Məhkəmə qərarları › İş №2-1(103)-2207/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2207/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2207/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Çebataryov David Borisoviçin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nizami rayon Polis idarəsinə qarşı (X10 üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: « qeydiyyatdan çıxarılma ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X8 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-835/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2015-ci il tarixli 087-10289-1215 nömrəli məktubunda (ərizəçi X13 ünvanlanmış) qeyd edilmişdir kı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında , Göstərilənləri nəzərə alan iddiaçının bacısı - X6 həmin ünvandan qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyyə edilmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2002-ci il tarixli 2- 489/2002 nömrəli qətnaməsinin surətindən görünür ki, X3 Bakı şəhəri, Şərifli küçəsi, 85 saylı binanın 6-cı mənzilinə yaşayış hüququ tanınmış və pasport qeydiyyatına alınmışdır.

3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04 avqust 2010-cu il tarixli 2(007)-1381/2010 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, C.Naxçıvanski küçəsi 11 nömrəli evin 49-cu mənzilinə dair X4 adına verilmiş xx.xx.2000-ci il tarixli, ÖM seriyalı 036416 nömrəli Qeydiyyat Vəsiqəsi etibarsız hesab olunmuşdur. Həmçinin, bu qətnamə ilə X4 ailə üzvləri ilə birgə həmin ünvana köçürülməsi tələbinə dair qarşılıqlı iddiası rədd olunmuşdur.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2011-cı il tarixli 2(103)- 700/2011 nömrəli qətnaməsinin surətindən görünür kı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2010-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2012-cı il tarixli 2(102)-697/12 nömrəli qərarının surətındən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısinın 10 oktyabr 2013-cü il tarixli 98 nömrəli Bakı şəhəri, C.Naxçıvanski küçəsi 11 nömrəli evin 49-cu mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında olan sərəncamından görünür ki, 2 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 2(82)-1775/2013 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2013-cü il tarxli qərarının icrasını təmin etmək məqsədi ilə C.Naxçıvanski küçəsi 11 nömrəli evin yaşayış sahəsi 30.67 kv.m olan, 2 otaqlı 49-cu mənzilin kirayə müqaviləsi 4 nəfər ailə tərkibi ilə (özü və 2 bacısı, qardaşı) İddiaçı adına dəyişdirilməsi və o, həmin mənzilin kirayəçisi hesab edilməsi, bu sərəncamın 1cı bəndinin icrası və İddiaçı adına şəxsi maliyyə hesabının açılması 76 saylı MKlS-ə tapşırılması, sərəncamın sürətinin 76 saylı MKİS-ə, 2 saylı Bakı İnzibatı İqtisadi Məhkəməsinə və İddiaçı çatdırılması aparatın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilməsi qərara alınmışdır.

7. İş üzrə təqdim olunmuş sənədlərlə və məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı üçüncü şəxs X3 qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Nizami Rayon Polis idarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir, iddiaçı həmin imtinanı əsassız hesab edərək mübahısələndirır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Bakı Şəhəri Nizami rayon Polis İdarəsinə qarşı X11 üçüncü şəxs qismində cəlb edilməklə “Bakı şəhər Nizamı rayon Polis İdarəsinin hərəkətinin qanunsuz hesab edilməsi və X4 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhər Nizamı rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinə müraciət etmişdir

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşən mənzil 18.01,1967cı ıl tarixli 47537 saylı orderə əsasən anası X9 adına verilmişdir O, həmin mənzildə hazırki vaxtadək yaşayır. Lakın o, 1999-cu ildə cinayət məsuiyyətınə cəlb edilmişdir və Xətai rayon Məhkəməsinin 1-124/2000 nömrəli, 28 04.2000-ci il tarixli hökmü ilə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun cəza çəkmə müəssisəsində olmasından bacısı X11 istifadə edərək 04 04.2000-ci il tarixdə sözü gedən mənzili qanunsuz olaraq öz mülkiyyətinə keçirmişdir. O, cəzasını çəkib qurtardıqdan sonra bacısı X1rşı dövlət mənzil fondunun özəlləşdirilməsinin etibarsız yayılması tələbi ilə Bakı şəhər Nizamı rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilmişdir. Həmçinin X11 həmin dövürdə mülkiyyətçi olmasından istifadə edərək ünvan 5 ünvanda yerləşən mənzilə. xx.xx.2007ci il tarixdə pasport qeydiyyatına alınmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəmişdir kı, X10 Bakı şəhər Nizamı rayon Məhkəməsinin 01,05.2002-ci il tarixli, 2- 489/2002 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Şərifli küçəsi 85 saylı binanın 6-cı mənzilinə yaşayış huququ tanınmaqla pasport qeydiyyatına alınmışdır. Lakin o öz qanunsuz hərəkətlərini həyata keçirmək üçün saxta sənədlərlə Cavabdehnə saxta sənədlər əsasında əldə etdiyi sənədləri təqdim edərək xx.xx.2007-ci il tarixdə təkrar pasport qeydiyyatına alınmışdır. Məhkəmə qaydasında X3, mülkiyyət hüququ etibarsız sayıldıqdan sonra о, onun pasport Qeydiyyatından çıxarılması üçün Bakı şəhər Nizamı Rayon Polis İdarəsinə müraciət etmişdir.

10. Məhkəmənin xx.xx.2016-cı il tarixli 2-1(82)-835/2016 saylı qərardadı ilə X12 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir

11. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

12. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-835/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından da göründüyü kimi üçüncü şəxs X11 ünvan 6 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra qeydiyyata alınsa da, sonradan qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04 avqust 2010-cu il tarixli 2(00/)- 1381/2010 nömrəli qətnaməsi ilə sözügedən mənzilə dair onun mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi etibarsız hesab olunaraq ləğv edilmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan 3-cü şəxs X11 apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-835/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında göstərilmişdir ki, üçüncü şəxs olaraq Çebotaryeva Qalina ünvan 7 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra qeydiyyata alınsa da, sonradan qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04 avqust 2010-cu il tarixli qətnaməsi ilə sözügedən mənzilə dair qeydiyyat vəsiqəsi etibarsız hesab olunaraq ləğv edilmişdir. Lakin, məhkəmə işin faktiki hallarını ümumiyyətlə araşdırmamış, X5 adına Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 27 sentyabr 1994-cü il tarixli 2486 saylı sərəncamına əsasən ünvan 8 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsi Qalina Borisovna ilə bağlanmış, doğulduğu vaxtdan həmin mənzildə qeydiyyatda olmaqla, orada yaşamışdır. Lakin məhkəmə qərar qəbul edərkən Qalina Çebotaryovanın qeyd olunan mənzilə dair istifadə hüququnun ümumiyyətlə olub-olmamasını, olduğu halda ona xitam verilməsi barədə mülki məhkəmə icratı qaydasında qəbul olunmuş qərar mövcud olmamasını nəzərə almamışdır. İddiaçının mülkiyyətində olan əmlaka onun ailə üzvünün (bacısının) istifadə hüququnun mövcud olub-olmaması yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər mövcud olan istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeti və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri iizrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair" 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün "yaşayış sahəsindən istifadə etmək hüququ" ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5- ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair" 29 mart 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin, faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Göründüyü kimi ailə münasibətlərindən irəli gələn istifadə hüququ mahiyyət etibarı servitutdur. Konstitusiya Məhkəməsinin qərarlarında isə ailə münasibətləri nəticəsində yaranan həmin istifadə hüququnun xitamının hansı şərtlər çərçivəsində mümkünlüyü ilə bağlı mövqe nümayiş etdirmişdir. Konstitusiya Məhkəməsinin adıçəkilən qərarının hazırkı münasibətdə tətbiqi, yəni şəxsin yaşayış yeri üzrə qeydiyyatının əsaslı olub-olmaması ilə bağlı qiymətləndirməsi onu deməyə əsas verir ki, üçüncü şəxsin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə yaranmış əsas hal-hazırda da mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarın qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş "şəxsin yaşayış yerini dəyişməsi" ifadəsi "şəxsin həmin yaşayış sahəsində yaşamaması" mənasını da ehtiva edir. Göründüyü kimi istər, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olması, yəni itirilmiş hesab edilməsi baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməməsini, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatda saxlanılmasını qanuni və əsaslı edir. Beləliklə hesab edirəm ki, X3 ünvan 7 ünvanından pasport qeydiyyatından çıxarılması Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia qanunsuz və əsassız olmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-l(82)-835/2016 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qərarının ləğv olunaraq, iş üzrə yeni qərar qəbul edilməsi, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunması xahiş olunmuşdur.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclası barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər.

18. Həmçinin, iddiaçının vəkili hazırkı işə yeni qoşulduğu üçün, 3-cü şəxsin vəkili isə işə yeni qoşulduğu və Bakı İnzibati məhkəməsində başqa işə baxılmasında vəkil qismində iştirak etdiyi üçün məhkəmə iclasının təxirə salınması barədə elektron kabinet vasitəsilə ərizə göndərmişlər.Məhkəmə Kollegiyası hazırkı iş üzrə məhkəmə iclasının təxirə salındığı vaxtdan 3 ay vaxt keçməsinə baxmayaraq hazırda işlə tanış olmaq barədə ərizələri əsassız hesab edərək təmin etməmiş və İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ...

Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. ...

Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. ...

21. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə:

14. Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarı: ”... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...”

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşr.

28. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.

29. Bu Qərarın 22-ci bəndində istinad olunan Qərarında Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırmalıdır. Lakin üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak hüquqlarının yaranıb-yaranması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının həmin şəxs barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər. 30.Hazırkı iş üzrə üçüncü şəxsin mübahisəli ünvana əmlak hüquqlarının hazırda mövcud olmaması və faktiki həmin ünvanda yaşamaması qanuni qüvvəsini almış məhkəmə aktları ilə də müəyyən olunur.Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04 avqust 2010-cu il tarixli 2(007)-1381/2010 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, C.Naxçıvanski küçəsi 11 nömrəli evin 49-cu mənzilinə dair X4 adına verilmiş xx.xx.2000-ci il tarixli, ÖM seriyalı 036416 nömrəli Qeydiyyat Vəsiqəsi etibarsız hesab olunmuşdur. Həmçinin, bu qətnamə ilə X4 ailə üzvləri ilə birgə həmin ünvana köçürülməsi tələbinə dair qarşılıqlı iddiası rədd olunmuşdur. Yəni, üçüncü şəxsin mübahisəli ünvana əmlak hüquqlarının hazırda mövcud olması və faktiki həmin ünvanda yaşaması barədə hər hansı sübut mövcud deyildir.

31. Bu səbəblərdəndir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (müvafiq icra hakimiyyəti orqanlarının məlumatı, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarı, eləcə də əmlaka dair hüquqla bağlı-yaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə ”... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...”

33. Müəyyən olunur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə X4 ailə üzvləri ilə birgə mübahisəli ünvana köçürülməsi tələbinə dair iddiası rədd olunmuşdur.Onun mübahisəli ünvana əmlak hüquqlarının hazırda mövcud olması və faktiki həmin ünvanda yaşaması barədə hər hansı sübut mövcud deyildir.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə diqqətə çəkir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

35. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı).

36. Məhkəmə Kollegiyası hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.

37. Həmçinin, nəzərə almaq lazımdır ki, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.(İPM-in 68-ci maddəsi)

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

39. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, odur ki, təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2- 1(82)-835/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-835/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar