Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2208/2025 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: arayışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-5051/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 102 saylı 500 kv.m torpaq sahəsi üzərində X1nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə ona müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 6/255 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə iclasının 3 saylı xx.xx.1989-cu il tarixli protokolu və Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 39 №-li üzvlük kitabçası ilə ünvan 1 ünvanda yerləşən 500 kv. m. torpaq sahəsinin iddiaçının mərhum X1na məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/255 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutunun əməkdaşlarından bağçılıq yoldaşlığı üzvü olmaq arzusunda olan əməkdaşlar üçün Lenin (indiki Sabunçu) rayonunun Nardaran qəsəbəsi yaxınlığındakı Ləhiş bağ massivinin “Gülüstan” bağ sahəsində hər adama 500 kv. metr torpaq sahəsi vermək üçün 150 nəfərə ayrılmış sahə nömrələnmiş və püşkatma yolu ilə həmin şəxslər arasında bölünərək siyahı tutulmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasda Bağçılıq Yoldaşlığı üzvləri bir-bir səsə qoyulmuş və “Gülüstan” bağ sahəsindəki 102 saylı, sahəsi 500 kv. m. olan torpaq sahəsi mərhum X1nun hesab edilərək, ona Bağçılıq Yoldaşlığının üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. 25 sentyabr 1990-cı il tarixdə sözügedən bağ sahəsinə dair X1na Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının üzvlük kitabçası verilmişdir. Həmin vaxtdan da uzun müddət ərzində Ləhiş bağ massivinin “Gülüstan” bağ sahəsində yerləşən 102 saylı 500 kv. m torpaq sahəsi onların sahiblik və istifadələrində olmuşdur. X1 06 sentyabr 2018-ci il tarixdə ölmüşdür. Tərəflərindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 500 kv.m torpaq sahəsi üzərində X1nun hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə ona müvafiq arayışın verilməsi xahiş edilmişdir. Lakin müraciətinə verilmiş 18 noyabr 2022-ci il tarixli cavab məktubu ilə müraciəti təmin edilməmişdir.
4. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-5051/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 6/255 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə iclasının 3 saylı xx.xx.1989cu il tarixli protokolu və Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 39 №-li üzvlük kitabçası ilə ünvan 1 ünvanda yerləşən 500 kv. m. torpaq sahəsinin iddiaçının mərhum X1na məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
6. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-794/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5051/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.
8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)- 8/2025 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-794/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh qismində iştirakçı olan ərazi idarələri müvafiq olaraq DƏDKR ilə əvəz edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş protokoldan çıxarışda “Gülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürü yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5653/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində hər hansı əmlakın aşkar edilməsi və həmin tələbin borclunun əmlakına yönəldilməsi məqsədi ilə “İcra haqqında“ Qanunun 8-ci maddəsinə əsasən adları qeyd olunan borcluların mülkiyyətində hər hansı daşınmaz əmlakın, nəqliyyat vasitəsinin və hesablaşma hesabının, əmanətin olub-olmaması, borclu fiziki şəxsin pensiya alıb-almaması və ya işləyib-işləməməsi barədə, qeyd edilən əmlak aşkar olunduğu təqdirdə isə həmin əmlakın üzərinə həbs qoyulmasına dair müvafiq məhkəmə qərarı göndərilənədək hər hansı sənədləşdirmə aparılma zamanı məlumat verilməsinə dair Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx/xx-11665/20 saylı, xx.xx.2016-cı il tarixli məktubu idarəyə daxil olmuşdur. Çölölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bakı İnzibati Məhkəməsi çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamasına münasibət bildirməmişdir. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
14. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarışın dublikatından görünür ki, “Gülüstan” bağ sahəsində 102 saylı torpaq sahəsi (500 kv.m) X2 hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır.
15. Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” Bağçılıq yoldaşlığının 39 nömrəli xx.xx.1990-cı il tarixli üzvlük kitabçasının surətindən görünür ki, X7 xx.xx.1989-cu ildə üzvlüyə qəbul edilmişdir, bağ sahəsi №102.
16. 15.05.1981-ci il tarixdə Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən verilmiş Vİİİ-JQ seriyalı 325706 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuşdur, X1, anası X8r.
17. 11.09.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 966623 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Abşeron rayonunda ölmüşdür.
18. ünvan 2 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, X2 adında qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 27 saylı notariat kontoruna İddiaçı tərəfindən müraciət olunmuşdur. X2 xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, “Gülüstan” bağ sahəsində 102 saylı (500 kv.m) torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün çıxarış verilməsi xahiş edilir.
19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan əlavə, təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş protokoldan çıxarışda “Gülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürü yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir.
20. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısı İdarənin arxiv qovluğunda mövcuddur. Həmin siyahıda 102 sıra nömrəsində X3 (siyahıda olduğu kimi) adına 102 saylı bağ sahəsi qeyd edilmişdir, bağ sahəsinin ölçüsü isə göstərilməmişdir. “Gülüstan-1” bağçılıq yoldaşlığının Ləhiş bağ massivində yerləşən 102 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar olunmamışdır və “Gülüstan-1” bağçılıq yoldaşlığı, Ləhiş bağ massivi, 102 bağ nömrə ilə bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının Bağçılıq Yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısında 102-ci sırada X3 adı qeyd edilmişdir.
21. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır.
22. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla da həmin sərəncamın surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2005-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamı əsasında Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış bağ sahələrinə dair orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir.
23. Apellyasiya baxışı zamanı sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-56500/2025 nömrəli məktub ilə vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən bağ sahəsinin qonşuluğunda yerləşən **********50-11301 (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, "Gülüstan" b/y, 74 saylı bağ sahəsi) reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
24. Apellyasiya baxışı zamanı sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-21-3-30/2-8569/2026 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan-1” bağçılıq yoldaşlığı, Ləhiş bağ massivi, 102 bağ nömrə ilə 500 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya məhkəməsinin icraatında olan araşdırma Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)- 8/2025 nömrəli qərarında qeyd olunmuş göstərişlər əsasında aparılır.
28. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
29. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. ... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
31. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə Bənd 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur.
9. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). 10.2.1. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir
35. İddiaçının hüquqi marağı Bakı şəhər XDS İcraiyyə Komitəsinin 6/255 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə iclasının 3 saylı xx.xx.1989-cu il tarixli protokolu və Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 39 №-li üzvlük kitabçası ilə ünvan 1 ünvanda yerləşən 500 kv.m. torpaq sahəsinin iddiaçının mərhum X1na məxsus olması (mülkiyyət hüququ ilə) barədə arayışın verilməsi ilə bağlıdır.
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən... 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mülkiyyət hüquqlarının daşınmaz əmlakı dövlət reyestrində qeydiyyatı üçün əsasdır.
37. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinadla təqdim edilmiş üzvlük kitabçası əsasında torpaq sahəsi üzərində hüququn qeydiyyatı (arayışın verilməsi) həyata keçirilə bilər. Lakin bunun üçün işin digər zəruri halları, o cümlədən cavabdehin dəlilləri də aydınlaşdırılmalıdır.
38. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi 3 saylı 10 mart 1989-cu il tarixli iclasın protokolundan çıxarışa əsasən “Gülüstan” bağ sahəsində 102 saylı torpaq sahəsi (500 kv.m) X2 hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmış, X7 xx.xx.1989-cu ildə üzvlüyə qəbul edilmiş, ona Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” Bağçılıq yoldaşlığının 39 nömrəli xx.xx.1990-cı il tarixli üzvlük kitabçası verilmiş, Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahıda 102 sıra nömrəsində X3 (siyahıda olduğu kimi) adına 102 saylı bağ sahəsi qeyd edilmişdir.
39. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısı İdarənin arxiv qovluğunda mövcuddur. Həmin siyahıda 102 sıra nömrəsində X3 (siyahıda olduğu kimi) adına 102 saylı bağ sahəsi qeyd edilmişdir.
40. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağtikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına və bağçılıq yoldaşlıq təsərrüfatına dair xx.xx.2005-ci il tarixli aktda Azərbaycan Dövlət Neft Akademiyası qeyd olunsa da, hansı bağçılıq üzvlərinin üzvlük kitabçalarının ləğv olunması (bağçılıq üzvlərinin adı, bağ nömrələri olan hər hansı siyahı mövcud deyil), yəni Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının icrasının təmini məqsədilə tərtib edilmiş həmin aktda iddiaçının X1na məxsus üzvlük kitabçasının da ləğv edilib-edilməməsi müəyyən edilmir.
41. Bundan başqa, cavabdeh iddiaya dair etirazın və apellyasiya şikayətinin dəlili kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005ci il tarixli akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edildiyini qeyd etmiş, lakin hazırkı iş materialları ilə Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarışın dublikatından görünür ki, iddiaçının atasına ayrılmış bağ sahəsinin verilməsinin əsasını xx.xx.1989-cu il tarixdə 6/255 saylı qərar təşkil etmişdir.
42. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli imtina məktubunda imtinanın əsası kimi başqa dəlillərə - çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamasına, təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsünün qeyd olunmamasına, həmçinin ərizəyə əlavə olunmuş protokoldan çıxarışda “Gülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürünün olmamasına istinad etmişdir.
43. Bundan başqa, qeyd edilməlidir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağtikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamında Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır.
44. İddiaçı iddia ərizəsində 25 sentyabr 1990-cı il tarixdə sözügedən bağ sahəsinə dair X1na Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının üzvlük kitabçasının verildiyi vaxtdan uzun müddət ərzində Ləhiş bağ massivinin “Gülüstan” bağ sahəsində yerləşən 102 saylı 500 kv.m. torpaq sahəsi onların sahiblik və istifadələrində olduğunu bildirir.
45. Məhkəmə kollegiyası bərabərlik prinsipinin tələbləri baxımdan da araşdırma aparmaqla qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Gülüstan- 1” b/y-nın 51 saylı bağ sahəsi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (reyestr nömrəsi **********29) Daşınmaz əmlakın Dövlət reyestrində 398 nömrəli reyestr kitabının 37672 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydə alınmışdır.
46. DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********71 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 sentyabr 1989-cu il tarixli protokolundan çıxarışa əsasən Az.SSR NS və AHİŞ-nın 122 saylı, 12.04.85-ci il tarixli qərarı ilə BY-nın nümunəvi nizamnaməsinə əsasən AzNKİ rektoruluğunun və HİK-nın birgə iclasında qərara alınmışdır: “Gülüstan-1 bağ sahəsində 51 saylı torpaq sahəsinin (500 kv. m.) X4 hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmış, Azərbaycan Neft Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığı tərəfindən 60 №-li xx.xx.1990-cı il tarixli üzvlük kitabçası verilmiş, X9 xx.xx.1989-cu il tarixdə üzvlüyə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən X6 Bakı şəhəri XDS İK-nin xx.xx.1989- cu il tarixli 6/255 saylı Qərarı və “Gülüstan-1” b/y-nın xx.xx.1989-cu il tarixli 3 saylı protokoluna əsasən 51 saylı bağ evinin tikintisi üçün 500 kv.m. torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinə dair X4 adına torpaq sahəsinin plan ölçüsü hazırlanmış, dövlət kadastr kitabında xx.xx.2021-ci il tarixdə 32404 nömrə ilə uçota alınmışdır.
47. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
48. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
49. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
50. Məhkəmə Kollegiyası qeyd edir ki, xx.xx.2005-ci il tarixli aktda konkret siyahı üzrə şəxslərə və bağ sahələrinə aid edilmədən, bütün Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış bağ sahələrinə münasibətdə order və üzvlük kitabçalarının ləğv edilməsi nəzərdə tutulması müəyyən edildiyi halda, iddiaçının mərhum atası ilə bərabər eyni müəssisənin üzvü olan digər şəxsə torpaq sahəsinin ayrılması barədə eyni hüquqmüəyyənedici sənədlərlə hüquqları qeydə alındığı və ona bu barədə müvafiq çıxarışın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması qanunsuz və əsassızdır. 51.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarının əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 52.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 53.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 54.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 55.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 56.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-5051/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov