəcədə artdığını nəzərə alaraq, ərəb, azərbaycan, rus və ingilis dillərində sərbəst danışdığı üçün turizm sahəsində iş qurmağı və bununla Azərbaycana fayda gətirəcəyini düşünür. Övladları Azərbaycanda orta məktəbdə təhsil alırlar, onlar ərəb dillərini bilmir və onlar Yəmənə geri döndüklər. halda təhsillərini davam etdirə bilməyəcəklər. Həmçinin ölkəni tərk etdiyi halda 2025-ci ildə fəlsəfə doktoru üzrə nəzərdə tutulan dərəcəsini müdafiə edə bilməyəcək.
6. Cavabdeh orqan iddia tələbinə etiraz edir və bildirir ki, iddiaçı Almaqtari Yahya ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə müvəqqəti yaşamağa icazə verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. İcraat materiallarından məlum olmuşdur ki, şəxs "xxxx" MMC-nin rəhbəridir. Aparılmış araşdırma zamanı, şəxsin sözügedən MMC-nin rəhbəri olduğu müəyyən edilsə də, hazırda şirkətin ofisinin, işçilərinin və fəaliyyətinin olmadığı məlum olmuşdur (müvafiq sənədlər etiraza əlavə olunmuşdur). Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2450/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, irəli sürülmüş iddia məcburetmə növündə iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçılar arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddiaçılar bununla bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladıqları inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Qüvvədə olan miqrasiya qanunverciliyi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi, icazənin müddətinin uzadılması, eləcə də imtina əsaslarını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması üçün mövcud qanunvericilikdə nəzərdə tutulan əsaslar olduğundan cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” Qərar qəbul etməkdə haqlı olmuşdur.
9. İddiaçı1 Shamsan Almaqtari və X4 Thabit apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2746/2024 nömrəli qərarı ilə (hakimlər: Ş.A.Məmmədova - sədrlik edən və məruzəçi, P.A.Hüseynov və K.H.Əkbərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2450/2024 saylı 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025ci il tarixli, 2-1(102)-607/2025 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2746/2024 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçılar iddia tələblərinə uyğun izahat verərək, verilmiş apellyasiya şikayətinin və iddialarının təmin edilməsini, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 3.0.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. 44.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 44.2-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir (44.3.). 45.1.6-1-ci maddəsinə əsasən, bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. 46.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır); 46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün); 46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 46.1.4-1. Bu Məcəllənin 45.1.1- ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi; 46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti; 46.1.7. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti; 46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 50.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8- ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7- 1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. 48.3-cü maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır.
18. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
23. Belə ki, hazırki işin hallarından iddiaçılar İddiaçı1 Shamsan Almaqtari və X4 X2 Xidmətinin 19 iyul 2023-cü il tarixli Qərarlarının və Azərbaycan Respublikası ərsazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsini tələb edir.
24. Cavabdeh orqan isə bildirir ki, İddiaçı1 Shamsan Almaqtarinin "xxxx" MMC-nin rəhbəri olduğu müəyyən edilsə də, hazırda şirkətin ofisinin, işçilərinin və fəaliyyətinin olmadığı məlum olmuşdur.
25. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli, ******* saylı Qərarına görə, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin rəhbəri olduğu şirkətin fəaliyyətinin olmadığı müəyyən edildiyindən (bank hesabları olmadığından fəaliyyətinin olmaması müəyyən edilir) Miqrasiya Məcəlləsinin 50.1.3-cü maddəsinin tələbləri rəhbər tutularaq Yəmən Respublikası vətəndaşı 10384055 nömrəli pasporta malik olan İddiaçı1n müraciəti təmin edilməmişdir. İddiaçının həyat yoldaşına gəldikdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli, ******* saylı Qərardan görünür ki, Miqrasiya Məcəlləsinin 46-cı maddəsində tələb olunan sənədlərdən birini təqdim etmədiyindən Yəmən Respublikası vətəndaşı 10384054 nömrəli pasporta malik olan X4 Thabitin müraciəti təmin edilməmişdir.
26. İşin apellyasiya baxışı zamanı Ali Məhkəmənin tövsiyyələri nəzərə alınmaqla məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.
27. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən Yəmən Respublikasının vətəndaşı X4 Thabit əri - Almaqtari İddiaçı1 Shamsan ilə eyni vaxtda Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Miqrasiya Məcəlləsinin 45.1.5-ci maddəsində nəzərdə tutulan hal üzrə ona ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsini xahiş etmişdir. Miqrasiya Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla) əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Həmin Məcəllənin 46.1.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd təqdim etməlidirlər. Mövcud vəziyyətdə Almaqtari İddiaçı1 Shamsana Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edildiyindən, dolayısı ilə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi üçün əsas olan hal aradan qalxdığından Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023cü il tarixli ******* nömrəli qərarı ilə X4 Thabitin müraciəti təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)- 3039/2023 nömrəli qərarının icrası üzrə X4 Thabit barəsində inzibati xəta haqqında işə tərəfimizdən yenidən baxılmış və xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
28. Azərbayacan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən İddiaçı1 Shamsan Almaqtariyə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi haqqında Ali Attestasiya Komissiyasının diplom bazasında məlumat aşkar edilməmişdir.
29. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq verdiyi 15 may 2025-ci il tarixli cavab məktubundan görünür ki, Qətər Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin keçmiş əməkdaşı İddiaçı1 Shamsan Almaqtarinin və onun həyat yoldaşı X4 Thabitə qeydiyyat vəsiqəsi xx.xx.2022xx.xx.2024-cü il tarixinədək rəsmiləşdirilmişdir. Lakin İddiaçı1 Shamsan Almaqtarinin səfirlikdə işinə xitam verildiyini nəzərə alaraq onun və onun həyat yoldaşının qeydiyyat vəsiqələri xx.xx.2023-cü ildə ləğv edilmişdir.
30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirlıiyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən verilmiş 22 may 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınması və qeydiyyata alındığı tarixdən hal-hazıradək fəaliyyəti aktiv vəziyyətdədir.
31. Bank Respublika, ATB BANK, Access Bank, ASB Bank, Turan Bank, ABB Bank, Bank Avrasiya, Premium Bank, X6 ASC, "xxxx" ASC,”Turan Bank” ASC, Bank "xxxx" ASC, Bank “VTB”, "xxxx" ASC, X7 Bakı Filialı, Kapital Bank tərəfindən verilmiş sorğuya cavab məktublarına əsasən "xxxx" MMC-nin adına həmin banklarda hər hansı bir bank hesabı mövcud deylildir.
32. İş materiallarından göründüyü kimi "xxxx" MMC dövlət vergi orqanında xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında dövlət qeydiyyatına alınmış və müəssisəyə ********** saylı VÖEN verilmişdir. Müəssisənin təsisçisi və qanuni təmsilçisi İddiaçı1 Shamsan Almaqtaridir.
33. İddiaçının bank hesabları olmaması onun təsisçisi olduğu "xxxx" MMC-nin fəaliyyətinin olmadığına dəlalət edir. Belə ki, vergi ödəyicisinin bank hesabı olmadığı təqdirdə onun vahid dövlət reyesterində fəaliyyətinin aktiv olması həmin MMC-nin fəaliyyətdə olması anlamına gələ bilməz. Oda nəzərə alınmalıdır ki, "xxxx" MMC-nin fəaliyyətə başlamaması iddiaçı tərəfindən məhkəmə iclasında etiraf edilmişdir.
34. Belə ki, Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi və 50.1.2ci maddəsi).
35. Bundan başqa oda nəzərə alınmalıdır ki, Dövlət Miqrasiya Xidməti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-3039/2023 nömrəli qərarının icrası üzrə X4 Thabit barəsində inzibati xəta haqqında işə yenidən baxmış və xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu isə bir daha ona dəlalət edir ki, iddiaçıların ölkə ərazisində qalması qanuna uyğun deyil.
36. Göründüyü kimi, qüvvədə olan miqrasiya qanunverciliyi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi, icazənin müddətinin uzadılması, eləcə də imtina əsaslarını müəyyən etmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
38. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2450/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçılar İddiaçı1 Shamsan Almaqtari və X4 Thabiti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2450/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.